Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1188/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə və Cavabdeh2 Aleksandarovnaya qarşı “kirayə haqqının verilməsi, mənzilin təmirli vəziyyətdə təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: kirayə haqqının verilməsi, mənzilin təmirli vəziyyətdə təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X1, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Mehti oğlunun, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə və Cavabdeh2 Aleksandarovnaya qarşı “kirayə haqqının verilməsi, mənzilin təmirli vəziyyətdə təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İşin faktiki halları: İddiaçı1 Cavabdeh2 qızı, İddiaçı2 və İddiaçı3 isə cavabdehin nəvələridir. İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfidən verilən ******* nömrəli çıxarışdan görünür ki,Bakı şəhəri,Nərimanov rayonu,İ.Hidayətzadə küçəsi,ev 16,mənzil 4 Cavabdeh2 xüsusi mülkiyyətindədir.Bu barədə qeyd xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Razılaşma Müqaviləsinə əsasən, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh2 ona məxsus ünvan 3 ünvanda yerləşən mənzilin sökülərək həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün Cavabdeh1 MMC-yə təhvil verir. Həmin mənzillə əlaqədar mülkiyyətçi Cavabdeh2 ailə üzvləri və digər adiyyatı şəxslər tərəfindən irəli sürüləcək hər hansı iddiaya mülkiyyətçi Cavabdeh2 cavabdehdir. xx.xx.2024-cü il tarixli Mənzilin Təmir Aktın əsasən xx.xx.2022-ci il tarixdə bağlanılmış razılaşma müqaviləsinə əsasən nəzərdə tutulmuş “Luxe Home” yaşayış kompleksində 2 saylı binada ,8-ci mərtəbədə yerləşən 32 saylı mənzilin Cavabdeh1 MMC tərəfindən təmirli vəziyyətdə verilməsi Cavabdeh2 təhvil verilməsi ilə bağlı aparılan təmir işləri Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə ünvablanmış ərizəsinə əsasən həmin tarixdə dayandırılmışdır. Mənzildə aparılan təmir işlərinin yekun olaraq 6786 manat məbləğ təşkil etmişdir. İddia tələbi və onun dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə və Cavabdeh2 Aleksandarovnaya qarşı “kirayə haqqının verilməsi, mənzilin təmirli vəziyyətdə təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən mənzilinin sökülərək "X20" MMC tərəfindən ünvan 5 ünvanda inşa edilmiş yüksək mərtəbəli çoxmənzilli yaşayış binasında Cavabdeh2 adına sahəsi 106,06 kvm-dən ibarət olan bir ədəd iki otaqlı mənzilin təmiri üçün Cavabdeh2 tərəfindən alınmış 9623 manat məbləğində pulun "X20" MMC -yə qaytarılması, həmin mənzilin təmirli vəziyyətdə təhvil verilməsi, "X20" MMC -dən 2024-cü ilin oktyabırından hal-hazırkı vaxta kimi ayda 500 manat məbləğində kirayə haqqının alınıb iddiaçılara verilməsi və iddiaçıların həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 16 saylı evin 4 saylı mənzilinin mülkiyyətçisi iddiaçının Cavabdeh2dır. Həmin mənzildə iddiaçının anası,iddiaçı və qızları: İddiaçı2, Abdulläyeva Mehriban Rauf qızı və bacısı X7 qeydiyyatdadırlar və həmin mənzildə yaşayırlar. Həmin mənzilin Cavabdeh1 tərəfindən sökülməsi, satılması və təhvil verilməsi ilə əlaqədar onun anası olduğu üçün və qızlarının nənəsi olduğu üçün Cavabdeh2 ərizə ilə həvalə etdik ki, həmin mənzil tez sökülsün və onlara həmin mənzilin əvəzində Cavabdeh1 tərəfindən yeni tikiləcək binadan 106,06 kvm təmirli mənzil verilsin. Lakin"X20” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni tikiləcək binadan onlara 106,06 kvm təmirli mənzil verilməsi ilə əlaqədar iddiaçılar Cavabdeh2 hər hansı bir səlahiyyət verməmişlər. xx.xx.2022-ci ildə Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 12 saylı notariat ofisində aşağıdakı qaydada razılaşma müqaviləsi imzalanmışdı: 1. Bu müqavilə üzrə ünvan 6 ünvanda qeydiyyatda olan Cavabdeh2 ona məxsus, sənəd üzrə ümumi sahəsi 44,10 kv.m., faktiki ümumi 50,76 kv.m. tikili və 44,15 kv.m. həyət sahəsi olan, ünvan 7 ünvanda yerləşən mənzilinin sökülərək həmin ərazidə "X20" MMC tərəfindən inşa ediləcək yüksək mərtəbəli, çoxmənziili yaşayış binasımn tikintisi üçün "X20" MMC-yə təhvil verir. Tərəflər arasında hesablaşma aşağıdakı üsulla aparılır: (50,76+44,10/2)+20%=72,81 +20%=8737 kv.m. Müqavilənin dəyəri -101.934 (Bir yüz bir min doqquz yüz otuz bir) manat nəzərdə tutulur. Təhvil verilən yuxarıda qeyd olunmuş mənzilin dəyərinin tam 101.934 (bir yüz bir min doqquz yüz otuz bir) manat hissəsinin əvəzinə "xxxx" MMC Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksək mərtəbəli, çoxmənziili yaşayış binasında ümumi sahəsi 106,06 kv.m-dən ibarət olan 1 (bir) ədəd 2(iki)otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirli vəziyyətdə Cavabdeh2nm adına rəsmiiəşdirib təhvil verməyi öz öhdəsinə götürür. Təmirin qiyməti "X20 "MMC tərəfindən X2 veriiəcək mənzilin dəyərinə daxildir və hər kv.m. üçün 150(yüz əlli) manat nəzərdə tutulub. "LuxeHome inşaat’'MMC qeyd olunan mənzili Cavabdeh2 təhvil verənə qədər hər ay üçün 500(beş yüz) manat olmaqla kirayə haqqı ödəyir.Kirayə haqqı (6x500=3000 manat) olmaqla hər dəfə 6 aylıq dövrlərlə ödənilməsi nəzərdə tutulur. Gələcəkdə qeyd olunan mənzillə əlaqədar mülkiyyətçi Cavabdeh2 ailə üzvləri və digər aidiyyəti şəxslər tərəfindən irəli sürüləcək hər hansı bir iddiaya mülkiyyətçi Cavabdeh2 cavabdehdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 tərəfindən iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Onların iddia tələbləri, ünvan 9 ünvanda yerləşən mənzilinin sökərək, Cavabdeh1 MMC tərəfindən ünvan 5 ünvanda inşa edilmiş yüksəkmərtəbəli coxmənzilli yaşayış binasında Cavabdeh2 Aleksandrovanın adına sahəsi 106,06 kv.m-dən ibarət olan bir ədəd iki otaqlı mənzilinin təmiri üçün Cavabdeh2 tərəfindən alınmış pulun Cavabdeh1 MMCyə qaytarılması, həmin mənzilin təmirli vəziyyətdə təhvil verilməsi, Cavabdeh1 MMC-dən 1200 manat kirayə haqqının alınıb bizə verilməsi və bizim həmin mənzilə istifadə hüquqularımızın tanınmasına dair qətnamə çıxarılmasından ibarətdir. İddianın məzmunundan və eləcə də məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 9 tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Həmin mənzildə digər şəxslərin, o cümlədən də iddiaçıların mülkiyyət hüquqları yoxdur. Qeyd edilən şəxslərin həmin mənzildə yalnız qeydiyyatları olmuşdur. xx.xx.2022-ci il tarixli notariusda təsdiq edilmiş "Razılaşma müqaviləsi" də məhz həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmışdır. Qeyd edilən müqavilə bağlanan zaman, mənzildə qeydiyyatı olan və iddia ilə məhkəməyə müraciət edən İddiaçı1, X7, İddiaçı3 və İddiaçı2 notariusda yazılı olaraq, qeydiyyatda olduqları mənzilin mülkiyyətçi tərəfindən satılmasına, sökülməsinə, onların mənzildən istifadə hüquqlarına xitam verilməsinə və gələcəkdə həmin mənzilə dair heç bir iddialarının olmayacağına dair yazılı razılıq vermişdirlər. Notariusda yazılı olaraq mənzildən istifadə hüquqlarından öz iradələrinə uyğun olaraq imtina edərək, istifadə hüquqlarına xitam vermişdirlər. Həmin şəxslərin mənzildə yalnız istifadə hüquqları olmuşdur. İddiaçıların notariusda təsdiq edilən yazılı razılıqlarında gələcəkdə mülkiyyətçinin əldə edəcəyi daşınmaz əmlakdan istifadə hüquqlarının saxlanılması barəsində heç bir tələb yoxdur. Göründüyü kimi, mənzilin mülkiyyətçisi olan S. Abdullayeva ilə Cavabdeh1 MMC arasında mənzilin özgəninkiləşdirilməsi Mülki qanunvericiliyin və “Notariat haqqında” Qanunun tələbinə uyğun aparılmışdır. İddiaçıların iddia ərizələrinin məzmunundan və tələblərindən görünür ki, onlar mənzilin mülkiyyətçisi kimi tələb irəli sürülər. Baxmayaraq ki, həmin şəxslərin mülkiyyət hüquları yoxdur və bu səbəbdəb də göstərilən tələb irəli sürə bilməzlər. “İddiada göstərilir ki, Cavabdeh1 MMC tərəfindən bizə inşa edilmiş mənzillə əlaqədar biz Cavabdeh2 heç bir səlahiyyət verməmişik” kimi əsassız iddia tələbi irəli sürmələrinin heç bir qanuni əsası yoxdur. Şəxsin mənzildə qeydiyyatda olması onların mülkiyyətçi ilə bərabər mülkiyyət hüququnun olması demək deyildir və buna görə də mülkiyyət tələbi ilə çıxış edə bilməzlər. İddiada mənzilin mülkiyyətçisinin müqavilə öhdəliyinə uyğun olaraq Cavabdeh1 MMC tərəfindən mənzilin təmir etdirilməsinin dayandırılması və təmirin başa çatdırılması üçün sərf ediləcək qalan məbləğin ona nəğd qaydada verilməsi də mübahisələndirilir ki, bu tələb də tamamilə əsassızdır. İddiaçıların qeyd edilən tələbləri də tamamilə əsassızdır. Belə ki, mənzil barəsində istənilən hərəkətlərin edilməsi yalnız mülkiyyətçinin hüququdur və müqavilədə də tərəf ancaq mülkiyyətçi İddiaçı1dır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, mənzil İddiaçı1 təhvil verilibdir. Həmin aktda mənzilin təmirinə sərf ediləcək 15909 manatdan 6786 manatının təmirə sərf edildiyi və qalan 9123 manatın mülkiyyəçiyə nəğd qaydada verilməsi tələb edilmiş və MMC tərəfindən həmin məbləğ mülkiyyətçinin tələbinə uyğun olaraq rəsmi qaydada Cavabdeh2 bank hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli mənzil təmir Aktı (Forma 2)-də mülkiyyətçinin “Ərizəsi” əsasında təmir işlərinin dayandırılması və təmirə sərf edilən mal-materiallara sərf edilən vəsait öz əksini tapmışdır. Göründüyü kimi, mülkiyyətçi MMnin 157-ci maddəsində göstərilən hüquqlarından istifadə etmişdir ki, bunun da iddiaçıların heç birinin mülkiyyətçinin iradəsinə təsir edə biləcək hüquqlarının olmamasını təsdiq edir. İddiada eyni zaman da, Cavabdeh1 MMC-dən 1200 manat kirayə haqqının alınaraq onlara verilməsi tələbi də tamamilə əsassızdır. Belə ki, razılaşma Müqaviləsində mənzildə qeydiyyatda olan şəxslərə ayrıca kirayə haqqının ödənilməsi nəzərdə tutulmayıbdır. "Razılaşma Müqaviləsi"nin 6-cı bəndində mənzilin mülkiyyətçisi İddiaçı1 ayda 500 manat kirayə haqqının verilməsi nəzərdə tutulubdur. xx.xx.2024-cü il tarixli Aktdan da görünür ki, kirayə haqqı 2025-ci ilə qədər hesablanaraq ona ödənilmiş və mənzil xx.xx.2024-cu il tarixdə də İddiaçı1 təhvil verilmişdir. xx.xx.2022-ci il "Razılaşma müqaviləsi"nin 6-cı bəndində göstərilir ki, kirayə haqqı mənzil mülkiyyətçiyə təhvil verildiyi günə qədər ödənilir. Belə olan halda iddiaçının qeyd edilən kirayə haqqı tələb etməsi hissəsi də tamamilə əsassız olduğu sübut olunur. Mənzil mülkiyyətçiyə təhvil verildikdən sonra da kirayə haqqının ödəniləcəyi tələbi, xüsusən də müqavilə tərəfi olmayan şəxslərin kirayə haqqının ödənilməsi tələbi tamamilə əsassız və absurd tələbdir. Qeyd edilənlərdən görünür ki, iddiaçıların heç biri mənzilin mülkiyyətçiləri deyildir və buna görə də mülkiyyətçi hüququ ilə iddia tələbi irəli sürə bilməzlər. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 16 saylı evin 4 saylı mənzilində o, qızları İddiaçı2, X8 və bacısı – X7 qeydiyyatdadırlar. Mənzilin mülkiyyətçisi anası – Cavabdeh2dır. Mənzil sökülənə qədər özü və qızları həmin mənzildə yaşamışlar. Anası isə həftə işi günlərdə bacısı – X5 evində yaşayaraq, onun uşaqlarına baxmağa kömək etmiş, həftə sonları isə öz mülkiyyətində olan evə qayıtmışdır. Sökülmüş mənzilə iddiaçı və onun həyat yoldaşı xeyli xərc çəkmişdir. Mənzil atalarından miras qalmışdır. Anası mülkiyyətçi olsa da, jəmin məznildə onun da, qızlarının da yaşamaq hüququ vardır. Yaşadıqları bina plana düşərək sökülməsi barədə söz-söhbət gəzməyə başladıqda hamısı bir yerdə oturub qərara gəlmişlər ki, mənzili Cavabdeh1 MMC-yə təhvil versinlər, daha sonra mənzil sökülmüş, anası ilə şirkət arasında müqavilə bağlanmışdır. Anası kirayədə yaşamayaraq, bacısı Elmiragilldə daimi yaşamağa başlamış, iddiaçılar isə kirayə müqaviləsi bağlamaq məcburiyyətində qalmışlar. Daha sonra anası bacısının təsirinə düşərək, mənzilin təmirinin dayandırılması, ona mənzilin təhvil verilməsi tələbləri ilə şirkətə müraciət etmiş və mənzil cavabdehə təhvil verilmişdir. Hesab edir ki cavabdehin bu hərəkətləri onların qanuni mənafelərinə ciddi xələl gətirir. Belə ki, özü və iki qızı kirayədə yaşasalar da, aylardır onlara kirayə haqqı ödənmir, mənzil təmirsiz vəziyyətdə saxlanılıb, cavabdeh – anası isə ona yeni mənzilə heç bir hüququnun olmadığını bildirir. İddiaçı hesab edir ki cavabdeh çox ədalətsiz davranır. Əslində mənzil atasından qalıb, mərhum atasına isə həmişə iddiaçı baxıb. Cavabdeh heç vaxt atasıın qeydinə qalmayıb, evə baxmayıb. Çox peşmandır ki, atası rəhmətə gedəndə miras əmlakdan anasının xeyrinə imtina etmişdir. O bilməzdi ki, anası ona qarşı bu qədər insafsız davrana bilər. Mənzil təhvil verilərəkən notarial qaydada təqdim etdikləri, mənzilə hər hansı haqq iddia etməyəcəkləri barədə ərizənin mahiyyəti ona məlum olmayıb. Hesab edir ki digər Cavabdeh1 da onları aldadıb, hazırda da kirayə haqqını verməkdən imitna etməklə, onları əlverişsiz vəziyyətə salırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, cavabdeh-nənəsi ilə münasibətləri yaxşı olub. Bildirdi ki, mənzili satmaq istəyiblər və nənəsi üçün ayrı otaq düzəltməyi planlaşdırırdılar. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 izahatında bildirdi ki,idiaçı - anası İddiaçı1 həmin mənzilin təmirinin tez bitməsini isətyirdi. Cavabdeh-nənəsi Cavabdeh2 onların həmin mənzildə yaşmayacaqlarını bildirib. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin ahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, cavabdeh sökülmüş mənzilin mülkiyyətçisi olsa da, iddiaçıların da mənzildən istifadə hüququ var. Cavabdehlər öz aralarında razılaşmış, şirkət mənzili təmirsiz vəziyyətdə təhvil vermiş, nəticədə iddiaçıların mənafeyinə tənasübsüz ziyan dəymişdir. Hazırda iddiaçılar kirayədə qaldıqları halda, cavabdeh şirkət kirayə pulunu aylardır ki ödəmir. İddiaçılar notarial qaydada ərizə təqdim edərək mənzilə gələcəkdə hər hansıı haqq-tələb iddia etməyəcəkləri barədə bəyat etdikdə ərizənin məzmunu onlara aydın olmayıb, belə ki onlar rusdillidirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, rədd edilməsini xahiş edir. Belə ki, mənzilin tək və tam hüquqlu mülkiyyətçisi və bütün müqavilələr onunla bağlanmışdır. İddiaçıların həmin mənzilə dair heç bir mülkiyyət hüquqları yoxdur. Nə təmir üçün nəzərdə tutulmuş pulun, nə də ki, kirayə haqqının iddiaçılar tərəfindən tələb edilməsi qanunsuzdur və təmin edilə bilməz. Eyni zamanda qeyd etdi ki, iddiaçı ilə bir mənzildə yaşaması qeyri- mümkündür. İddiaçı əvvəlldən ona yaxşı münasibət göstərməmişdir. Cavabdeh dəfələrlə oturub müzakirə etməyi, yeni mənzil təhvil verildikdən sonra necə yaşayacaqlarını, evi satıb, əldə edilmiş gəliri bölmək məsələlərini qərarlaşdırmağı təklif etsə də, iddiaçı inad göstərərək, heç bir müzakirəyə gəlməmişdir. Mənzilin mülkiyyətçisinin o olmasına baxmayaraq, kirayə haqqından 100 manatın götürülməsi belə iddiaçının narazılığına səbəb olub. Sonra ona məlumat çatdırılmışdır ki, iddiaçı ondan xəbərsiz mənzilə baxış keçirir, təmir məsələləri ilə məşğul olur, cavabdehi mənzilə buraxmamağı planlaşdırır. Bütün bunlardan sonra o qərara gəlib ki, mənzilin təmir işlərini dayandırsın və mənzili təhvil alsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirdi ki, idda tələbini qəbul etmirlər və rədd edilməsini xahiş edirlər. Qeyd etdi ki, sözügedən mənzil satılıb tərəflər arasında bölünməli idi. Cavabdeh2 tərəfindən 3 ildir ki, iddiaçılar ilə danışıqlar aparmağa çalışsa da, onlar buna razılıq verməmişdir. Həmin mənzildə təmir işləri şirkət tərəfindən aparılmış və onlar tərəfindən Cavabdeh2 məlumat verilib ki, iddiaçı həmin mənzildə cavabdehin razılığı olmadan bölgü aparmaq istəyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Mehti oğlu etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İzahahatında bildirdi ki, cavabdehin də çıxışına əsasən tərəflərin birilikdə yaşamaqlarının mümkün olmadığı müəyyən edilib. Mənzilin 2024-cü il oktyabr ayında mülkiyyətçiyə-Cavabdeh2təhvil verilib. Mənzilin hazırda təmirsizdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki işin materialları: - xx.xx.2022-ci il tarixli 01 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr 64 mənzil İddiaçı1 tərəfindən icarəyə götürmüşdür. İcarə müqaviləsi xx.xx.2023-cü il tarixədək etibarlı olmuşdur. - AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfidən verilən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 11, mənzil 4 Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bu barədə qeyd xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Cavabdeh1 MMC tərəfindən 05 dekabr 2024-cü il tarixdə İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 16 ünvanda yerləşən 4 saylı mənzilin əvəzində yeni tikiləcək binadan 106.06 kv.m mənzilin təmirli verilməsi ilə bağlı müraciət ərizəsinə cavab məktubu ünvanlayaraq bildirilmişdir ki, ünvan 10a yerləşən 4 saylı mənzilin köçürülməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 3M-105 reyestr nömrəli “Razılaşma Müqaviləsi” mənzilin faktiki və tam hüquqlu sahibi Cavabdeh2 ilə notarial qaydada bağlanmış və onun istəyi üzrə bütün tələbləri şirkət tərəfindən tam yerinə yetirilmişdir. Bununla bağlı "X20" MMC-nin İddiaçı1 və hansı başqa şəxslərin qarşısında heç bir öhdəliyi yoxdur və müraciət əssasız və qanuna ziddir. - Cavabdeh1 MMC tərəfindən 16 dekabr 2024-cü il tarixdə İddiaçı1 ünvan 11 ünvanda yerləşən 4 saylı mənzilin köçürülmə sənədləri ilə bağlı müraciətinə cavab məktubu ünvanlayaraq bildirilmişdir ki, həmin məlumatların təqdim edilməsi qanunsuz olduğu üçün mümkünsüzdür. - AR DİN tərəfindən xx.xx.2024-cü il tarixdə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 16 ünvanda yerləşən 4 saylı mənzildə 14 mart 2023-cü il tarixdən qeydiyyatdadır. - Bakı şəhəri 12 saylı notariat ofisinə İddiaçı1,İddiaçı2,İddiaçı3 tərəfindən ünvanlanan ərizədən görünür ki, İddiaçı1,İddiaçı2,İddiaçı3 qeydiyyatda olduqları Cavabdeh2 mülkiyyətində olan ünvan 10a yerləşən 4 saylı mənzilin satılmasına,sökülməsinə, istifadə hüququna xitam verilməsinə etiraz etmirlər və razıdırlar.Həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəliyinə götürürlər və mənzilə heç bir iddiaları yoxdur. - xx.xx.2022-ci il tarixli Razılaşma Müqaviləsinə əsasən, ünvan 12 ünvanda qeydiyyatda olan Cavabdeh2 ona məxsus ünvan 12 ünvanda yerləşən mənzilin sökülərək həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli.çoxmənzilli yaşayış binasının tikintisi üçün Cavabdeh1MMC-yə təhvil verir.Həmin mənzillə əlaqədar mülkiyyətçi Cavabdeh2 ailə üzvləri və digər adiyyatı şəxslər tərəfindən irəli sürüləcək hər hansı iddiaya mülkiyyətçi Cavabdeh2 cavabdehdir. - xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi arvadı Cavabdeh2ünvan 12 ünvanında yerləşən mənzildən tam hissədə pay alır. - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyət başçısının xx.xx.2003-cü il tarixli sərəncamından görünür ki,İ.Hidayətzadə küçəsində yerləşən 16 saylı evin,4 saylı mənzilin şəxsi hesab vərəqələri bölünsün yaşayış sahəsi 12,0 kv.m ,köməkçi sahəsi 40,7 kv.m olan bir otaqlı hissəsinə 3 nəfər ailə üzvləri(özü,arvadı,qızı) ilə X10na yaşayış sahəsi 23,0 kv.m ,köməkçi sahəsi 37,8 kv.m olan 1 otaqlı hissəsinə isə 6 nəfər ailə üzvləri (özü.arvadı,2 uşağı,2 qardaşı) ilə X11 ilə icarə müqaviləsi bağlanılaraq .həmin mənzilin əsas icarədarları hesab edilməsi barədə qərar verilmişdir. - xx.xx.2024-cü il tarixli Mənzillərin Təhvil-Təslim Aktından görünür ki, X20” MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə 3M-105 nömrəli Razılaşma müqaviləsinə əsasən Luxe Home” yaşayış kompleksində 2 saylı binada,8-ci mərtəbədə yerləşən 32 saylı mənzil X20” MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli Mənzilin Təmir Aktının surətindən görünür ki,”sifarişçi”- Cavabdeh2 “icraçı”- Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış razılaşma müqaviləsinə əsasən nəzərdə tutulmuş “Luxe Home” yaşayış kompleksində 2 saylı binada,8-ci mərtəbədə yerləşən 32 saylı mənzilin Cavabdeh1 MMC tərəfindən təmirli vəziyyətdə verilməsi Cavabdeh2 təhvil verilməsi ilə bağlı aparılan təmir işləri Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə ünvablanmış ərizəsinə əsasən həmin tarixdə dayandırılmışdır.Mənzildə aparılan təmir işlərinin yekun olaraq 6786 manat məbləğ təşkil etmişdir. - xx.xx.2024-cü il tarixli kredit köçürməsi barədə sənnəddən görünür ki, 9623 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 hesabına köçürülmüşdür. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə idda qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddə, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddə, İ-İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddə, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddə, İ, İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. 125-ci maddə, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında AR Qanunu: M a d d ə 12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Yaşayış evlərinin və şəxsi yardımçı təsərrüfat üçün tikililərin yerləşdiyi torpaq sahələrinin verilməsi torpaq qanunvericiliyi ilə tənzimlənir. Mənzillərin mülkiyyətçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada razılaşdırılmış layihəyə uyğun surətdə mənzillərin quruluşunu dəyişdirmək, onları modernləşdirmək, rekonstruksiya və ya əsaslı təmir etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı: ... hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəməninqətnaməsi,ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 atası, Cavabdeh2 mərhum əri X10 mübahisəli mənzilin icarədarı olmuş; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 510 nömrəli Sərəncamı ilə ünvan 14 ünvanında yerləşən mənzilin yaşayış sahəsi 12,0 kv.m., köməkçi sahəsi 40,7 kv.m. olan 1 otaqlı hissəsinə 3 nəfər ailə üzvü ilə X10 ilə icarə müqaviləsi bağlanılmışdır. Daha sonra həmin mənzil ƏMDK-in yanında DƏDRX-nin yanında Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 11/2051 saylı arayışa və xx/xx/2003 tarixdə X9 verilmiş 1301 sayıə reyestr kitabında qeydəalma 30/195302 olan “Qeydiyyat vəsiqəsinə” sonuncunun xüususi mülkiyyətinə verilmişdir. A.Qulam vəfat etdikdən sonra arvadı X3 miras əmlakdan tam hissədə pay almışdır. Daha sonra iddiaçılar və cavabdeh mənzildə yaşamağa davam etmişdirlər. 14 yanvar 2022-ci il tarixdə cavabdehlərin arasında bağlanmış razılaşma müqaviləsinə əsasən, cavabdeh A.Svetlana mübahisəli mənzili Cavabdeh1 MMC-yə verməyi, sonuncu isə ona ayda 500 manat məbləğində kirayə haqqı və 106.06 kv.m ibarət iki otaqlı təmirli mənzil təhvil verməyi öhdələrinə götürmüşdürlər. İddiaçılar və A.Esmira notarial qaydada ərizə təqdim edərək, mübahisəli mənzilin satılmasına, sökülməsinə, istifadə hüquqlarına xitam verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. A.Svetlana cavabdeh MMC-yə müraciət edərək, razılaşma müqaviləsinə əsaən, müəyyən edilmiş 15909 mana təmir pulu məbləğindən “Təmir akt”ına əsasən mənzildə görülmüş təmir işləri məbləği çıxılmaqla qalıq təmir məbləğinin hesablaşma hesabına köçürülməsini xahiş etmiş, 500 manat kirayə pulu kompensasiyasının xx.xx.2025-ci il tarixdən dayandırılmasına etiraz etmədiyini qeyd etmişdir. MMC ərizəni təmin edərək, A.Svetlanaya 6786 manat təmir işləri məbləği çıxılaraq, qalıq 9123 manat təmir pulu qalığı ödənilmişdir. Məhkəmə iddia tələbinin “9623 manat məbləğində pulun Cavabdeh1 MMC-yə qaytarılması, həmin mənzilin təmirli vəziyyətdə təhvil verilməs, 2024-cü ilin oktyabrdan halhazırki vaxta kimi ayda 50 manat məbləğində kirayə haqqının alınıb iddiaçılara verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin sözügedən hissəsinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından müəyyən edilir ki, mübahisəli mənzilin tək mülkiyyətçisi Cavabdeh2dır. 14 yanvar 2022-ci il tarixli “Razılaşma Müqaviləsi” cavabdehlərin arasında bağlanmış və məhz onların öhdəlik münasibətlərinə daxil olmasına səbəb olmuşdur. Tərəflər qarşıılıqlı öhdəliklər götürmüş və icra etmişlər. İddiaçıların həmin müqavilə üzrə kirayə haqqı tələb etməyə, cavabdeh “MMC”-nin ödədiyi pulun geri qaytarılmasını, mənzilin təmirli vəziyyətdə təhvil verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Bu hüquq bütövlükdə mülkiyyətçiyə məxsusdur. İddiaçılar öz izahatlarında da qeyd ediblər ki, anaları ilə MMC arasında müqavilə bağlanmasına hər hansı bir etirazları olmamış, mülkiyyətçi olaraq həmin müqaviləni bağlamaq səlahiyyətinin cavabdeh Abdullayeva Setlanaya məxsus olması faktı onlara məlum olmuşdur. Eyni zamanda notarial qaydada əriz ə təqdim edərək, mənzilin təhvil verilməsinə, sökülməsinə hər hansı etirazlarının olmamaları barədə iradə ifadələrini də bəyan etmişlər. Mənzilə istifadə hüququnun tanınması tələbinə münsibətdə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı Abdulayeva Sonya atası vəfat etdikdən sonra miras əmlakdan anasının ceyrinə imtina etməklə mənzil üzərinə sərəncam vermə hüququndan imtina etmiş olsa da, uşaqlığından həmin mənzildə yaşamış, uşaqları da həmin mənzildə böyümüş, özü də həmin mənzildə qeydiyyatdadırlar. Bu halı cavabdeh də inkar etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 saylı ev, 4 saylı mənzilə dair yaranmış istifadə hüquqları həmin mənzilin sökülməsi nəticəsində verilmiş yeni mənzilə münasibətdə də şamil olunmalıdır. Belə ki, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 saylı ev, 4 saylı mənzilin sökülməsi ilə iddiaçıların istifadə hüquqlarına faktiki olaraq xitam verilməmiş və istifadə hüququ sökülmüş, lakin əvəzinə inşa edilmiş mənzilə münasibətdə davam edən haldır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir Məhkəmə hesab edir ki, bu hissədə - istifadə hüququna münasibətdə iddiaçıların notarial qaydada təsdiq etdikləri ərizənin də əhəmiyyəti yoxdur. Belə ki, iddiaçıların mənzilə istifadə hüququna yalnız məhkəmə qərarı ilə, kompensasiya ödənilməklə xitam verilə bilərdi. Tərəflərin izahatları ilə də müəyyən edilir ki, cavabdehlə iddiaçılar, o cümlədən cavabdehin digər qızı - A.Esmira arasında yeni mənzilin satılaraq satış məbləğinin bölünməsi, və ya həmin mənzildə yaşamaq barədə müəyyən danışıqlar olmuşdur. Mənzildən çıxdıqdan sonra ödənilən kirayə haqqının 400 manatlıq hissəsini cavabdeh iddiaçıya təhvil vermişdir. Görünür ki, cavabdeh də öz davranışları ilə iddiaçıların mənzildən istifadə hüququnun olmasını qəbul etmişdir. Məhkəmə hesab edir ki, mövcud olan hüququn məhkəmə qaydasında tanınmasına hər hansı zərurət yoxdur. Eyni zamanda məhkəmə onu da qeyd edir, gələcəkdə cavabdeh tərəfindən onun mənzildən istifadə hüququna maneə törədiləcəyi təqdirdə onun yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə və Cavabdeh2 Aleksandarovnaya qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası yuxarıda göstərilən qaydada təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə və Cavabdeh2 Aleksandarovnaya qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1188/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1188/2025
13.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver