Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1242/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 804.40 manat, Cavabdeh3 128 manat, Cavabdeh5 64 manat, Cavabdeh2 64 manat, Cavabdeh1 114.40 manat məbləğində pul vəsaiti və ödənilmiş 32.15 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X8 arasında bağlanmış 17 may 2023-cü il tarixli ALY-1897 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan X4 müvəqqəti sahibliyində olduğu müddət ərzində cavabdehlər lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh4 idarə edərkən 1. EQ 16740864 saylı protokola görə 9 manat; 2. EQ 16740865 saylı protokola görə 9 manat; 3. EQ 16593712 saylı protokola görə 77 manat; 4. EQ 16582400 saylı protokola görə 15.4 manat; 5. EQ 16578580 saylı protokola görə 15.4 manat; 6. EQ 16578562 saylı protokola görə 308 manat; 7. EQ 16578559 saylı protokola görə 308 manat; 8. EQ 16577643 saylı protokola görə 15.5 manat; 9. EQ 16577531 saylı protokola görə 15.5 manat; 10. EQ 16503651 saylı protokola görə 31.6 manat, cəmi 804.40 manat ödənilmişdir. Cavabdeh3 idarə edərkən 1. EQ 15817708 saylı protokola görə 64 manat; 2. EQ 15689470 saylı protokola görə 64 manat, cəmi 128 manat ödənilmişdir. Cavabdeh5 idarə edərkən 1. EQ 16447248 saylı protokola görə 16 manat; 2. EQ 16322752 saylı protokola görə 16 manat;
3. EQ 16449606 saylı protokola görə 32 manat, cəmi 64 manat ödənilmişdir. Cavabdeh2 idarə edərkən 1. İXP ******* saylı protokola görə 64 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh1 idarə edərkən 1. İXP ******* saylı protokola görə 114.4 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1174.80 manat məbləğində ödəniş edilmişdir. Bildirilir ki, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X12 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçı “Azərmaş" MMC-nin nümayəndəsi X9 EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakları olmadan baxılıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Azərmaş" MMC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1897 saylı Daxili lizinq müqaviləsinə əsasən X1 ilə 1 saylı Əlavədə göstərilən əmlak Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq müqaviləsinin əsas məbləğini 23685 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, “Chevrolet Nexia” markalı avtomobilin təhvil təslimi aparılmış, avtomobil lizinq alan X8 tərəfindən qəbul edilmişdir. - ALY-1897 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. X2 23,685 manat məbləğində pulu, illik 18 %lə, 24 ay müddətinə aylıq 1182,45 manat, sonuncu ay isə 1182,52 manat annuitetlə ödəməyi öhdəsinə götürür. - Cavabdeh4 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ALY-1897 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 804,40 manat borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. - Cavabdeh3 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ALY-1897 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 128 manat borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. - Cavabdeh5 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ALY-1897 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 64 manat borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. - Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ALY-1897 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 64 manat borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. - Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ALY-1897 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 114,40 manat borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. - Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:17-də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16740864 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:17də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16740864 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:17də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16740865 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:11də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16593712 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:16da “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16582400 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:08də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16578580 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:00da “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16578562 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:48də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16578559 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:48də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16577643 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:10da “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16577531 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:55də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16503651 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06:42də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X7 tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:54-də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16447248 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:17də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 16322753 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:02də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 15817708 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:12də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli EQ 15689470 №-li elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:44də “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh5 EQ16449606 №-li protokol üzrə 32 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh1 İXP5707390 №li protokol üzrə 114,40 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 İXP5707390 №li protokol üzrə 9 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16740865 №-li protokol üzrə 9 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16593712 №-li protokol üzrə 77 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16582400 №-li protokol üzrə 15,40 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16578580 №-li protokol üzrə 15,40 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16578562 №-li protokol üzrə 308 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16578559 №-li protokol üzrə 308 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16577643 №-li protokol üzrə 15,50 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16577531 №-li protokol üzrə 15,50 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh4 EQ16503651 №-li protokol üzrə 31,60 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh2 İXP5646398 №li protokol üzrə 64 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh5 EQ16447248 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh5 EQ16322752 №-li protokol üzrə 16 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ15817708 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir. - xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzdən görünür ki, Cavabdeh3 EQ15689470 №-li protokol üzrə 64 manat cəriməni ödəmişdir. Mülki iş materiallarından müəyyən olunur ki, “Azərmaş" MMC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ALY-1897 saylı Daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Nexia SX” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alan - X4 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, eyni zamanda həmin avtomobil idarə edilməsi üçün cavabdehlərə verilmişdir. Nəqliyyat vasitəsi cavabdehlərin istifadəsində olan zaman onlar tərəfindən müxtəlif vaxtlarda inzibati xətalar törədilmiş və barələrində inzibati cərimə tənbeh tədbirləri tətbiq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş qəbzlərdən müəyyən olunur ki, cavabdehlər cərimə məbləğlərini ödəməkdən yayındıqlarına görə həmin cərimələr iddiaçı cəmiyyət tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. İddianın dəlillərindən də müəyyən olunur ki, Lizinq alan - X8 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı ASC ilə aralarında olan razılığa əsasən lizinq müqaviləsi ləğv edilmiş, avtomobil iddiaçıya geri qaytarılmışdır. Bundan sonra iddiaçı ASC nəqliyyat vasitəsi üzərində ödənilməmiş cərimə tənbeh tədbirlərinin olduğunu müəyyən etmiş və bütün cərimələri ödəmişdir. Belə ki, cavabdehlər nəqliyyat vasitəsini idarə edən zaman məhz onlar tərəfindən inzibati xətalar törədilmişdir ki, bu fakt iş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarlarla və inzibati xəta haqqında protokollarla təsdiq olunur. Cavabdehlər tətbiq olunmuş cərimə məbləğlərini ödəməmiş, nəticədə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı cəmiyyət cərimə məbləğlərini ödəməli olmuş, bununla da ona zərər dəymişdir. Dəymiş zərərin əsasını cavabdehlərin hüquq pozuntusu törədərək ödəməli olduğu cərimə məbləğlərini ödəməməsi təşkil edir, yəni hüququ pozuntusu ilə zərər arasında səbəbli əlaqə vardır. Belə olan halda mülki qanunvericiliyə əsasən zərərvuranlar, hüquqi şəxsə vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməli olduğundan, iddiaçı ASC tərəfindən cavabdehlərin törətdiyi inzibati xətalara görə ödədiyi və hazırda məhkəmə qaydasında tələb etdiyi pul məbləğini tam həcmdə iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən tələb olunan 32.15 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh4 804,40 manat, Cavabdeh3 128 manat, Cavabdeh5 64 manat, Cavabdeh2 64 manat, Cavabdeh1 114,40 manat məbləğində pul vəsaiti və 32,15 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova