Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-978/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22100 (iyirmi iki min yüz) manat dəymiş ziyan və 157 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı MMC-nin X6 Torab 18 mart 2024-cü il tarixdə əvvəllər tanıdığı X11 20800 ABŞ Dolları beh verməklə onunla Mersedes Benz CLA 250 markalı avtomobili gətirəcəyi barədə şifahi razılaşmaları olmuşdur. 20000 ABŞ Dollarını Cavabdeh və Rzayev Anar adlı şəxsin yanında vermişdir. Sonradan ona məlum olmuşdur ki, X13 həmin pul məbləğini Cavabdeh vermişdir. Bundan sonra işləri ilə bağlı xaricdə olduğundan maşını şəxsən görə bilməmiş, lakin X7 zəng edərək bildirmişdir ki, həmin avtomobili onların şirkətinin avtoparkına gətirmişdir. O da öz növbəsində, X11 inanıb arxayın olmuşdur. Lakin xaricdən qayıdanda ona məlum olmuşdur ki, avtomobili X4rın şirkətinin avtoparkından oğurlamışdır. Bundan sonra, o, Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və polislər X12 həbs edərək cinayət məsuliyyətinə cəlb etmişlər, hazırda da həmin şəxs cəzaçəkmə müəssisəsindədir. Bu işə Yasamal Rayon Polis İdarəsində baxılan zaman ona bildirmişlər ki, Cavabdeh 6000 ABŞ dolları ödənilməlidir ki, maşın geri qayıtsın. Bundan sonra, konkret olaraq xx.xx.2024-cü il tarixə notarial qaydada təsdiq olunmuş şəkildə 6000 ABŞ dollarını da ödəmişdir. Həmin pulu Yasamal Rayon Polis İdarəsində polis əməkdaşının yanında Cavabdeh vermişdir. Artıq maşını əldə edəndən sonra, onun imei və vin kodunu yoxlatdıqdan sonra ona məlum olmuşdur ki, bu avtomobilin real qiyməti 13000 ABŞ Dollarıdır. Xüsusilə qeyd edir ki, Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, guya onunla Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır və məhz bu səbəbdən burada cinayət tərkibi yoxdur. Əslində bu tamamilə absur fikirdir. Belə ki, X13 və Cavabdeh əlbir olaraq ona qarşı dələduzluq etmişlər. Cavabdehə indiyə qədər həm telefonla, həm şifahi şəkildə xəbərdarlıq etmişdir ki, onun pulunu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehlə görüşüb bildirmişdir ki, pulu qaytarmasa məhkəməyə müraciət edəcək. Lakin bugünə kimi cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona 13000 ABŞ Dolları, yəni 22100 (iyirmi ikimin yüz manat) maddi ziyan dəymişdir. Daha sonra, Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, ona məxsus olan avtomobili (Mersedes Benz AMG 2016-cı il) 28.000 pula ehtiyacı olduğu üçün satmaq istəmişdir. X5 maşını haqqında məlumatı ortaq tanışları Anar vasitəsilə öyrənib, maşına baxmağa gəlmişdir. Talib Ağdəmir gələrkən yanında avtomobil mütəxəssisi (usta) gətirmişdi. Onlara avtomobili Amerikadan aldığını, arxa hissəsində əzik olduğunu və Bakı şəhərində düzəldirdiyini demiş və onlar maşını sürüb bəyənmişlər və heç bir avtomobil servisinə getməyə ehtiyac olmadığını deyib, özlərinin maşından anlayışları olduğunu və Talib Ağdəmirin yanındakı adamın usta olduğunu bildirmişlər. Onlar avtomobilin Amerikadan alınan şəkillərinə baxmış və avtomobili 26000 (iyirmi altı min) ABŞ dollarına almaq istədiklərini bildirmişlər. Həmin vaxt onun tanışı olan Emin Abdullayev bu avtomobili 25.500 (iyirmi beş min beş yüz) ABŞ dollarına almaq istəyirdi. O, daha yüksək məbləğ olduğu üçün 26.000 (iyirmi altı min) ABŞ dollara Talib Ağdəmirlə razılaşmışdır. Talib Ağdəmir ona 20.000 (iyimi min) ABŞ dolları vermiş, qalan 6.000 (altı min) ABŞ dollarını 2 aya verəcəyini demişdir. O, avtomobili idarə etmək üçün etibarnamə vermiş, onunla razılaşmışdır ki, 2 aydan sonra, pul tam ödənildikdə avtomobil onun adına keçiriləcək. İki ay keçdikdən sonra pulun verilməsi gecikdirilmişdir. 2024-cü il fevral ayında avtomobili ona verdiyindən 4 ay sonra, o ondan xahiş etmişdir ki, həyat yoldaşı ölkəyə gəlib, pul gətirib. Ona da sürməyə etibarnamə versin. Qalan pulu 1 həftəyə verəcək. O da Talib Ağdəmirin həyat yoldaşı dediyi X14 xx.xx.2024-cü ildə avtomobili idarə etmək etibarnaməsi vermişdir. Etibarnaməni verdikdən sonra ona məxsus olan pulu verməmişlər, telefonlarına cavab verməmişlər. Məcbur qalıb verdiyi etibarnamələri ləğv etmişdir. Etibarnaməni ləğv edəndən sonra maşını yol polisi saxlayıb duracağa qoymuşdur. Bundan sonra Mania ilə Talıb onu 26-cı polis bölməsinə çağırmışlar. Bölmədə ona 6.000 (altı min) ABŞ dolları vermişlər və müstəntiq polis mayoru onun avtomobilini Manianın adına keçirməsini istəmişdir. O isə avtomobili Talib Ağdəmirə sagtdığını və onun adına keçirəcəyini bildirmişdir, lakin polis mayoru təkid etmişdir ki, avtomobil Manianın adına qeydiyyata salınsın. Polisin dediyini qanun bilib avtomobili Maniyanın təsisçisi olduğu şirkətin adına qeydiyyata salmağa getmişdir. Qeydiyyat zamanı ondan 500 AZN borca pul istəmiş, yanında olmadığı üçün o da vermişdir. Avtomobil Manianın şirkətinin balansına keçmiş və o onun dilindən yazılı və imzalı sənəd almışdır ki, onun ondan heç bir şikayəti və və narazıçılığı yoxdur. Bu hadisədən sonra 2 dəfə zəng vurub pulu istəmişdir. 3 dəfə zəng vurandan sonra o, ona hədə-qorxu gəlmiş, polislə hədələmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Talib Ağdəmir adlı şəxsin qohumu onun məsləkdaşıdır. Talib Ağdəmirə onun üçün ev və maşın alması məqsədi ilə 85000 ABŞ dolları göndərmişdir. Cavabdehin qohumu olan Anar adlı şəxs onların şirkətində direktor vəzifəsində işləyirdi. Nəqliyyat vasitəsi üçün 20000 ABŞ dolları ödəmiş, qalan 6000 ABŞ dollarını 2-4 aya ödəyəcəyini bildirmişdir. Onun icazəsi olmadan cavabdeh Talib Ağdəmirə etibarnamə vermişdir. Daha sonra nəqliyyat vasitəsi Talib Ağdəmir tərəfindən oğurlanmışdır. Bununla bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Talib Ağdəmirə qalan 6000 ABŞ dollarını ödəsə də, o, cavabdehə həmin məbləği ödəməmiş, nəticədə cavabdeh verdiyi etibarnaməni ləğv etdirmişdir. Polis idarəsində 6000 ABŞ dollarını cavabdehə ödəmişdir. Həmçinin, həmin tarixdə cavabdeh tərəfindən ona etibarnamə verilmişdir. Həmin tarixdə də nəqliyyat vasitəsi şirkətin adına qeydiyyat alınmışdır. Alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin 16000 manata satılmasının göstərilməsi barədə məlumatı olmamışdır. Dövlət qeydiyyat nişanı ona təqdim edilərkən, nəqliyyat vasitəsinin Amerikadan 8000 ABŞ dollarına alınaraq, Gürcüstan Respublikasına gətirildiyi və orada təmir edildiyi məlum olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Nəqliyyat vasitəsini əvvəlcə canlı olaraq görməmiş, lakin videogörüntüsünü görmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 2023-cü ilin oktyabr ayında Talib Ağdəmir usta ilə birlikdə nəqliyyat vasitəsinə baxış keçirdi. Ona nəqliyyat vasitəsinin Amerikadan alındığını bildirmişdir. Onlar nəqliyyat vasitəsini bəyənmiş və pulun bir hissəsini ödəmişlər. Onların ona 6000 ABŞ dolları borcları qalmış və həmin məbləğin 2 aya ödəniləcəyini bildirmişlər. xx.xx.2023-cü il tarixdə Talib Ağdəmirə nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə vermişdir. Həmin tarixdə də nəqliyyat vasitəsi təhvil verilmişdir. Daha sonra, iddiaçının qanuni təmsilçisinə də nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə vermişdir. Lakin, qalan 6000 ABŞ dolları ona ödənilmədiyindən etibarnamələri ləğv etdirmişdir və maşın duracağa qoyulmuşdur. Daha sonra polis idarəsində 6000 ABŞ dolları ona ödənilmiş və nəqliyyat vasitəsi şirkətin adına qeydiyyata alınmışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun xx.xx.2024-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X3 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, X3 **-LH- *** qeydiyyat nişanlı avtomobil üçün 26000 dollar ödəmə etmişdir. Heç bir şikayəti yoxdur. İş materialllarında olan xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, “Mercedez Benz CLA250 minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X2 etibar etmişdir. Etibarnamə 2 ay müddətinə verilmişdir. İş materialllarında olan xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, “Mercedez Benz CLA250 minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X2 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materialllarında olan xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, “Mercedez Benz CLA250 minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Talıp Ağdemirə etibar etmişdir. Etibarnamə 8 il 2 ay 7 gün müddətinə verilmişdir. İş materiallarında olan X9 (satıcı) və İddiaçı MMC (alıcı) arasında bağlanmış xx.xx.2024cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı ona məxsus olan “Mercedez Benz CLA250 minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16000 manata alıcıya satmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, “Mercedez Benz CLA250 minik” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı müvafiq razılaşma olmuşdur. Cavabdeh atasının mülkiyyətində olan “Mercedez Benz CLA250 minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 26000 ABŞ dollarına idiaçıya satmaq, iddiaçı isə 26000 ABŞ dollarına almaq barədə razılığa gəlmişlər. Alqı satqı müqaviləsinin dəyərinin 20000 ABŞ dolları ilkin olaraq, qalan 6000 ABŞ dolları isə sonradan ödənilmişdir. “Mercedez Benz CLA250 minik” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı iddia ərizəsində ona satılmış nəqliyyat vasitəsində qüsurların olmasına istinad edərək, nəqliyyat vasitəsinin dəyərinin əslində 26000 ABŞ dolları olmadığını bildirir və Cavabdeh 22100 (iyirmi iki min yüz) manat dəymiş ziyan və 157 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər sözügedən nəqliyyat vasitəsinin 26000 ABŞ dollarına satılması-alınması ilə bağlı razılığa gəlmişlər. İddiaçı tərəf həmin nəqliyyat vasitəsinin bu qiymətə alınmasına özü razılıq vermişdir. X9 (satıcı) və İddiaçı MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində satıcının ona məxsus olan “Mercedez Benz CLA250 minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16000 manata alıcıya satılmasının qeyd olunmasına baxmayaraq, iddiaçı 26000 ABŞ dollarını cavabdeh tərəfə ödəməklə nəqliyyat vasitəsini bu qiymətə almağa özü razılıq vermişdir. İş materiallarında olan etibarnamələrlə də təsdiq olunur ki, nəqliyyat vasitəsi rəsmi şəkildə iddiaçıya satılmazdan əvvəl ona nəqliyyat vasitəsinin idarə edilməsi barədə etibarnamə verilmişdir. Nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamənin tarixi ilə nəqliyyat vasitəsi rəsmi şəkildə alınana qədər kifayət qədər zaman keçmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, nəqliyyat vasitəsinin qüsurlarının müəyyən olunması ilə bağlı iddiaçıda kifayət qədər zaman olmuş və bu müddət ərzində iddiaçı nəqliyyat vasitəsinin qüsurları ilə bağlı heç bir tələb irəli sürməmiş, əksinə bundan sonra iddiaçı müvafiq alqı-satqı müqaviləsinin bağlanmasını özü könüllü şəkildə istəmişdir. İddia tələbindən də görünür ki, iddiaçı nəqliyyat vasitəsinin qüsurları olmasına istinad edərək mövcud tələbi yalnız nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlandıqdan 8 ay sonra irəli sürmüşdür. İddiaçının iddia etdiyi qüsurlar məhz nəqliyyat vasitəsi iddiaçı tərəfindən əldə edildikdən sonra da meydana gəlmiş ola bilər. Burada nəqliyyat vasitəsində mövcud olan qüsurların hansı zaman kəsiyində meydana gəlməsini sübut etmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, iş materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixdə iddiaçı X15 tərəfindən yazılmış qəbzdən görünür ki, X15 sözügedən maşın üçün razılaşdırılmış məbləğdən 6000 ABŞ dolları pul ödəyir və bundan sonra Cavabdeh heç bir borcu qalmır. Göstərilən məsələ ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktı təsdiq edə biləcək sübutları təqdim etməlidir. Buna baxmayaraq, iddiaçı avtomobilin ona satılan zaman qüsurlu olduğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Lakin hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması öz təsdiqini tapmamışdır. İddiaçı və cavabdeh müvafiq nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin qiymətini müəyyən etmişlər. İddiaçı cavabdehə müqavilənin qiymətini tam şəkildə ödədikdən sonra nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə keçmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-978/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-978/2025
13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver