Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-799/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1993.74 manat əsas borc olmaqla, cəmi 1993.74 manat və ödənilmiş 39.94 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixli BPM**********52 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 24 %-lə, 48 ay müddətinə 2800 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 164371 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı "Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1945 nömrəli məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1993.74 manat əsas borc olmaqla, cəmi 1993.74 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-38979/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən kedit alana illik 24 %-lə, 48 ay müddətinə 2800 manat nağd kredit verilmişdir. 20 noyabr 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, BPM**********52 nömrəli Kredit müqaviləsi üzrə yaranmış borc məbləği əsas borc üzrə 1993.74 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 164371 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 19 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 mart 2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: oğlu Cavabdeh2 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanınad DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X5 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kv.m.olan mənzildən ibarətdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 882 saylı, 12 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 vərəsələrinin müraciəti əsasında xx.xx.2023-cü il tarixində V/427 nömrəli vərəsəlik işi açılmış vərəsələr dairəsi müəyyən edilmiş, xx.xx.2023-cü il tarixində 2V-863 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələri: Cavabdeh2 və Cavabdeh1dur. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdirlər. Göründüyü kimi, "xxxx" ASC ilə mərhum X6 arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik, hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 2800 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, müqavilə üzrə kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kredit alan X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. X1 vərəsələrinin müraciəti əsasında xx.xx.2023-cü il tarixində V/427 nömrəli vərəsəlik işi açılmış, vərəsələr dairəsi müəyyən edilmiş, xx.xx.2023-cü il tarixində Cavabdeh2 və Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Lakin vərəsələr miras payını qəbul etsələr də, banka olan kredit borcunu ödəməkdən yayınmışdırlar. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini kredit alanın vərəsələrindən tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri ümumi borcdan artıqdır. Cavabdehlər isə borcun ödənilməsini təsdiq edən sübutlarlarını məhkəməyə təqdim etməmişdirlər. Həmçinin miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərlərində olmasına baxmayaraq, qəbul etdikləri miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdirlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Alla Cavabdeh2 və Cavabdeh1 borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın 1993.74 (bir min doqquz yüz doxsan üç manat yetmiş dörd qəpik) manat əsas borcunun, ödənilmiş 39.94 (otuz doqquz manat doxsan dörd qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1993.74 (bir min doqquz yüz doxsan üç manat yetmiş dörd qəpik) manat əsas borc, ödənilmiş 39.94 (otuz doqquz manat doxsan dörd qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-799/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-799/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver