Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-92/2025 16.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və kredit borcunun ipoekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və kredit borcunun ipoekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və kredit borcunun ipoekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 26-xx-xx-2016-MR- FE nömrəli xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən 54238,46 manat əsas, 1697,34 manat faiz borcu olmaqla, cəmi 55935,8 manat məbləğindəki borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30 AZN məbləğindəki dövlət rüsumu və 15 AZN xidmət haqqının cavabdehlərdən tutulması; 26-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cıil tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan Bakı şəhəri, Yasamal r, H.ünvan 1, m 7 ünvanında yerləşən mənzilin (Seriya RX, № 1369038, qeydiyyat nömrəsi:********** qeydiyyat tarixi: xx.xx.2018) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal r, H.ünvan 1, m 7 ünvanında yerləşən mənzilindən (Seriya RX, № 1369038, qeydiyyat nömrəsi:********** qeydiyyat tarixi: xx.xx.2018) Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması; Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və X1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; Məhkəməyə müraciət üçün ödənilmiş 257.81 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 və Cavabdeh2 Gündüz oğlundan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 26-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 52014,46 manat əsas, 1136,05 manat faiz borcu olmaqla, cəmi 53150,51 manat məbləğindəki borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 52,48 manat vəsaitin cavabdehlərdən tutulması, həmçinin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi üçün təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizası üçün tərəflərindən ödənilmiş 250 manat ekspertiza xərcinin də cavabdehlərdən tutulması, 26-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, m.7, m.7 ünvanında yerləşən mənzilin (Seriya RX, № 1369038, qeydiyyat nömrəsi: ********** qeydiyyattarixi: xx.xx.2018) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal r., H.Zərdabi prospekti, 192, m.7, m.7 ünvanındayerləşən mənzilindən (Seriya RX, № 1369038, qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi: xx.xx.2018) Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 257,81 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdeh X2 və Cavabdeh2 Gündüz oğlundan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 26-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanılmış 26-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 240 ay müddətinə 68609 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 26-xx-xx-2016- MR-FE nömrəli Kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.20218-ci il tarixində 2 nömrəli Əlavə imzalanmışdır. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal r, H.ünvan 1, m 7 ünvanında yerləşən mənzilin (Seriya RX, № 1369038, qeydiyyat nömrəsi:********** qeydiyyat tarixi: xx.xx.2018) ipotekaya qoyulması barədə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onlar öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda qeyd olunanlara əsasən Banka 26-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016cı il tarixliKredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 54238.46 manat əsas, 1697.34 manat faiz borcu olmaqla, cəmi 55935.8 manat borcu mövcuddur. Eyni zamanda tərələrindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 257.81 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-ci il tarixində 6-2-22/2-10604/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
İİ.Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 26-xx-xx- 2016MR-FE nömrəli Kredit müqaviləsindən və ona 1 nömrəli Əlavədən görünür ki, bank tərəfindən ona 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 68609 manat məbləğində kredit verilmişdir. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.
9. 01 avqsut 2018-ci il tarixli 02 nömrəli Əlavə ilə 05 fevral 2016-cı il tarixli 26-xx-xx- 2016-MR-FE nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklər edilmiş və müqavilənin tərkib hissəsinə çevrilmişdir.
10. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, 26-xx-xx-2016 MR-FE nömrəli Kredit müqaviləsinin icrasının təmini məqsədilə ipoteka qoyan Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 192, M.7, m.7 ünvanında yerləşən ümumi sahəsi 42,1 m2 mənzili ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 68609 manat məbləğində müəyyən edilmişdir.
12. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 26-xx-xx- 2016-MR-FE nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 26-xx-xx-2016MR-FE nömrəli Kredit müqaviləsinə əsasən 68609 manat məbləğində, 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasından ibarət kredit öhdəliyinin icrası ilə əlaqədar olaraq cavabdehlik daşımağı öz üzərinə götürmüşdür.
13. Müqavilənin 7.3-cü bəndinə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə mövcud kredit borcu 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. 29.01.2024-cü il tarixli hesabdan çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 6-2-22/2-2035/2024 saylı İPTYB qeydiyyatı alınması üçün 52,48 manat ödənilmişdir.
16. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, ümumi sahəsi 42,1 kv.m olan və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 192 , M.7, m.7 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir və Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
17. “X4 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YDQM № 004-245/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 192, M.7, m. 7 ünvanında yerləşən mənzilin hazırki bazar dəyəri 107000 manat, likvid dəyəri 91000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 250 manat məbləğində xidmət haqqı iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən “X4 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir.
18. 14.04.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 ooğlunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 52014,46 manat əsas borc, 1136,05 manat faiz borcu olmaqla, cəmi borcu 53150,51 manat borcu vardır.
19. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
27. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
28. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
29. Həmin Məcəllənin 740.8-ci maddəsinə əsasasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.
30. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
31. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
32. Həmin Məcəllənin 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
33. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
34. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
35. Həmin Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.
37. Həmin Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
38. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
40. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
42. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti “X4 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YDQM № 004-245/2024 nömrəli mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir.
43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 52014,46 manat əsas, 1136,05 manat faiz borcu olmaqla, ümumilikdə 53150,51 manat məbləğində borc və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 52,48 manat vəsait, ödənilmiş 257,81 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, m.7, m.7 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti 91000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməli, ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 tərəfindən tərk edilmədiyi halda onun tərəfindən mənzil boşaldılmalı və Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 257,81 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı cavabdehlərə aid edilməlidir.
46. Həmçinin iddia təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 250 manat məbləğində ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.
V Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 52014,46 manat əsas, 1136,05 manat faiz borcu olmaqla, ümumilikdə 53150,51 manat məbləğində borc və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 52,48 manat vəsait, ödənilmiş 257,81 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, m.7, m.7 ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin ipoteka predmeti ilkin satış qiyməti 91000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 tərəfindən tərk edilmədiyi halda onun tərəfindən mənzil boşaldılsın və Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı ümumilikdə 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil