Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-978/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə 06.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(004)-5061/2021 saylı qətnaməsi ilə 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək 01.01.2022-ci ildən başlayaraq yetkinlik yaşına çatmayan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin, uşaqların təhsil haqqının ödənilməsi üçün əlavə xərc kimi uşaqlar həmin liseyi bitirənə qədər hər ay 200 manat əlavə xərc, 50 manat mediasiya xərci və 110 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddiaçı ilə cavabdeh 26.01.2015-ci ildə nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X5 vardır. Yasamal Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli, 2(004)-5079/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış 26.01.2015-ci il tarixli nikah pozulmuş birgə nikahdan olan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 ananın yanında qalması müəyyən edilmiş, Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(004)-5061/2021 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Lakin məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdeh rəsmi olaraq işlədiyi yerdən çıxdığı üçün qətnamənin icrası ilə bağlı problemlər yaranmışdır. Belə ki, cavabdeh işdən çıxdıqdan sonra aliment borcu borcun tutulduğu vaxta olan orta əmək haqqına görə hesablanmış, bununla da tutulan alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmuşdur. Bu isə uşaqların təminatının azalmasına səbəb olmuşdur. Həmçinin qeyd edir ki, uşaqlar neçə ildir ki, Bakı şəhərində yerləşən Atatürk liseyində təhsil alırlar. Həmin təhsil müəssisəsi ödənişlidir və hər bir uşağın illik təhsil haqqı 2500 manat təşkil edir. Qeyd edilən təhsil haqqı məbləği uşaqların saxlanılması üçün əlavə xərcdir və onların əvvəlki təhsil səviyyəsinin saxlanılmasını təmin etmək üçün zəruridir. Cavabdeh isə uşaqlarla bağlı olan əlavə xərcləri könüllü olaraq qarşılamaq istəmir. Buna görə də hesab edir ki, cavabdehdən uşaqların təhsil səviyyəsinin saxlanılması üçün uşaqlar liseyi bitirənə qədər əlavə olaraq 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, uşaqlarının özəl məktəbini özü seçmiş və öz gəlirlərinə uyğun tənzimləmişdir. Həmin vaxt dövlət qulluqçusu idi və işləyirdi. Lakin sonradan iddiaçı və onun anasının onun iş yerinə əsassız şikayətləri nəticəsində işdən çıxmış və hazırda rəsmi olaraq işsizdir. Onun əvvəllər gəliri olsa da, hazırda heç bir gəliri yoxdur. Əgər iddiaçının uşaqların təhsil haqqını ödəməyə gücü çatmırsa, onları adi məktəbə qoya bilər. Heç bir gəlirinin olmamasını nəzərə alaraq qanunun tələbinə uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli, 2(004)-5079/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış 26.01.2015-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(004)- 5061/2021 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “X8” liseyinin 07.01.2022-ci il tarixli, 101 nömrəli arayışına əsasən X5 “X8” liseyinin 2020-2021-ci tədris ilində şagird kontenjanına daxil olmuş, illik təhsil haqqı 2500 manat olmaqla hal-hazırda 9B sinfində təhsil alır. İş materiallarında olan “X8” liseyinin 07.01.2022-ci il tarixli, 102 nömrəli arayışına əsasən X4 “X8” liseyinin 2020-2021-ci tədris ilində şagird kontenjanına daxil olmuş, illik təhsil haqqı 2500 manat olmaqla hal-hazırda 6A sinfində təhsil alır. Məhkəmə uşaqların mənafeyini və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddia tələbini təhsil haqqı hissəsində təmin etmir. Çünki cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.02.2010cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı həmçinin mediatora və vəkilə çəkilən xərclərin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin əvəzi olaraq 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(004)-5061/2021 saylı qətnaməsi ilə 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 24.02.2010-cu il təvəllüdlü X4 və 02.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı xeyrinə vəkilin göstərdiyi hüquqi yardıma görə xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-978/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-978/2022
21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver