Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-945/2023 11.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, Ərizəçi Tələbkar “X1 Evrascon” ASC-yə qarşı əmr icraatı qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar “X1 Evrascon” ASC-yə qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əmr icraatı qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizədə nəzərdə tutulmuş tələb əmr icraatı qaydasında verilməli olmadığından, Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən: 276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Məhkəmə hesab edir ki, əmr icraatı qaydasında verilmiş ərizə Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, hazırki əmr icraatı qaydasında verilmiş ərizədə nəzərdə tutulan tələbdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini nəzərdə tutulur. Buradan da görünür ki, verilmiş tələb Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsində sadalanan əmr icraatı qaydasında baılmasına yol verilən tələblərin dairəsinə daxil deyil, özündə qərardaddan şikayəti ehtiva edir. Buna görə də ərizəçinin əmr icraat qaydasında verilmiş ərizəsinin əmr icraatı qaydasında məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizənin və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268, 284-1 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Tələbkar “X1 Evrascon” ASC-yə qarşı əmr icraatı qaydasında verilmiş ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-945/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-945/2023
11.01.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver