Məhkəmə qərarları › İş №e-2(004)-82/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-82/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-82/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 dekabr 2017-ci-ci il tariхli 301-17/İ nömrəli kredit müqaviləsi üzrə 49,770.58 manat əsas borc və 1,279.5 manat faiz borcu olmaqla, cəmi 51,050.08 (əlli bir min əlli manat səkkiz qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 (əlli bir) manat xərcin və 243.15 (iki yüz qırx üç manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumisahəsi 89.6 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh ilə bağlanmış 26 dekabr 2017-ci il tarixli 301-17/İ nömrəli Kredit müqaviləsinə əsasən 8 faiz dərəcəsilə 300 ay müddətinə 55,000.00 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraqHəsənliAraz Mehman oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evi 27 dekabr 2017-ci il tariхli 301-17/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. "xxxx" ASC-nin lisenziyası ləğv edildiyi üçün Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu tərəfindənCavabdeh aid ipoteka kreditiİddiaçı ASC-yə təhvil verilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli 001/026/0789/2024 nömrəli bildiriş ipotekaqoyan HəsənliAraz Mehman oğluna xx.xx.2024-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X2 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlımüddəalarda ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi Mülki Məcəllənin bir çox maddələrinin pozulmasını özündə şərtləndirir. Belə ki, AR MM-nin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Qеyd olunanlardan göründüyü kimi, Bank və Cavabdeh arasında yaranmış münasibətlərə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq еdilməlidir. Bu normaların tələblərinə əsasən vеrilmiş krеditə görə cərimələr, faizlər krеdit məbləği qaytarılana kimi hеsablanır. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış Kredit Müqaviləsinin 2.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək Borc alanın (Cavabdeh) öhdəliyidir. Kredit müqaviləsinin 3.1.6.1-ci bəndinə əsasən borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə və müqavilənin 3.1.6.2-ci bəndinə əsasən borcalan tərəfindən annunitet ödənişlər 12 ay ərzində 3 və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirdikdə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsi borcalandan tələb edilə bilər. Cavabdehin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində 27 mart 2024-cü il tarixə onun Banka 49,770.58 manat əsas borc və 1,279.5 manat faiz borcu olmaqla,cəmi 51,050.08 (əlli bir min əllimanat səkkiz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. “İpoteka haqqında” AR-nın Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Cavabdeh ilə Bank arasında bağlanmış 27 dekabr 2017-ci il tariхli 301-17/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsi 26 dekabr 2017-ci il tariхli 301-17/İ nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir (İpoteka müqaviləsinin 1.5-ci bəndi). “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinin tələbinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. İş üzrə cavabdeh onunla bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən kredit ödənişlərini 90 təqvim günündən çox müddətdə ödəməyərək gecikdirmiş və buna əsas olaraq da, Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Həmin Qanunun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın başlanılması anı ipoteka saxlayan tərəfindən ipotekaqoyana bildirişin göndərilməsi ilə başlanır. Bank tərəfindən xx.xx.2024-cü il tarixli 001/026/0789/2024 nömrəli Bildiriş ipoteka qoyan Cavabdeh xx.xx.2024-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Məhkəmənin nəzərinə çatdırırlar ki, 27 mart 2024-cü il tarixdən bu günədək borclu ödəniş etməmiş və borcun güzəşt olunması ilə bağlı onunla bank arasında razılıq əldə edilməmişdir. Ona görə də, işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə (kreditor) Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 301-17/i saylı kredit müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC Cavabdeh illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 55.000 (əlli beş min) manat məbləğində ipoteka krediti verməyi, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfndən xx.xx.2013-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. X1, İpoteka saxlayan "xxxx" ASC ilə borc alan/alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 301-17/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Satıcı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89,6 kv.m., yaşayış sahəsi 56,3 kv.m, 4 otaqdan ibarət və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 İyul 2013-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra - daşınmaz əmlak) Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Alqı satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən, Daşınmaz əmlakın satış qiyməti 70.000 (yetmiş min) manatdır, mənzilin dəyərinin 15.000,00 (on beş min) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 55.000,00 (əlli beş min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən 26 Dekabr 2017ci il tarixli 301-17/İ saylı Kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89,6 kv.m olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi, **********41-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" SC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehin 26 dekabr 2017-ci il tarixli 301-17/İ nömrəli kredit müqaviləsi üzrə 13 fevral 2024- cü il tarixə Banka 49770.58 manat əsas borc və 795.22 manat faiz borcu olmaqla, cəmi 50.565,8 (əlli min beş yüz altmış beş manat səksən qəpik) manat məbləğində borcu yaranmışdır. Borc 21 gün müddətində ödənilmədiyi halda "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Belə ki, göstərilən müddət ərzində borc ödənilmədiyi təqdirdə, ipoteka predmeti notariusun icra qeydi və ya məhkəmə vasitəsilə hərracda satışa çıxarılacaqdır. Bu zaman yuxarıda göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulu da tələb ediləcək. Yüksək faiz dərəcəsi ödəməmək və kredit müqaviləsinin şərtləri pozulduqda əlavə çəkməmək üçün dərhal borcun ödənilməsini tövsiyyə edilmişdir. İddiaçı ASC tərəfindən ƏMDX Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Bakı Ərazi idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “bildirişin dövlət qeydiyyatına alınması haqqında” ərizədən görünür ki, “MuğanBank" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 301- 17/i saylı nlqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilən alqı-satqı və ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə (ümumi sahə: 89.6 kv.m., reyestr nömrəsi: **********41-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2018, yüklülüyün qeydiyyat nömrəsi: **********, yüklülüyün qeydiyyat tarixi: xx.xx.2018) tutmanın yönəldilməsi barədə 13 fevral 2024-cü il tarixli 001/026/0789/2024 nömrəli bildiriş “İpoteka haqqında” AR Qanununun 36.1 ci maddəsinə əsasən ipotekaqoyan Cavabdeh 13 fevral 2024-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Əlavə olaraq, bildirilir ki, "xxxx" ASC-nin lisenziyası ləğv edildiyi üçün Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu tərəfindən Cavabdeh aid ipoteka krediti 30 oktyabr 2023-cü il tarixli, xx/xx-2023 nömrəli siyahıya əsasən İddiaçı ASC-yə təhvil verilmişdir. Yuxanda qeyd olunanlara və “İpoteka haqqında" AR Qanununun 36.3-cü maddəsinə əsasən bildirişi dövlət qeydiyyatına alınması xahiş edilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, bankın müraciəti xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır və bildirişin qeyiyyata alınması üçün 15 manat və 36 manat rüsum ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli “Azari” Express poçt daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ASC-dən qəbul edilmiş zərf qaimə - (747118) Cavabdeh məktub çatdırılmamışdır. Ünvana gedilmiş, lakin qeyd olunan ünvan sökülmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2017-ci il tarixli 301-17/i nömrəli kredit müqaviləsi üzrə 49.770,58 manat əsas, 1279,50 manat faiz borcu olmaqla, cəmi 51050,08 manat borcu vardır. “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-023/2025 saylı, 04 aprel 2025-ci il tarixli rəyinə əsasən, qiymətləndirməyə təqdimedilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə obyektinə vizual baxış keçirilməsinə mülkiyyətçi tərəfindən şərait yaradılmadığına görə, obyektin qiymətləndirilməsi təqdim edilmiş sənədlər əsasında, anloloji obyektlərdən istifadə etməklə həyata keçirilmişdir. Beləliklədə aparılmış hesablamalar nəticəsində, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi 4 a ünvanında yerləşən ümumi sahəsi 89,6 kvm olan fərdi yaşayış evinin qiymətləndirmə tarixinə (yuvarlaqlaşdırılmış formada) bazar dəyəri: 71.000 (yetmiş bir min) manat, likvid dəyəri: 64.000 (altmış dörd min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1.-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə (kreditor) Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 301-17/i saylı kredit müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC Cavabdeh illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 55.000 (əlli beş min) manat məbləğində ipoteka krediti verməyi, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfndən xx.xx.2013-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilmişdir. X1, İpoteka saxlayan "xxxx" ASC ilə borc alan/alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 301- 17/İ nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Satıcı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89,6 kv.m., yaşayış sahəsi 56,3 kv.m, 4 otaqdan ibarət və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 İyul 2013-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra daşınmaz əmlak) Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" SC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc alan Cavabdeh kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə borc alan üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Borc alan Cavabdeh tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə iddiaçının Kredit müqaviləsinin 3.1.6-cı yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, habelə öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Borc alanın kredit müqavilələri üzrə öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozması, kreditin verilməsi müddətinin bitməsinə baxmayaraq bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmaması, və əsas borc məbləğinə hesablanmış faizin müəyyən hissəsini ödəməməsi, bununla da borc alanın kredit müqaviləsinin şərtlərinə riayət etməməsi işin mübahisəsiz hallarındandır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-023/2025 saylı, 04 aprel 2025-ci il tarixli rəyinə əsasən 64.000 (altmış dörd min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməli, artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra yaşayış sahəsinin boşaldılması hissəsində də iddianı əsaslı hesab edir və qeyd edir ki, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin qeyri-yaşayış sahəsi boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 (əlli bir) manat rüsum ödəmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26 dekabr 2017-ci-ci il tariхli 301-17/İ nömrəli kredit müqaviləsi üzrə 49.770,58 (qırx doqquz min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1279,5 (bir min iki yüz yetmiş doqquz manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 51.050,08 (əlli bir min əlli manat səkkiz qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 51 (əlli bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243.15 (iki yüz qırx üç manat on beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilməli, Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 64.000 (altmış dörd min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-yə olan ümumilikdə 51.344,23 (49.770,58+1279,5+51+243,15) manat məbləğində borcu ödənilməli, artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin qeyriyaşayış sahəsi boşaldılmalı və yeni alıcıya təhvil verilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 250 (iki yüz əlli) manat pul Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, bank: "xxxx" ASC, Kod: 505141, SFİFT BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 dekabr 2017-ci-ci il tariхli 301-17/İ nömrəli kredit müqaviləsi üzrə 49.770,58 (qırx doqquz min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1279,5 (bir min iki yüz yetmiş doqquz manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 51.050,08 (əlli bir min əlli manat səkkiz qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 51 (əlli bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 243.15 (iki yüz qırx üç manat on beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 64.000 (altmış dörd min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-yə olan ümumilikdə 51.344,23 (49.770,58+1279,5+51+243,15) manat məbləğində borcu ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89.6 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin qeyri-yaşayış sahəsi boşaldılsın və yeni alıcıya təhvil verilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 250 (iki yüz əlli) manat pul Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, bank: "xxxx" ASC, Kod: 505141, SFİFT BİK: PAHAAZ22, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar