Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1052/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 10000 (on min) manat məbləğdən qalıq 8000 (səkkiz min) manat məbləğ tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı X8 Cavabdeh ilə 2023-ci il tarixdən ailə qurmuş və 2023-cü ilin iyul ayınadək faktiki ər-arvad münasibətlərində olmurlar. Həmin münasibət nəticəsində qızı hazırda hamilədir. Qızı cavabdehlə birgə olaraq Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi,ev 55, 19 saylı mənzildə birgə yaşayırdılar. Adətənənəyə uyğun olaraq o qızına bahalı cehiz əşyaları hədiyyə etmişdi. Qızı ilə cavabdehin münasibətləri müddətində Cavabdeh məişət şəraitin yaxşılaşdırılması üçün evin nağd pula alınması barədə onlar məlumat vermiş, lakin müəyyən ödəniş üçün vəsaitin çatışmaması barədə bildirmişdir. Onda isə bu qədər böyük məbləğ olmadığından o Express Bankdan 15000(on beş min) manat məbləğində kredit götürmüşdü. Götürdüyü məbləğdən 10000 (on min) manat pul vəsaitini Cavabdeh borc olaraq verdi və Naib ona həmin məbləğin qısa müddət ərzində qaytarılmasını vəd vermişdir. Sonradan müəyyən olundu ki, Naib onları aldadıb, evi nağd yox ipoteka ilə almışdır. Dəfələrlə borcun tezliklə qaytarılmasını bildirmişdi və hər dəfə onları aldadaraq ödəniş etmirdi, sadəcə vaxtı uzadırdı. Son dəfə isə borcun 01 sentyabr 2023-cü il tarixədək qaytarılmasını bildirmişdir. Qızı ilə onların münasibəti pozulduqdan sonra bu günə kimi 10000 (on min) manat borcdan cəmi 2000(iki min) manat qaytarmışdır, yəni ki bu günə olan borcu 8000 (səkkiz min) manat məbləğindədir. Dəfələrlə borcun qaytarılmasını cavabdehə bildirsə də o hər dəfə borcu etiraf etsə də qeyd etdiyi vaxtda borcu ödəməyib, hər dəfə etibardan sui-istifadə edərək növbəti gün/həftə/ay ödəyəcəyini bildirərək onları aldadırdı. Bununla yanaşı, məlumat üçün bildirmək istəyir ki, cavabdeh qızı Pərvanə Məmmədova ilə yaşadığı müddətdə ona hədiyyə edilən cehizləri qaytarmır və bu barədə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Ümumiyyətlə bu məsələnin həlli istiqamətində ilk olaraq onlar polis orqanına müraciət etmişdir, polis bölməsində də borcunu etiraf etdiyi üçün polis məhkəməyə müraciət etməyi onlara tövsiyə etmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, cavabdeh hətta dəfələrlə ona və qızına hədə-qorxular gəlir, təhqir edir. Qeyd olunanlardan bəlli olur ki,cavabdehin ümumi niyyəti əvvəldən elə evlilik yox, etibardan sui-istifadə edərək ,aldatma yolu ilə maddi nemətlərə sahiblənməkdən ibarət olub. Qeyd etmək istəyir ki, hazırda qızı Pərvanə hamilədir, tezliklə analıq məzuniyyətinə çıxacaq, və həmin pulların bu vəziyyətdə cavabdehdən tez bir zamanda alınıb ona ödənilməsi çox məqsədəuyğun olardı. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi 10500 manat pulun cavabdeh İddiaçı alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsirova X6 Rayon Məhkəməsinə borc tələbi ilə bağlı müraciət edərək, onun ona 8000 (səkkiz min) manat borcu olmasını iddia etmişdir. Belə ki, İddiaçı ilkin olaraq onun ona 10 000 (on min) manat borcu olmasını iddia edirdi. Lakin İddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edən zaman 8000 (səkkiz min) manat borc məbləği qeyd etmişdir. Bildirir ki, cavabdeh İddiaçı ümumiyyətlə borcu yoxdur. Haqqında danışılan 10 000 manat ona yox öz qızı Nəsirova Pərvanəyə vermişdir. Beləki cavabdehin qızıyla 2023-cü il yanvar ayından iyun ayınadək ailə münasibətində olmuşdurlar. Toy hadisələrindən sonra cavabdeh əsassız borc iddialarıyla onu narahat etməyə başlamışdır. Toy ərəfəsində cavabdehin qızı ona bildirmişdir ki, anasına 10 000 manat borcu var. Və hal-hazırda borcu ödəyə bilmir və ondan maddi yardım xahiş etdi. Ard-arda təkidlər nəticəsində məcbur qalaraq 2023-cü ilin dekabr ayında ona bu məqsədlə 1000 manat pul verdi. Toydan sonrada bu hadisələrin davamı gəlməyə başladı. Qızı dəfələrlə ona bildirdi ki anasına olan borcunu hələdə qaytara bilmir və anası ilə olan münasibətlərindən dolayı hazırda çox pis vəziyyətdədi və qorxmaqdadı (əvvəllər cavabdeh İddiaçı tərəfindən qızı dəfələrlə döyülüb dodağı partlamış, digər bədən nahiyələri zədə görmüş halda ondan yardım istəmişdir) . Həmçinin qeyd etmək istəyir ki, bu müddət ərzində o cavabdehin qızının cehiz adı ilə gətirdiyi əşyaları üçün ayda on azı 560 manat kreditini də ödəyirdi. Bundan da əlavə razılaşmaya əsasən toyla əlaqədar bütün xərclərin ortaq qarşılanması planlansa da toydan sonra qarşı tərəf bunu rədd edərək 4000 manat öz öhdəliyindən də boyun qaçırmışdır. Ən sonda o xaricdə olduğu müddətdə qızı ona zəng edib ağlayaraq yardım istədiyi üçün evdə qoymuş olduğu külli miqdarda puldan, 3000 manat bu borcun ödənilməsi məqsədi ilə vermişdir. Daha sonradan öyrənmişdir ki, Pərvanənin ona dediyinə görə bu məbləğin 2000 manatı borca, 1000 manatı isə onun sürücülük vəsiqəsi almağı üçün xərclənib. Bütün bu hadisələrin ardınca ondan daha sonra da qızı eyni məqsədlərlə pul istəməyə davam etmişdir. Lakin o onda yaranan şübhələrdən dolayı ona rədd cavabı vermək məcburiyyətində qalmışdır. Bunlar daha sonra cavabdehin yerdə qalan məbləği məndən tələb etməsinə gətirib çıxartmışdı. Cavabdehin qızı ilə ailə münasibətlərində olduğu və münasibətlərin get gedə pisləşdiyini nəzərə alaraq, bu bərədə köməklik göstərəcəyini bildirmişdir. Lakin az müddətdən sonra cavabdehin qızı ilə münasibətləri yekunlaşdırmağı ilə ilk öncə qızı ondan ev tələb etmiş, daha sonra isə özü ondan ona belə bir borc öhdəliyin olduğunu bildirərək pul tələb etmişdir. Tələbləri qarşılanmadığı təqdirdə əvvəl abort etdirmək istədikləri uşağı abort etdirməyəcəklərini bildirərək ona məsələyə polisi və digər şəxsləri qatacaqlarını deyərək hədə qorxu gəlmişdirlər. Cavabdeh borc barəsində, polisə etdiyi şikayətdə də polis məmurlarının yanında baş tutmuş telefon danışıqları nəticəsində, polis iddianın əsasssız olmasinı anlamışdır. Əks halda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən polis məmurları mütləq bir şəkildə anındaca onu məsuliyyətə cəlb edərdi. Hadisələr zamanı evə cehiz adı ilə alnımış bütün əşyalar qızının təkidi ilə anasına olan borcu səbəbilə anasının adına almaq məcburiyyətində olduğunu bildirərək bütün əşyaları da anasının adına almışdır. Hətta xaricdən gəldikdən sonra yenə onun vəsaiti hesabına alınmış 1300 manata dəyərindəki qabyuyanmaşın da bu siyahıya daxildir. Və eyni zamanda münasibətlərin yekunlaşmasıyla cavabdehin qızı evdən çıxarkən 1200 manat dəyərində qızıl zinət əşyalarını da oğurlamışdır. Cavabdeh daha sonra həmin dəyərdə məbləği ona özü geri qaytaracağına dair vəd versə də, bu vədini hələ də yerinə yetirməyib. Cavabdehin qızıyla 17 yanvar 2024 tarixində baş tutan digər məhkəmədə bütün bu hadisələri öz qızı da (qabyuyanmaşına aid masələ istisna olmaqla) boynuna almışdır. Beləliklə bugünədək cavabdehə 1000 manat - toydan əvvəl, 4000 manat - toy prosesləri zamanı, 3000 manat xaricdə olduğu müddətdə, 1300 manat - Qabyuyan maşının alınması üçün ödəmiş olduğu məbləğ 1200 manat - evdən qızının oğurlamış olduğu qızıl zinət əşyaları üçün götürdüyü öhdəlik əsasında ümumilikdə, qızı Məmmədova Pərvanəyə verdiyi pulu çıxmaqla, cavabdeh Nəsirova Şüküfənin ona 10500 manat borclu olduğu açıq aşkar görünür. Bütün hadisələr göstərir ki, hər şey ən başından cavabdeh və qızı arasında planlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O bildirdi ki, cavabdeh onun qızı ailə aid qurmaq adı ilə aldadıb Rəsmi nikaha daxil olmasalar da, toy məclisləri baş tutub. Cavabdeh onlara deyib ki, işi ilə əlaqədar xaricə tez-tez gedib-gələcək, buna görə də rəsmi nikaha daxil ola bilmir. Məqsədli şəkildə ailəsinə yaxınlaşdığını düşünür. Ev alınmasa evlənməyəciyini bildirdi. 90 min manat dəyərində ev tapıb razılaşdıq. 60 mini olduğunu, 20 mini borc tapacağını, 10 min manatı isə iddiaçının adına kredit götürməyi təklif etdi. Buna görə iddiaçı məcbur olub "xxxx" ASCdən kredit götürdü. Cavadehə qaytarılmaq şərtilə, borc qismində 1000 manat pul verib. Cavabdeh xaricdə olan müddətdə iddiaçının pula ehtiyac olduğu üçün borcdan 2000 manatını qaytardı. Cehiz əşyaları tələbi ilə bağlı digər məhkəmə mübahisəsi iddiaçının xeyrinə nəticələnmiş və cavabdeh tərəfindən icra edillmiçdir. Cavabdeh əvvəllər razı olmasa da, sonradan azyaşlı nəvəsinə soyadının verilməsinə razı olmuşdur. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Qarşılıqlı iddia üzrə iddiaçının heç bir sübutu yoxdur. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz izahatında bildirdi ki, iddiaçının qızı Pərvanə ilə iş yerində tanış olmuşlar. Özü uzun müddət xarici ölkələrdə yaşayıb və işləmişdir. Lakin milliyətcə azərbaycanlı bir xanımla ailə qurmaq niyyəti olub. Sonradan iddiaçı ilə qızının daimə aralarında münqaişə olması, bir-birini polisə şikayət etmələrindən ehtiyyat edərək rəsmi nikaha daxil olmayıb. İddiaçının hazırda tələb etdiyi məbləğ absurddur. İddiaçı özü əvvəlcə 1000 manat tələb edir, sonra 8000, sonra 5800.Bu özü iddianın əsassız olduğunu göstərir. Tələb edilən borc cavabdehə deyil, iddiaçının öz qızına verilmiş borcdur. Birgə yaşayış müddətində o Pərvanənin borcunun ödənilməsinə razı olduğu üçün borcun 2000 manatlıq hissəsini ödəmiş və iddiaçının məhkəməyə təqdim etdiyi səsli smsləri göndərmişdir. Səsli smslər həqiqidir, cavabdeh tərəfindən iddiaçıya öndərilmişdir, lakin iddiaçının vəkili onların yalnız bir qismini məhkəməyə təqdim edib. Halhazırda münasibətlər pozulduğu üçün, Pərvanənin anasına olan borcunu ödəmək məcburiyyətində deyil. Cavadehin özündə həmin smslər yoxdur. Özünə məxsus Hökməli qəsəbəsində evi 28000 manata satıb, pulu saxlamaq üçün 20 mini cavabdehə verib və sonra geri alıb. İlkin 35 min manat ödənilib 25 il ərzində isə ayda 500 manat ödənilməlidir. Məhkəməyə təqdim etdi sənədlərdən görünür ki 6 ay ərzində 50 min manatdan çox gəliri var.Ancaq məhkəməyə təqdim etdiyi səs yazısından da görünür ki, iddiaının ona borcu var. Özü xarici firmalarla çalışır, kifayət qədər yüksək əmək haqqı alır. İddiaçıdan borc almağa heç bir ehtiyacı olmamışdır. Qarşılıqlı iddia isə əsaslıdır. 4000 manat pulu toy prosesində verib, 1000 manat toydan qabaq. Qarşılıqlı iddia üzrə cavadh həmin məbləğləri qaytarmağa söz versə də, sonradan sözünə əməl etməyib.Təssüf ki əlində səs yazısından başqa sübut yoxdur. Razılaşma sənədinə vəkil tərəfindən ona gömdərilib, o oxuyub əlavələrini etdikdən sonra iddiaçı və onun qızı imzalamaqdan imtina ediblər, buna görə razılıq baş tutmayıb. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o iddiaçının qızı, cavabdehin isə keçmiş həyat yoldaşıdır. İddiaçı onlar mənzil almaq istədiyi zaman onlara maddi baxımdan yardım etmişdir. Təqdim edilən səs yazılarından görünür ki, cavabdeh 5800 manat pul aldığını etiraf edir. O 1200 manat üzüyə verdiyi pulu və toy üçün geyimə verdiyi pulu həmin məbləğdən silir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı qızı X8 ilə dövlət tərəfindən tanınan rəsmi nikah münasibətlərinə daxil olmasalar da, birlikdə yaşamış və bu münasibətlərdən bir övladları dünyaya gəlmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehə 10000 manat məbləğində borc pul verdiyini, hazırda cavabdehin ona 8000 manat borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbini qəbul etmir və öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ona 10500 manat məbləğində borcunun olduğunu bildirir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı 59 ay müddətinə 20 faiz dərəcəsi ilə 14956,69 manat məbləğində kredit götürmüşdür. - Perla mebelin təhvil-təslim aktından görünür ki, ornella 3 yerli divan və xalça alınmış və 1035 manat ödəniş edilmişdir. - 17 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə X2 arasında Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, döngə 8, 17 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri 21000 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Zəmanət talonundan görünür ki, İddiaçı tərəfindən 1469,99 manat dəyərində Machine-DRY Samsung alınmışdır. - 24 oktyabr 2022-ci il tarixli xidmət müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən 9500 manat borc "xxxx" MMC-yə qaytarılmışdır. - xx.xx.2023-cü il tarixli Zəmanət talonundan görünür ki, İddiaçı tərəfindən 1129,99 manat dəyərində X12 tərəfindən alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, dəyəri 1435 manat olan 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba; dəyəri 1035 manat olan 1 ədəd divan, 2 ədəd xalça; dəyəri 700 manat olan 1 ədəd masa, 4 ədəd stul; dəyəri 266 manat olan 1 ədəd televizor altlığı; dəyəri 20 manat olan 2 ədəd pərdə; dəyəri 120 manat olan 2 ədəd çil-çıraq; dəyəri 350 manat olan qazan dəsti; dəyəri 50 manat olan ütü masası; dəyəri 50 manat olan paltar asılan; dəyəri 45 manat olan svitilnik; dəyəri 299 manat olan matras; dəyəri 150 manat olan ütü; dəyəri 1470 manat olan paltaryuyan; dəyəri 1129 manat olan qabyuyan və dəyəri 1250 manat olan soyuducu, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli tərəflər tərəfindən imzalanmayan İddiaçı nümayəndəsi və vəkili tərəfindən tərtib edilən qarşılıqlı razılaşmadan görünür ki, tərəflər etiraf edirlər ki, 2022-ci il tarixdən etibarən 2023-cü ilin iyul ayınadək faktiki ər-arvad münasibətlərində olublar və hazırda X1 Naib Rizvan oğlundan hamilədir. X8 hazırda bəyan edir ki, gələcəkdə doğulan uşaq üçün Cavabdeh heç bir halda, heç bir aliment məbləği və ya digər maddi yardım bağlı tələbi olmayacaqdır. X8 hazırda bəyan edir ki, Cavabdeh qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. Cavabdeh hazırda bəyan edir ki, X8 ilə birgə yaşadığı müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov 55 ünvanında birgə yaşadıqları evdə olan X5 məxsus cehiz əşyalarını (Razılaşmaya əlavə edilmiş Siyahı) xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X3 anası X4 xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 (on min) manat borc məbləğindən 4200 (dörd min iki yüz) manat qaytarmış, və qalıq 5800 (beş min səkkiz yüz) manat borc məbləğini xx.xx.2023-cü il tarixində tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X5 qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. - xx.xx.2023-cü il tarixli tərəflər tərəfindən imzalanmayan Cavabdeh tərəfindən tərtib edilən qarşılıqlı razılaşmadan görünür ki, tərəflər etiraf edirlər ki, 2023-ci il yanvar ayı tarixdən etibarən 2023-cü ilin iyul ayınadək birlikdə münasibətdə olmuşdurlar . X8 hazırda bəyan edir ki, gələcəkdə doğulan uşaq üçün Cavabdeh heç bir halda, heç bir aliment məbləği və ya digər maddi yardım, həmçinin uşağa görə də heç bir hüquqi və mənəvi tələbləri olmayacaq. Uşaq dünyaya gəldiyi təqdirdə bütün maddi, mənəvi və hüquqi öhdəliyi Məmmədova Pərvanə öz boynuna götürür. X8 hazırda bəyan edir ki, Cavabdeh qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. Cavabdeh hazırda bəyan edir ki, X8 ilə birgə yaşadığı müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov 55 ünvanında birgə yaşadıqları evdə olan X5 məxsus cehiz əşyalarını (Razılaşmaya əlavə edilmiş Siyahı) xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X3 anası X4 xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 (on min) manat borc məbləğindən 4200 (dörd min iki yüz) manat qaytarmış, və qalıq 5800 (beş min səkkiz yüz) manat borc məbləğini xx.xx.2023-cü il tarixində tam şəkildə qaytarılmasını öhdəsinə götürür. Cavabdeh hazırda bəyan edir ki, X5 qarşı heç bir pul və ya əmlak tələbi olmayacaq. Tərəflər tərəfindən yazılmış izahatlar bu razılaşmanın bir parçasıdır və tərəflər buna hec bir halda etiraz etmirlər. Tərəfər aşağıdakı yazdiqları izahatları könüllü yazdiqlarını və hər bir tərəf bütün yazılı izahatlarnan tanış olduqlarını və yazılmış izahatların oxduqlarını və həqiqiliyni təsdiqləyirlər. Tərəflər heç bir halda Müqaviləni dəyişdirmək və ya qanunla müəyyən edilmiş qaydada ona xitam vermək hüququndan istifadə etməyəcəklərini boyunlarına götürürlər və bunu sondakı imzalarıyla təsdiq edirlər. Bu müqavilə müddətsizdir və müddəaları dəyişdirilə bilməz. -İddiaçı tərəfindən məhkəməyə tədqiq edilmiş üzərində “Kingston” yazılı flaşkartdakı “WhatsApp Audio 2023-12-18 at 18.47.24” yazılı fayldan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya aşağıdakı məzmunda səsli mesaj göndərilmişdir: ”...Mən inşallah ayın 20-də ya da 21-də o haqq hesabı sizə verəcəm”. Həmin flaş-kartda “WhatsApp Audio 2023-12-18 at 18.48.39” adlı faylda isə cavabdeh tərəfindən iddiaçıya aşağıdakı ifadələrin işləndiyi səsli sms göndərildiyi görünür: “Mən sizə demişdim, onsuz da verəcəkdik sizin borcunuzu.. amma orda 8000 deyirsiz, 8000 deyil axı, özünüz də yaxşı bilirsiz bunu, 1200 manata üzük almışıq dediyimiz kimi, 1000 manat toydan qabaq əlbəəl sizə vermişik, bunları çıxandan sonra 5800 qalır..Gedək notariusa, təsdiq edək sizin məndə olan əşyalarınız, mənə olan borcunuz, mənim sizə olan borcum, yazırıq təsdiq edirik, sizinki sizdə, mənimki məndə..düzgün deyil axı, qızın ordan məni polisə verir...” - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş flaş kartda “Voice 002_W_20230827_2308361” adlı və “Voice 002_W_20230827_2308362” adlı audio fayllarda iddiaçı və cavabdeh, o cümlədən iddiaçının qızının səsləri əks edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.tutulan Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki işin materiallarından və tərəflərin izahatlarından görünür ki, tərəflərin arasında şifahi borc müqaviləsi mövcud olmuşdur. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuş tələb (Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılmalıdır) əqdin etibarlılıq şərtinə yox, sübutetmə yükünə aid olan məsələdir, yəni 3000 manatdan artıq məbləğə aid müqavilə şifahi bağlandıqda, həmin əqd əhəmiyətsiz olmur, sadəcə belə bir əqdin bağlanmasını iddiaçı sübut etməlidir. AR Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən “Kingston” yazılı flaşkartdakı “WhatsApp Audio 2023-12-18 at 18.47.24” yazılı faylda olan səs yazıları ilə bağlı qeyd edir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səsyazıları sübut qismində dəyərləndirilə bilər. Məhkəmə cavabdeh tərəfin iddiaçının tələbinin hüquqi əsası olmaması ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı verdiyi pulların təsdiqi və onun geri qaytarılmasının təsdiqi kimi sadə yazılı formaya və ya digər sübut növlərinə ( məs. səs yazısı, yazışma, SMS, mesajlar və s.) malik olması ilə bağlı hesab edirki, iddiaçının təqdim etdiyi sübutlar iddianın qismən əsaslı olmasının təsdiqi kimi qiymətləndirilməlidir. Məhkəmə şahidin ifadəsinə də qiymət verərək hesab edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gediшi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Belə ki, şahid qismində dəvət edilən X8 ilkin iddia üzrə iddiaçının qızı olduğundan, eyni zamanda işin nəticəsində maraqlı olması səbəbindən onun ifadəsi mötəbər sübut qismində qiymətləndirilə bilməz. Məhkəmə ilkin iddia tələbi üzrə tələb olunan borcun məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən 8000 manat məbləğində borcun olduğu qeyd edilsə də, özünün təqdim etdiyi səs yazısında və razılıq sənədlərində (hansı ki tərəflər tərtib etmiş lakin imzalamamışdırlar) cavabdeh yalnız 5800 manat məbləğində borcunun olduğunu qeyd edir. Belə olan təqdirdə, iddiaçı borcun məbləğinin məhz 8000 olması ilə bağlı mötəbər sübt təqdim edə bilmədiyinə görə, qismən təmin edilməli və cavabdehdən 5800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə də, faktiki olaraq cavabdeh iddiaçı cavabdehdən ondan alınmış pulunu dəfələrlə qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf iddia tələblərinin əsası kimi istinad etdiyi halların doğru və həqiqətə uyğun olmasını müəyyən etmək üçün məhkəməyə tutarlı izahatlar verməmiş, verilmiş izahatlarda ümumi sözlərdən istifadə edilmişdir. Halbuki, qarşılıqlı iddia tələbi ilə sübutların məhkəməyə təqdim edilməsi qarşılıqlı iddia üzrə iddiaçının vəzifəsidir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının tələb etdiyi məbləği qarşılıqlı iddia üzrə cavabdehə verməsinə dair etibarlı sübutlar mövcud deyil. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilən flaş kartda “Voice 002_W_20230827_2308361” adlı və “Voice 002_W_20230827_2308362” adlı audio fayllar ilə bağlı məhkəmə qeyd edir ki, həmin səs yazıları digər tərəflərə məlumat verilmədən qanuna zidd olaraq yazılmışdır. Bu səbəbdən də qanunvericiliyə zidd olaraq əldə edilmiş səs yazıları sübut qismində qiymətləndirilə bilməz. Eyni zamanda həmin səs yazıları qanunvericiliyin tələblərinə uyğun əldə edilsəydi belə, səs yazılarında qarşı tərəfin iddiaçıya borcu olması ilə bağlı hər hansı ifadə yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsassız olmasına və irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 5800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatı ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qalan hissədə ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 72,50 manatı ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilsin, qalan hissədə ilkin iddia üzrə iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1052/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1052/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver