Məhkəmə qərarları › İş №e-2(005)-1007/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1007/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1007/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində əsas və 92,84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat; 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 2.854,48 (iki min səkkiz yüz əlli dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas və 618,36 (altı yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3.472,84 (üç min dörd yüz yetmiş iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-cı il tarixli kredit kartına dair müqaviləsinə əsasən ona xx xxxxx 2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 800 (səkkiz yüz) manat məbləğində kredit xətti ayrılmış, xx xxxx 2019-cı il tarixli 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 48 (qırx səkkiz) ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit kartına dair müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində əsas və 92,84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində faiz borcu, 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 2.854,48 (iki min səkkiz yüz əlli dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas və 618,36 (altı yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) Cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia tələbi ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Hesab edirlər ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd edilənləri, bankın filiallarında hüquqşünas ştatının olmadığını nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-cı il tarixli kredit kartına dair müqavilənin məzmunundan görünür ki, cavabdeh şəxsə iddiaçı bank tərəfindən xx xxxxx 2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 800 (səkkiz yüz) manat məbləğində kredit xətti ayrılmışdır; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cı il tarixli 110GTKR0376442AA nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, cavabdeh şəxsə iddiaçı bank tərəfindən 48 (qırx səkkiz) ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir; xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində əsas və 92,84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat; xx xxxx 2019-cu il tarixli 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 2.854,48 (iki min səkkiz yüz əlli dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas və 618,36 (altı yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3.472,84 (üç min dörd yüz yetmiş iki manat səksən dörd qəpik) manat məbləğində borcu vardır; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli axırıncı bildirişin surətindən müəyyən olunur ki, onunla bank arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən ona xx xxxxx 2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 800 (səkkiz yüz) manat məbləğində kredit xətti ayrılmış, xx xxxx 2019-cı il tarixli 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 48 (qırx səkkiz) ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Onun tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş aparılmadığı üçün vaxtı keçmiş borc məbləği yaranmışdır. Ona rəsmi xəbərdarlıq göndərilməsinə və dəfələrlə telefon danışıqlarına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müvafiq xəbərdarlığı aldıqdan sonra bank qarşısında olan gecikdirilmiş 581,22 (beş yüz səksən bir manat iyirmi iki qəpik) manat məbləğində öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunur. Əks təqdirdə, bank borcun və ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq onun barəsində müvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdar edilmişdir; xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-cı il tarixli kredit kartına dair müqaviləsinə əsasən ona xx xxxxx 2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 800 (səkkiz yüz) manat məbləğində kredit xətti ayrılmış, xx xxxx 2019-cı il tarixli 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 48 (qırx səkkiz) ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit kartına dair müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində əsas və 92,84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində faiz borcu, 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 2.854,48 (iki min səkkiz yüz əlli dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas və 618,36 (altı yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) Cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müvafiq müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da qeyd edilən müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində əsas və 92,84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat; 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 2.854,48 (iki min səkkiz yüz əlli dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas və 618,36 (altı yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3.472,84 (üç min dörd yüz yetmiş iki manat səksən dörd qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxx 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində əsas və 92,84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat; 110GTKR0376442AA nömrəli kredit müqaviləsinə əsasən isə 2.854,48 (iki min səkkiz yüz əlli dörd manat qırx səkkiz qəpik) manat məbləğində əsas və 618,36 (altı yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3.472,84 (üç min dörd yüz yetmiş iki manat səksən dörd qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar