Məhkəmə qərarları › İş №e-2(004)-928/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-928/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-928/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 13456,70 manat (on üç min dörd yüz əlli altı manat yetmiş qəpik) əsas, 1153,57 manat (bir min yüz əlli üz manat əlli yeddi qəpik) faiz, 47,76 manat (qırx yeddi manat yetmiş altı qəpik) cərimə, 0 manat (sıfır) komisyon haqqı borcu olmaqla, cəmi 14658,03 manat (on dörd min altı yüz əlli səkkiz manat 3 qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 133,98 manat (yüz otuz üç manat doxsan səkkiz qəpik) məbləğində vəsait tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay (altmış) müddətinə illik 18% (on səkkiz) ödəmək şərtilə 14058 manat (on dörd min əlli səkkiz manat) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərti pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il "xxxx" KB ASC-yə 13456,7 manat (on üç min dörd yüz əlli altı manat yeddi qəpik) əsas, 1153,57 manat (bir min yüz əlli üz manat əlli yeddi qəpik) faiz, 47,76 manat (qırx yeddi manat yetmiş altı qəpik) cərimə, 0 manat (sıfır) komisyon haqqı borcu olmaqla, cəmi 14658,03 manat (on dörd min altı yüz əlli səkkiz manat 3 qəpik) məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materillarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 114nkSUM/23 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya verilmiş 14058 manat (on dörd min əlli səkkiz) məbləğini illik maksimum 18% (on səkkiz) olmaqla, maksimum 60 ay müddətində xx.xx.2028-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. "xxxx" KB ASC ilə Cavabdeh arasında arasında bağlanmış xx.xx.2023-cü il tarixli 114nkSUM/23 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, kreditor borcluya verilmiş 14058 manat (on dörd min əlli səkkiz) məbləğini illik 18% (faiz) olmaqla, 60 ay müddətində xx.xx.2028-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı xx.xx.2023-cü il tarixli 114nkSUM/23 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcək. Unibank KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü tarixli 114nkSUM/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2023-cü il tarixinə əsas kredit borcu üzrə 13456,70 (on üç min dörd yüz əlli altı manat yetmiş qəpik) əsas, 917,88 manat (doqquz yüz on yeddi manat, səksən səkkiz qəpik) faiz borcu üzrə, 19,30 manat (on doqquz manat otuz qəpik) cərimə borcu üzrə, cəmi 14393,88 manat (on dörd min üç yüz doxsan üç manat) məbləğində borcun ödənilməsi 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, BANK/PİKMD/1156688 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 114nkSUM/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə borcu 13456,7 manat (on üç min dörd yüz əlli altı manat yetmiş qəpik) əsas, 1153,57 manat (bir min yüz əlli üz manat əlli yeddi qəpik) faiz, 47,76 manat (qırx yeddi manat yetmiş altı qəpik) cərimə, 0 manat (sıfır) komisyon haqqı borcu olmaqla, cəmi 14658,03 manat (on dörd min altı yüz əlli səkkiz manat 3 qəpik) təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 133,98 (yüz otuz üç manat doxsan səkkiz qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 114nkSUM/23 saylı kredit müqaviləsi əsasında kreditor borcluya verilmiş 14058 manat (on dörd min əlli səkkiz) məbləğini illik maksimum 18% (on səkkiz) olmaqla, maksimum 60 ay müddətində xx.xx.2028-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı xx.xx.2023-cü il tarixli 114nkSUM/23 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəlmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə Cavabdeh 13456,70 (on üç min dörd yüz əlli altı manat yetmiş qəpik) əsas, 1153,57 manat (bir min yüz əlli üz manat əlli yeddi qəpik) faiz borcu, 47,76 manat (qırx yeddi manat yetmiş altı qəpik) məbləğində cərimə borcu olmaqla cəmi 14658,03 manat (on dörd min altı yüz əlli səkkiz manat 3 qəpik) manat kredit borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas borc hissəsində 13456,7 manat (on üç min dörd yüz əlli altı manat yetmiş qəpik) faiz borcu hissəsində 1153,57 manat (bir min yüz əlli üz manat əlli yeddi qəpik) faiz, 47,76 manat (qırx yeddi manat yetmiş altı qəpik) cərimə borcunun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh tutularaq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 133,98 manat (yüz otuz üç manat doxsan səkkiz qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Unibank" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13456,7 (on üç min dörd yüz əlli altı manat yeddi qəpik) əsas, 1153,57 (bir min yüz əlli üz manat əlli yeddi qəpik) manat faiz, 47,76 (qırx yeddi manat yetmiş altı qəpik) manat cərimə olmaqla, cəmi 14658,03 (on dörd min altı yüz əlli səkkiz manat 3 qəpik) manat məbləğində borc və ödənilmiş 133,98 (bir yüz otuz üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar