Məhkəmə qərarları › İş №e-2(005)-1174/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1174/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1174/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MMC-nin nümayəndəsi-X5 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 08 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləğinin, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı və “xxxx” ASC arasında plastik kartın əldə edilməsinə və istifadəsinə dair bağlanmış müqaviləyə əsasən o, Avroda olan bank hesabından istifadə etmək üçün cavabdehdən plastik kart əldə etmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, 29 avqust 2020-ci il tarixdən başlayaraq 10 oktyabr 2020-ci il tarixədək, yəni 43 gün ərzində oradan 116 dəfə “İTUNES.COM. APLLE.COM” (“Aplle” şirkətinin real vaxl rejimindəki dükanı) təyinatı ilə cəmi mübadilə (konvertasiya) edilərək 11408,77 (on bir min dörd yüz səkkiz tam yüzdə yetmiş yeddi) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Avroda konkret olaraq bu 9691,13 (doqquz min altı yüz doxsan bir tam yüzdə on üç) Avro təşkil etmişdir. Bu köçürmələrə görə Cavabdeh də 47,7 (qırx yeddi tam onda yeddi) Avro məbləğində xidmət haqqı tutmuşdur. Yəni cəmi iddiaçının hesabından 9738,83 (doqquz min yeddi yüz otuz səkkiz tam yüzdə səksən üç) Avro silinmişdir. Konkret olaraq göstərilən müddət ərzində “İTUNES.COM. APLLE.COM” təyinatatı ilə aşağıdakı sayda məbləğlər köçürülmüşdür: 106 dəfə 99,99 ABŞ dolları cəmi 10598,94 ABŞ dolları; 3 dəfə 24,99 ABŞ dolları - cəmi 74,97 ABŞ dolları; 2 dəfə 109,98 ABŞ dolları - cəmi 219,96 ABŞ dolları; 1 dəfə 125,97 ABŞ dolları; 1 dəfə 124,98 ABŞ dolları; 1 dəfə 112,98 ABŞ dolları; 1 dəfə 100,98 ABŞ dolları; 1 dəfə 49,99 ABŞ dolları. 43 gün ərzində yalnız aşağıdakı 18 gündə köçürmə (silmə) olmamışdır: 1, 3, 9, 17, 18, 19, 21, 23, 24, 25, 26, 29 və 30 sentyabr, habe1ə 2, 3, 6, 7 və 9 oktyabr. Başqa sözlə, 116 köçürmə (silmə) faktiki olaraq 25 gün ərzində həyata keçirilmişdir. Yəni orta hesabla gündə 4,64 köçürmə. Reallıqda isə məsələn təkcə 2 sentyabrda 24 belə əməliyyat olmuşdur. Bütün bunlar barədə İddiaçının heç bir xəbəri olmayıb. Onun həyat yoldaşı X2 məxsus olan və İddiaçı tərəfindən istifadə edilən +********** telefon nömrəsinə hər bir pul silinməsi barədə SMS məlumat gəlməli olduğu halda, Avro hesabı üzrə heç bir məlumat gəlməyib. Halbuki, İddiaçının Cavabdehdə olan manat hesabı üzrə kartından silinmələr barədə belə SMS məlumatlar həmişə İddiaçıya göndərilib. “xxxx” MMC İddiaçının həyat yoldaşı X2 göndərdiyi 05 noyabr 2020- ci il tarixli cavab məktubu ilə həmin telefon nömrəsinə 28 avqust 2020-ci il tarixindən 10 oktyabr 2020-ci il tarixinədək AZERİCARD istiqamətindən göndərilmiş və qəbul olunmuş SMS-lərin tarixləri barədə məlumatı təqdim etmişdir. Həmin məlumatda SMS-lərin məzumunu açıqlanmır. Şifahi şəkildə bildirilib ki, məzmunu məhkəmə sorğusu əsasında açıqlaya bilərlər. Hər bir halda sözügedən məlumat ilk baxışdan belə etimad doğurmur və əlavə yoxlanılmalıdır. Belə ki, müvafiq günlər üzrə hər iki kart üzrə köçürmələrin sayı ilə AZERİCARD istiqamətindən guya göndərilmiş və qəbul olunmuş SMS-lərin sayı arasında kəskin və çoxsaylı uyğunsuzluq var. Yalnız birinci tarixdə (29 avqust) saylar uyğundur. Qalanlarının hamısında saylar uyğun deyil. Bir daha xüsusilə vurğulayırıq ki, Avro hesabı üzrə İddiaçıya heç bir SMS daxil olmayıb və hesabından silinmələr haqda onun məlumatı olmayıb. Həmin dövrdə İddiaçı bir dəfə də olsun həmin hesabdan özü istifadə etməmişdir. İddiaçı bu qanunsuz pul silinmələri haqda xəbər tutan kimi 2 noyabr 2020-ci il tarixdə Cavabdehə müraciət edib və vəsaitin qaytarılmasını tələb edib. 28 dekabr 2020-ci il tarixli cavab məktubunda cavabdeh bildirmişdir ki, yalnız 25 köçürmə əməliyyatı üzrə cəmi 2584,68 (iki min beş yüz səksən dörd tam yüzdə altmış səkkiz) ABŞ dolları məbləğini geri qaytarmışdır. Bank hesabından çıxarışdan da görünür ki, 13 noyabr 2020-ci il tarixdə hesaba 1144,28 Avro, 16 noyabr 2020-ci il tarixdə isə 1040,14 Avro, beləliklə, cəmi 2184,42 (iki min yüz səksən dörd tam yüzdə qırx iki) Avro məbləği qaytarılmışdır. Bununla da faktiki olaraq Cavabdeh qalan 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləğini qaytarmaqdan (zərəri ödəməkdən) imtina etmişdir. Halbuki, müəyyən məbləğin qaytarılması qalan məbləğin də qanunsuz silinməsinin dolayısı təsdiqinə dəlalət edir. Hətta ehtimal etsək ki, vəsaitlər üçüncü şəxslərin qanunsuz müdaxiləsi nəticəsində silinmişdir və Cavabdeh bu köçürmələrin İddiaçının sərəncamı ilə həyata keçirildiyini düşünmüşdür, Cavabdehin hərəkətsizliyi vicdanlılıq və ağlabatanlıq prinsiplərinə ziddir. Çünki söhbət bir və ya bir neçə köçürmədən getmir. Söhbət 25 gün ərzində həyata keçirilmiş 116 köçürmədən gedir. Nəinki peşəkar bank olan Cavabdeh, hətta adi inşan belə artıq bir neçə gündən sonra bu əməliyyatların şübhəli olduğu qənaətinə gəlməli və tədbir görməli idi. Bu, həmçinin çirkli pullar irəli gəlir ^ayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericilikdən irəli gələn tələbdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin 2019-cu il 11 dekabr tarixli, ******* nömrəli Əmri ilə təsdiq edilmiş “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları (xüsusi indikatorlar)”-ın bir neçəsi açıq-aşkardır: Hesab üzrə fəallığın kəskin dəyişməsi (2.1.43-cü bənd); Müştərinin maliyyə profilinin, onun fəaliyyətinin və ya əməliyyatlarının xarakterinin gözlənilmədən dəyişməsi, onun maliyyə profilinə (bir qayda olaraq həyata keçirdiyi) uyğun olmayan məbləğlərdə və tezliklərdə əməliyyatlar həyata keçirməsi (2.1.46-cı bənd); Müştərinin həyata keçirdiyi əməliyyatların xarakterinin ümumi qəbul edilmiş bazar praktikasına aşkar şəkildə uyğun gəlməməsi (2.1.49-cu bənd); Müştərinin əməliyyat üzrə aktivliyinin (səviyyəsi və ya həcmi) onun aşkar maliyyə vəziyyəti, normal fəaliyyət strukturu və ya peşəsi (məsələn, tələbə, işsiz və s.) ilə uyğunsuzluq təşkil etməsi (2.1.52-ci bənd); Nisbətən kiçik zaman dövrü ərzində eyni və ya təqribən eyni məbləğlərdə vəsaitlərin əldə edilməsi və köçürülməsi (2.1.92-ci bənd); Plastik kartlardan istifadə etməklə internet şəbəkəsi vasitəsilə malların alışı və ya xidmətlərin göstərilməsi məqsədilə müştərinin pul vəsaitlərinin bir və ya bir neçə kontragentə müntəzəm olaraq köçürməsi (2.1.105-ci bənd). Nəhayət, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi və 25 iyul 2012-ci il tarixdən qüvvədə olan“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nı (X9 Reyestrinin qeydiyyat nömrəsi **********0163) da pozmuşdur. Belə ki, həmin Qaydaların 7.1-7.2-ci bəndlərində deyilir: “7.1. Emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. 7.2. Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir.” Beləliklə, cavabdeh qanunvericiliyə müvafiq olaraq vəzifələrini icra etmədiyi, yəni ən azı hərəkətsizlik etdiyi üçün İddiaçının hesabından vəsait silinmişdir. Buna görə də cavabdeh həmin vəsaitin bir hissəsi qaytarıldıqdan sonra qalan 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləği də cavabdeh tərəfindən iddiaçının bank hesabına qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsaasız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda 24.02.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı nümayəndəsi vəkil Həsənov X4 Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı "Cavabdeh” ASCdəki bank hesabından qanunsuz olaraq çəkilmiş 7554, 41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləğinin, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğinin "Cavabdeh” ASC-dən (bundan sonra cavabdeh) iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmuş iddia tələbinə etirazımızı bildirərək hesab edirik ki, iddia tələbi əsassız olduğundan iddia ərizəsi rədd edilməlidir. İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış Plastik kartların əldə edilməsinə və istifadəsinə dair 15 avqust 2018-ci il tarixli, 053916-23909 saylı müqaviləyə əsasən, cavabdeh iddiaçıya plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması ilə bağlı xidmətlərin göstərilməsi, iddiaçı isə müqavilə əsasında ona göstərilən xidmətlərə görə cavabdehim qüvvədə olan tariflərinə uyğun komisyon haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4.3-cü varımbəndinə əsasən, plastik kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-qanuni yolla əldə edilməsi, kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflər edilməsinə görə istifadəçi məsuliyyət daşıyır, 4.2.5-ci və 4.4.4-cü yarımbəndlərinə əsasən, plastik kart itirildikdə, oğurladıqda habelə, kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri- qanuni yolla əldə edilməsi barədə İstifadəçi Banka dərhal məlumat verməyi öz öhdəsinə götürmüş, Bank isə bu barədə müştəridən məlumat daxil olduqda kartın bağlanması üçün lazımi tədbirlər görür. Sözügedən müqavilənin 13.5-ci bəndinə əsasən ŞEN-kodun üçüncü şəxslər tələfindən istifadəsi nəticəsində İstifadəçiyə dəymiş zərərə görə Bank məsuliyyət daşımır. İddiaçı 28 yanvar 2019-cu il tarixdə CoBrend Visa Gold növlü pastik kartını və ŞEN zərfini təhvil-təslim Aktı ilə əldə etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı Banka 02 noyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək 28.08.2020-ci il tarixdən 09.10.2020-ci il tarixədək yuxarıda qeyd edilən plastik kartdan Apple.com tərəfindən dəfələrlə 99,99 USD ümumilikdə təxminən 10000 Avroya yaxın məbləğdə vəsaitin xəbəri olmadan çıxarılmasını, bu barədə heç bir SMS bildirişin daxil olmamasını və tez bir zamanda vəsaitin geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bankın məsul şəxsi tərəfindən iddiaçı ilə əlaqə saxlanılmış, müraciət müvafiq surətdə araşdırılmış, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavab məktubu təqdim edilmişdir. İddiaçının tələbi üzrə bildirmək istəyir ki, “Cavabdeh’' ASC-də iddiaçının adına ******************** hesab nömrəli avro hesabına bağlı olan 4192 **** **** 2898 nömrəli plastik kart mövcuddur. İddiaçı avro hesabına bağlı olan 4192 **** **** 2898 nömrəli plastik kaıtda olan vəsaitin geri qaytarılması tələbi ilə banka müraciət etmişdir. Eyni zamanda bildirmək istəyirik ki, 19 oktyabr 2019-cu il tarixli Visa beynəlxalq ödəniş sisteminin qaydalarına əsasən, bir kart üzrə ən çoxu 35 ədəd “Chargeback”, yəni silinmiş vəsaitin geri qaytarılması prosesi həyata keçirilə bilər. Yuxarıda qeyd olunan qaydaların tələbləri bank tərəfindən tam olaraq yerinə yetirilmişdir. Belə ki, iddiaçının tələbinə uyğun olaraq, bankın aidiyyatı struktur bölməsi tərəfindən “xxxx'’ MMC-yə ünvanlanmış 11 noyabr 2020-ci il və 21 yanvar 2021-ci il tarixli məktublarına əsasən, iddiaçıya məxsus 4***102898 nömrəli plastik kart üzrə ümumilikdə 31 sayda “Chargeback” əməliyyatları üzrə vəsaitlər uğurla müştərinin hesabına geri qaytarılmışdır. İddiaçı SMS bildirişlərin müvafiq mobil nömrəsinə göndərilməməsini iddia edir, halbuki iddiaçının qeyd etdiyi 4***102898 nömrəli plastik kart üzrə SMS bildiriş təqdim edilməsi ilə əlaqədar bankın məsul şəxsi tərəfindən “xxxx” MMC-yə 02.11.2020-ci il tarixdə müraciət edilmiş və həmin müraciətə cavab olaraq “xxxx” MMC tərəfindən bütün SMS bildirişlərinin uğurlu şəkildə 994 50 *** ** ** nömrəsinə göndərilmələri bildirilmiş (elektron yazışmalar əlavə edilir), bu səbəbdən iddiaçının bu tələbi tam olaraq əsassızdır. Müştərinin adına olan plastik kart məhsulları üzrə sərəncam hüququ Bankın səlahiyyətləri xaricindədir, habelə Bank tərəfindən məhdudlaşdırıla biməz. Bank məxaric edilən vəsaitin məbləğini və davamlı olaraq bir neçə dəfə mobil tətbiq üzərindən eyni əməliyyatların aparılmasını nəzərə alaraq, müştərinin bu barədə məlumatlı olmasını hesab etmişdir. Bu məsələ ilə əlaqədar Bank və prosessinq təşkilatı heç bir məsuliyyət daşıya bilməz. “xxxx” MMC tərəfindən müştəriyə təqdim edilmiş məktubdan da aydın olur ki, yuxarıda qeyd edilən mobil nömrəyə ardıcıl olaraq Azəricard istiqamətindən göndərilmiş və qəbul edilmiş SMS bildirişlərin tarixi barədə məlumatlar dəqiq qeyd olunmuşdur. Həmçinin müştəri Banka yaxınlaşaraq mobil telefonunu təqdim edərkən, “İ-Cloud” elektron xidmətinə qoşulduğu və kart məlumatlarının həmin xidmətə qoşduğu aşkarlanmışdır. Belə ki, təqdim edilmiş sənədlərdən də açıq-aşkar görünür ki, müştəri ayrı-ayrı vaxtlarda bu xidmətdən istifadə etmiş və İ TUNES.COM.APPLE.COM üzərindən müvafiq olaraq məbləğlər silinmişdir. İddiaçı “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarımın 7.1 və 7.2- ci bəndlərini əsas götürərək, bank tərəfindən müvafiq bəndlərin tələblərinə riayət edilməməsi bildirilmişdir. Bununla bağlı bildiririk ki, APPLE şirkəti dünya brendi olaraq, elektron məhsullar və innovativ proqramların istehsalçısı kimi tanınmışdır. Belə olan halda, qeyd olunan şirkətə köçürmələrin terrorçuluğun maliyyələşdirilməsi və ya digər qeyri-qanuni kimi təfsir edilə bilməz. Belə ki, sözügedən şirkətin xidmətlərinə qoşulmaq üçün, istifadəçi öz şəxsi məlumatlarını qeyd etməklə qeydiyyatdan keçir, lakin şirkətin təqdim etdiyi elektron məhsulların alınması üçün kart məlumatlarını da əlavə etməlidir. Odur ki, iddiaçının bu normalara istinad etməsini əsassız hesab edirik. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MMC-nin nümayəndəsi-X7 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 28 yanvar 2019-cu il tarixli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Təhvil-təslim aktından görünür ki, İddiaçı CoBrend Visa Gold növündə 4*********102898 nömrəli plastik kart verilmişdir. Azercell Telecom MMC-nin məhkəmənin 25.02.2021-ci il tarixli 2(005)-1174/2021 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, qeyd edilən ********* saylı nömrənin 28.08.2020- 09.10.2020-ci il müddət ərzində 4192 *** *** 2898 saylı kart hesabından pul vəsaitlərinin silinməsinə dair SMS bildirişləri mövcud deyildir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış 28.12.2020-ci il tarixli məktubundan görünür ki, VİSA beynəlxalq ödəniş sisteminin qaydalarına əsasən bir kart üzrə maksimum 25 ədəd “Chargeback” prosesi həyata keçirilə bilər. Sizin 4***102898 nömrəli ödəniş kartı ilə 200 ədəddən çox əməliyyat həyata keçirilmiş və tərəfimizdən 25 ədəd “Chargeback” prosesi udularaq 2584,68 ABŞ dolları məbləğində vəsait kart hesabına geri qaytarılmışdır. Azercell Telecom MMC-nin Rüfət İsgəndərova ünvanlanmış məktubundan görünür ki, 26.09.2011-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində X1 istifadəsinə verilmiş 050 214 14 16 nömrəyə 28.08.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək AZERİCARD istiqamətindən SMS-lər göndərilmiş və qəbul olunmuşdur. “X12” ASC ilə İddiaçı arasında bağlanmış “X12” ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair 15 avqust 2018-ci il tarixli, 053916-23909 №-li müqavilədən görünür ki, həmin müqavilənin 4.2.5-ci bəndinə əsasən plastik kart itirildikdə, oğurladıqda habelə, kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri- qanuni yolla əldə edilməsi barədə İstifadəçi Banka dərhal məlumat verməyi öz öhdəsinə götürmüş, Bank isə bu barədə müştəridən məlumat daxil olduqda kartın bağlanması üçün lazımi tədbirlər görür. 4.4.3-cü varımbəndinə əsasən, plastik kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-qanuni yolla əldə edilməsi, kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflər edilməsinə görə istifadəçi məsuliyyət daşıyır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və “xxxx” ASC arasında plastik kartın əldə edilməsinə və istifadəsinə dair bağlanmış müqaviləyə əsasən İddiaçı, Avroda olan bank hesabından istifadə etmək üçün cavabdehdən plastik kart əldə etmişdir. 29 avqust 2020-ci il tarixdən başlayaraq 10 oktyabr 2020-ci il tarixədək, yəni 43 gün ərzində oradan 116 dəfə “İTUNES.COM. APLLE.COM” (“Aplle” şirkətinin real vaxl rejimindəki dükanı) təyinatı ilə cəmi mübadilə (konvertasiya) edilərək 11408,77 (on bir min dörd yüz səkkiz tam yüzdə yetmiş yeddi) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Avroda konkret olaraq bu 9691,13 (doqquz min altı yüz doxsan bir tam yüzdə on üç) Avro təşkil etmişdir. Bu köçürmələrə görə Cavabdeh də 47,7 (qırx yeddi tam onda yeddi) Avro məbləğində xidmət haqqı tutmuşdur. Yəni cəmi iddiaçının hesabından 9738,83 (doqquz min yeddi yüz otuz səkkiz tam yüzdə səksən üç) Avro silinmişdir. Hazırda iddiaçı pul tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmçinin bankın aidiyyatı struktur bölməsi tərəfindən “xxxx'’ MMC-yə ünvanlanmış 11 noyabr 2020-ci il və 21 yanvar 2021-ci il tarixli məktublarına əsasən, iddiaçıya məxsus 4***102898 nömrəli plastik kart üzrə ümumilikdə 31 sayda “Chargeback” əməliyyatları üzrə vəsaitlər uğurla müştərinin hesabına geri qaytarılmışdır. Mülki Məcəllənin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 967.1-ci madəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.3-cü maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, “X12” ASC ilə İddiaçı arasında bağlanmış “X12” ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair 15 avqust 2018-ci il tarixli, 053916-23909 №-li müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin görünür ki, 4.4.3-cü yarımbəndinə əsasən, plastik kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-qanuni yolla əldə edilməsi, kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflər edilməsinə görə istifadəçi məsuliyyət daşıyır. Həmçinin 4.2.5-ci və 4.4.4-cü yarımbəndlərinə əsasən, plastik kart itirildikdə, oğurladıqda habelə, kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-qanuni yolla əldə edilməsi barədə İstifadəçi Banka dərhal məlumat verməyi öz öhdəsinə götürmüşdür. Hazırkı mübahisədə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Banka yaxınlaşaraq mobil telefonunu təqdim edərkən, “İ- Cloud” elektron xidmətinə qoşulduğu və kart məlumatlarının həmin xidmətə qoşduğu aşkarlanmışdır. Belə ki, təqdim edilmiş sənədlərdən də açıq-aşkar görünür ki, müştəri ayrı-ayrı vaxtlarda bu xidmətdən istifadə etmiş və İ TUNES.COM.APPLE.COM üzərindən müvafiq olaraq məbləğlər silinmişdir. Göründüyü kimi istifadəçiyə məxsus plastik kartın ŞEN-kodu onun özünü, yəni İddiaçı təqsirinə əsasən üçüncü şəxslərə ötürülmüşdür. Bu səbəbdən də istifadəçiyə məxsus plastik kartdan çəkilmiş məbləglərə görə bank məsuliyyət daşımır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi üzrə tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar