Məhkəmə qərarları › İş №e-2(005)-1075/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1075/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1075/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ədilova Solmaz İmran qızının sədrliyi, X20 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində Cavabdeh əvəzindən ondan tutulmuş 9.910,9 (doqquz min doqquz yüz on) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 4,5198 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh 13/16 hissədə, X10 1/16 hissədə, X5 1/16 hissədə və X14 1/16 hissədə məxsusdur. Cavabdeh, X17, X8, X13 və İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən paylı mülkiyyətdə olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 4,5198 ha olan torpaq sahəsinin satıcılara məxsus hissəsindən 0,12 ha torpaq sahəsi 11.400 manata «alıcı» X1. Həmin alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 11.400 manat məbləğində pul vəsaitinin 13/16 hissəsi, yəni 9262,5 manatı Cavabdeh tərəfindən, 1/16 hissəsi, yəni 712,5 manatı X17 tərəfindən, 1/16 hissəsi, yəni 712,5 manatı X8 tərəfindən və 1/16 hissəsi, yəni 712,5 manatı X13 tərəfindən alınmışdır. X8 və X13 onun qızlarıdır və həmin zaman onlar azyaşlı olduğuna görə onların anası kimi müqavilə onun tərəfindən imzalanmış və onlara məxsus ümumilikdə 1425 manat pulu da o qəbul etmişdir. Sonradan iddiaçı X11 cavabdehlər Cavabdeh, X14, X5, X10, X4 və İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,12 ha torpaq sahəsinin alqı-satqısı barədə AN-İ seriyalı ******* saylı, xx.xx.2015ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, 0,12 ha torpaq sahəsinə görə ödədiyi 12.000 manat pulun, dəymiş ziyana və müqavilə üzrə dəbbə puluna görə 3.000 manat vəsaitin, mənəviziyana görə 5.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 3693/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X11 ilə Cavabdeh, X17, X8, X13 və İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddiaçı X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci tarixdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməsi, iddiaçı X6 xeyrinə cavabdehlər Cavabdeh, X12, X3 və X9 qanuni nümayəndəsi İddiaçı torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pul tutulması, iddiaçı X6 xeyrinə X2 mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra məmurunun qərarı ilə ona məxsus bank hesabından X6 xeyrinə 12 229,79 manat məbləğində pul vəsaiti tutulmuşdur. Halbuki, hər kəs alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi pul müqabilində məsuliyyət daşıyır və hər kəs aldığı məbləği geri qaytarmalı idi. Yəni o yalnız müqavilənin etibarsız hesab edilməsi nəticəsində müqavilə üzrə əldə etdiyi pulu, yəni 1425 manat məbləğində pulu geri qaytarmalı idi. Bir sözlə müqavilənin etibarsız hesab edilməsi ilə ondan tutulmuş 11 400 manat məbləğində pul vəsaitinin yalnız 1425 manat hissəsi ondan tutulmalı, 712,5 manat hissəsi X12, qalan hissəsini isə, yəni 9 262,5 manat hissəsi isə Cavabdeh ödəməli idi. Bank hesabından çıxarışdan da görünür ki, onun bank hesabından Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 11 oktyabr 2021-ci il tarixdə 109 manat, 18 oktyabr 2021-ci il tarixdə 11 320,79 manat və 26 oktyabr 2021-ci il tarixdə 800 manat məbləğində, ümumilikdə isə 12 229,79 manat məbləğində pul vəsaiti tutulmuşdur. Həmin məbləğin 11 400 manat hissəsi qətnaməyə əsasən müqavilənin etibarsız hesab edilməsi ilə ödənilməli olan məbləğ, 30 manat hissəsi dövlət rüsumu və 798 manat hissəsi İcra Haqqında Qanuna əsasən tələbin 7 faizi qismində icra ödənişidir. Qətnaməyə əsasən ödənilmiş dövlət rüsumunun da onlardan müştərək qaydada tutulmalı olmasını nəzərə alsaq, həmin qətnamə ilə ondan 30 manatın ¼ hissəsi yəni 7,5 manat tutula bilərdi. İcra Haqqında Qanuna əsasən tələbin 7 faizi qismində ondan tutulmuş 798 manat isə ona münasibətdə müqavilənin etibarsız hesab edilməsi ilə onun qaytarmalı olduğu məbləğin 7 faizi kimi ondan tutula bilərdi. Yəni o, həmin müqavilənin etibarsız hesab edilməsi ilə 1425 manat məbləğində pul qaytarmalı olduğu üçün həmin məbləğin 7 faizi qismində ondan 99,7 manat, X17 712,5 manat qaytarılmalı olduğuna görə ondan həmin məbləğin 7 faizi qismində 49,9 manat, Cavabdeh 9 262,5 manat qaytarmalı olduğuna görə isə ondan həmin məbləğin 7 faizi qismində 648,4 manat məbləğində pul vəsaiti icra ödənişi qismində tutulmalı idi. Beləliklə də işin halından da görünür ki, xx.xx.2015-ci tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə Cavabdeh ödəməli olduğu 9 262,5 manat və həmin məbləğin 7 faizi qismində 648,4 manat, ümumilikdə isə 9 910,9 manat məbləğində pul vəsaiti ondan tutulmuşdur. Hal-hazırda isə onun müqavilənin etibarsız hesab edilməsi ilə Cavabdeh əvəzindən ondan tutulmuş 9 910,9 manat məbləğində pul vəsaitinin Cavabdeh tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıya heç bir borcunun olmadığını, hansı səbəblərdən iddiaçının ondan pul tələb etdiyini bilmədiyini, bu səbəbdən də iddianın əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X11 ilə Cavabdeh, X17, X8, X13 və İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddiaçı X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci tarixdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməsi, iddiaçı X6 xeyrinə cavabdehlər Cavabdeh, X12, X3 və X9 qanuni nümayəndəsi İddiaçı torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pul tutulması, iddiaçı X6 xeyrinə X2 mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra məmurunun qərarı ilə ona məxsus bank hesabından X6 xeyrinə 12 229,79 manat məbləğində pul vəsaiti tutulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2689/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-585/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2689/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4951/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-4951/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3693/2019 saylı qətnaməsi ilə (hakim-Ramin Quliyev) iddia qismən təmin edilmiş, iddiaçı X11 ilə Cavabdeh, X17, X8, X13 və İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3693/2019 saylı icra vərəqəsi icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 15647-179357/19- 15-4 saylı məktubu ilə 13,12.2019-cu il tarixilidə 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş və sözügedən İcra vərəqəsi xx.xx.2019- cu il tarixində icra edilərək RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 2689/2020 saylı qətnaməsinə əsasən (Sədrlik edən hakim- Rəşad Həsənov) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3693/2019 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Bundan sonra Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)- 585/2021 saylı qərarı ilə (Sədrlik edən hakim-Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2689/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Son olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli bildirişi 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuş və bildiririk ki, yekun məhkəmə aktı barədə idarədə məlumat yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 179357/19-4 nömrəli inkasso sərəncamının surətindən görünür ki, İddiaçı məxsus hesabdan 11430 manat məbləğində vəsait Nərimanov rayon icra şöbəsinə məxsus depozit hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 04-297 nömrəli Ödəniş tapşırığının surətindən görünür ki, Nərimanov rayon icra şöbəsinə məxsus depozit hesabından 11430 manat məbləğində vəsait X7 məxsus bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra ödənişinin alınması haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3693/2019 saylı icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı üçün borclu İddiaçı tərəfindən ödənilməli olan 11430 manat pulun 7%-i 800,10 manat məbləğində icra ödənişi tutulması qərara alınmışdır. Məhkəmə baxışında işin mübahisəsiz hallarından müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2015-ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, xx.xx.2015-ci tarixdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmiş, iddiaçı X6 xeyrinə cavabdehlər Cavabdeh, X12, X3 və X9 qanuni nümayəndəsi İddiaçı torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pulun və 30 manat dövlət rüsumunun tutulması və s. qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra məmurunun qərarı ilə ona məxsus bank hesabından X6 xeyrinə 12 229,79 manat məbləğində pul vəsaiti tutulmuşdur. İcra ödənişinin alınması haqqında qərara əsasən, borclu İddiaçı tərəfindən ödənilməli olan 11430 manat pulun 7%-i 800,10 manat məbləğində icra ödənişi tutulması qərara alınmışdır. Hal-hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 11.400 manat məbləğində pul vəsaitinin 13/16 hissəsi, yəni 9262,5 manatı Cavabdeh tərəfindən ödənilməli olduğu halda icra sənədinin icrası zamanı bütün məbləğ iddiaçının vəsaiti hesabına ödənilmişdir. Bundan başqa cavabdehin ödəməli olduğu 9262,5 manat vəsaitin 7 % icra ödənişini yəni 648,4 manat hissəsi iddiaçının vəsaiti hesabına ödənilmişdir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. 508-ci maddəsinə əsasən, əgər kreditorun tələbi birgə borclulardan birinin borcu ilə birləşdirilirsə, qalan borclular barəsində öhdəliyə həmin borclunun payına düşən miqdarda xitam verilir. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin öhdəlikdə borcluların çoxluğuna dair müddəaları təşkil edir. Belə olanda qanuni qüvvəyə minmiş qətnamələrdən də göründüyü kimi, xx.xx.2015-ci tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində Cavabdeh əvəzindən İddiaçı 9262,5 manat məbləğində pul, habelə 648,4 manat icra ödənişi tutulmuşdur və nəticədə İddiaçı reqres qaydasında pul tələb etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı ödənilmiş 9910,9 manat pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddiasını əsaslı hesab edir və iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9.910,9 (doqquz min doqquz yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar