Məhkəmə qərarları › İş №e-2(004)-859/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-859/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-859/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 151,32 manat məbləğində maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun «X5 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet karS, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(004)- 2058/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı"xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini"xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyət orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. ƏlCavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 204.94 manat, xx.xx.2021-ci il tarixində ödənilən 102.98 manat, xx.xx.2022-ci il tarixində ödənilən 106.46 manat, xx.xx.2022-ci il tarixində ödənilən 140.73 manat, xx.xx.2022-ci il tarixində ödənilən 124.96 manat, xx.xx.2022-ci il tarixində ödənilən 236 manat, xx.xx.2022-ci il tarixində ödənilən 92,74 manat məbləğlərindəki vəsait "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 151.32 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 151.32 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə!ndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(004)- 2058/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 860,50 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X5 Azərbaycan” QSC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 02 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X5 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci və 5.1.2-ci bəndlərinə əsasən 2021-ci ilin dekabr ayı üzrə "xxxx" MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 10790,80 manat 15 % xidmət haqqının 1618,62 manat icra edilərək “X5 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 204,94 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 30,741 manat və xx.xx.2021-ci il tarixdə 102,98 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 15,447 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 06 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X5 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci və 5.1.2-ci bəndlərinə əsasən 2022-ci ilin fevral ayı üzrə "xxxx" MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 9576,87 manat 15 % xidmət haqqının 1436,53 manat icra edilərək “X5 Azərbaycan” QSCyə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 106,46 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 15,969 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 08 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X5 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci və 5.1.2-ci bəndlərinə əsasən 2022-ci ilin mart ayı üzrə "xxxx" MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 10234,98 manat 15 % xidmət haqqının 1535,247 manat icra edilərək “X5 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 140,73 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 21,1095 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X5 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci və 5.1.2-ci bəndlərinə əsasən 2022-ci ilin aprel ayı üzrə "xxxx" MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 15733 manat 15 % xidmət haqqının 2359,89 manat icra edilərək “X5 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 124,96 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 18,744 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 12 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X5 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci və 5.1.2-ci bəndlərinə əsasən 2022-ci ilin may ayı üzrə "xxxx" MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 13735,650 manat 15 % xidmət haqqının 2060,348 manat icra edilərək “X5 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, digər müştərilərlə yanaşı, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 236 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 35,40 manat və xx.xx.2022-ci il tarixdə 92,74 manat ödəniş həyata keçirilmiş, buna görə "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində 13,911 manat xidmət haqqı hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X5 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X5 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 1062,82 manat məbləğində pul vəsaitinə görə “X5 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 151,32 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan “X5 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il bildirişdən görünür ki, yaranmış borcla bağlı 5 gün ərzində ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehlər X1 və X2 xəbərdar etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədənvə ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmurları tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar