Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-12/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X1 və cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızının iştirakları ilə, İddiaçı LPO "xxxx" QSC-nin cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" QSC-nin cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X2 mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızı məhkəm iclasında iştirak edərək, əvvəlki məhkəmə iclasları ilə bağlı məlumatı olmadığından iştirak etmədiyini, hazırki iş üzrə məhkəmə prosesinin hansı əsasla Bakı şəhəri Nərimanov rayon Məhkəməsində aparıldığının ona aydın olmadığını bildirdi. Belə ki, cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi dövrdrə Səbail rayon ərazisində qeydiyyatda olmaqla yaşamışdır. Mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan şəxsiyyət vəsiqəsi məlumatlarının ("aktiv olmayan sənədlər" bölməsindən) elektron çıxarışının surətindən görünür ki, cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızının iddia ərizəsi məhkəmənin icraatına daxil olan tarixdə - 09 dekabr 2019-cu il tarixində qeydiyyat ünvanı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küç, 2, 47 ünvanı olmuşdur. İddia ərizəsinə cavabdehin şəxsiyyət vəsiqəsinin surəti, MAPS arayışı əlavə edilməmişdir. Buna baxmayaraq məhkəmə iddia ərizəsini icaata götürmüşdür. Daha sonra cavabdeh qeydiyyat ünvanını dəyişdirməklə Bakı şəhəri Nərimanov rayon ərazisində qeydiyyatdan keçmiş, hazırda Bakı şəhəri Nizami rayonunda qeydiyyata düşmüşdür. Cavabdehin əvvəlki qeydiyyat ünvanı ilə bağlı məlumat yalnız cavabdehin məhkəmə iclasında izahatı və onun əsasında məhkəmə tərəfindən "Elektron məhkəmə" informasiya sistemində qeyriaktiv sənədlərin siyahısında axtarış edildikdən sonra aşkar olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Beləliklə məhkəmə hesab edir ki,iddia ərizəsi icraata qəbul edildiyi zaman aidiyyyətqaydaları pozulduğuna görə, cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızınıhəmin dövrdə n yaşayış ünvanı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küç, 2, 47 ünvanı olduğundan, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO "xxxx" QSC-nin cavabdeh Osmanova (Sultanova) Leyla Nəsir qızına qarş"ı kredit müqaviləsi üzrə borcun tutulma"sı tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış "Elektron kabinet" vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-12/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-12/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver