Məhkəmə qərarları › İş №e-2(005)-123/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-123/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-123/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 17030 manat dəymiş zərər, 142 manat ödənilmiş dövlət rüsumu olmaqla, toplamda 17172 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 aprel 2022-ci il tarixində saat 09:00 radələrində iş üzrə Cavabdeh2 idarə etdiyi “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ilə üzü X6 istiqamətində soldan 2-ci zolaqda hərəkətdə olarkən manevr etmə nəticəsində ona məxsus “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sağ yan qapısı hissəsindən toqquşmuş, nəticədə ona məxsus avtomobil aşıb tərs çevrilmişdir. Ətrafdakı insanların köməyi ilə aşmış avtomobildən çıxarılmışdır. Həmin vaxt açıq yaraları olmamışdır. Səbail RPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolu ilə Cavabdeh2 İXM 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Bir neçə gün sonra onda başlayan baş ağrıları səbəbindən təcili tibbi yardıma müraciət etmiş və müayinə zamanı məlum olmuşdur ki, onda kəllə beyin silkələnməsi aşkar olunmuşdur. Səbail RPİ-nin TŞ-də baş vermiş yol nəqliyyat hadisəsi araşdırılmış və 10 may 2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada müraciət etmək hüququ ona izah edilmişdir. Buraxılış ili 2020-ci il olan ona məxsus “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qarantiya müqaviləsi olan “Nurgun Motors”-un 18 aprel 2022-ci il tarixli qüsur aktına əsasən avtomobilin bərpası üçün çəkməli olduğu xərc 21.928 manat (5810 manat iş haqqı, 16.118 manat ehtiyat hissələrinin qiyməti olmaqla) müəyyən edilmişdir. Cavabdeh2 məsuliyyətinin icbari sığortalandığı "xxxx" ASC-nin zərərin 4898 manat hissəsini ona ödəniş etmişdir. ABN 355913 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etdiyini, həmçinin ekspert rəyi ilə razılaşmadığını və işin yenidən ekspert tərəfindən qiymətləndirilməsi zərurəti olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2020-ci il qeydiyyat tarixli “Renault Sandero” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2010-cu il qeydiyyat tarixli “Toyota Prado” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, İddiaçı mülkiyyətində olan “Renault Sandero” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 21.928 (iyirmi bir min doqquz yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən Səbail rayon DYPŞ-nin İnzibati təcrübə üzrə inspektor, polis kapitanı X3 tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 10 may 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" tərəfindən verilmiş ekspert rəyinə əsasən, 2020-ci il buraxılışlı, “Renault” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan “Renault” markalı avtomobilə hazırkı vəziyyətdə dəymiş ümumi zərər təxminən 21.928 (iyirmi bir min doqquz yüz iyirmi səkkiz) manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün 142 manat dövlət rüsumu ödədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2020-ci il buraxılışlı “Renault Sandero” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19.554,0 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2020-ci il buraxılışlı “Renault Sandero” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, 18 aprel 2022ci il tarixində saat 09:00 radələrində iş üzrə Cavabdeh2 idarə etdiyi “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ilə üzü X6 istiqamətində soldan 2-ci zolaqda hərəkətdə olarkən manevr etmə nəticəsində ona məxsus “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sağ yan qapısı hissəsindən toqquşmuş, nəticədə ona məxsus avtomobil aşıb tərs çevrilmişdir. Nəticədə avtomobilə 21.928 manat zərər göstərilməklə məbləğdən 4898 manat pul icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. (İşin mübahisəsiz halları) Cavabdeh tərəf iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın dəydiyini etiraf edir. Məhkəmə iclasında dəymiş zərəri mübahisələndirmiş və ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmişdir. Ekspertiza rəyinə əsasən dəymiş ümumi zərərin məbləği 19.554,0 manat təşkil edir. Məhkəmə iddia tələbinin «17.030 manat dəymiş maddi zərər»in tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, İddiaçı məxsus 2020-ci il buraxılışlı “Renault Sandero” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 19.554,0 manat təşkil edir. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən icbari sığorta tərəfindən iddiaçıya ödənilmiş məbləğ çıxılmaqla qalan məbləğ iddiaçının xeyrinə Cavabdeh2 tutulmalıdır. (19.554-4898=14656 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh1 tutulması hissəsi ilə bağlı qeyd edir ki, hadisə baş verən günü nəqliyyat vasitəsini mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında, yəni qanuni əsaslarla Cavabdeh2 idarə edirdi. Bu səbəbdən məhkəmə iddia tələbini digər Cavabdeh1 aid hissədə əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi ona münasibətdə pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 “Renault Sandero” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 14.656 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 17030 manatın 14656 manatı təmin olunduğu halda (86 faizi), bu məbləğə mütənasib olaraq ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun 122 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 “Renault Sandero” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 14656 (on dörd min altı yüz əlli altı) manat və ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun 122 (yüz iyirmi iki) manatı tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar