Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1206/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair və birləşdirilmiş iş üzrə X4 cavabdehlər Bakı 10 saylı Mediasiya Təşkilatına, İddiaçı və Cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair mülki iş üzrə (açar sözlər: barışıq sazişi; özbaşına tikili) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş və ilkin iddia üzrə Cavabdeh1, Cavabdeh2, Birləşdirilmiş iş üzrə iddiaçı X6, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair və birləşdirilmiş iş üzrə X4 cavabdehlər Bakı 10 saylı Mediasiya Təşkilatına, İddiaçı və Cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneənin aradan qaldırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladı – xx.xx.2018-ci il təvəllüdlü X17 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi, 80b saylı 1 mərtəbəli fərdi yaşayış evindən sərbəst istifadə etməyinə və maneəsiz yaşamaqlarına və cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması və ödədiyi 100 manat dövlət rüsumun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia onunla əsaslandırılmışdir ki, o, Cavabdeh1 ilə xx.xx.2017-ci ildə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikahdan xx.xx.2018-ci ildə X17 doğulmuşdur. xx.xx.2016-cı ildə qız toyu, xx.xx.2016-cı ildə oğlan toyu olmuş, nikah isə 27 mart 2017-ci ildə rəsmiləşdirmiıdir. Toydan sonra, ünvan 1 ünvana gəlin köçmüş və bütün cehiz əmlakını da bu ünvana gətirdi. 2020-ci ildək həmin qaynata evində yaşadılar. Bundan sonra, 2018-2019-cu illərdə, gəlin köçdüyü evin yanında keçmiş həyat yoldaşı Cavabdeh1 və ailəsinin razılığı əsasında öz şəxsi vəsaitləri hesabına qaynatasına məxsus həyət evinin sənədsiz torpaq sahəsində özlərinə 1 mərtəbəli yaşayış evi inşa etdilər. Həmin evə girişçıxışda problem olduğu üçün, Cavabdeh2 hissə-hissə olmaqla cəmi 12400 manat pul vəsaiti ödədikdən sonra, qarşılıqlı razılaşma əsasında həmin evi hazırda yaşadığı digər 1 mərtəbəli yaşayış evi ilə dəyişdilər, xx.xx.2020-ci ildə isə həmin evə köçdülər. Sonrakı müddətdə də, həmin təmirsiz yaşayış evinə xeyli məbləğdə əlavə xərc çəkərək yaşayışa yararlı vəziyyətə gətirdilər. Köçdükləri evin həyətində də ümumi sahəsi təxminən 15 kv.m olan eyri-yaşayış sahəsi, yəni qadın gözəllik salonu tikdi ki, gələcəkdə həmin sahədən istifadə edərək, yaşayışını təmin edə bilsin. Cavabdeh2 isə həmin pula özünə əvvəlcə ** VK *** nömrə nişanlı “Toyota Prius” markalı maşın aldı. Həmin maşınla X21 avtoqəza keçirdikdən sonra satıb, əvəzində hazırda idarə etdiyi “Mercedes E-240 markalı” ** VK *** nömrə nişanlı avtomobili aldı. Karantin müddətində aralarında mütəmadi münaqişələr yaranmağa başladı. Sonda isə, Elşən Alışzadə tərəfindən verilmiş iddia ərizəsinə əsasən 2024-cü ilin yanvar ayında Nərimanov rayon Məhkəməsi tərəfindən nikahları məhkəmə qaydasında pozuldu. Bundan başqa, xx.xx.2023-cü ildə Bakı 10 saylı Mediasiya Təşkilatında mənimlə keçmiş həyat yoldaşı arasında barışıq sazişi imzalandı. Həmin sazişin 3-cü bəndinə görə, tərəflər Nərimanov rayonu, X29 küçəsi, 80B ünvanda yerləşən 80 kv.m yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahələrinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması barədə razılığa gəlirlər. Eləcə də, keçmiş qaynatası Cavabdeh2 oğlunun nümayəndəsi qismində xx.xx.2024-cü ildə Nərimanov rayon Məhkəməsinə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, onun aliment tələbinə dair razılaşması çox olmaqla yanaşı evin inşasına çəkilən xərclər birgə yaşayış dövründə və birgə vəsait hesabına tikilməsinə və ona məxsus torpaq sahəsində tikildiyinə görə bərabər şəkildə bölünməlidir. Sonrakı müddətdə, keçmiş həyat yoldaşı aliment ödəmədiyinə görə, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etdi. Laçin Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-323/2024 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndi, yəni Cavabdeh1 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub İddiaçı adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq edilmiş, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir. İcra sənədinin icrası Nərimanov rayon İcra Şöbəsinə (icra məmuru Emil Zeynalov) həvalə edilmiş, onun çoxsaylı şikayətlərindən sonra icra məmuru aliment borcunu ödəməyi Cavabdeh1 tələb edən kimi, Elşən və atası onun yaşadığı evin kommunal xidmətlərini tamamilə kəsmişdir. Belə ki, ata-bala hər ikisi əvvəlcə ona hədə-qorxu gələrək, alimenti guya ki aldığı barədə icra məmuruna məlumat verməyini bildirdilər. Əks təqdirdə isə ona müxtəlif hədə-qorxu gəlməyə başladılar. O onların bu hədələrindən bezdiyini və dövlətə və qanunlara güvəndiyi üçün, onların bu hədələrindən qorxmadım. Onu da qeyd edir ki, aralarında dəfələrlə münaqişə və mübahisələr olmuş, sonuncu dəfə xx.xx.2024-cü ildə cavabdehlər yaşadığı evin qazını açıq qoyması səbəbindən qazın partlaması nəticəsində xəsarət almışdır. Elşənin psixotrop maddə aludəçisi onu öldürməklə və analıqdan məhrum edəcəyi ilə hədələməsini bildirdiyinə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinə şikayət etdi. Sonda, həmin idarə tərəfindən xx.xx.2024-cü ildə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonda Məhkəmənin xx.xx.2024-cü il tarixli 16(005)-426/2024 saylı qərardadı ilə ərizəm təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi, 80B saylı 1 mərtəbəli yaşayış evinə kommunal xidmətlərin (elektrik, təbii qaz və su) dayandırlması cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək qadağan edilmişdir. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, yeni təminat tədbirinin görülməsinə zərurət yaranmışdır. Cavabdehlər aliment ödəməkdən yayınma və digər qanunsuz və əsassız hərəkətlərlə onu yaşamaqdan məhrum etməyə çalışırlar. Hazırda yaşadığı həyətdə bütün kommunal xidmətlər cavabdehlər tərəfindən tamamilə dayandırlmış, azyaşlı və xəstə övladı ilə qış ayında kommunal şəraitsiz qalmışdır. Cavabdehlər qışın oğlan çağında Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə köçmüş, min bir əziyyət çəkmişlər. Erməni işçalçılarının onların başına gətirdikləri oyunu, bu səfər onlar da onun və azyaşlı övladıyın başına gətirir, havaların soyuq və şaxtalı keçdiyi, onun isə qalmağa və getməyə yerinin olmadığını bildikləri halda, min bir əziyyətlə və zəhmətlə gecə-gündüz işləməklə tikdiyi özbaşına tikilidə də rahat yaşamağına imkan vermir, evin kommunal xidmətlərini kəsirlər ki, o məcburiyyətdən və ya xəstəliklərdən yaşayış evini onlara verib tərk etsin. Cavabdeh başa düşmür ki, ona qarşı bu qanunsuzluğu etsələr də, bu qanunsuzluqdan onların varisləri olan azyaşlı oğlu da əziyyət çəkir. Bu ailənin dağılmasını baiskarı Cavabdeh1 narkotik vasitələrdən asılılığı və xəyanətləridir. Nikahın pozulması barədə iddianı qaldıran ilk şəxs də Cavabdeh1 özüdür. Hazırda yaşadığı mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. Onun gəlin köçməyi ilə əlaqədar ailə münasibətləri çərçivəsində orada yaşamağına, sonradan isə külli məbləğdə xərc çəkdiyinə görə həmin evə iqtisadi marağı yaranmışdır. Habelə, onun azyaşlı övladı ilə birgə mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi də mövcud deyil. Cavabdehlər isə özləri yaşadıqları evdən əlavə, evin həyətində çoxlu sayda 1 və 2 otaqlı 1 mərtəbəli yaşayış evləri tikib, azı 14 nəfər ailəni kirayəşin kimi saxladıb, onlardan kirayə haqqı almaqla rahat həyat sürürlər. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən yaşamaları köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Hazırkı işdə yaşadığı 1 mərtəbəli fərdi yaşayış evində yaşamağını cavabdehlərin özləri də etiraf edir, icra sənədini icra edən icra məmuru Emin Zeynalov da faktiki görüb. Habelə, həmin evdə yaşamağına maneələr məhz cavabdehlər tərəfindən həyata keçirilməsini cavabdehlər özləri də etiraf edirlər. Habelə, cavabdehlərin müdaxilələri o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (kommunal xidmətləri dayandıran və s.) yol verən cavabdehlərin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüquqları olsun. Cavabdehlər də onun kimi, sənədsiz torpaq sahəsində yaşayış evi tikmiş və orada yaşamağa davam edirlər. Qeyd olunanlara əsasən hesab edir ki, faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinsipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, mübahisəli yaşayış evi özbaşına tikili olmaqla, birgə qazanc hesabına əldə edildiyindən, cavabdehlərin mənə qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən iddianın təmin edilməsini xahiş edir. Birləşdirilmiş iş üzrə iddia tələbi və onun dəlilləri İddiaçı X8 cavabdehlər Bakı 10 saylı Mediasiya Təşkilatına, İddiaçı və Cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və cavabdeh Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin “Tərəflər Cavabdeh1 və İddiaçı Bakı şəhəri,Nərimanov rayonu,X29 küçəsi 80 B ünvanında yerləşən 80.kv.m yaşayış sahəsinin (sənədsiz) həmin ünvanda yerləşən 15 kv.m sahəsi olan qeyriyaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahəsinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınmasına razılığa gəldilər” məzmunlu 3-cü müddəasının etibarsız hesab edilməsi, iddiaçı X11 əri Cavabdeh2 ilə birgə nikah dövründə tikilən və istifadəsində olan Bakı şəhəri,Nərimanov rayonu, X29 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80 kv.m yaşayış sahəsindən və 15 kv.m qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən istifadəsi üçün cavabdehlər Cavabdeh1 ilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdir ki, Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə cavabdehlər olan oğlu Cavabdeh1 ilə onun arvadı İddiaçı arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndində göstərilən ev ona məxsusdur və 2005-2008-ci illərdə onun vəsaiti hesabına tikilmişdir. Hər iki tərəfin ona məxsus əmlak üzərində razılığa gəlmələri qanunsuzdur. Belə ki, tərəflər nikah dövründə onun razılığı ilə həmin evdə müvəqqəti yaşayırdılar. Ərinə məxsus Bakı şəhəri Nərimanov ray., X29 küç., ev 80A ünvanda yerləşən evdən ora su və işıq kommunal xətləri çəkilmişdir. Boşandıqdan sonra tərəf İddiaçı orada yaşamağa davam etmişdir. Kommunal xərclərin ödənilməsi ilə bağlı mübahisə yarandı və o əri Cavabdeh2 və Cavabdeh1 məhkəməyə verərək kommunal xidmətlərin verilməsinin qadağan edilməsi barədə 16(005)-426 saylı xx.xx.2024-cü il tarixli Qərardad çıxarılmışdır. Həmin qərardadda cavabdeh İddiaçı qeyd etmişdir ki, güya onlar qaynatasına məxsus torpaqda öz şəxsi vəsaitlərinə həmin evi tikmişdilər. Karantin müddətində aralarında mütəmadi münaqişələr başlamışdır və onların 2024-cü ilin yanvar ayında nikahları pozulmuşdur. Nikahın pozulması zamanı Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar və ona məxsus və istifadəsində olan Bakı şəhəri Nərimanov ray., X29 küç., ev 80E (Sazişdə 80B) özbaşına tikilini cavabdeh tərəflər İddiaçı və Cavabdeh1 ilə güya evi birgə nikah dövründə tikildiyi və ½ hissədə bölünməsi qeyd edilmişdir. Onlar məsələni araşdırmağa başladılar. O, cavabdeh Bakı 10 saylı Mediasiya Təşkilatına pretenziya məktubu göndərərək mediatorun hansı əsasla ona məxsus evi tərəflər arasında bölməsini təsdiqlənməsini, tərəflərin bir arayış belə sazişdə qeyd etmələrini və həmin bəndin etibarsız hesab edilməsini tələb edib. Lakin ona bildirdilər ki, “Sizə yazılı cavab verəcəyik”. Buna baxmayaraq bu günədək ona heç bir cavab verilməmişdir. Belə olduğu halda mediator üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb olmuşdur. Onlara məxsus iki ev Bakı şəhəri Nərimanov ray., X29 küç., ev 80A və Bakı şəhəri Nərimanov ray., X29 küç., ev 80E (Sazişdə 80B) ünvanda yerləşən mübahisəli evin su və işığı ərinin evindən çəkilmişdir, qaz isə 2017-ci ildə "xxxx" MMC tərəfindən layihələndirilərək onun adına qaz sayğacı qoyulmuşdur. Ondan əlavə olaraq bir çox şahidlər həmin evin 2008-ci illərdə artıq mövcud olduğunu, eyni zamanda Google Map tətbiqindən də illər üzrə çıxarışlar verərək sübut edir. Mübahisələndirilən tikili özbaşına tikili olmasına baxmayaraq 2008-ci ildə onun və ərinin vəsaiti hesabına tikilmişdir. Yaxınlarda özbaşına tikililərə çıxarış veriləcəkdir. Onun həmin tikiliyə gözlənti hüququ var. Cavabdeh1 iddiaçıya məxsus tikilinin digər cavabdehlə aralarında ½ hissəyə bölünməsinə razılıq vermişdir. Onlar Barışıq sazişi bağlayarkən bilməyiblər ki, həmin ev 80B yox, 80E ünvanı verilmişdir. Qeyd edilən tikili cavabdehlərin nə birgə nikah dövründə nə də ki, birgə vəsaitləri hesabına tikilmişdir. Həmin tikili onların ailəsinə məxsusdur. Cavabdeh İddiaçı onun həmin evdən istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Hazırda Cavabdeh İddiaçı həmin evdə yaşaya-yaşaya onun oğlu və əri Cavabdeh2 qarşı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verərək azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X17 ilə birlikdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu Xəlil Rza küç. 80 saylı 1 mərtəbəli fərdi yaşayış evindən sərbəst istifadə etməsinə və maneəsiz yaşamasına və cavabdehlərdən qanunsuz müdaxilələrin son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şər-böhtan xarakterli heç bir sübuta yetirilməyən iddialar irəli sürmüşdür. Guya o, iddiaçının ərinə həmin evə görə 12400 manat pul ödəyib və sair. Ancaq onun evinə müdaxilə edən maneə yaradan özüdür. Necə olur ki, başqasının evində yaşaya-yaşaya hansısa müdaxilədən danışır. Müvəqqəti xarakterli təminat tədbiri barədə ərizə verərkən bildirmişdir ki, guya həmin evi birgə nikah dövründə tikmişdilər. İndiki ərizədə isə göstərir ki, qonşu yerdə başqa ev tiksələr də guya onlar o evi bu evlə dəyişmişlər. Cavabdehlər hansı evi tikiblərsə, getsinlər onu da bölsünlər özləri bilərlər. O, zülümlə, qaçqınlıqla həmin evi tikmişdir, əri ilə birlikdə nəyə görə ona məxsus evə sahiblənməlidirlər. Əri ilə onun nikahı pozulmuşdur. O vaxtdan onlar aralarında şifahi razılığı gəlmişdilər ki, mübahisə olunan ev onun istifadəsində olacaqdır. Əri və oğlu Laçın rayonundan məcburi köçkündürlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən iddiasının təmin ediməsini xahiş edir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-1328/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X6 cavabdehlər Bakı 10 saylı Mediasiya Təşkilatı, İddiaçı və Cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair 2(005)-1328/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evindən istifadə etməsi və maneəsiz yaşaması, cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması tələbinə dair 2(005)-1206/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi və hazırki mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birləşdirilmiş iş üzrə iddia tələbinə etiraz və onun dəlilləri İddiaçı X4 iddiasına olan etirazından görünür ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia tələbinin barışıq sazişinin qismən etibarsız hesab edilməsinə dair hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrinə istinad edilmişdir, yəni, bağlanmış əqdin əhəmiyyətsizliyi və etibarsızlığı mübahisələndirilmişdir. İddiaçı iddia ərizəsində əqdin etibarsız hesab edilməsinə dair hissəsində əqdin etibarsızlığın mübahisələndirmiş olsa da, nə üçün 1 il 2 ay sonra məhkəməyə müraciət etdiyini əsaslandırmamışdır. Həmçinin qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olmuş 2(005)-614/2024 saylı mülki iş üzrə iddiaçı Cavabdeh1 səlahiyyətli nümayəndəsi, atası, Cavabdeh2 məhkəməyə xx.xx.2024-cü il tarixli etiraz göndərərək ona məxsus olan torpaq sahəsi üzərində tikiliyə oğlu Cavabdeh1 və gəlini olmuş İddiaçı birgə vəsait hesabına həmin yaşayış sahəsinin tikilməsini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh1, atası Cavabdeh2 (hansı ki, həmin şəxslər hazırki tələb üzrə iddiaçı ilə eyni evdə yaşayırlar) həmin tarixlərdə Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında tərtib edilmiş xx.xx.2023-cü il tarixli tərəflər arasında bağlanmış barışıq sazişi və onun bəndlərindən xəbərdar olmuşdurlar və bununla da tərəflər arasında bağlanmış barışıq sazişinin mübahisləndirdiyi bəndinin etibarsızlığı üçün qanunvericiliklə nəzərdə tutulmuş tələbetmə müddətini üzürsüz səbəbdən ötürmüşdürlər. Nə qədər ki, iddia ərizəsində əqdin etibarsızlığı ilə bağlı məsələnin mübahisələndirilməsi ilə bağlı məsələyə toxunulmuşdursa, iddianın həmin hissədə mahiyyəti ilə bağlı məsələyə toxunmayacağ. Buna görə də, əqdin etibarsızlığı üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət bitdikdən sonra, məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi üçün həmin hissədə müddətin keçməsi ilə əlaqədar olaraq iddia tələbininin rədd edilməsini xahiş edir. Qeyd edir ki, mülki iş üzrə iddiaçı iddia ərizəsində barışıq sazişində qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən (Barışıq Sazişində qeyd edilən) 80kv.m. yaşayış sahəsindən və 15 kv.m. qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən çıxarılmağı qeyd etmiş olsa da, o, evin onun vəsaiti hesabına tikilməsini unudur. Belə ki, həmin evi onun vəsaiti hesabına nikah dövründə tikməyi istər mediasiya prosssesində iddiaçının oğlunun razılaşması, istərsə də, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etiraz tərəfindən verilmiş etiraz ərizəsi ilə də təsdiqini tapır. Həmin xüsusatları təsdiq edənlərdən biri iddiaçının əri, digəri isə, oğludur. İddia tələbindən anlaşıldığı qədəriylə onun mediasiya təşkilatında iddiaçının oğlu ilə bağladığı barışıq sazişində nəzərdə tutulan evdən çıxarılmağı qeyd olunur. Həmin evin tikintisi və təmiri bilavasitə onun vəsaiti hesabına həyata keçirilmişdir və həmin fərdi yaşayış evinə gələcəkdə gözlənilən mülkiyyət hüququ var. Həmçinin qeyd edir ki, o hazırda həmin evdə yaşamır, onun tikintisi və təmirini öz vəsaiti hesabına ərsəyə gətirdiyi ev hazırda boşdur və o həmin torpaq sahəsi üzərində yerləşən digər evdə yaşayır ki, öz vəsaiti hesabına tikdirdiyi (hazırda o ev boşdur) evə giriş-çıxışda problem olduğu üçün, Cavabdeh2 hissə-hissə olmaqla cəmi 12400 manat pul vəsaiti ödədikdən sonra, qarşılıqlı razılaşma əsasında həmin evi hazırda yaşadığı digər 1 mərtəbəli yaşayış evi ilə dəyişdi, xx.xx.2020-ci ildə isə həmin evə köçdü. Sonrakı müddətdə də, həmin təmirsiz yaşayış evinə xeyli məbləğdə əlavə xərc çəkərək yaşayışa yararlı vəziyyətə gətirdi. Köçdüyü evin həyətində də ümumi sahəsi təxminən 15 kv.m olan eyri-yaşayış sahəsi, yəni qadın gözəllik salonu tikdi ki, gələcəkdə həmin sahədən istifadə edərək, yaşayışıyını təmin edə bilsin. Cavabdeh2 isə həmin pula özünə əvvəlcə ** VK *** nömrə nişanlı “Toyota Prius” markalı maşın aldı. Həmin maşınla X21 avtoqəza keçirdikdən sonra satıb, əvəzində hazırda idarə etdiyi “Mercedes E- 240 markalı” ** VK *** nömrə nişanlı avtomobili aldı. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edir ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1, İddiaçı və Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatına qarşı “Barışıq sazişinin qismən etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin yuxarıda qeyd etdiyi halları nəzərə almaqla rədd edilsin. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini, birləşdirilmiş iddia üzrə X4 isə iddiasının rədd edilməsini xahiş etmişdir. O qeyd etdi ki, cavabdehlə nikah münasibətlərinə daxil olduqdan sonra keçmiş qaynanasına məxsus, hazırda mübahisə predmeti olan tikilinin arxa tərəfində yerləşən, 2 mərtəbəli fərdi yaşayış evinə köçdük. 2020-ci ildən isə mübahsiə predmeti olan evdə yaşamağa başladıq. Həmin yaşayış evi iddiaçı gəlin köçdüyü vaxt mövcud olsa da, iddiaçının və onun atasının vəsaiti hesabına əsaslı təmir edilib, yaşanılası vəziyyətə gətirilib. 2 mərtəbəli fərdi yaşayış evinin arxasında yerləşən yarımtikili vəziyyətdə olan ev isə birgə nikah dövründə tikilib. Həmin ev yaşanılacaq vəziyyətdə deyil, yoldan uzaqdadır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı 12.400 manat kredit götürüb və qayınatasına verib. 2 mərtəbəli yaşayış evinin arxasındakı ev birgə nikah dövründə tikilib. İddiaçı birgə nikah dövründə də, indi də işləyib. Evlərdən heç birinin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. İddiaçı keçmiş əri – Cavabdeh1 ilə mübahisəli mənzildə 2020-ci ildən yaşamağa başlayıblar. Üçüncü şəxs (qayınata) Cavabdeh2 məhkəmədənkənar danışıqlar zamanı evin satılaraq, əldə edilmiş vəsaitin bölünməsini təklif edib. İddia tərəfi olaraq evin üzərində hüquqlarının tanınmasını istəyirlər. Həmin evdə iddiaçı və onun Cavabdeh1lə birgə nikahdan doğulmuş azyaşlı övladı yaşayır. Bütün kommunal xərclər iddiaçı tərəfindən ödənilir. Qarşı tərəf iddiaçının və azyaşlı uşağın yaşadığı həmin evin kommunal xidmətlərini dayandırmış, yalnız tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə verilərək, tələbləri təmin edildikdən sonra evə kommunal xidmətlərin göstərilməsi davam etdirilmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini, İddiaçı iddianın isə rədd edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, fərdi yaşayış evində hazırda İddiaçı yaşayır. Fərdi yaşayış evi 2005-2007-ci illərdə tikilib. Əfsanə 2016-cı ildə 80A ünvanına gəlin köçüb. Gəlin gəldikdən 3 gün sonra ayrı yaşamağı barədə suallar verirdi. Əfsanə və Elşənin 63 kv.m sahəli fərdi yaşayış evləri - (2 mərtəbəli evin arxa tərəfində), var idi, lakin tam hazır olmadı. Məhz həmin ev hazır olana qədər müvəqqəti olaraq oğlu və gəlinini mübahisə predmeti olan, yolun kənarında yerləşən evə köçürmüşdür. Hətta onları köçürmək üçün həmin evdə kirayədə yaşayan şəxsi çıxartmaq məcburiyyətində qalmışlar. Çünki keçmiş gəlini yola getmirdi, ayrı yaşamaq istəyirdi. Onlar isə oğullarının ailəsinin dağılmasını istəmirdilər. Elşən hazırda onlarla 80A ünvanında yaşayır. Birləşdirilmiş iddia üzrə iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil2 birləşdirilmiş iş üzrə iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini, ilkin idia tələbinin ədd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, Mirzəliyeva Mənsurə və Cavabdeh2 belə bir sazişin imzalanmaından məlumatsız olmuşlar. Cavabdeh1 isə sazişin mahiyyətini anlamayıb. Fərdi yşayış evi Cavabdeh1 evlənən vaxt artıq mövcud olub. Evin nə İddiaçı, nə də Elşənə heç bir bağlılığı yoxdur. Valideynləri müvəqqəti yaşamaqları üçün həmin evi onların istifadəsinə verib. Evin satılmasına qarşıdır. Arxa tərəfdə olan yarımtikilinin hazır vəziyyətə gətirilib, keçmiş gəlini və nəvəsinin orada yaşamasına etiraz etmir. Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmir, rədd olunmasını xahiş edir, birləşdirilmiş iş üzrə iddia tələbini qəbul edir. İş üzrə mübahisəli mənzil ailəsinindir. İddiaçı ilə evli olduğu vaxt onlar üçün fərdi yaşayış evi tikilib, lakin həmin yaşayış evinin təmiri bitmədiyi üçün bir müddət ana və atası ilə yaşayırdılar. Ailədaxili münaqişələr yaranmışdı və iddiaçı arası evinə getmişdi. Ailəsilə birlikdə yaşamaq istəmirdi. Ailəsinin dağılmaması səbəbi ilə ailəsinə məxsus yol kənarında hazırda mübahisələndirilən fərdi yaşayış evində ev hazır olana kimi yaşamağına ailə icazə verdi. Onlar yol kənarındakı fərdi yaşayış evinə köçənə kimi ailəsi yəni, ana və atası oranı kirayə verib. Həmin mənzildə heç bir hüququ yoxdur. Arxadakı evə dair mülkiyyət hüququnun tanınmasına razılıq vermişəm. Mediasiyada yazılan evin nömrəsi yeni müəyyən olunub. Valideynlərinin boşanma haqqında məlumatı olub, mediasiya barədə məlumatları olmayıb. Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmir rədd olunmasını xahiş edir, birləşdirilmiş iş üzrə iddia tələbini qəbul edir. İddiaçı oğlu ilə evli olan zaman onlarla birlikdə yaşayırdı. Həmin vaxt ərzində evlərinin arxa hissəsində onlar üçün fərdi yaşayış evi tikilirdi. Bir müddət sonra iddiaçı ayrı yaşamaq istədiyini bildirdi. Oğlunun ailəsinin dağılmaması səbəbi ilə yol kənarında kirayə verdiyi fərdi yaşayış sahəsini bir neçə aylıq yəni, evlərinin təmiri bitənə kimi yaşamaları üçün onlara verdilər. İddiaçının onlar üçün tikilmiş mənzildən pay tələb etmək hüququ ola bilər, məlumatı olmadan oğlu ilə mediasiyada barışıq sazişi bağlanılmışdır. İddiaçı 12.400 manat pul verdiyini iddia edir. Bununla bağlı sübut təqdim edilməmişdir. İddiaçının iddia etdiyi kimi 12.400 manat pulu olsaydı onlar üçün tikilmiş fərdi yaşayış evinin təmiri üçün xərcləyərdi. 2700 manat iddiaçı pul verib. 6700 manat pulu oğlu verib. Evə çəkilən xərclər yazılıb. Maşını özü almışdır. Aşağıdakı evi böyük oğlu üçün tikmişdi. Salonu iddiaçı üçün o tikmişdir. İş yeri xoşuna gəlmədiyi üçün evinin önündə salon tikdi ki, uşağına özü baxsın və evində işləsin. Evə verilən kommunal xidmətlərin kəsilməsinin, münasibətlərin gərginləşməsini səbəbi iddiaçı tərəfindən onun vəfat etmiş qohumlarının söyülməsi olub. Cavabdeh Bakı 10 saylı Mediasiya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X13 ifadəsində (əvvəlki məhkəmə baxış iclasında) göstərmişdir ki, tərəfləri tanıyır, cavabdehlər ilə qohumluq əlaqəsi var və eyni zamanda qonşudurlar. 2008-ci ildə əsgər gedən zaman mübahisəli ev tikilmişdi. Mübahisəli fərdi yaşayış evində özləri və ya kirayəçi yaşayırdı. Elşən ailə qurduqdan sonra Şahin əmi mübahisəli fərdi yaşayış evini onlara verdi. İddiaçı Elşənin atasının fərdi yaşayış evinə gəlin gəlib, 4 və ya 4 il sonra iddiaçı həmin evə köçdü. Fərdi yaşayış evi tikilən zaman Elşən uşaq olub, Şahin əmi şəxsi vəsaiti hesabına fərdi yaşayış evini tikib. X2 ifadəsində (əvvəlki məhkəmə baxış iclasında) göstərmişdir ki, tərəfləri tanıyır, uzun müddətdir qonşudurlar. 1992-ci ildən orada yaşayırlar. Usta işləyir. Fərdi yaşayış evi 2005- 2007-ci illərdə tikilib, tikintidə onunla fəhlə işləyib. Çardağa kimi tikintini o işləmişdir. Onun tikdiyi fərdi yaşayış evində Elşən yaşamayıb. Elşən ailə qurduqdan sonra harada yaşadığı haqda məlumatı yoxdur. X1 ifadəsində (əvvəlki məhkəmə baxış iclasında) göstərmişdir ki, cavabdehlərlə qohumluq əlaqəsi yoxdur, dostudur. Mübahisəli fərdi yaşayış evində 2008-2011-ci illərdə kirayə yaşamışdır. Mübahisəli fərdi yaşayış evi yol kənarında yerləşir, 3 otaqlı artırılmalar var. Kirayə haqqı 150 manat ödəmiş, daha sonra imkanım çatmadığı üçün çıxmışdır. X7 ifadəsində göstərmişdir ki, tərəfləri 2013-cü ildən tanıyır və qonşu olmuşlar. 2013-cü ildə fərdi yaşayış evi tikilmişdi. Şahini tanıdıqdan sonra oğlu mübahisəli fərdi yaşayış evində yaşayıb. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, onların izahat və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək yerində müayinə edərək hesab edir ki, İddiaçı iddiası rədd, birləşdirilmiş iş üzrə X4 iddiası isə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü ildə Bakı 10 saylı Mediasiya Təşkilatında mediator X12 (reyestr № M- 00259) tərəfindən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişinin: 1-ci bəndinə göpə Tərəflər Cavabdeh1 və İddiaçı ilə 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixli 808 № ilə qeyd edilmiş nikahın 3 ay barışıq müddəti verilmədən pozulmasına razıdırlar. Tərəflər razılığa gəldilər ki, birgə nikahda doğulan, xx.xx.2018-ci il təvəllüdlü X17 ana İddiaçı himayəsində qalır; 2.1 Tərəflər razılığa gəlirlər ki, ata Cavabdeh1 300 manat aliment ödəsin və həmin məbləği 2023-cü il dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi ana İddiaçı adına olan bank kartı hesabına köçürsün. Tərəflər Cavabdeh1 və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahəsinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınmasına razılığa gəldilər. 3-cü bəndinə görə, tərəflər Nərimanov rayonu, X29 küçəsi, 80B ünvanda yerləşən 80 kv.m yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahələrinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması barədə razılığa gəlirlər. - Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-323/2024 saylı qətnaməsi ilə ərizə təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndi, yəni Cavabdeh1 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub İddiaçı adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq edilmiş, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir. - Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsi tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar»dan görünür ki, İddiaçı Cavabdeh2 onu öldürməklə hədələməsinə dair xüsusatlar öz təsdiqini tapmadağından, toplanmış materialda hər hansı cinayət tərkibi yaradan hal aşkar edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilməlidir. - Nərimanov bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 03/415 saylı arayışından görünür ki, X6, X14,Cavabdeh1 və İddiaçı mülkiyyətində əmlakı və torpaq olmadığı məlum olmuşdur. - Bank BTB ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya 12 ay müddətinə illik 23%lə 2350 manat məbləğində kredit verilmişdir. - Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(005)-426/2024 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi, 80B saylı 1 mərtəbəli yaşayış evinə kommunal xidmətlərin (elektrik, təbii qaz və su) dayandırlması cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək qadağan edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 117 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B (sənədlə 80 E) ünvanında yerləşən fəri yaşayış evinin koordinantlarını müəyyən etməklə 2008-ci ildə inşa edildiyi müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin «Müqavilə hüququ»adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onu standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir.Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 62.1 Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmənin mövqeyi İşin materiallarından görünür ki, İddiaçı iddiası üzrə mübahisənin predmeti Bakı şəhəri Nərimanov rayonu Bakı şəhəri Nərimanov ray., X29 küç., ev 80B ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı sərbəst istifadə etməyindən ibarətdir. Həmin iddia üzrə müvəqəti təminat tədbiri barədə ərizəsi də təmin edilmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçı X6 isə iddiaçı üzrə mübahisə predmeti Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və cavabdeh Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin Bakı şəhəri,Nərimanov rayonu,X29 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80.kv.m yaşayış sahəsinin (sənədsiz) həmin ünvanda yerləşən 15 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı müddəasının etibarsızlığı, özünün sözügedən fərdi yaşayış evindən istifadəsi üçün cavabdehlər Cavabdeh1 ilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsindən ibarətdir. Mübahisə predmetinin müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, hər iki iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməci üçün ilk və birləşdirilmiş iddiaların dəlilləri nəzərə alınmaqla ilk öncə birləşdirilmiş iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq bu tələblərin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda ilk iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi ona görə zəruridir ki, ilk iddiada qaldırılmış tələb birləşdirilmiş iddiada qaldırılmış tələblərə verilən hüquqi qiymətdən tam asılıdır. Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin qeyd edilən ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hesab edir ki, birləşdirilmiş iddia üzrə iddiaçı tərəfin mübahisələndirdiyi müqavilənin hissəvi etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə cavabdehlər olan oğlu Cavabdeh1 ilə onun arvadı İddiaçı arasında bağlanmış barışıq sazişinin 3-cü bəndində onların Nərimanov rayonu, X29 küçəsi 80B ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyriyaşayış sahəsinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınmasına razılığa gəlmələri özü-özlüyündə və bağlandığı andan etibarsızdır. İşin materiallarından görünür ki, həmin özbaşına tikiliyə heç bir mülkiyyət hüququ qeydə alınmamışdır və həmin ünvandakı ev Cavabdeh1 valideynləri X4 və onun həyat yoldaşı olmuş Cavabdeh2 sahibliyindədir. Qeyd edilən tikilinin nömrəsi sazişdə 80B göstərilsə də sənədlə nömrəsi 80E olmaqla bütün kommunal xidmətlər də X4 adınadır. Sözügedən sazişin 3-cü bəndi qeyd edilən əsasa görə etibarsız olsa da, iddiaçı X4 həmin bəndi mübahisələndirməyə subyektiv hüquqa malik olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə cavabdehlər olan oğlu Cavabdeh1 ilə onun arvadı İddiaçı arasında bağlanmış barışıq sazişinin 3-cü bəndi bağlandığı andan etibarsız olsa da, iddiaçı X4 həmin bəndi mübahisələndirməyə subyektiv hüquqa malik olmaması əsası ilə iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın X6 əri Cavabdeh2 ilə birgə nikah dövründə tikilən və istifadəsində olan Bakı şəhəri,Nərimanov rayonu, X29 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80 kv.m yaşayış sahəsindən və 15 kv.m qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən istifadəsi üçün cavabdehlər Cavabdeh1 ilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, yerində müayinə zamanı həmin ünvanda 3 fərqli, təcrid olunmuş evin olması müəyyən edilmişdir. Onlardan biri hazırda İddiaçı yaşadığı ev, daha sonra X6, əri Cavabdeh2, eləcə də Cavabdeh1 yaşadıqları ev, onun arxasında isə inşası yarımçıq saxlanılmış tikilidir. İddiaçı hazırda yaşadığı evin barışıq sazişində qeyd edilən evin olmasını qeyd etsə də müəyyən edilmişdir ki, o əvvəlcə Cavabdeh1 ilə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra (toyları 2016-cı ildə olsa da, nikah 27 mart 2017-ci ildə rəsmiləşdirmiıdir) ünvan 1 ünvana gəlin köçmüş və bütün cehiz əmlakını da bu ünvana gətirərək 2020-ci ildək həmin evdə yaşamışlar. 2018-2019-cu illərdə, gəlin köçdüyü evin yanında qaynatasına məxsus həyət evinin sənədsiz torpaq sahəsində 1 mərtəbəli yaşayış evi inşa etmişlər. İddiaçı bu evi ( hazırda yarımçıq qalmış) keçmiş həyat yoldaşı Cavabdeh1 və ailəsinin razılığı əsasında öz şəxsi vəsaitləri hesabına tikməyə başlamasını və həmin evə giriş-çıxışda problem olduğu üçün, Cavabdeh2 hissə-hissə olmaqla cəmi 12400 manat pul vəsaiti ödədikdən sonra, qarşılıqlı razılaşma əsasında həmin evi hazırda yaşadığı digər 1 mərtəbəli yaşayış evi ilə dəyişərək xx.xx.2020-ci ildə isə həmin evə köçməsini, Cavabdeh2 da məhz həmin pulla özünə əvvəlcə ** VK *** nömrə nişanlı “Toyota Prius” markalı, daha sonra isə hazırda idarə etdiyi “Mercedes E-240 markalı” ** VK *** nömrə nişanlı avtomobili almasını göstərsə də, bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı X6 mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B (sənədlə 80E) ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı və əri tərəfindən 2007-2009-ci illər arasında tikilməsinə baxmayaraq İddiaçı evin güya onun birgə nikah dövründə 2017-2023-cü illər arasında tikildiyini iddia etməsi ilə bağlı mübahisənin ədalətli həlli üçün tikinti-texniki ekspertizanın təyin olunmasına dair vəsatəti nəzərə alınaraq Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1206/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" MMC-yə həvalə edilməklə ekspertlər qarşısında Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B(sənədlə 80E) ünvanda yerləşən fərdi yaşayış evinin koordinatlarını müəyyən etməklə hansı dövrdə tikilməsi kimi sual qoyulmuşdur. (Texniki cihaz GPS vasitəsilə və sair.) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məlumata əsasən ekspertiza qarşısında qoyulmuş suallarda sözügedən mənzillər üzrə aparılmış tikinti təmir işlərinin müddətini və bazar dəyərini müəyyən etmək tələb olunmuşdur. Bununla bağlı qeyd olunur ki, tikililər üzrə aparılmış tikinti, yenidənqurma və təmir işlərinin müddətinin müəyyən edilməsinə dair məhkəmə ekspertiza mərkəzində metodika yoxdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 117 saylı Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B(sənədlə 80E) ünvanda yerləşən fərdi yaşayış evinin hansı dövrdə tikildiyinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, evin koordinantları müəyyən edilməklə 2008-ci ildə inşa edildiyi müəyyən edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı hazırda yaşadığı ev 2008-ci ildə inşa edilərək X6 əri Cavabdeh2 tərəfindən kirayəyə verilmiş, aralarında olan münaqişəli vəzyyətlə bağlı qeyd edilən yarımçıq tikili inşa edilməyə başlasa da, sonradan yarımçıq qalmış və Cavabdeh1 ilə İddiaçı həmin evə köçərək yaşamağa başlamışlar. İddiaçı köçdüyü həmin təmirsiz yaşayış evinə xeyli məbləğdə əlavə xərc çəkərək yaşayışa yararlı vəziyyətə gətirməsi və köçdükləri evin həyətində də ümumi sahəsi təxminən 15 kv.m olan qeyri-yaşayış sahəsi, yəni qadın gözəllik salonu tikməsini göstərsə də, buna dair də heç bir sübut təqdim etməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, mübahisəli həyətdə sənədlə 80E, daha sonra sənəddə olmayan 80 B və 80 A saylı evlər vardır ki, bunlardan yalnız yarımçıq qalmış tikilinin İddiaçı aidiyyatı olması sübut olunur. X11, əri Cavabdeh2, eləcə də Cavabdeh1 həmin yarımçıq tikilinin sonuncu ilə İddiaçı yaşaması üçün inşa edilməsini etiraf etməklə onun inşasından sonra orada övladı ilə yaşamasına heç bir etirazlarının olmamasını bildirmişlər. Məhkəmə hesab edir ki, İddiaçı müvəqəti təminat tədbiri barədə ərizəsinin də təmin edilməsinə dair qərardadının mövcudluğuna baxmayaraq onun sonradan köçdüyü, özünün vəsaiti hesabına inşa etməsini iddia etdiyi və hazırda yaşadığı evə hüququnun olması müəyyən edilməmişdir. Cavabdeh2 digər bir mülki işdə (aliment tələbi) nümayəndə olaraq xx.xx.2024-cü il tarixli etiraz ərizəsində torpaq sahəsində inşa edilmiş bərabər payların İddiaçı ilə bərabər bölünməsini göstərməsi isə mübahisəli ünvandakı yarımçıq tikiliyə aid olmuşdur. Hazırki məhkəmə iclasında da verdiyi izahatında Cavabdeh2 12.400 manat pulun almasını etiraf etməsə də yarımçıq qalmış fərdi yaşayış evi ilə bağlı İddiaçı 2700 manat, 6700 manat pulun isə oğlunun verməsini inkar etməmişdir. Evə çəkilən xərclərin nümayəndə olaraq xx.xx.2024-cü il tarixli etiraz ərizəsində əksini tapmışdır. Beləliklə də məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisələndirilən tikilidə deyil, X11, əri Cavabdeh2 ilə birlikdə yaşadığından X6 ona qarşı iddiası rədd olunmalı, iddia İddiaçı hazırda yaşadığı fərdi yaşayış evinə heç bir hüququ olmadığı üçün onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və oradan çıxarılmaqla fərdi yaşayış evinin təhvil verilməsi hissəsində işin faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşığından əsaslıdır və təmin edilməldir. Məhkəmə həmçinin iş üzrə dindirilmiş şahid ifadələrinə və iş üzrə keçirilmiş ekspertiza rəylərinə qiymət verərək hesab edir ki, bu ifadələr və rəy iddiaçı X4 tələbinin təmin edilmiş hissəsi üzrə əsası kimi istinad edilən hallarla uzlaşmışdır. Məhkəmə bu qənaətə gələrkən X11, əri Cavabdeh2, eləcə də Cavabdeh1 mübahisəli ünvanda olan yarımçıq tikilinin sonuncu ilə İddiaçı yaşaması üçün inşa edilməsi üçün nəzərdə tutulması və onun inşasından sonra onların (razılaşma olarsa İddiaçı övladı ilə) orada yaşamasına heç bir etirazlarının olmamasına dair məhkəmədə bildirdiklərini də nəzərə alır. Məhkəmə X6 iddiasının təmin edilmiş hissələri ilə bağlı yuxarıda gəlinmiş hüquqi əsaslandırma və nəticəyə əsasən hesab edir ki, İddiaçı ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi, 80b saylı 1 mərtəbəli fərdi yaşayış evindən sərbəst istifadə etməyinə və maneəsiz yaşamaqlarına və cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması iddiası əsaslı sayıla bilməz. Belə ki, onun hazırda yaşadığı fərdi yaşayış evinə heç bir hüququ (hətta gözlənilən mülkiyyət hüququ) olması, konkret həmin evin inşasında, təmirində hər hansı şəxsi vəsaitinin sərf edilməsi kimi hallar öz təsdiqini tapmamış, iddiasında bu hallar üzrə göstərilən subyektiv mülahizələri olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş onun tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmamaqla dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından onun iddiası əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd, birləşdirilmiş iş üzrə X4 cavabdehlər Bakı 10 saylı Mediasiya Təşkilatına, İddiaçı və Cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəi yuxarıda göstərilən əsaslandırma üzrə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri məsələsi də həll edilməli, ödənilmiş dövlər rüsumu tərəflərin özlərinə aid edilməli, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın dəyəri olan 200 manat məbləğində pulun 100 manatı İddiaçı , 100 manatı isə birləşdirilmiş iş üzrə iddiaçı X3 tutularaq, "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************; kod:200093; SWİFT:AİİBAZ2X; VÖEN: **********; M/h: AZ37NABZ********************) hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Birləşdirilmiş iş üzrə X4 cavabdehlər Bakı 10 saylı Mediasiya Təşkilatına, İddiaçı və Cavabdeh1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X29 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80 kv.m yaşayış sahəsindən və 15 kv.m qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən istifadə üçün cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələr aradan qaldırılsın, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi iddiaçı X10 təhvil verilsin. İddiaçı X6 iddiası digər hissələrdə təmin edilməsin. Birləşdirilmiş iş üzrə ödənilmiş dövlət rüsumu birləşdirilmiş iş üzrə iddiaçıa aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1206/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1206/2025
19.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver