Məhkəmə qərarları › İş №e-2(004)-977/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-977/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-977/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtobusa vurduğu maddi zərərin əvəzi olaraq 129,04 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 159,44 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 15:43-də “X7 Prado” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə İddiaçı MMC-nin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Nəsimi YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Nəsimi DYPŞ-nin polis mayoru X3 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar verilmişdir. Qeyd olunan inzibati xəta ilə yolnəqliyyat hadisəsi arasında əlaqənin olduğunu cavabdeh verdiyi öz yazılı izahatı ilə də təsdiq edir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Nəsimi Rayonu Dövlət Yol Polisi şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun arxa yan sağ hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 8164 saylı zərər aktına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa 129,04 manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “X7 Prado” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası təqdim edilmədiyinə görə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 129,04 maddi maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə Cavabdeh elektron kabinetinə bildiriş yerləşdirməklə və mobil telefonuna SMS bildirişi göndərməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 15:43-də “X7 Prado” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa maddi zərər dəymişdir. Nəsimi rayon DYPŞ polis mayoru X1 xx.xx.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat inzibati tənbeh edilmişdir. Qərardan müəyyən edilir ki, “X7 Prado” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. AZEMİS-də olan məlumatlardan müəyyən edilir ki, ASAN3 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş Cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. xx.xx.2002-ci il tarixli 8164 saylı (təmir aktının nömrəsi 111446) zərər aktından müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı 129,04 manat maddi zərər dəymişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtobusa vurduğu maddi zərərin əvəzi olaraq 129,04 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 159,44 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtobusa vurduğu maddi zərərin əvəzi olaraq 129,04 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 159,44 (yüz əlli doqquz manat qırx dörd qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar