Məhkəmə qərarları › İş №e-2(004)-995/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-995/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-995/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinə əsasən avtomobilin əvəz edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinə əsasən avtomobilin əvəz edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixli, C-462A-PCC-21 saylı avtomobil alqı-satqısı üzrə müqavilə əsasında əldə etdiyi ƏDV daxil 25900 manat dəyərində ağ rəngli, 2021-ci il istehsalı, Universal Baic M60 CVT King avtomobilinin 2021 istehsal ilindən aşağı olmayan, eyni marka və model, eyni rəng digər yeni avtomobillə Cavabdeh MMC tərəfindən əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixli avtomobil alqı-satqısı üzrə C-462A-PCC-21 saylı müqavilə bağlanmış, ƏDV daxil 25900 manat dəyərində ağ rəngli, 2021-ci il istehsalı, Universal Baic M60 1.5L CVT King avtomobilini əldə etmişdir. Cavabdehin rəsmi saytından (www.baic.az) bu model avtomobil haqqında olan məlumat kitabçasında, eləcə də ona cavabdeh tərəfindən təqdim edilən satış kataloqunda avtomobilin yanacaq sərfiyyatının şəhər içi 9.1, şəhərdən kənar 6.8, qarışıq isə 7.7 litr olduğu qeyd olunmuşdur. Lakin faktiki olaraq sərfiyyat şəhər içi 13, şəhərdən kənar isə 12.5 litr təşkiledir. Ümumilikdə bu günə qədər sərfiyyat 12.5 litrdən aşağı düşməmişdir. Avtomobilin texniki xarakteristikasına əsasən yanacaq növü “Premium” olduğu üçün o ancaq bu növ yanacaqdan istifadə etmiş və sərfiyyatın qeyd ediləndən daha çox olması səbəbindən bugünə qədər xeyli miqdarda əlavə vəsait ödəməli olmuşdur. Sözügedən avtomobili ona görə əldə etmişdir ki, yanacaq sərfiyyatı qənaətcildir, əvvəldən bilsəydi ki, sərfiyyat faktiki olaraq bu qədər olacaq, o bu avtomobili almazdı. Tərəfindən xx.xx.2022-ci il tarixində avtomobilin ilk texniki baxışdan keçirilməsi zamanı bu barədə cavabdehə məlumat verildikdə servis xidmətinin əməkdaşları tərəfindən ona bildirildi ki, bu avtomobil üzrə sərfiyyatın aşağı düşməsi və kitabçada qeyd olunan qədər olması mümkün deyildir. Buna görə də hesab edir ki, cavabdeh tərəfindən ona düzgün məlumat verilməmiş, lazımi keyfiyyətdə olan mal təqdim edilməmiş, qeyd edilən qüsurun aradan qaldırılması da mümkün deyildir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdehin rəsmi servis mərkəzində ilk yağ dəyişmə və texniki baxış zamanı ona məlum oldu ki, avtomobildə aradan qaldırıla bilməyən aşağıdakı nöqsanlar mövcuddur: 1. Avtomobilin mühərrik hissəsində hava filtrinin korpusu və xortumu cavabdeh tərəfindən quraşdırılmayıb; 2. Avtomobil hərəkətdə olarkən qaz pedalınından ayağı buraxanda avtomobillərə xas olmayan xoşagəlməz spesifik gurultu səsi gəlir; 3. Avtomobilin yan şüşələri qapılara lazımı qaydada sıx quraşdırılmayıb və avtomobil hərəkətdə olarkən şüşələr laxlayır və daim olaraq şüşələr qapıların dəmirinə dəyərkən səs salır; 4. Avtomobilin ehtiyat təkərini saxlayan mexanizm işləmir, nəticədə ehtiyat təkərini avtomobilin altında deyil, baqaj hissəsində saxlamaq məcburiyyətində qalır. Daha sonra Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, avtomobilin rəsmi məlumat kitabçasına əsasən yanacaq sərfiyyatı şəhər içi 9L göstərilsə də, faktiki 13 L təşkil edir. Hal-hazırki vaxta qədər avtomobilin yürüş məsafəsinin 6300 km olduğunu və avtomobilin texniki xarakteristikasına əsasən yanacaq növü “Premium” olduğu üçün bu yanacaq növündən istifadə olunduğunu, “Premium” marka yanacaq növünün isə qiymətinin 1,6 manat olduğunu nəzərə alaraq ona dəyən zərər 400 manat təşkil etmişdir. Odur ki, göstərilən hal nəzərə alınaraq o, iddia tələbinin həcmini artıraraq ona xx.xx.2021ci il tarixli, C-462A-PCC-21 saylı avtomobil alqı-satqısı üzrə müqavilə əsasında əldə etdiyi ƏDV daxil 25900 manat dəyərində ağ rəngli, 2021-ci il istehsalı, Universal Baic M60 CVT King avtomobilinin 2021 istehsal ilindən aşağı olmayan, eyni marka və model, eyni rəng digər yeni avtomobillə Cavabdeh MMC tərəfindən əvəz olunması və ona dəymi zərərə görə 400 manat ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli avtomobil alqı-satqısı üzrə C-462A-PCC-21 saylı müqavilə bağlanmış, ƏDV daxil 25.900 manat dəyərində ağ rəngli, 2021-ci il istehsalı, Universal Baic M60 CVT King avtomobilini əldə etmişdir. Cavabdehin rəsmi saytından bu model avtomobil haqqında olan məlumat kitabçasında, eləcə də, ona cavabdeh tərəfindən təqdim edilən satış kataloqunda avtomobil yanacaq sərfiyyatının şəhər içi 9.1, şəhərdən kənar 6.8, qarışıq isə 7.7 litr olduğu qeyd olunmuşdur. Lakin faktiki olaraq sərfiyyat şəhər içi 13, şəhərdən kənar isə 12.5 litr təşkil edir. Ümumilikdə bu günə qədər sərfiyyat 12.5 litrdən aşağı düşməmişdir. Avtomobilin texniki xarakteristikasına əsasən yanacaq növü “Premium” olduğu üçün o ancaq bu növ yanacaqdan istifadə etmiş və sərfiyyatın qeyd ediləndən daha çox olması səbəbindən bugünə qədər xeyli miqdarda əlavə vəsait ödəməli olmuşdur. Sözügedən avtomobili ona görə əldə etmişdir ki, yanacaq sərfiyyatı qənaətcildir, sərfiyyatın faktiki olaraq bu qədər olacağını əvvəldən bilsəydi o bu avtomobili almazdı. Tərəfindən xx.xx.2022-ci il tarixində avtomobilin ilk texniki baxışdan keçirilməsi zamanı bu barədə cavabdehə məlumat verdikdə servis xidmətinin əməkdaşları tərəfindən ona bildirildi ki, bu avtomobil üzrə sərfiyyatın aşağı düşməsi və kitabçada qeyd olunan qədər olması mümkün deyildir. Buna görə də hesab edir ki, cavabdeh tərəfindən ona düzgün məlumat verilməmiş, lazımi keyfiyyətdə olan mal təqdim edilməmiş qeyd edilən qüsurun aradan qaldırılması da mümkün deyildir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdehin rəsmi servis mərkəzində ilk yağ dəyişmə və texniki baxış zamanı ona məlum oldu ki, avtomobildə aradan qaldırıla bilməyən aşağıdakı nöqsanlar mövcuddur: - Avtomobilin mühərrik hissəsində hava filtrinin korpusu və xortumu cavabdeh tərəfindən quraşdırılmayıb; -Avtomobil hərəkətdə olarkən qaz pedalının ayağını buraxanda avtomobillərə xas olmayan xoşagəlməz spesifik gurultu səsi gəlir; -Avtomobilin yan şüşələri qapılara lazımi qaydada sıx quraşdırılmayıb və avtomobil hərəkətdə olarkən şüşələr laxlayır və daim olaraq şüşələr qapıların dəmirinə dəyərkən səs salır;-Avtomobilin ehtiyat təkərini saxlayan mexanizm işləmir, nəticədə ehtiyat təkərini avtomobilin altında deyil, baqaj hissəsində saxlamaq məburiyyətində qalır. Onunla cavabdeh arasında bağlanmış müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləğinin tam ödənişindən sonra 1 iş günü ərzində avtomobili tam texniki saz vəziyyətdə alıcıya təhvil vermək satıcının öhdəliyi qismində qeyd olunmuşdur. İddiaçı elektron formada vəsatət verərək iş üzrə məhkəmə texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-995/2022 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. İddiaçının ərizəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(004)-859/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə baxış iclası 26 may 2022-ci il tarixə, saat 17:40-a təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron-məhkəmə vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə elektron-məhkəmə vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə İddiaçı xx.xx.2022ci il tarixdə ərizə yazaraq iddia ərizəsindən imtina etməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və iddiaçının imtinasını qəbul edərək işə onun iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh və iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin onlar göstərilən tarixdə məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını və iddiaçının imtina ərizəsini nəzərdən keçirib hesab edir ki, imtina təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa mülki iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtinaya dair məhkəməyə ərizə təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262.4, 262.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtina ərizəsi təsdiq edilsin və Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinə əsasən avtomobilin əvəz edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar