Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-122/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləyə əsasən 80,51 AZN əsas; 17,62 AZN faiz; xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 3092,58 AZN əsas; 760,94 AZN faiz;cəmi 3951,61 AZN borcunun və 59,51 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək iddiaçının iddia ərizəsində müqavilələr üzrə hesabladığı 17,62 manat və 760,94 manat faiz, cəmi 778,56 manat məbləğində faiz borcunun təmin edilməməsini, xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı kredit müaviləsinə əsasən isə 3092,58 manat məbləğində əsas borc etdiyi ödənişə münasibətdə çox hesablandığından həmin məbləğ üzrə mühasibatlıq ekspertizası keçirilməsini və ekspert rəyinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 2508/2022 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit xətti ayrılmış, xx.xx.2018ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 6380 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləyə əsasən 80,51 AZN əsas; 17,62 AZN faiz; xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 3092,58 AZN əsas; 760,94 AZN faiz;cəmi 3951,61 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh banka müraciət edərək, ona gündəlik təlabat məqsədləri üçün 6380 manat məbləğində 48 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit xətti ayrılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 6380 AZN kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 6380 manat məbləğində gündəlik təlabat məqsədilə verilən krediti təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləyə əsasən 80,51 AZN əsas; 17,62 AZN faiz; xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 3092,58 AZN əsas; 760,94 AZN faiz borcu olmaqla cəmi 3951,61 AZN borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 16/65651 saylı xəbərdarlıq bildirişindən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh qalıq borcunun 5 təqvim günü ərzində ödənilməsi tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/3989 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlamış xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartı və xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu: xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqavilə üzrə əsas borc 76,68 manat, faiz borcu üzrə 0 manat, xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsi üzrə əsas borc üzrə 3142,27 manat, faiz borcu üzrə 719,78 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqavilə və xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. İddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsi üzrə əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Belə ki, ekspert rəyində göstərilən məbləğ (3142,27 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsi üzrə əsas borc iddia tələbində göstərilən həddə 3092,58 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Məhkəmə kredit müqavilələri üzrə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/3989 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartı və xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsi üzrə faiz borc məbləğləri, ekspertin gəldiyi nəticələrə uyğun olaraq müvafiq olaraq 0 manat və 719,78 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, eyni zamanda Cavabdehdən 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləyə əsasən 76,68 AZN əsas; 0 AZN faiz; xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 3092,58 (üç min doxsan iki manat 58 qəpik) AZN əsas; 719,78 (yeddi yüz on doqquz manat 78 qəpik) AZN faiz borcu olmaqla cəmi 3889,04 AZN borc və 58,89 AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, habelə Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********01944109 saylı Kredit Kartına dair müqaviləyə əsasən 76,68 (yetmiş altı manat altmış səkkiz qəpik) AZN əsas; 0 AZN faiz; xx.xx.2018-ci il tarixli 109GTGK0279110AA saylı Kredit müqaviləsinə əsasən isə 3092,58 (üç min doxsan iki manat 58 qəpik) AZN əsas; 719,78 (yeddi yüz on doqquz manat 78 qəpik) AZN faiz borcu olmaqla cəmi 3889,04 (üç min səkkiz yüz səksən doqquz manat dörd qəpik) AZN borc və 58,89 (əlli səkkiz manat səksən doqquz qəpik) AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-122/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-122/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver