Məhkəmə qərarları › İş №e-2(005)-1222/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1222/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1222/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Rüstəmzadə Məhəmmədhaşım Heydər oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1-xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 79194.29 manat əsas borc, faiz borcu üzrə 407.09 manat olmaqla, cəmi 79601.38 manat məbləğində kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 328.80 manat dövlət rüsumunun və 0,49 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1-xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 74880,77 manat əsas borc, 642.14 manat faiz borcu olmaqla, cəmi 75522,91 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 328,80 manat dövlət rüsumunun və 0,49 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 1-xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda zaminlik müqaviləsinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin Cavabdeh3 və ‘'Abşeron City” MTK kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə məsuliyyət daşıyır. Lakin cavabdehlər tərəfindən müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən, müqavilənin şərtləri pozulmuşdur. Həmçinin yaranmış öhdəliyin qısa müddət ərzində yerinə yetirilməsinə dair cavabdehlərə bildiriş (pretenziya) göndərilsə də, öhdəlik yerinə yetirilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2016-cı il tarixli № 1-xx-xx-2016-BX-AC saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 sonuncu ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2016-cı il tarixli 0150№-li müqavilənin predmeti olan mənzilin (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilməkdə olan bina 240A, blok 1, mərtəbə 2, ümumi sahəsi 112 kv.m. ibarət 2 otaqlı 11 №-li mənzil) alınması üçün 85,800.00 (səksən beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, boracalana kredit 240 ay müddətinə verilir.Kredit müddəti 14 iyul 2036-cı il tarixdə saat 18:00-da bitir. Müqavilənin 7-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 14-dək aylıq 828.00 manat məbləğində bərabər hissələrlə ödənilir. "xxxx" ASC ilə borclu Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 1-xx-xx-2016-BX-AC saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, qeyd edilən müqavilə üzrə Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür; Müqavilənin 7-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin 13-cü bəndinə əsasən, borclu və kreditor arasında bağlanmış 14 iyul 2016-cı il tarixli 1-xx-xx-2016-BX-AC №-li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğləri, faizləri, ödənişləri gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini,dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbələrindən yaranan sair ziyanlar bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kreditora ödənilənədək bu Müqavilə qüvvədə olur. DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Qubadlı rayonu, Həmzəli kəndində qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 , Mirkişili, Şahin Famil oğluna və Cavabdeh2 MK-ya kredit müqaviləsi üzrə borc məbləğini 5 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 15. 07.2022-ci il tarixə ödənilməmiş əsas borc 74880.77 manat, cəmi ödənilməmiş faizlər 642.14 manat, ödənilməmiş cərimə faizi 0 manat, ümumilikdə borc üzrə cəmi tələb edilən məbləğ 75522.91 manat, bank tərəfindən ödənilən dövlət rüsumu 328.80 manat, komissiya haqqı 0,4 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-BX-AC nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 Məhərəm oğluna Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240, blok 1, mənzil 11 alınması üçün illik 10 faiz olmaqla, 240 ay müddətinə 85800 manat məbləğində kredit verilmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK qeyd edilən kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdurlar. Buna görə də cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidirlər. Məhkəmə, iddiaçı "xxxx" ASC tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini, o cümlədən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 74880,77 manat əsas borc və faiz borcu üzrə 642.14 manat ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 328,80 manat məbləğində dövlət rüsumu və 0,49 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" MTK-dan 1-1xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 74880.77(yetmiş dörd min səkkiz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 642.14 (altı yüz qırx iki manat on dörd qəpik) manat məbləğində faiz, cəmi 75522.91 (yetmiş beş min beş yüz iyirmi iki manat doxsan bir qəpik) manat məbləğində borc, 328.80 (üç yüz iyirmi səkkiz manat səksən qəpik) məbləğində ödənilmiş dövlət rüsumu və 0.49 (qırx doqquz) qəpik məbləğində xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar