Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-913/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə4, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və "xxxx" ASC-yə qarşı "vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Sığorta Şirkəti ASC və "xxxx" ASC-yə qarşı "vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 6.422 manat, həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olan 6.800 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat, qiymətləndirmə rəyinə görə "xxxx" MMC-yə ödənilən 200 manat və 132 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13.854 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə ona məxsus olan “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Yasamal rayon X14 Şöbəsinin kapitanı X2 tərəfindən tərtib olunan 28 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan aydın olur ki, qəzanın törədilməsinə görə cavabdeh X11 AR İXMnin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin qərar əsasında müəyyən edilən cəriməni cavabdeh 25 dekabr 2021-ci il tarixdə ödəsə də, bu günə qədər avtomobilə dəyən ziyan cavabdehlər tərəfindən ödənilməmişdir. İş materiallarından da aydın olur ki,“Toyota Fotuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, tərəfindən cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı qaldırılmış “pul” tələbinə dair işə Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubovun icraatında e-2(004)-2430/2022 sayı altında baxılarkən Qasımlı X9 Rayon Məhkəməsində bildirmişdir ki, 25 oktyabr 2021-ci il tarixli, HK-1/804 saylı cinayət işinin başlanmasının rədd olunması haqqında Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Əli Məmmədovun qərarı və 28 oktyabr 2021-ci il tarixli TP4682936 nomrəli qərar ləğv edilərək yeni qərar qəbul olunmuşdur və həmin qərara əsasən həm Cavabdeh1, həm də Cavabdeh2 məsuliyyətə cəlb olunması barədə yeni qərar qəbul edilmişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsinə göndərilmiş sorğu əsasında 01 noyabr 2022-ci il tarixdə təqdim olunmuş Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə 14 oktyabr 2022-ci il tarixli, HK1-804 saylı qərarından görünür ki, hər iki şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün Yasamal RPİ-nin X14 Şöbəsinə göndərilmişdir. Yasamal RPİ-nin X14 Şöbəsinin 03 noyabr 2022-ci il tarixli TP5364851 nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Buna görə də, ərizə ilə məhkəməyə müraciət olunaraq iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılması məhkəmədən xahiş olunmuşdur. Həmin ərizə əsasında Yasamal Rayon Məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanılması barədə 02 noyabr 2022-ci il tarixli, e-2(004)-2430/2022 saylı qərardad qəbul olunmuşdur. Qeyd edir ki, həmin işə baxılan zaman avtomobilin qalıq dəyərinin müəyyən edilməsi barəsində məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilmişdir. 04 avqust 2022-ci il tarixli ekspert rəyinə görə Hyundai Creta markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti avtoqəzadən əvvəl 36.000, avtoqəzadan sonra isə 32.400 manat təşkil edir. İcbari Sığorta Bürosunun elektron sistemindən göründüyü kimi Cavabdeh2 məxsus “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC-də icbari qaydada sığorta olunmuşdur. Odur ki, hazırkı iddia ərizəsi Cavabdeh1, "xxxx" ASC-yə və həmçinin, Cavabdeh2 ilə həmin şəxsə məxsus avtomobilin icbari qaydada sığorta olunduğu "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı da verilməlidir. Həmçinin məhkəmə rüsumu, hüquqi xidmətə görə ödənilən vəsait, o cümlədən avtomobilə dəyən ziyan və avtomobilin qəza nəticəsində itirdiyi dəyər cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" ASC-dən və "xxxx" Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, **-LS-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtonəqliyyat vasitəsi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə PPA**********6 nömrəli sığorta şəhadətnaməsi ilə (xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına) "xxxx" ASC tərəfindən sığortalanmışdır. Yasamal Rayon DYPŞ-dən daxil olan sənədlərə əsasən xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, K. Kazımlı küçəsində sığortalı **-LS-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə **-DY-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitələrinə zərər dəymişdir. **-DY-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6.168,00 manat, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2.696,00 manat, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər isə 4.821,00 manat məbləğində qiymətləndirilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manatdır. Proporsional hesablamaya əsasən **-DY-*** markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2253,56 manat, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 985,02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.761,42 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi üçün əmlakla bağlı sənədlərin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilmişdir. Buna səbəb isə “Hyundai Getz” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixinə məxsus "xxxx" Sığorta Şirkəti ilə bağlanmış, qüvvədə olan mülki məsuliyyətin icbarı sığorta müqaviləsi mövcud olmamışdır. Lakin həmin vaxt Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlanmış, qüvvədə olan mülki məsuliyyətin icbarı sığorta müqaviləsi mövcud olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirliliyi onlar barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarla öz təsdiqini tapır ki, bu işin mübahisəsiz halıdır. Hazırda iddia tələbi 2 hissədən ibarət olmaqla birinci hissədə tələb avtomobilin qəzadan sonra itmiş əmtəə dəyərinin ödənilməsi, ikincisi hissədə isə qəza nəticəsində vurulmuş maddi ziyanın aradan qaldırılması üçün sərf edilmiş vəsaitin, yəni real maddi zərərin ödənilməsidir. Əmtəə dəyəri ilə bağlı sifariş əsasında təqdim edilmiş mütəxəssis rəyi sübut olaraq məhkəməyə təqdim edilmiş, həmin rəylə 6.800 manat itirilmiş əmtəə dəyəri müəyyən edilmişdir. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində itirilmiş dəyər 3.600 manat, yəni təqdim edilən mütəxəssis rəyindən 3.200 manat az müəyyən etmişdir. Ekspert rəyinə etirazı yoxdur. Əlavə olaraq qeyd edir ki, qəza nəticəsində maddi ziyan dəymiş “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yeni olmaqla və istehsal ili 2020-ci il olmuşdur. Dolayısı ilə nəqliyyat vasitəsinin istehsal tarixindən 1 sonra baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı olaraq, təmirdən sonra avtomobilin satış qiyməti, yəni dəyəri aşağı düşmüşdür. Çünki artıq avtomobil qəzalı avtomobil hesab olunur. Buna görə də iddiaçı həm maddi ziyanın, həm də itirilmiş əmtəə dəyərinin cavabdehlərdən tutulmasını, eyni zamanda məhkəməyə çəkilmiş əlavə xərcləri tələb edir. Eləcə də vəkil tərəfindən göstərilən hüquqi xidmətlə bağlı xərclərin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Belə ki, cavabdehlər məhkəmədənkənar mübahisənin həllinə sülh yolu ilə razılaşsa idilər, iddiaçının əlavə xərcləri yaranmayacaqdı. Mövcud xərclər qarşı tərəfin hüquqazidd əməlləri nəticəsində, yəni baş vermiş yol nəqliyyat hadisəsindən sonra zərərin ödənilməməsi səbəbindən yaranmışdır. Bu səbəbdən cavabdehlərdən ümumilikdə 13.854 manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Sonradan mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Dövlət Sığorta Kommersiya Şirkətinin dəlillərinə münasibətdə qeyd edir ki, forma 4 arayışı hüquqmüəyyənedici sənəd deyildir, qeyd olunan arayış təqdim ediməməsi mülki iş üzrə mübahisəyə baxılması üçün maneə deyildir. Hesab edir ki, şəxsin delikt nəticəsində zərər vurması ilə bağlı onun təqsirli olduğunu sübut edən hüquqmüəyyənedici sənəd inzibati tənbeh vermə haqqında qərardır. Hazırda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəta hadisəsində təqsirlərinin olmasına dair qəbul edilmış və hazırda qanuni qüvvədə olan inzibati tənbehvermə haqqında qərarlar mövcuddur. Buna görə də hesab edir ki, xəta hadisəsində təqsirli olan hər iki cavabdeh iddiaçıya münasibətdə maddi zərərvuran şəxslərdir. İnzibati xəta haqqında qərar preyudisiual hüquqi qüvvəyə malik olmasa da belə hesab edir ki, onlar hüquqazidd əməl törətmiş şəxslərdir. Bunun əksinə dəlalət edən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin Cavabdeh2 dəymiş zərərə münasibətdə hesab edir ki, Cavabdeh1 ona münasibətdə də hüquq pozuntunu törədən şəxsdir və Cavabdeh2 münasibətdə zərər Cavabdeh1 tərəfindən ödəməlidir. Verilmiş suallara əsasən bildirir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəyən ziyan, qüsur aktına əsasən müəyyən edilmişdir, zərərin məbləği ilə bağlı mübahisə yoxdur. Cavabdehlərin tərəfindən də həmin məbləğlə mübahisələndirilməmişdir. Avtomobilin təmiri ilə bağlı 6422 manat ödənilməsi işin mübahisəsiz halıdır. Avtomobilin itmiş dəyərini isə tərəflər mübahisələndirməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində özünü təqsirli bilmir. Çünki bu hadisə onun avtomobilinin toqquşduğu yerdən 32 metr aralıda baş vermişdir. Hadisə Gömrük hospitalının qarşısında baş vermişdir. Həmin yerdə 2 avtomobil yan-yana keçə bilmir. O, qoşa xətti kəsərək digər tərəfə keçməmişdir. O, 6 saylı doğum evinin qarşısından çıxmaq istəyən zaman sol tərəfi gözləmişdir. Yolun sağında “Prado” markalı avtomobil dayanmış və o, onu görməmişdir. Cavabdeh2 isə çox sürətli şəkildə hərəkətdə olmuş, həmin sürətin nəticəsində iddiaçının avtomobilinin təkərinin oxu əyilmişdi. “Toyota Rav-4” markalı avtomobil ilə toqquşma isə birinci toqquşma yerindən 36 metr sonra baş vermişdir. Cavabdeh2 40 km/saat ilə hərəkət etsə idi, tormozlama ilə dayana bilərdi. Aparılan ilkin təhqiqat araşdırması zamanı iki dəfə yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmişdir. Birinci dəfə ekspert rəyində Cavabdeh2 hadisənin qarşısının alınması üçün texniki imkanının olub-olmamasının müəyyən edilmədiyi göstərilmişdir. Onun şikayəti əsasında təkrar ekspertiza təyin edilmiş bundan sonra hadisədə Cavabdeh2 təqsirinin olması müəyyən edilmişdir. Cavabdeh2 kobud ehtiyatsızlığına görə onun özünə xeyli miqdarda ziyan dəymişdir, buna baxmayaraq Cavabdeh2 özü təqsirli olmasına baxmayaraq Yasamal Rayon Məhkəməsinin e-2(004)-137/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan vurulmuş zərərə görə pul tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində özünü təqsirli bilmir. Ona məxsus avtomobilə dəyən ziyan "xxxx" ASC-nin özü tərəfindən qiymətləndirmiş və zərər tam şəkildə deyil, yalnız 938 (doqquz yüz otuz səkkiz) manat məbləğdə ödəniş etmişdir. Təkrar ekspertiza rəyi ilə razı deyil, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermiş, şikayəti qismən təmin edilərək yenidən araşdırılması üçün DYPŞ-nə göndərilməsinə baxmayaraq, əvvəlki qərar yenidən olduğu kimi qüvvədə saxlanılmışdır. Sonuncu qəbul edilmiş qərar onun tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Hadisə nəticəsində ona məxsus avtomobil çevrilmiş və 2 avtomobilə çırpılaraq dayanmışdır. "xxxx" ASC tərəfindən ona vurulmuş zərər qismən, yəni 938 manat ödəniş edlməklə təmin edilmişdir. Cəmiyyət tərəfindən bunun səbəbi onunla izah edilmişdir ki, hadisə nəticəsində 3 nəqliyyat vasitəsinə zərər dəydiyinə görə dəymiş zərərin həcminə mütənasib olaraq 5000 manat bölünmüşdür. Ona dəymiş zərərin qalan hissəsi ilə bağlı məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Hadisədə özünü təqsirli hesab etmədiyindən ona qarşı verilmiş tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki baş verən zaman hadisə ilə bağlı aparılan ilkin araşdırma zamanı yalnız bir təqsirkar şəxs, yəni Cavabdeh1 müəyyən edilmişdir. Həmin şəxs "xxxx" ASC-də sığortalı olmuşdur. Həmin şəxsin mülki məsuliyyətini "xxxx" ASC sığorta etmiş, buna uyğun olaraq hadisədən sonra "xxxx" ASC-yə müraciət edilmişdir. Daxil olmuş müraciətlərə əsasən 3 nəqliyyat vasitəsinə dəymiş ziyan hesablanmış, “İcbari Sığortalar haqqında” AR Qanunun tələblərinə uyğun olaraq icbari sığorta ödənişi proporsional qaydada bölünmüş və 3 zərərçəkənə ödəniş edilmişdir. Sonradan araşdırma zamanı məlum olmuşdur ki, hadisədə yalnız "xxxx" ASCnin sığortalısı deyil, paralel olaraq ilk öncə zərərçəkmiş şəxs kimi tanınmış digər bir şəxs, yəni Cavabdeh2 da təqsirkardır. "xxxx" Sığorta Şirkətinin təqdim etdiyi sənəddən görünür ki, hadisə vaxtı Cavabdeh2 idarə etdiyi avtomobilin sığortası Dövlət Sığorta Kommersiya Şirkətində olmuşdur. Sığorta ödənişləri hesablanan zaman yalnız "xxxx" ASC-də sığortalı olmuş şəxs təqsirkar bilindiyi üçün bütün ödəniş öhdəliyi "xxxx" ASC-də idi, lakin hadisədə artıq 2 zərərvuran yəni, 2 təqsirkar şəxs olduğu üçün "xxxx" ASC və digər zərərvuran şəxsin sığortaçısı dəymiş zərəri müştərək qaydada ödəməlidir. Belə olan halda "xxxx" ASC-nin ödəməli olduğu ödənişlər əllinin əlliyə azalır və Cavabdeh2 münasibətdə "xxxx" ASC-nin artıq ödədiyi məbləği geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, sığorta ödənişi ilə bağlı ilkin olaraq şirkətə müraciət olunduqda, həmin vaxt yalnız Cavabdeh1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdi. Bu səbəbdən də zərərçəkmiş nəqliyyat vasitələrinin sayına mütənasib olaraq icbari sığorta ödənişi həddində ödənişlər edilmişdir. Lakin yalnız iddiaçı ödənişlə razlaşmayaraq qəbul etməkdən imtina edib, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara əsasən bildirir ki, hazırkı məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 da yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilmişdir. Bu səbəbdən hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktından asılı olaraq gələcəkdə "xxxx" ASC tərəfindən ödənilmiş artıq ödənişlə bağlı məhkəmədə iddia qaldırılacaqdır. Ödənişin bölgüsü ilə bağlı qeyd edir ki, hadisə nəticəsində bir neçə nəqliyyat vasitəsi zərər gördükdə zərər mütəxəssislər tərəfindən qiymətləndirilir və konkret düstur əsasında dəyən zərərin həcminə görə bölgü aparılır. Məlum olduğu kimi “İcbari Sığortalar haqqında” AR Qanuna uyğun olaraq, bir sığorta şirkətinin bir sığorta hadisəsi üzrə məsuliyyətinin həddi icbari sığorta üzrə 5 min manat məbləğində müəyyən edilmişdir. Analoji olaraq nəqliyyat vasitələrinə dəymiş zərər toplanır və müəyyən faiz nisbəti çıxarılır. Faiz nisbəti 4 rəqəmdən ibarətdir. "xxxx" ASC tərəfindən artıq ödənilmiş 985,2 manat məbləğində sığorta ödənişi geri alındıqdan sonra təbii ki, məntiqi olaraq digər zərərçəkənə həyata keçirilmiş əskik ödənişin bərpası məsələsi gündəmdə olacaqdır. Sığorta hadisəsi ilə bağlı ASC-nin öhdəliyi “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq 5.000 manat çərçivəsi ilə məhdudlaşır. Dana sonra "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, araşdırma nəticəsində Cavabdeh2 baş vermiş sığorta hadisəsində zərərvuran olması müəyyən edildiyindən hesab edir ki, dəymiş zərərin həcminə uyğun olaraq proporsional ödəniş cədvəlinə uyğun olaraq "xxxx" ASC zərərçəkən Sevinc Axundovaya münasibətdə 6168 manat dəymiş zərərin həcminə uyğun olaraq 2806,5 manat sığorta ödənişi həddində, hazırkı iş üzrə iddiaçı olan digər zərərçəkən İddiaçı münasibətdə isə 4821 manat dəymiş zərərin həcminə uyğun olaraq 2193,5 manat sığorta ödənişi həddində öhdəliyi vardır. Ona görə də hazırkı vəziyyətdə iddia tələbini 2193,5 manat həcmində qəbul edir. Məhkəmədən yekun məhkəmə aktı qəbul edilərkən ərizədə qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə4 izahatında bildirir ki, hadisə 2021-ci ildə baş vermişdir. Həmin vaxt polisin sənədlərinə əsasən sığortaçısı olduqları Cavabdeh2 təqsirli şəxs olaraq müəyyən edilməmişdir. Sonradan Cavabdeh2 barəsində yeni qərar qəbul edilmiş, lakin sığorta hadisəsi ilə bağlı tərtib olunmuş forma 4 arayışı şirkətə daxil olmamışdır. Yəni, Sığorta Kommersiya Şirkəti orada Cavabdeh2 zərərvuran şəxs olduğunu, cavabdehlərin kimlər olduğunu görə bilmir. Əgər Şirkətin öhdəliyi varsa, polisin verdiyi sənədlərdə sığortaçısı olduqları avtomobilin sürücüsünün təqsirli olması təsdiqlənmişdirsə, bu halda öhdəlikdən yayınmır və ödəməyi qəbul edir. Hazırda şirkətə forma 4 arayışı təqdim edilmədiyindən dəyərləndirmə aparmaq imkanı yoxdur. Belə ki, şirkətə Cavabdeh2 təqsirliliyinə dair sənəd təqdim edilməmişdir. “İcbari Sığortalar haqqında” qanunun 17-ci maddəsinə əsasən səlahiyyətli orqanın təqdim etdiyi arayış şərtdir. Araşdırdıqdan sonra məlum olmuşdur ki, sənəd polis tərəfindən dəyişdirilməmişdir. Bunun nəticəsində Cavabdeh2 zərərvuran şəxs olaraq qeyd edilmədiyi müddətdə Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişi ödəmək öhdəliyi, qarşı tərəfin isə tələb etmək barədə iddia hüququ olmur. Bu səbəbdən iddia tələbini qəbul etmir. Belə ki, Qanunda konkret olaraq qərardan və protokoldan əlavə arayış nəzərdə tutulub ki, sığorta ödənişinin verilməsi üçün tələbdir. Qarşı tərəf polisə müraciət edərək həmin sənədi yenidən tərtib edərək gətirsə ödəniş bu halda mümkündür, indiki halda problem sənədin əskikliyidir. Həmçinin qeyd edir ki, "xxxx" Sığorta Şirkəti ASC-nin hazıradək cavabdeh kimi qoyulması iddiaçının öz səhvi olmuşdur, sonradan Dövlət Sığorta Kommersiya Şirkəti qoşulmuş, lakin vaxt qısa müddət müəyyən edildiyindən müdafiəsini lazımı şəkildə qurmaq imkanı olmamışdır. Cavabdeh2 zərərvuran qismində müəyyən olunması ilə bağlı etirazı yoxdur, bunu mübahisələndirmir. Yalnız qeyd edir ki, forma 4 arayışı olduğu təqdirdə Dövlət Sığorta Kommersiya Şirkəti cavabdeh olaraq öhdəliyini icra edə bilər. Ekspertiza və qiymətlər onların iştirakı olmadan keçirilmişdir. İtirilmiş bazar dəyəri isə sığorta məbləğindən kənar qalan, icbari sığorta ilə əhatə edilməyən hissədir. Forma 4 arayışı olmadan öhdəliyin olmasını hesab etmir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarlnı dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 xəsarət almasına dair toplanmış materialda cinayət tərkibli əlamətlər olmadığından AR CM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 AR İXM-in 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsi üçün qərarın sürətinin Yasamal RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2021ci il tarixdə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan da müəyyən edildiyi kimi, Cavabdeh1 İXM-nin 327.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. - Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin balanması rədd edilmiş və qərarın surətinin yol-nəqliyyat hadisəsini törətmiş X12 və X5 AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. - Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2021ci il tarixdə “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilərək qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-53/2- 54921/2023 nömrəli məktubuna əsasən müəyyən edilir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəmənin 3(004)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmədiyindən və prosessual pozuntu ilə bağlı heç bir qeydiyyat aparılmadığından Cavabdeh2 barəsində yazılmış inzibati xəta haqqında protokolun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanaraq tərtib edilməsi nəzərə alınmış və buna görə də həmin protokol əsasında çıxarılmış qərarın qüvvədə saxlanılması zəruri hesab edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 sonuncu qərarı mübahisələndirmədiyini bildirmişdir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh2 yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. - Həmçinin iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2718 nömrəli rəyinə əsasən müəyyən edilir ki, “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imzanı olmuşdur. “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirinin olması qeyd olunan sübutlara əsasən öz təsdiqini tapır. - icbari sığorta müqaviləsinə dair məlumata əsasən “Toyota Fortuner” markalı, **- LS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PPA ********** nömrəli sığorta müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC ilə sığorta edilmişdir. - icbarı sığorta müqaviləsinə dair məlumata əsasən xx.xx.2021-ci il tarixə “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 4821 manat müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 6168 manat müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən müəyyən olunur ki, “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 2696 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən CCL-7417/2021 nömrəli təyinat üzrə “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 2253,56 manat məbləğində pul "xxxx" ASC-yə ödənilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən CCL-7415/2021 nömrəli təyinat üzrə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 985,02 manat məbləğində pul X4 ödənilmişdir. - xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş CCL-7415/2021 nömrəli maddi ziyan 2696 manat müəyyən edilmiş və maddi ziyan üzrə sığorta ödənişi isə 985,02 manat təşkil edir və sığorta ödənişi zərərçəkənin (X6) hesabına köçürülür. - xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş CCL-7417/2021 nömrəli maddi ziyan 6168 manat müəyyən edilmiş və maddi ziyan üzrə sığorta ödənişi isə 2253,56 manat təşkil edir və sığorta ödənişi sığortaçı "xxxx" ASC-nin təqdim etdiyi hesaba köçürülür. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı **- HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.761,42 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi təklif edilmişdir. Həmçinin ondan sığorta ödənişinin həyata keçirilməsi üçün əmlakla bağlı sənədlərin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 1003/1 nömrəli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4821 manat qiymətləndirilmiş və hadisə nəticəsində 3 avtomobilə cəmi 13.685 manat məbləğində maddi ziyan dəyməsi nəzərə alınaraq İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 1761,42 manat məbləğində ödəniş təyin edilmişdir. - "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AA041993 nömrəli akta əsasən müəyyən olunur ki, “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 6425,35 manat təşkil etmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 26.300 manat, qəzadan öncəki bazar dəyəri 33.100 manat təşkil edir. Fərq 6800 manat təşkil edir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3879 nömrəli rəyinə əsasən müəyyən edilir ki, 2020-ci il buraxılışlı, “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri qaydada təxminən 36.000 manat, həmin avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə orta bazar qiyməti təxminən 32.400 manat müəyyən edilmişdir. Fərq 3600 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı məxsus olan “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin rəsmi servis mərkəzində təmir olunmuş və təmirə görə şirkətə ümumilikdə 6422,42 manat ödəniş edilmişdir. - Həmçinin xx.xx.2021-ci il tarixli, 23595 nömrəli qəbzə əsasən 1.000 manat, xx.xx.2022-ci il tarixli, 27097 nömrəli qəbzə əsasən 2538,75 manat, xx.xx.2022-ci il tarixli, 27098 nömrəli qəbzə əsasən 2783,67 manat və xx.xx.2021-ci il tarixli, 23061 nömrəli qəbzə əsasən 100 manat olmaqla, cəmi 6422,42 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 6.510 manat məbləğində pul vəsaitinin Cavabdeh2 xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. - İş materiallarında olan 01245 nömrəli qəbzdən müəyyən edilir ki, İddiaçı tərəfindən “Kəngərli və partnyorları” Hüquq Bürosuna xidmət haqqı olaraq 300 manat ödəniş həyata keçirilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2021-ci il tarixdə Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 idarə etdiyi “Toyota Fortuner” minik markalı, 9**-LS-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh2 idarə etdiyi “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Toyota Rav4” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı və İddiaçı idarə etdiyi “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iştirak etmişdir. İlkin təhqiqat araşdırması nəticəsində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “Toyota Fortuner” minik markalı, **- LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Sonrakı təhqiqat araşdırması nəticəsində Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 da AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Belə ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadidsəsində Cavabdeh1 və Cavabdeh2 təqsirli bilinmişdir. Hadisənin baş verdiyi tarixdə “Toyota Fortuner” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC ilə icbari sığorta edilməsi ilə bağlı, “Hyundai Getz” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vasitəsinin Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkəti ilə icbari sığorta edilməsi ilə bağlı sığorta müqaviləsi qüvvədə olmuşdur. “Toyota Fortuner” markalı avtonəqliyyat vasitəsi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə PPA**********6 nömrəli sığorta şəhadətnaməsi ilə (xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına) "xxxx" ASC tərəfindən sığortalandığından ilkin təhqiqat araşdırması ilə bağlı Yasamal Rayon DYPŞ-dən daxil olan sənədlərə əsasən xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, K. Kazımlı küçəsində sığortalı **- LS-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı **-DY-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6.168,00 manat, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2.696,00 manat, **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər isə 4.821,00 manat məbləğində qiymətləndirilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat olduğundan Proporsional hesablamaya əsasən **-DY-*** markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2253,56 manat, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 985,02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Creta” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.761,42 manat məbləğində sığorta ödənişi təklif edilməsinə baxmayaraq o, həmin məbləğlə razılaşmayaraq qəbul etməmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən edilir ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmuşdur. Hazırda iddiaçı delikt nəticəsində zərərvuran cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eyni zamanda onların mülki hüquqi məsuliyyətini sığortalamış cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və "xxxx" ASC-dən ona məxsus “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 6.422 manat, həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olan 6.800 manat pul vəsaitinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, özəl mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 manat və 132 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək “İcbari sığorta haqqında” qanunun 56.1.2-ci maddəsinə əsasən 5.000 manat həcmində məsuliyyət daşıdığını bildirərək yol nəqliyyat hadisəsi zamanı zərərçəkən İddiaçı 2193,5 manat və X3 2806,5 manat ödəməyi qəbul etdiyini bildirmişdir. Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti forma 4 arayışının təqdim edilməmsi səbəbindən iddianı qəbul etmədiklərini bildirir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 isə yol nəqliyyat hadisəsinin törədilməsində ayrı-ayrılıqda təqsirlərinin olmamasına istinad edərək tələbin rədd edilməsini xahiş edir. Əvvəla məhkəmə cavabdehlərin hüquqi məsuliyyəti ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində öz təqsirliliyini qəbul etməmələrinə baxmayaraq iş materiallarında olan təhqiqat materialları, inzibati tənbeh vermə haqqında qərarlar, yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyi ilə təsdiq edilir ki, baş vermiş hadisənin qarşını almağa onların texniki imkanları olmuş və hadisədə onların təqsirinin olması sübuta yetir. Həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, baş vermiş delikt hadisəsində Cavabdeh1 Cavabdeh2 özünə münasibətdə təqsirinin olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu dəlilləri özünümüdafiə xarakterli qiymətləndirilərək rədd edilməlidir. Cavabdeh "xxxx" ASC tərəfindən tələb qismən etiraf edilmiş, dolayısı ilə Cavabdeh1 münasibətdə öhdəliklərinin olması mübahisələndirilməmişdir. Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti forma 4 arayışının təqdim edilməmsi səbəbindən iddia tələbinin rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, arayış olmaması öhdəliyi aradan qaldırmır, belə ki, hadisə vaxtı Cavabdeh2 ilə bağlanmış sığorta müqaviləsi qanuni qüvvədə olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin qeyd olunan dəlili əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçının ona məxsus “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi ziyanın məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, həmin nəqliyyat vasitəsi "xxxx" MMCdə təmir olunmuş, qüsur aktına əsasən ehtiyat hissələri və xidmət haqqıa daxil olmaqla, ümumi təmir xərcinə görə 6422,42 manat ödəniş edilmişdir. Ödənişin həyata keçirilməsi qəbzlərlə öz təsdiqini tapır. Qeyd edilir ki, həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərci "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirilmə hesabatına əsasən 4821 manat, "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş akta əsasən isə 6425,35 manat müəyyən edilmişdir. Buna baxmayaraq "xxxx" MMC-də təmir olunmuş “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə şirkətə ümumilikdə 6422,42 manat ödəniş edilmişdir. Real ödənişi, eləcə də digər qiymətləndirmə hesabatlarının kifayət qədər əsaslandırılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, real ödənişlər mötəbər sübut olaraq qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi zərər 6422,42 manat qiymətləndirilməlidir. Bu halda iddiaçı avtomobilin təmiri ilə bağlı olaraq 6422 manat məbləğində maddi ziyanı tələb etməkdə haqlıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının ona məxsus “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı itirilmiş bazar dəyərinin əvəzi olaraq 6800 manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad edərək avtomobilin itirilmiş bazar dəyərinin əvəzi olaraq 6.800 manat məbləğində pulun onun xeyrinə tutulmasını tələb edir. Qeyd olunan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 26.300 manat, qəzadan öncəki bazar dəyəri 33.100 manat təşkil etdiyi, yəni avtomobilin dəyərinin (33.100-26.300=6.800) 6.800 manat həcmində itirildiyi müəyyən edilmişdir. Lakin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3879 nömrəli rəyinə əsasən 2020-ci il buraxılışlı, “Hyundai Creta” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri qaydada təxminən 36.000 manat, həmin avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə orta bazar qiyməti təxminən 32.400 manat, yəni avtomobilin dəyərinin (36.000-32.400=3.600) 3.600 manat həcmində itirildiyi müəyyən edilmişdir. Məhkəmə dövlət ekspertizası tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul edərək hesab edir ki, avtomobilin qəzadan sonra itirilmiş bazar dəyəri 3.600 manat həcmində qiymətləndirilməli və iddia tələbi həmin hissədə əsaslı olmaqla qismən təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlakın əmtəə qiymətini itirməsi özündə nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən və təmirindən sonra möhkəmliyini və ya ayrı-ayrı hissələrin, birləşmələrin, cihazların, mühafizə qatının zəifləməsi ilə əlaqədar vaxtından əvvəl öz əmtəə görünüşünü və istismar keyfiyyətinin pisləşməsini nəzərdə tutur. Odur ki, nəqliyyat vasitəsinin təmir-bərpa işlərinin qiyməti ilə yanaşı əmtəə dəyərinin itirilməsi də real zərər olduğundan, maddi məsuliyyət daşıyan şəxslər tərəfindən ödənilməsindən imtina oluna bilməz. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, avtomobilin təmir bərpa xərci (6422 manat) və itirilmiş bazar dəyəri (3.600 manat) olmaqla, iddiaçıya cəmi (6.422+3.600=10.022) 10.022 manat həcmində maddi ziyan dəymişdir. Bu halda iddiaçı xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş real maddi ziyanın əvəzi olaraq 10.022 manat məbləğində pul vəsaitini hadisə ilə bağlı maddi məsuliyyət daşıyan Cavabdeh2 və Cavabdeh1, həmçinin müvafiq olaraq istifadələrində olan avtonəqliyyat icbari sığortası ilə bağlı nəqliyyat vasitələrinin həmin tarixdə sığorta müqaviləsi qüvvədə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və "xxxx" ASC-dən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş ümumi zərər 10.022 manat müəyyən edildiyindən və hadisənin baş verməsində iki şəxs zərərvuran olduğundan, yəni Cavabdeh2 və Cavabdeh1 hadisə ilə bağlı təqsirlərinin olması müəyyən edildiyindən həmin maddi ziyan hər iki şəxsə münasibətdə mütənasib olaraq ½ hissədə bölünməli və hər birinə 5.011 manat həcmində aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun 20.2-ci maddəsində birbaşa göstərilmişdir ki, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Qanunun 6.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs faydalanan şəxs, yəni sığorta ödənişi verilməli olan şəxs hesab edilir. Mülki Məcəllənin 926.1-ci maddəsində müəyyən edilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta haqqında qanunvericiliyin tələbinə uyğun olaraq avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi (avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı) nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsində müəyyən edilmişdir ki, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qanunvericiliyin birbaşa tələbindən irəli gəldiyi və İddiaçı əmlakına ziyan vurulmasında mülki məsuliyyəti sığortalanan sürücü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi onların təqsiri nəzərə alınaraq bölünməlidir. Məhkəmə hesab edir ki, cavabdeh (sürücü) Cavabdeh1 əməlinə görə mülki məsuliyyəti sığorta şirkəti tərəfindən sığortalandığı üçün ona münasibətdə iddia tələbi "xxxx" ASC-dən, cavabdeh (sürücü) Sima Pənahovanını əməlinə görə mülki məsuliyyəti sığorta şirkəti tərəfindən sığortalandığı üçün ona münasibətdə iddia tələbi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müvafiq olaraq tutulmalıdır. Belə ki, qanunvericiliyin tələbinə, həmçinin buna uyğun olaraq icbari sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixli, PPA ********** nömrəli sığorta müqaviləsi üzrə əmlaka vurulan zərərə görə 5.000 manat həcmində məsuliyyət daşıyır. "xxxx" ASC isə hadisə nəticəsində hər iki zərərçəkənin nəzərə alınmasını və İddiaçı münasibətdə 2193,5 manat həcmində maddi ziyanın ödənilməsini qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin bu mövqeyini əsaslı hesab edərək bildirir ki, bir yol nəqliyyat hadisəsi nəticəsində bir neçə avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bu halda yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinən şəxs və ya şəxslərlə qüvvədə olan sığorta müqaviləsi üzrə sığortaçı şirkət hər bir zərərə (zərərçəkənə) qarşı ayrı-ayrılıqda deyil, sığorta hadisəsinə görə sığortalıya münasibətdə ümumi qaydada 5.000 manat həcmində məsuliyyət daşıyır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin qanunun 56-cı maddəsinə əsasən Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023cü il tarixli Qərarına əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Beləliklə məhkəmə, iddiaçıya dəymiş maddi ziyanın əvəzi olan 5.011 manat məbləğində pul cavabdeh "xxxx" ASC-nin digər zərərçəkənə (Axundova Sevinc) münasibətdə məsuliyyətini və sığorta ödənişi edilməsini də nəzərə alınmaqla 2193,5 manatı "xxxx" ASC-dən, qalan hissədə isə, yəni 2817,5 (iki min səkkiz yüz on yeddi manat əlli qəpik) manatı Cavabdeh1 iddiaçının xeyrinə müştərək qaydada tutulmasını əsaslı və qanuni hesab edir. Məhkəmə həmçinin, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 tərəfindən idarə edilən nəqliyyat vasitəsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növündə sığorta müqaviləsi qüvvədə olduğundan, iddiaçıya dəymiş maddi ziyanın digər yarısı olan 5.011 manat qanunla müəyyən edilmiş qaydada və məbləğdə sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və hadisənin baş verməsində təqsirli bilinən Cavabdeh2 müştərək qaydada tutulmasını əsaslı və qanuni hesab edir. Bununla bağlı olaraq məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 5.000 manat həcmində məsuliyyət daşıdığından, digər zərərçəkənə (Axundova Sevinc) hər hansı məbləğdə məsuliyyəti və ya hər hansı məbləğdə sığorta ödənişinin edilməsi müəyyən olunmadığından, eyni zamanda həmin zərərçəkən tərəfindən sığorta ödənişi ilə bağlı məbləğ mübahisələndirilmədiyindən vurulmuş zərər sığorta şirkətinin məsuliyyət daşıdığı həcmdə, yəni 5.000 manat məbləğində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan hissədə isə, yəni 11 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, Azərbacan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məhkəmə qeyd edir ki, iddia tələbi hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzinin cavabdehlərdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə hüquqi xidmətə görə çəkilən xərclərin əvəzi olaraq pul tələbi ilə bağlı təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən edilir ki, “Kəngərli və Partnyorları” vəkil bürosunun hesabına İddiaçı tərəfindən 300 manat ödəniş həyata keçirilmişdir. Hazırki mülki iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli vəkil orderindən isə görünür ki, İddiaçı vəkili Vəkil “Kəngərli və Partnyorları” vəkil bürosunda xidmət edir. Qeyd olunanları və iddianın qismən təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən – 10.022 manat hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbini "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 200 manat ekspertiza xərcinin cavabdehlərdən tutulması hissədə əsassız hesab edərək qeyd edir ki, işin hallarından müəyyən olduğu kimi qeyd olunan mütəxəssis rəyi hazırkı mülki işin gedişində məhkəmə tərəfindən müəyyən edilmiş qaydada əldə edilməmiş, birbaşa olaraq İddiaçı tərəfindən sifariş edilmişdir. Eyni zamanda məhkəmə həmin mütəxəssis rəyini hazırkı mülki iş üzrə mötəbər sübut kimi qəbul etməmiş və ona istinad etməmişdir. Buna görə də iddiaçı tərəfindən öz təşəbbüsü ilə sifariş edilmiş mütəxəssis rəyinə görə çəkilmiş xərcin əvəzi cavabdehlərdən tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 6.422 manat real zərər və 3.600 manat həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olmaqla, cəmi 10.022 (on min iyirmi iki) manat məbləğində müəyyən edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 10.022 (on min iyirmi iki) manat məbləğin ½ hissəsi (5.011 manat) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə, qalan ½ hissəsi (5.011 manat) Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilməli. Həmin məbləğin ½ hissəsi olan 5.011 manat pul vəsaitinin 2193,5 (iki min yüz doxsan üç manat əlli qəpik) manatı "xxxx" ASC-dən, 2817,5 (iki min səkkiz yüz on yeddi manat əlli qəpik) manatı Cavabdeh1, digər ½ hissəsi olan 5.011 manat məbləğin 5000 (beş min) manatı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 11 (on bir) manatı Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. “Hyundai Creta” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 6.422 manat real zərər və 3.600 manat həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olmaqla, cəmi 10.022 (on min iyirmi iki) manat məbləğində müəyyən edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 10.022 (on min iyirmi iki) manat məbləğin ½ hissəsi (5.011 manat) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə, qalan ½ hissəsi (5.011 manat) Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilsin. Həmin məbləğin ½ hissəsi olan 5.011 manat pul vəsaitinin 2193,5 (iki min yüz doxsan üç manat əlli qəpik) manatı "xxxx" ASC-dən, 2817,5 (iki min səkkiz yüz on yeddi manat əlli qəpik) manatı Cavabdeh1, digər ½ hissəsi olan 5.011 manat məbləğin 5000 (beş min) manatı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 11 (on bir) manatı Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat və hüquqi xidmətə görə 150 manat olmaqla, cəmi 270 (iki yüz yetmiş manat) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-913/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-913/2023
29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver