Məhkəmə qərarları › İş №e-2(005)-1049/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(005)-1049/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1049/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13944,52 (on üç min doqquz yüz qırx dörd manat əlli iki qəpik) manat əsas, 615.72 (altı yüz on beş manat yetmiş iki qəpik) manat faiz, cəmi 14560.24 (on dörd min beş yüz altmış manat iyirmi dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 134.08 (bir yüz otuz dörd manat səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə qəbul edildikdən, tərəflərə göndərildikdən sonra iddiaçı tərəf ərizə ilə müraciət etmiş və göstərmişdir ki, qətnamə qəbul edilərkən iddia tələbinin artırılması barədə ərizə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-229.1.1-ci maddələrinə görə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-229.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmədən Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13944.52 (on üç min doqquz yüz qırx dörd manat 52 qəpik) manat əsas, 1296.54 ( bir min iki yüz doxsan altı manat 54 qəpik) manat faiz, cəmi 15241.06( on beş min iki yüz qırx bir manat 06 qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması barədə dair əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci, 229.2-ci maddələrinin tələblərinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi «idddia tələbinin həcminin artırılması» hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 27 mart 2023-cü il tarixdə iddia tələbinin həcmin artıraraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13944.52( on üç min doqquz yüz qırx dörd manat 52 qəpik) manat əsas, borcu 1296.54 ( bir min iki yüz doxsan altı manat 54 qəpik) manat faiz, cəmi 15241.06( on beş min iki yüz qırx bir manat 06 qəpik) manat borcun, həmçinin ödənilmiş 134.08 ( yüz otuz dörd manat səkkiz qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə çıxarılmış qətnamədə iddia tələbinin bu hissəsinə hüquqi qiymət verməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 229.1-ci maddəsinin tələbi baxımından, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, həmin tələblər barədə qətnamə çıxarılmamışsa, məhkəmə əlavə qətnamə çıxara bilər. Göründüyü kimi, “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 istehlak məqsədi ilə 48 ay müddətinə 15.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2022-ci il tarixində bağlanmış müqavilə çərçivəsində zamin Cavabdeh1 borcalan Cavabdeh2 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh2 kredit yenidən razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC-nin 27 marat 2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə İddiaçı ASC-yə 13944.52 ( on üç min doqquz yüz qırx dörd manat 52 qəpik) manat əsas, borcu 1296.54 ( bir min iki yüz doxsan altı manat 54 qəpik) manat faiz borcu var; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsinə görə, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər : işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa., hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin maddənin 229.2-ci maddəsinə görə əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3-cü maddəsinə əsasən, Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi (iddia tələbinin həcminin artırılması barədə) «kredit müqaviləsi üzrə borcun tutulması» hissəsində təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 229-cu maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair (iddia tələbinin həcminin artırılması barədə) iddia ərizəsi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13944.52( on üç min doqquz yüz qırx dörd manat 52 qəpik) manat əsas, borcu 1296.54 ( bir min iki yüz doxsan altı manat 54 qəpik) manat faiz, cəmi 15241.06 (on beş min iki yüz qırx bir manat 06 qəpik) manat borc, ödənilmiş 134.08 ( yüz otuz dörd manat səkkiz qəpik) manat dövlət rüsumunun tutulsun. Əlavə qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar