Məhkəmə qərarları › İş №e-2(004)-934/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-934/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-934/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən sonuncunun Cavabdeh ilə arasında 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən tələbetmə hüququ İddiaçı MMC-yə keçmişdir. 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 289 (iki yüz səksən doqquz) manat olan Samsung A105 32ds markalı mobil telefonu almışdır. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Nəticədə, cavabdehin 171 (yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 188 (yüz səksən səkkiz) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 171 (yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 188 (yüz səksən səkkiz) manat borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 289 (iki yüz səksən doqquz) manat olan Samsung A105 32ds markalı mobil telefonu satmışdır. Cavabdeh müqavilə predmeti olan əşyanın dəyərini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, "xxxx" MMC 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh qarşı tələb hüququnu İddiaçı MMC-yə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 002 saylı İddiaçı MMC ilə "xxxx" MMC ilə bağlanmış faktorinq müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə bağlanmış 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərinə əməl etməməsinə görə 171 (yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 188 (yüz səksən səkkiz) manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 193 (tələbin güzəştinə münasibətdə), 462 (dəbbə puluna münasibətdə), 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. MM-in 193.2-ci maddəsinə əsasən, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. MM-in 193.3-cü maddəsinə əsasən, əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 193, 462, 600.4 və 655.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən cavabdeh X2 ümumi dəyəri 289 (iki yüz səksən doqquz) manat olan Samsung A105 32ds markalı mobil telefonu almışdır. İddiaçı MMC-nin direktoru Nümayəndə ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən sonuncunun Cavabdeh ilə arasında 27 fevral 2020-ci il tarixli WTCN-002688 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən tələbetmə hüququ İddiaçı MMC-yə keçmişdir. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Nəticədə, cavabdehin 171 (yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 188 (yüz səksən səkkiz) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 171 (yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 188 (yüz səksən səkkiz) manat borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 171 (yüz yetmiş bir) manat əsas, 17 (on yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 188 (yüz səksən səkkiz) manat borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar