Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1120/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 000 (on beş min) manat məbləğində ödənilməmiş borcun və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun,cəmi 15 135 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü tarixdə borc müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə 15 000 (on beş min) manat borc verilmiş və cavabdeh borcunu xx.xx.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin 15 000 (on beş min) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İddiaçı yuxarıda qeyd olunan 15 000 (on beş min) manat borcun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən yayınmışdır və heç bir ödəniş etməmişdir. Cavabdehə pretenziya təqdim olunaraq borcunu məhkəmədən kənar ödəməsi təklif olunsa da ödəniş etməmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının mövqeyi Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə (o cümlədən sms-bildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək, borc müqaviləsində göstərilən 15000 (on beş min) manat məbləğində pulu aldığını, lakin imkanı olmadığına görə qaytara bilmədiyini, imkanı olan kimi pulu qaytaracağını qeyd etmişdir. Məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınaraq məhkəmə qətnaməsinin qəbul edilməsini xahi etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən xx.xx.2024-cü ildə ünvanlanan pretenziya məktubundan görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh Äğarəhim oğluna 15000 (on beş min) manat borc verilmiş və həmin müqavilənin 2-ci bəndinə əsasən borclu borcu 20. 11.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Borc müqaviləsi üzrə yaranmış 15000 (on beş min) manat gecikdirilmiş borcu 3 gün ərzində ödənilməsi xahiş edilmişdir lakin,borclu Cavabdeh borcunu ödəməmişdir. - xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki,”borc verən”- İddiaçı ”borc alan ”- Cavabdeh 15000 manat 00 qəpik ( on beş min manat sıfır qəpik) məbləğində borc pul vermişdir. ”Borc alan”- Cavabdeh, ”borc verənə”- İddiaçı xx.xx.2024-cü il tarixində borcunu qaytarmağ öhdəsinə götürmüşdür. Müqavilənin sonunda İddiaçı və Cavabdeh imzası qeyd edilib. İşə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İşə baxan məhkəmənin mövqeyi Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 15.000 (on beş) min manat məbləğində borc pul almışdır və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 15.000 (on bir) min manat məbləğində pul vəsaitlərinin və ödənilmiş dövlət rüsumunun ona qaytarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsində göstərilən halları təsdiq edən ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin arasında borc müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. İddiaçı cavabdehə notariat ofisinin depozit hesabı vasitəsilə 15000 manat məbləğində pul vermiş, cavabdeh isə 20 noyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Məhkəmə yuxarıda göstərilən normalara istinad edərək və cavabdehin iddia tələbini etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinin əsaslı olması tam təsd iqini tapmış hesab edilməli və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.000 (on beş) min manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 135 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1120/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1120/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver