Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1020/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı "xxxx" İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İB Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" İB-yə vurulmuş 1036,80 manat məbləğində zərərin və 30,37 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1067,17 manat pulun cavabdehdən tutularaq "xxxx" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022ci il tarixində AKX-04273xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********7720 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İBnin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036,80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum1036,80 (bir min bir otuz altı manat 80 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" İB-nin nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini bildirdi. O izahatında qeyd etdi ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzili Mamedov Aleksandr adlı şəxdən 01 iyul 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin qaz sayğacı 0 iyul 2023-cü il tarixdə dəyişdirilmişdir. Çıxarışı 19 iyul tarixində almışdır. Həmin gün İddiaçıa müraciət etmiş, təxmini 12 manat borcu olduğu bildirilmişdir. Həmin borc tərəfindən ödənmiş və qeydiyyata alınmışdır. Mənzildə yaşamamış, hətta aktın tərtib olunduğu dövrdə də Bakıda olmamışdır. Qazdan faktiki olaraq istifadə etmədiyi halda yaranmış borcun ondan tələb edildiyini nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə sübutları tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: - Paylayıcı İddiaçı İB ilə Cavabdeh arasında 25 iyul 2022-ci iltarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-04273xx/xx-2022 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; - 25 iyul 2022-ci il tarixli “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktdan görünür ki, qazpaylayıcı adından iddiaçı, istehlakçı adından cavabdeh arasında qaz paylayıcısı tərəfidən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılamn qaz sayğacı sərhəd kimi müəyyən edilmişdir. - 29 iyul 2022-ci il tarixli “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02707-1 saylı aktdan görünür ki, 15 iyul 2022-ci il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş 1002AQ**********3 zavod nömrəli G4 markalı İtron tipli qaz sayğacı 29 iyul 2022-ci il tarixində Dövlət yoxlaması nəticəsində yarasız hesab olunmuşdur. Sayğacın daxilinə baxış keçirilən zaman məlum oldu ki, LCD ekarn kənar təsir nəticəsində oturacaqdan aralı vəziyyətdədir. - “Gasrep” adlı sənəddən müəyyən olunur ki, qazdan istifadəyə görə Cavabdeh cari borcu 1057,8 manat təşkil edir; - 1**********7720 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2022-ci il üçün 0 manat təşkil edir; - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 iyul 2022-ci il tarixli aktdan görünür ki, istehlakçı Mamedov Aleksandra məxsus (1**********7720 nömrəli abonent) Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilində qaz sayğacının əvəz etməsi həyata keçirilmişdir. Aktda ekranın işləməməsi barədə qeyd aparılmışdır. - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 24 avqust 2022-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. - İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda yerləşən qaz sayğacının yoxlanılması barədə 29 iyul 2022-ci il tarixli 29/1710-02707-1 aktına əsaəsn G-4 markalı 1002AQ**********3 №-li sayğacın LCD ekranı kənar təsir nəticəsində oturacaqdan ayrılıb. Qaz sayğacının nominal qaz sərfi 4m³ orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparıması və hesablanmış məbləğin ödənilməsi (4*24*90=8640m³) qeyd edilmişdir. - 1**********7720 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2022-ci ilin avqust ayı üçün 1036,80 manat təşkil edir; - Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi 19 iyul 2022-ci ildir. - 01 iyul 2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Mamedovi Aleksandr Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzili alıcı X3 205000 manat qiymətinə satmışdır. - "xxxx" MMC-nin arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış kompleksində bir neçə il yaşayış olmamışdır. Mənzil sahibi Mamedov Aleksandr 772 saylı mənzili satmaq qərarına gəlmişdir. 01 iyul 2022-ci il tarixdə notarial qaydada müqavilə bağlanaraq, mənzil satılmışdır. Mamedov Aleksandr qaz sayğacının dəyişdirilməsi üçün İddiaçı ASC əməkdaşlarına şifahi müraciət etmişdir. Qaz sayğacı 06 iyul 2022-ci il tarixdə dəyişdirilmişdir. Mənzilin yeni sahibi 19 iyul 2022-ci il tarixində ASAN xidmətdən çıxarış almışdır. Həmin gün sakin qeydiyyata alınmaq çün İddiaçı ASC-yə müraciət etmiş, təxmini 12 manat borcu olduğunu öyrənmişdir. Həmin borcu ödəmiş və qeydiyyata alınmışdır. Hal hazırda da həmin mənzildə yaşayış yoxdur, təmir işləri aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə abonent Mamedov Aleksandre arasında müqavilə imzalanmış və həmin müqavilə əsasında Azəriqaz” İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. 01 iyul tarixində Mamedov Aleksandre mənzilini müqavilə əsasıında hazırki iş üzrə cavabdeh – Cavabdeh satmışdır. 06 iyul 2022-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları qaz sayğacının dəyişdirilməsi məqsədilə ünvanda olmuş, akt tərtib etmişlər. Aktda qaz sayğacının ekranının işləməməsi qeyd edilmişdir. X5 tərəfindən imzalanmışdır. 19 iyul 2022-ci il tarixdə cavabdehin mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 29 iyul 2022-ci il tarixdə qaz sayğacına kənar müdaxilə nəticəsində nəticəsində yararsız hesab olunması barədə akt tərtib edilmişdir. Qanunsuz müdaxilə nəticəsdində dəymiş ziyan hesablanaraq 8640m³-ə görə 1036,80 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 3.2.1 və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçıarasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sübutlar əsasında müəyyən edilir ki, sözügedən mənzil cavabdehin mülkiyyətində yalnız 19 iyul 2022-ci il tarixdə keçmişdir. Qaz sayğacının ekranının işləməməsi, bu səbəbdən mənzilin yeni sayğacla təmin olunması barədə qeyd isə ilkin olaraq 06 iyul 2022-ci il tarixdə tərtib edilmiş aktda artıq öz əksini tapmışdır. Buna baxmayaraq, iddiaçı qaz sayğacının cavabdehin adına keçirilməsi mərhələsində sayğacda olan qanunsuz müdaxilə ilə bağlı heç bir məlumat verməmiş, 25 iyul 2022-ci il tarixdə isə tərəflər arasında müqavilə imzalanmışdır. Daha sonra yalnız 24 avqust tarixdə cavabdehin iştirakı təmin edilmədən akt tərtib edilmiş, yenidən qaz sayğacının ekranının işləməməsi, qanunsuz müdaxilə edilməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mənzilə mülkiyyət hüququ yarandığı dövrdən əvvəl, faktiki olaraq mənzildən və qazdan istifadə etmədiyi dövrdə baş vermiş qanunsuz müdaxilə faktına görə hazırda ondan vurulmuş maddi ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Eyni zamanda, iddiaçı tərəfindən məhz cavabdehin təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar müdaxilənin mövcud olması halını təsdiq edən sübutlartəqdim edilməmişdir. Bundan əlavə, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1020/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1020/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver