Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1089/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X11 Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “qeyri yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi, qeyri yaşayış sahəsinin boşaldılması və sökülməsi və kirayə haqqı” tələbinə dair ilkin, İddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “hasarların sökülməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “qeyri yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi, qeyri yaşayış sahəsinin boşaldılması və sökülməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı QSC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyriyaşayış binası – qarajin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, qarajın boşaldılması və sökülməsi, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsən oğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj cavabdeh X3 verilməklə, habelə yeni qarajlar tikilənədək 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binalarınkəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı QSC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC-nin arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, M.Cumə küçəsinin bir tərəfi yuxarıda qeyd olunan sökünti ərazisənə daxil olduğundan, cavabdeh X3 məxsus Bakı şəhəri Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyriyaşayış binası – qarajın ərazisi söküntüyə gedir. Bununla əlaqədar cavabdeh X3 Bakı şəhəri Həsən öğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj tikilib təhvil verilməsi və yeni qarajların tikilənədək cavabdehə aylıq 250 (iki yüz əlli) manat kirayə haqqı verilməsi təklif olunur. Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan binalarında yaşayan mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanların təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə cavabdeh X4 ilə bağlı danışıqlar aparılmağa çalışılmışdır, lakin cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdehə Bakı şəhəri Həsən öğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m qaraj tikilib təhvil verilməsi və yeni qarajların tikilənədək cavabdehə aylıq 250 (ikik yüz əlli) manat kirayə haqqı verilməsi təklif olunur. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Cavabdehin tələbi əsassızdır və hüquqdan sui-istifadədir. Cavabdehin əsassız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri-mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Sərəncamın icrası ilə əlaqədar olaraq tərəfimizdən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizi vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. Qeyd edilənlərə əsasən hesab edirik ki, Bakı şəhəri, Molla Çümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qarajın əvəzinə Bakı şəhri, Nərimanov rayonu, Həsən öğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj tikilib təhvil verilməsi və yeni qarajların tikilənədək cavabdehə aylıq 250 (iki yüz əlli) manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi, İddiaçı QSCya təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsinin ətrafına çəkilən və istifadəsinə maneə yaradan hasarların sökülməsi, həmçinin dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat, evni zamanda qətnamə icra olunan günədək hər ay 750 manat məbləğində pulun və 110 manat (iddia ərizəsi və müvəqqəti təminat tədbiri üçün ödənilmiş) məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasına aid Texniki Pasportdan da göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi təxminən 17 ildir ki, yaxın tanışı X7 tərəfindən avtoyuma kimi istifadə edilir. Qeyd olunan ünvanda yaşayan hər kəs onu tanıyır, mübahisəli obyektin avtoyuma kimi istifadə edildiyindən məlumatlıdır. O, mübahisəli qeyriyaşayış sahəsini aylıq 750 manat müqabilində istifadəyə verərək maddi ehtiyaclarını qarşılayır. Hazırda qaraşılıqlı iddia üzrə cavadeh tərəfindən mülkiyyətindəki ümumi sahəsi 25,42 m2 olan, avtoyuma kimi istifadə edilən qeyri-yaşayış sahəsinin ətrafı tamamilə hasarlanmış və onun istifadəsinə qanunsuz olaraq maneə yaradılmışdır. Bunu, yəni qeyriyaşayış sahəsinin ətrafının hasarlanaraq girişinə maneə yaradıldığını təsdiqləyən fotoşəkillər iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o qeyri-yaşayış sahəsindən istifadə edə bilmir. Qeyri-yaşayış sahəsinin ətrafında çəkilmiş hasarlar onun istifadə hüququnu qanunsuz olaraq məhdudlaşdırır. Hazırda İddiaçı QSC ona yeni tikilinin 7-ci blokunun, mənfi 1-ci qatında, ümumi sahəsi 36 m" olan iki qaraj (hər biri 18 m ) vermək və aylıq 250 manat məbləğində kirayə haqqı ödəmək istəyir. Bununla bağlı bildirmək istəyir ki, yuxarıda qeyd edildiyi kimi o, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11 B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsini ayda 750 manat müqabilində istifadəyə verərək müəyyən məbləğdə qazanc əldə edir. Həmin qeyri-yaşayış sahəsi həyətdə yerləşdiyi üçün avtoyuma kimi istifadə olunur. Məhz bunun nəticəsində o aylıq 750 manat məbləğində qazanc əldə edə bilir. Cavabdehin təklifinə uyğun olaraq binanın mənfi birinci mərtəbəsindən ümumi sahəsi 36 m2 olan 2 qaraj verilməsi onun maraqlarına ziddir. Çünki belə olan halda həmin qarajların qeyri-yaşayış sahəsi kimi başqa şəxslərə istifadəyə verilməsi mümkünsüz olacaqdır.Həyat yoldaşı rəhmətə getdiyi üçün üç azyaşlı övladı onun himayəsindədir. İşləyə bilmədiyi üçün maddi ehtiyaclarını mübahisəli qeyri-yaşayış sahəsindən əldə etdiyi aylıq qazancla qarşılayır. Buna görə də, cavabdehin qanunsuz hərəkətləri ona həm maddi, həmdə mənəvi ziyan vurur. Artıq 4 aydır ki, ona məxsus qeyriyaşayış sahəsindən ətrafı qanunsuz olaraq hasarlandığı üçün istifadə edə bilmir. Qarşılıqlı iddia üzrə cavabdeh heç bir qanııni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan ona məxsus qeyri-yaşayış sahəsinin ətrafını hasarlamış, ora giriş-çıxışa, avtoyuma kimi istifadə edilməsinə maneə yaratmışdır. Buna görə də, ona məxsus qeyri-yaşayış sahəsinin istifadəsinə maneə yaradan hasarların sökülməsi və dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat, həmçinin qətnamə icra olunan günədək hər ay 750 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı QSC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası – qarajin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, qarajın boşaldılması və sökülməsi, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsən öğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj cavabdeh X3 verilməklə, habelə yeni qarajlar tikilənədək 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSCnin nümayəndəsi X5 ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil ayrı-ayrılıqda qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməlidir, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyətinin “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamından görünür ki, “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 02 2020-cı il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun 03 03.2020-cı il tarixli rəyini nəzərə alaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən qərara alınmışdır: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilsin; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin ‘‘Azerinşaatlayihə’’ Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Həsənoğlu küçəsi, bina 83a Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, birgirişli inşa olunmuşdur. Mənzillərə giriş eyvanlardan nəzərdə tutulmuşdur. Bina planda qismən düzbucaqlı şəklində olub, orta hissənin ölçüləri 32.80 x 5.90 metr, qanad hissələrinin isə 8.40 x 4.80 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 0,40 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtebəarası və dam örtüyü çoxboçluqlu yığma dəmir-beton panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Damı yastı tipli olub, ruberoid materialı İlə örtülmüşdür. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüşdür. Eyvan tavalarının əksəriyyətinin alt hissələrində armaturların mühafizə qatları tökülmüş və armaturlar ciddi korroziyaya uğramışdır. Binanın sağ yan hissəsində eyvanlarının sahələrinin artırılması yükdaşıyan konstruksiyaların əlavə yüklənmələrinə səbəb olmuşdur. Binada norma və qaydalara riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə yaradır. Dam yastı tipli olub, örtük panelinin üzərində ruberoiddən ibarət yumşaq örtük uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdür. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə divarların nəmlənməsi, suvaq qatının qopmaları, tökülmələri hallarına rast gəlinir. Damda nizamsız şəkildə yerləşdirilmiş su çənləri örtükdə əlavə yük yaradır.Havalandırma şaxtaların kərpiclərinin tökülməsi hallarına rast gəlinir. Binanın texniki vəziyyəti yolverilməzdir; İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindəv verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri yaşayış binası-qaraj Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, müştəri Cavabdeh hesabına 750 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin 30-03/23-AD saylı, 30 mart 2023-cü il tarixli rəyindən görünür ki, Nərimanov rayonu ərazisində yerləşən, Mişar daşından tikilmiş, mülkuyyət hüququnu təsdiq edən sənədləri olan QARAJLARİN yerləşmə mövqeyindən asılı olaraq Aylıq icarə haqqının 300.0 - 400,0 manat, satış qiymətinin 1 kv.m hesabı ilə 900.0 -1100,0 manat civannda təklif olunur. Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 11 B sayh binanın həyətində, Həsənoğlu küçəsi 83A binasının arxasında, ərazunun ümumi Qazanxanasının yanında yerləşən, AR İN-i yanında ƏMDX-in DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi -reyestr nömrəsi olmayan, 27 iyul 2022-ci il tarixli Texniki Pasportuna əsasən Cavabdeh Taryel qızının istifadəsində olan Mişar daşından tikilmiş, mülkuyyət hüququ olmayan Avtomaşın yuma kimi istifadə olunmuş, ümumi sahəsi 25.42 kv.m olan QARAJİN faktiki ustifadə təyinatı nəzərə alınmaqla - Avtoyuma kimi aylıq icarə haqqının 300.0-350.0 manat - satış qiymətinin 1 kv.m-nin 1200.0 manat qəbul olunmaqla bazara uyğun qiymətinin ümumilikdə 30500.0 manat civarında olduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələbinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyin sözügedən ərazidə istismar müddətini başa vermiş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Belə ki, mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Hazırda iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası – qarajin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, qarajın boşaldılması və sökülməsi, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsən öğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj cavabdeh X3 verilməklə, habelə yeni qarajlar tikilənədək 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə hazırki vəziyyətdə cavabdehin mülkiyyət hüquqlarının pozulubpozulmamasına qiymət verilməsini zəruri hesab edir. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Məhkəmə hesab edir ki, yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan qeyri-yaşayış binası – qarajin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin qarajın İddiaçı MTK tərəfindən sökülməsini, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş qeyri-yaşayış binası – qarajin əvəzinə yeni tikiləcək binada-Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qarajı Cavabdeh təhvil verilməsini, bir sözlə əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10, 10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Məhkəmə xüsusi qeyd edir ki, İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, Cavabdeh mülkiyyətində olan əmlakın əvəzində ədalətli təklif edilir. Bununla belə, məhkəmə hesab edir ki, qaraja mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi əsassızdır, belə ki, iddiaçı tərəfindən cavabdeh yeni tikilən binada qarajla təmin edildikdən və onun adına müvafiq qaydada rəsmiləşdirilmə edildikdən sonra, hazırki qaraja olan mülkiyyət hüququna xitam verilə bilər. Eyni zamanada qeyd olunur ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş qeyri-yaşayış binası – qaraj boşaldılaraq “Ailə Park" QSC-yə təhvil verilməli və həmin mənzil "Ailə Park” QSC tərəfindən sökülməli, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş qeyri-yaşayış binasıqarajın əvəzinə yeni tikiləcək binada Bakı şəhəri, Nərimanov rayonu, Həsən oğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh İddiaçı MTK-dan Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsinin ətrafına çəkilən və istifadəsinə maneə yaradan hasarların sökülməsi, həmçinin dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat, eyni zamanda qətnamə icra olunan günədək hər ay 750 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı QSC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası-qaraj məhz həmin sərəncama əsasən İddiaçı QSC-yə ayrılmış torpaq sahəsində yerləşir. Belə olan halda qarşılıqlı iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyriyaşayış sahəsinin ətrafına çəkilən və istifadəsinə maneə yaradan hasarların sökülməsi hissəsində təmin oluna bilməz. Həmin hissədə ilkin iddia tələbinə qiymət verilərkən məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və hüquqi mövqe bildirilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin maddi ziyanın əvəzi olaraq 3000 manat ödənilməsi hissəsində iddia tələbi sübuta yetirilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində avtoyuyucu yerindən istifadə edə bilmədiyini, bunun nəticəsində də hər ay əldə etdiyi aylıq 750 manat qazancından məhrum olduğunu, istifadə edə bilmədiyi müddət üçün cəmi 3000 manat maddi ziyana məruz qaldığını, qeyri-yaşayış sahəsinin avtoyuyucu kimi qeydiyyatdan keçməsini və fəaliyyət göstərdiyini təsdiqləyən mötəbər dəlilləri təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan gəlirlərindən məhrum olduğunu sübut edəcək dəlilləri təqdim etməklə, istinad etdiyi halları sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, 3000 manat maddi ziyana məruz qaldığı, habelə aylıq 750 manat gəlir əldə etdiyini qeyd etsə də bu dəlillər açıqaşkar əsassız olmuşdur. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “hasarların sökülməsi, dəymiş ziyanın və aylıq pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin olunsun. Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi-qaraj boşaldılsın və İddiaçı MTK-ya təhvil verilsin. Həmin qeyri-yaşayış sahəsi-qaraj İddiaçı MTK tərəfindən sökülsün. İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi-qarajının əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Həsən oğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. – toplam 36 kv.m. qaraj Cavabdeh təhvil verilsin. Qeyri yaşayış sahəsi İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “hasarların sökülməsi, dəymiş ziyanın və aylıq pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1089/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1089/2023
18.05.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver