Məhkəmə qərarları › İş №e-2(005)-115/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-115/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-115/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönədilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönədilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 43.476,99 manat, faiz borcuna görə 11.312,54 manat, cərimə borcuna görə 11.000 manat olmaqla, borcun cəmi məbləği 65.789,53 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və ödənilmiş 288 manat məbləğində dövlət rüsumunun, cəmi 423 manat pulun tutulması, tələbin Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsi üzrə cəmi 65.789,53 manat və 423 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasının açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qalan borcun ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasının boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 55.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı zaminlik müqavilələri bağlanmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 43.476,99 manat, faiz borcuna görə 11.312,54 manat, cərimə borcuna görə 11.000 manat olmaqla borcun cəmi məbləği 65.789,53 manat pul təşkil edir. xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binası İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 40.301,49 manat, faiz borcuna görə 16.138,86 manat, cərimə borcuna görə 11.000 manat olmaqla borcun cəmi məbləği 67.440,35 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun, ödənilmiş 292.32 manat məbləğində dövlət rüsumunun və "xxxx" MMC-yə əmlakın qiymətləndirilməsinə dair ödənilmiş 400 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı Baş kredit müqaviləsi üzrə cəmi 67.440,35 manat, ödənilmiş 427,32 manat dövlət rüsumunun, "xxxx" MMC-yə əmlakın qiymətləndirilməsinə dair ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasının açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, YSNPT- 0068 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qalan borcun ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasının boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini artırılmış həcmdə müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, habelə iş üzrə təkrar məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 55.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə krediti aylıq 1673,79 manat (sonuncu ay 1664,47 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "Rabitəbank” ASC-yə xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir. Əsas məbləğ üzrə 40.301,49 manat, faiz üzrə borc 16.138,86 manat, cərimə borcu 11.000 manat, cəmi 67.440,35 manat. İş materiallarında olan xx.xx.2019-cu il tarixli YSNPT-0068 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 10 iyul 2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. İpoteka predmetinin təsviri və olduğu yer: Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış sahəsi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli YSNPT-0068 saylı zaminlik müqavilələrindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımaları barədə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125.1 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi "Rabitəbank” ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 8566 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci tarixli bildirişlərdən görünür ki, cavabdehlərə öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2022-ci il tarixdə **********10 nömrə ilə qeydə alınmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 55.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə krediti aylıq 1673,79 manat (sonuncu ay 1664,47 manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 "Rabitəbank” ASC-yə xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir. Əsas məbləğ üzrə 40.301,49 manat, faiz üzrə borc 16.138,86 manat, cərimə borcu 11.000 manat, cəmi 67.440,35 manat. xx.xx.2019-cu il tarixli YSNPT- 0068 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 10 iyul 2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə yüklü edir. İpoteka predmetinin təsviri və olduğu yer: Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış sahəsi. xx.xx.2019-cu il tarixli YSNPT-0068 saylı zaminlik müqavilələrinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımaları barədə zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125.1 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi "Rabitəbank” ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 8566 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il və xx.xx.2022-ci tarixli bildirişlərdən görünür ki, cavabdehlərə öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2022-ci il tarixdə **********10 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6029 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 10 iyul 2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (arayışda qeyd edilən tarixə): -əsas borc üzrə 47.560,73 manat; -faiz borcu üzrə 8202.06 manat. xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə): -əsas borc üzrə 47.560,73 manat; -faiz borcu üzrə 9212.21 manat. xx.xx.2022-ci il tarixə (arayışdan qeyd edilən tarixə): -əsas borc üzrə 47.560,73 manat; -faiz borcu üzrə 9165.46 manat. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10 iyul 2019-cu il tarixli, YSNPT- 0068 saylı kredit müqaviləsi üzrə 11.000 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 2821 manata endirilməlidir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, YSNPT- 0068 saylı kredit müqaviləsi üzrə 40.301,49 manat məbləğində əsas borc, 9165.46 manat məbləğində faiz borcu, 2821 manat məbləğində cərimə borcu olmaqla, cəmi 52.287,95 manat borc tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı ASC qarşısında olan borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan məbləğ cavabdehlərin İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4-cü maddəsinə əsasən tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/N 10-682/22 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı likvid qiyməti 90.000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiyməti 90.000 manat müəyyən edilməli, qeyd olunan daşınmaz əmlak açıq hərracda satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh4 qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasına tutma yönəldikdən və o hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasının boşaldılmalı və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyriyaşayış binasını tərk etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 292.32 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ödənilmiş 135 manat dövlət rüsumu və qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 400 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, habelə cavabdehlərdən 150 manat mühasibatlıq ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, YSNPT-0068 saylı kredit müqaviləsi üzrə 40.301,49 manat məbləğində əsas borc, 9165.46 manat məbləğində faiz borcu, 2821 manat məbləğində cərimə borcu olmaqla, cəmi 52.287,95 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 292.32 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ödənilmiş 135 manat dövlət rüsumu və qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 400 manat tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin açıq hərracda ilkin satış qiyməti 90.000 manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlak açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh4 qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyriyaşayış binasına tutma yönəldikdən və o hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyriyaşayış binası boşaldılsın və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7 qeyri-yaşayış binasını tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar