Məhkəmə qərarları › İş №e-2(004)-95/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-95/2025

30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-95/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada, ünvan 1 ünvanda yerləşən evin payına düşən 1/6 hissəsinin təmiri ilə əlaqədar görüləsi işlər üçün 5725 (beş min yeddi yüz iyirmi beş) manat, zədələnmiş və mənimsənilmiş əşyalara 3350 (üç min üç yüz əlli) manat, əldən çıxmış faydaya görə 3000 (üç min) manat, ümümilikdə 12075 (on iki min yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq ödənilməyi, iddia ərizəsinin verildiyinə görə 127 manat dövlət rüsumu və qiymətləndirmə rəyi üçün 400 manat məbləğində tərəfimdən xərclənən pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi,6 saylı ev (daşınmaz əmlakın reyestr nömrəsi **********31) paylı mülkiyyətdə olaraq: X6 - 1/2 Cavabdeh2 - 2/6 İddiaçı - 1/6 hissəsinə pay hüququ təsdiq edilmişdir. Sonra, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 2(004)-37/2023 saylı 18 aprel 2023 tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılması, İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələr qadağan edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X24 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin qət etmişdir. Həmin qətnamə, apellyasiya şikayəti verilmədiyi üçün, qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7320 saylı xx.xx.2023 tarixli ekspert rəyinə əsasən, sözü gedən evə dair mülkiyyətçilərin hər birinə düşən sahələr: X6 - 86.8 kv.m Cavabdeh2 - 58.2 kv.m İddiaçı - 28.7 kv.m müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onların ailə üzvləri həmin evdə yaşadıqları üçün, o mülkiyyətində olan evdən nəinki istifadə edə bilmir, hətta mənzilə daxil olmasına belə məhdudiyyətlər yaratmışlar. Dəfələrlə cavabdehlərlə bu məsələyə ilə əlaqədar aralarında mübahisələr, davalar olmuşdur. Buna görə, iddiaçı cavabdehlərə qarşı “istifadə hüququna xitam verilməklə evdən çıxarılmaya dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 2(004)-383/2024 nömrəli 16 yanvar 2024 tarixli qətnaməsi ilə iddia tələbini təmin edərək, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli evdən iddiaçının payına düşən 8, 9, 10 nömrəli otaqlardan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılması və 8, 9, 10 nömrəli otaqlar boşaldılmasını qət etmişdir, qətnamədən apellyasiya şikayəti verilmədiyinə görə qanuni qüvvəyə minmişdir. Daha sonra iddiaçı həmin boşaldılmış evə gəldikdə, xoşagəlməz mənzərə ilə rastlaşmışdır. Belə ki, iddiaçı ilə düşmənçilik münasibətlərində olan cavabdehlər ona məxsus mebel əşyalarını qəsdən zədələmişlər, bəzilərini mənimsəmişlər, evdə müəyyən konstruksiya dəyişiklikləri etmişlər, qaz, su, işıq xətlərini bünövrəsindən kəsmişlər və s. qanunsuz hərəkətlər edərək, evi tamamilə yararsız vəziyyətə salmışlar. Onlar bu hərəkətləri ondan qisas almaq məqsədi ilə etmişlər ki, sözü gedən evdən uzun müddət istifadə edə bilməsin. Bununla da, cavabdehlər ona maddi ziyan vurmuşlar: Evin təmiri: qapılar – 350 man., tualet oturacağı – 200 man., suvaq (şpaklyovka 8 kisə) – 70 man., divara çəkilən tor – 100 man., sumbata kağızı – 30 man., emulsiya – 150 man., boya – 20 man., laminat döşəmə - 700 man., paduqa tavana – 130 man., döşəmə yaşmağı - 120 man., süngər (döşəmə altı) – 50 man., mismar (balaca və böyük) – 20 man., fırça (4 ədəd) – 15 man., vərdənə (2 ədəd) – 65 man., mala (3 ədəd) – 40 man., pəncərə boyası – 20 man., kafel – 60 man., metlax – 80 man., “Mətanət A” keramika yapışdırıcısı – 20 man., sement və qum (3 kisə) – 55 man., kanalizasiya borusu – 150 man., su borusu – 110 man., qaz borusu – 70 man., elektrik məftili – 100 man., qaz, su ,işıq sayğacları – 700 man., maşın pulu – 300 man., ara divarın bərpası – 300 man., usta pulu – 1700 man. Əşyalar: qaz peçi – 300 man., paltaryuyan maşın (Beko) – 600 man., mətbəx mebeli – 250 man., yemək masası – 200 man., oturacaqlar (6 ədəd) – 300 man., yataq mebeli – 1100 man., divan – 600 man. O, ailəlidir, 2 övladı var, Novxanı kəndində yarı tikili evdə məskunlaşır, işsizdir, maddi vəziyyəti ağırdır. Atasından miras qalan Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanında yerləşən evi kirayə verib (ayda 300 manat), gəlir əldə etmək niyyətində olmuşdur. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bunu edə bilməmişdir və maddi gəlirdən məhrum olmuşdur. Evə dair hüququ olsa da, ondan istifadə, sərəncam, sahiblik edə bilməmişdir. Bu azmış kimi, cavabdehlər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə barəsində şər və böhtan xarakterli ərizə verərək, mülkiyyətində olan evə zorla girmək istədiyini, cavabdehlərə xəsarət yetirməyini qeyd ediblər. Həmin müraciət üzrə araşdırma aparılmış və cavabdehlərin göstərdikləri xüsusatlar təsdiq edilməmişdir. Hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli evə dair 1/6 hissəsinə olan payına görə ayrılan mənzildə cavabdehlərin özbaşnalıqları və qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğu üçün, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi vacibdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələninin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evin payına düşən 1/6 hissəsinin təmiri ilə əlaqədar görüləsi işlər üçün- 4290 (dörd min iki yüz doxsan) manat, zədələnmiş və mənimsənilmiş əşyalara- 1790 ( min yeddi yüz doxsan) manat, əldən çıxmış faydaya görə 12390 (on iki min üç yüz doxsan) manat, ümumilikdə 18470 (on səkkiz min dörd yez yetmiş) manat məbləğində pulun tutularaq ödənilməsi, iddia ərizəsinin verildiyinə görə 18470 manat iddia tələbinə görə 159 manat (127 manat ilkin iddia ərizəsi- 32 manat iddia ərizəsinə əlavə) manat dövlət rüsumu və qiymətləndirmə rəyi üçün ilkin rəy üçün 400 manat, “X16 mərkəzinin” rəyinə görə 400 manat, "xxxx" MMC-nin hesabatına görə 300 manat iddiaçı tərəfindən xərclənən pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada, ünvan 1 ünvanda yerləşən evin payına düşən 1/6 hissəsinin təmiri ilə əlaqədar görüləsi işlər üçün 5725 (beş min yeddi yüz iyirmi beş) manat, zədələnmiş və mənimsənilmiş əşyalara 3350 (üç min üç yüz əlli) manat, əldən çıxmış faydaya görə 3000 (üç min) manat, ümümilikdə 12075 (on iki min yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq ödənilməyi, iddia ərizəsinin verildiyinə görə 127 manat dövlət rüsumu və qiymətləndirmə rəyi üçün 400 manat məbləğində xərclənən pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, cavabdehlər sözü gedən evin iddiaçının payına düşən hissəsindən qanunsuz olaraq, uzun müddət istifadə etmişlər, orada olan əşyaları qəsdən zədələmişlər, bəzilərini məhv etmişlər, mənimsəmişlər, evdə konstruksiya dəyişikliyi ilə bərabər, digər zərərverici hərəkətlər etmişlər. İş üzrə 2(004)-2694/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək (hakim Toğrul Axundov), məhkəmə tikinti-texniki (inşaat) və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə hər hansı maddi ziyanın vurulması mövcuddurmu? Mövcuddursa dəymiş maddi ziyan nədən ibarətdir? 2. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə ziyan dəydiyi təqdirdə, bu ziyanın vurulması qərəzlidirmi? 3. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə ziyan dəydiyi təqdirdə, ziyan evin istismar olunması ilə tədricən yaranmış maddi ziyandan ibarətdirmi? 4. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən (evin istismarı ilə əlaqədar yaranmış ziyan divardakı çatlar və s. istisna olmaqla) mənzilin təmiri üçün nə qədər vəsait tələb olunur? 5. ünvan 3 ünvanda yerləşən mebel dəstləri sıradan çıxmışdırmı? Sıradan çıxma səbəbi nədir (istismar səbəbi ilə əlaqədardı yoxsa ziyan yetirilibdi? Sıradan çıxmışdısa onların bərpası və bazar qiyməti nə qədər məbləğ təşkil edir? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/5200-9/5364 nömrəli rəy verilərək, tədqiqatın nəticəsi müəyyən edilmişdir: 1-ci sual üzrə Bakı şəhəri,Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanmd a yerləşən evin mətbəx-dəhliz tikilisində quraşdırılmış su və kanalizasiya sist eminin üstü sement məşlulu ilədoldurulmuş vəziyyətdə olduğu, divarın və tav anm üzərində müxtəlif ölçülərdə ləkələrin olduğu və yaşayış evinə giriş-çıxış qapısının kilid (zamok) yerləşdiyi hissə istifadəyə yararsız vəziyyətdə olduğu müşahidə olunmuşdur. 2 və 3 sayli tikililərin divarın və tavanın üzərində müxtəlif ölçülərdə ləkələ rin olduğu vədivarın üzərində qapı oyuğunun açıldığı və sonradan bağlanıldı ğı müşahidə olunmuşdur. 2-ci sual üzrə Bakı şəhəri,Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə ziyan dəydiyi müəyyən edilir. Lakin həmin ziyanın qərəzli olub-olmaması məsələsi tikinti ekspertinin səlahiyyətindən kənardır. 3-cü sual üzrə Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə ziyan dəydiyi müəyyən edilir. Lakin ziyan evin istismar olunması ilə və ya tədricən yaranmış maddi ziyandan ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. 4-cü sual üzrə Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanın da yerləşən evdə yerinə yetirilməli müxtəlif növ tikinti-təmir araşdırma işlərinin (xidmət haqqı və tikinti materiallari daxil olmaqla) təqribi dəyərini və bazar qiymətlərinə uyğun olaraq 2611,0 manat məbləğində olduğu müəyyən edir. 5-ci sual üzrə Qərardadda qeyd edilən mebellərə dəymiş ziyanla bağl ekspert baxışına mətəxəssislərin cəlb olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli, 10/5200-9/5364 №-li vəsatət göndərilmişdir. Verilmiş vəsatət təmin edilmədiyindən (mütəxəssislər cəlb edilməmişdir) qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Sonra həmin iş üzrə xx.xx.2025-ci il tarixli 2(004)-95/2025 nömrəli qərardadı ilə (hakim Aydan Oruclu), məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruri sayılmışdır və ekspertizanin aparilmasi (mütəxəssislər cəlb olunmaqla) “X16 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, yaşamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerlə şən evə hər hansı maddi ziyanın vurulması mövcuddurmu? Mövcudddursa dəymiş maddi ziyan nədən ibarətdir? Ziyan qərəzli şəkildə vurulmuşdurmu? 2. Bakı şəhəri, yaşamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerlə şən (evin istismarı ilə əlaqədar yaranmış ziyan - divardakı çatlar və s. istisna olmaqla) mənzilin təmiri üçün nə qədər vəsait tələb olunur? 3. Bakı şəhəri, yaşamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerlə şən mebel dəstləri sıradan çıxmışdırmı? Sıradan çıxma səbəbi nədir (istismar səbəb ilə əlaqədardır yoxsa ziyan yetirilib)? Sıradan çıxmışdırsa, onların bərpası və bazar qiyməti nə qədər məbləğ təşkil edir? “X16 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli YDQM№097/2025 nömrəli rəy verilmişdir. Tədqiqatın nəticəsində mənzilin bərpa xərcləri və sıradan çıxmış avadanlıqların dəyəri müəyyən edilərək, cəmi zərər məbləği göstərilmişdir: Təmir-bərpa xərcləri 4290 AZN, mebel əşyaların dəyərlərinin hesablanma cədvəli 1790 AZN. İşin hər tərəfli, tam və obyektiv həll olunması üşün xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən "xxxx" MMC-yə mübahisə predmeti olan evin bazar şəraitinə uyğun 2023-cü ilin aprel ayından 2025-ci ilin dekabr ayına qədər orta aylıq kirayə haqqı və bu dövr üzrə ümumi kirayə dəyərinin müəyyən edilməsi üçün müraciət etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02- 276/25 nömrəli hesabatından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən, 1 otaqlı, 29 kv.m sahəyə malik mənzilin bazar şəraitinə uyğun, sadə təmirli və əşyaları (mebelli) formada 2023-cü ilin aprel ayından 2025-ci ilin dekabr ayına qədər orta aylıq kirayə haqqı və bu dövr üzrə ümumi kirayə dəyəri 12390 AZN məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki (xx.xx.2025-ci il tarixli) məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək, evdən çıxanda evin normal vəziyyətdə olduğunu, şəkillərdəki kimi heç nəyin sındırılmadığını, evdəki əşyaları Əhədin qəsdən sındırdığını bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində İddiaçı və Cavabdeh2 onun bibisi nəvələri olduğunu, heç biri ilə münasibətlərinin yaxşı olmadığını, 1997-ci ilə qədər Əhəd və Ramillə qonşu olduğunu, yuxarı evin Əhədin, aşağı evin Ramilin olduğunu, evin əvvəlki təmirini ataları Ramizin etdiyini, kim tərəfindən evin hazırki vəziyyətə gətirildiyini, kimin evi dağıtdığını görmədiyini, evə təkrar ekspert gələndə evin fərqli olduğunu, divarın deşilib yarıldığını gördüyünü bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrından çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən ümumi sahəsi 187.20 kv.m olan fərdi yaşayış evi 2/1 hissədə X3 adına, 2/6 hissədə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində, 1/6 hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən İddiaçı 14 sentyabr 2002-ci il tarixindən ünvan 6 ünvanında qeydiyyatdadır. Həmin arayışa əsasən X12, X9, X18, X19, X20, Cavabdeh2, X10, X13, X14, X11, Cavabdeh3, Cavabdeh1 ünvan 6 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli yaşayış mənzilinin qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi ünvanında yerləşən, çıxarış üzrə 31, 2 m2 təşkil edən 6 nömrəli fərdi yaşayış mənzilinin mənzil bazar dəyərinin müqayisəsi (analoqların müqayisəsi) yanaşmasının metodları ilə müəyyən edilmiş 1m2 üçün qiyməti təmirli vəziyyətindəki dəyəri 1950 manat, hal hazırki vəziyyəti üçün bazar dəyəri 1800 manat, likvid dəyəri isə 1267 manat təşkil edir. Çıxarış üzrə ümumi sahəsi 31,2 təşkil edən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2024-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan aylıq kirayə bazar dəyəri 350 ( üç yüz əlli) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinni başlanılması rədd edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 ifadəsində ünvan 6 ünvanında yerləşən ev atası Ramiz dünyasını dəyişməmişdən qabaq onun tərəfindən təmir olunduğunu və bütün xərclərin də atası tərəfindən qarşılandığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 ifadəsində ünvan 6 ünvanında yerləşən ev əri Ramiz dünyasını dəyişməmişdən qabaq əri tərəfindən əsaslı şəkildə təmir olunduğunu və bütün xərclərin də əri tərəfindən qarşılandığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən Cavabdeh2 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsindən 2/6 hissəni Hussain Sajjid-ə kirayəyə verir.X17 kirayə verən Cavabdeh2 aylıq 150 manat kirayə haqqı ödəyir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-37/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda уerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətində olan 10, 9 və 8 nömrəli otaqlarına köçürülməsi, Cavabdeh2 İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələr qadağan edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavadehlər İddiaçı və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X24 01 nömrəli Bakı Ərazi idarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddianın təmin edilməməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tutularaq X4 KOD: 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT ВİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-383/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli evdən- iddiaçının payına düşən 8, 9, 10 nömrəli otaqlardan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Tahiq qızının çıxarılması və 8, 9, 10 nömrəli otaqların boşaldılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-276/25 nömrəli hazırlanmış daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 6 ünvanda yerləşən qiymətləndirmənin obyekti olan mənzilin 2023-cü ilin aprel ayından 2025-ci ilin dekabr ayına qədər ayına qədər aylıq kirayə dəyərləri illər üzrə müəyyən edilmişdir. Mənzilin bazar şəraitinə uyğun, sadə təmirli və əşyalı (mebelli) formada olması nəzərə alınmaqla kirayə haqqının hesablanması nəticəsində 2023-cü ilin aprel ayından 2025-ci ilin dekabr ayına qədər olan orta aylıq ümumi kirayə dəyəri 12.390 (on iki min üç yüz doxsan) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5364 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri,Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanmd a yerləşən evin mətbəx-dəhliz tikilisində quraşdırılmış su və kanalizasiya sisteminin üstü sement məşlulu ilə doldurulmuş vəziyyətdə olduğu, divarın və tav anm üzərində müxtəlif ölçülərdə ləkələrin olduğu və yaşayış evinə giriş-çıxış qapısının kilid (zamok) yerləşdiyi hissə istifadəyə yararsız vəziyyətdə olduğu müşahidə olunmuşdur. 2 və 3 sayli tikililərin divarın və tavanın üzərində müxtəlif ölçülərdə ləkələrin olduğu və divarın üzərində qapı oyuğunun açıldığı və sonradan bağlanıldığı müşahidə olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə ziyan dəydiyi müəyyən edilir. Lakin həmin ziyanın qərəzli olub-olmaması məsələsi tikinti ekspertinin səlahiyyətindən kənardır. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evə ziyan dəydiyi müəyyən edilir. Lakin ziyan evin istismar olunması ilə və ya tədricən yaranmış maddi ziyandan ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanın da yerləşən evdə yerinə yetirilməli müxtəlif növ tikinti-təmir araşdırma işlərinin (xidmət haqqı və tikinti materiallari daxil olmaqla) təqribi dəyərini və bazar qiymətlərinə uyğun olaraq 2611,0 manat məbləğində olduğu müəyyən edir. Qərardadda qeyd edilən mebellərə dəymiş ziyanla bağl ekspert baxışına mətəxəssislərin cəlb olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli, 10/5200-9/5364 №-li vəsatət göndərilmişdir. Verilmiş vəsatət təmin edilmədiyindən (mütəxəssislər cəlb edilməmişdir) qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan “X16 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-097/2025 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi ünvanında yerləşən mənzilin bərpa xərcləri və sıradan çıxmış avadanlıqların dəyəri müəyyən edilərək cəmi zərər məbləği: təmir-bərpa xərcləri 4,290.0 AZN, mebel əşyaların dəyərlərinin hesablanma cədvəli 1,790.0 AZN müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-383/2024 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 1 evdən – iddiaçının payına düşən 8, 9, 10 saylı otaqlardan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılmalı və 8, 9, 10 saylı otaqlar boşaldılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 383/2024 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsində icraat başlanılmışdır. Borcluya icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbkar İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-383/2024 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 evdən – iddiaçının payına düşən 8, 9, 10 saylı otaqlardan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılmalı və 8, 9, 10 saylı otaqlar boşaldılmalıdır. İcra sənədi üzrə tələb təmin olunduğundan sözügedən icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarına ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin fotoşəkilləri əlavə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi İddiaçı, 2/6 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-383/2024 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli evdən İddiaçı payına düşən 8, 9, 10 nömrəli otaqlardan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Tahiq qızının çıxarılması və 8, 9, 10 nömrəli otaqların boşaldılması qət edilmişdir. Həmin qətnamə 26 fevral 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ərizə ünvanlayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-383/2024 nömrəli icra sənədi üzrə tələb təmin olunduğundan sözügedən icra sənədinə xitam verilməsini xahiş etmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 evi boşaldarkən ona məxsus mebel əşyalarını qəsdən zədələdiklərini, bəzilərini mənimsədiklərini, evdə müəyyən konstruksiya dəyişiklikləri etdiklərini, qaz, su, işıq xətlərini bünövrəsindən kəsdiklərini və s. qanunsuz hərəkətlər edərək, evi tamamilə yararsız vəziyyətə saldıqlarını iddia edərək, cavabdehlərdən müştərək qaydada, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evin onun payına düşən 1/6 hissəsinin təmiri ilə əlaqədar görüləsi işlər üçün- 4290 manat, zədələnmiş və mənimsənilmiş əşyalara-1790 manat, əldən çıxmış faydaya görə 12390 manat, ümumilikdə 18470 manat məbləğində pulun tutularaq ödənilməsi, iddia ərizəsinin verildiyinə görə 159 manat manat dövlət rüsumu və ilkin qiymətləndirmə rəyi üçün 400 manat, “Yeni Dövr” qiymətləndirmə mərkəzinin rəyinə görə 400 manat, "xxxx" MMC-nin hesabatına görə 300 manatın tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Məhkəmə iddiaçının evin təmiri ilə əlaqədar görüləsi işlər üçün 4290 manat, zədələnmiş və mənimsənilmiş əşyalara görə 1790 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, iş materialları, tərəflərin izahatları, şahid ifadələrinə əsasən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinə zərər vurulduğu müəyyən olunsa da, həmin zərərin məhz cavabdehlər və ya cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulduğu sübuta yetirilməmiş, məhkəmə tərəfindən də zərərin konkret hansı şəxs tərəfindən və hansı dövrdə törədildiyi dəqiq müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 12390 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, əldən çıxmış fayda yalnız qanunsuz hərəkət nəticəsində əmlak sahibinin real gəlir əldə etmək imkanının əngəlləməsi halında baş verir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 383/2024 nömrəli cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ərizə ünvanlayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-383/2024 nömrəli icra sənədi üzrə tələb təmin olunduğundan sözügedən icra sənədinə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, icra sənədi könüllü icra müddətində icra edilmiş, hər hansı süni və ya qanunsuz gecikdirilmə halı baş verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı deyildir və təmin olunmamalıdır. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar tələblərinə münasibətdə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 nömrəli ünvanda yerləşən evin payına düşən 1/6 hissəsinin təmiri ilə əlaqədar görüləsi işlər üçün- 4290 (dörd min iki yüz doxsan) manat, zədələnmiş və mənimsənilmiş əşyalara-1790 ( min yeddi yüz doxsan) manat, əldən çıxmış faydaya görə 12390 (on iki min üç yüz doxsan) manat, ümumilikdə 18470 (on səkkiz min dörd yez yetmiş) manat məbləğində pulun tutularaq ödənilməsi, iddia ərizəsinin verildiyinə görə 18470 manat iddia tələbinə görə 159 manat (127 manat ilkin iddia ərizəsi və 32 manat iddia ərizəsinə əlavə) manat dövlət rüsumu və qiymətləndirmə rəyi üçün ilkin rəy üçün 400 manat, “X16 mərkəzinin” rəyinə görə 400 manat, "xxxx" MMC-nin hesabatına görə 300 manat iddiaçı tərəfindən xərclənən pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3003944, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar