Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-878/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 1365,92 ABŞ dolları əsas borc, 722,36 ABŞ dolları faiz,13093,92 cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 571,33 ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi 15753,53 ABŞ dolları borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 170,35 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş cavabdeh X2 mülkiyyətində olan “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-ci il olan, **-UJ-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə İddiaçı ASC-nin “Nərimanov” filialı arasında xx.xx.2012-ci il tarixli, 1068 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 27% (iyirmi yeddi) faiz ödənilmək şərtilə 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq X5 ilə xx.xx.2012-ci il tarixli, 1068 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-UJ-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, LPO İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Kredit müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bundan başqa qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş, lakin borclu 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan Banka müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu ( cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İpoteka müqaviləsinin 4.2.2-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2022-ci il tarixinə 1365,92 ABŞ dolları əsas borc, 722,36 ABŞ dolları faiz, 13093,92 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 571,33 ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi 15753,53 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh X5 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, onunla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə 24 ay müddətinə 27 faizlə ödənilməklə 4500 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit bir neçə ay müddətində vaxtı-vaxtında ödənilmiş, lakin sonradan kredit ödənişinin əvəzi olaraq avtomobil Müşviq adlı bankın əməkdaşına təhvil verilmişdir. Göründüyü kimi kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə 24 aylıq müddətinə bağlanmışdır. İddiaçı təşkilat isə 10 il sonra 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun nümayəndəsi Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı ASC-nin “Nərimanov” filialı ilə X5 arasında bağlanmış 07 avqust 2012-ci il tarixli 1068 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC borcalan X4 illik 27% olmaqla 4500 ABŞ Dolları məbləğində kredit vermişdir. İddiaçı ASC ilə X5 arasında bağlanmış 07 avqust 2012-ci il tarixli 1068 nömrəli ipoteka müqaviləsindən görünür ki, “Azsamand” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun 29 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 1365,92 ABŞ dolları əsas borc, 722,36 ABŞ dolları faiz, 13093,92 cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 571,33 ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi 15753,53 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə X5 arasında bağlanmış 07 avqust 2012-ci il tarixli 1068 nömrəli müqaviləsinə əsasən İddiaçı ASC borcalan X4 illik 27% olmaqla 4500 ABŞ Dolları məbləğində kredit vermişdir. Həmçinin tərəflər arasında bağlanmış 07 avqust 2012-ci il tarixli 1068 nömrəli ipoteka müqaviləsinə əsasən “Azsamand” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuşdur. Sonradan həmin kredit müqaviləsi üzrə cavabdehin Banka borcu yaranmışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından da göründüyü kimi tərəflər arasında kredit müqaviləsi 07 avqust 2012-ci il tarixdə bağlanmış və həmin tarixli müqavilə üzrə avtomobil ipoteka qoyulmuşdur. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etsə də, qanunvericiliklə müəyyən edilən iddia müddəti ötürülərək verilmişdir. Yəni qanunvericiliyin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə tələblə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə 07 avqust 2012ci il tarixli 1068 nömrəli müqavilə üzrə qanunvericiliklə müəyyən edilən 3 illik iddia müddəti ötürülərək verildiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 170,35 (bir yüz yetmiş manat otuz beş qəpik) manat məbləğinə dövlət rüsumu iddiaçınını özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 170,35 (bir yüz yetmiş manat otuz beş qəpik) manat məbləğinə dövlət rüsumu iddiaçınını özünı aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-878/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-878/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver