Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-125/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı LPO «Amrahbank” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv Prosessində olan «Amrahbank” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosessində olan «Amrahbank” ASC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 9048.28 (doqquz min qırx səkkiz dollar 28 sent) ABŞ dolları təşkil edir. Bundan 5590.80 (beş min beş yüz doxsan dollar 80 sent) ABŞ dolları əsas, 1442.14 (bir min dörd yüz qırx iki dollar 14 sent) ABŞ dolları faiz, 887.46 (səkkiz yüz səksən yeddi dollar 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1127.88 (bir min yüz iyirmi yeddi dollar 88 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 136.15 (yüz otuz altı manat 15 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv Prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə fərdi mikro kredit məqsədilə 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında arasında 09 oktyabr 2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022 tarixli **********749 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh4 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 9048.28 (doqquz min qırx səkkiz dollar 28 sent) ABŞ dolları təşkil edir. Bundan 5590.80 (beş min beş yüz doxsan dollar 80 sent) ABŞ dolları əsas borc, 1442.14 (min dörd yüz qırx iki dollar 14 sent) ABŞ dolları faiz borcu, 887.46 (səkkiz yüz səksən yeddi dollar 46 sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1127.88 (min yüz iyirmi yeddi dollar 88 sent) ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Sonuncu dəfə xx.xx.2019 tarixində 392.94 (üç yüz doxsan iki dollar 94 sent) ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 fərdi mikro kredit məqsədilə 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bank borcalana aşağıdakı şərtlərlə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, Borcalan isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri Banka ödəməyə dair pul öhdəliyi götürür. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsinə əsasən kredit verilərkən həmçinin həmin müqavilənin təminatı kimi bank və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında Zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, zaminlər Bank qarşısında borcalanın 09 oktyabr 2015ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürürlər. İş materiallarına əlavə edilmiş 29-MK/4259 ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 verilən kreditin məbləği 18800 USD, faiz dərəcəsi 25%, müddət 30 ay, güzəşt müddəti 0 ay, tarix 09 oktyabr 2015-ci ildir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, kreditin faizi 6%-dək aşağı salınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********749 saylı bildiriş məktublarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən LPO "Amrahbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə qalıq borcunun 3 gün müddətində ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********672 nömrəli maliyyə arayışından görünür ki, 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2022-ci il tarixinə yaranmış ümumi borcu müqavilə üzrə əsas borcu 5590 ABŞ dolları 80 sent, müqavilənin müddəti 09 oktyabr 2015 – 09 aprel 2018-ci il, müqavilə müddəti üçün hesablanmış faizlər 1442 ABŞ dolları 14 sent, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 887 ABŞ dolları 46 sent, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesabıanan faiz dərəcəsi 5%, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1127 ABŞ dolları 88 sent, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 9048,28 (doqquz min qırx səkkiz dollar 28 sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/2439 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 29- MK/4259 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 iddiaçı Ləğv Prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borcu, 1624,11 ABŞ dollar, faiz borcu 219,93 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin həmin rəydən görünür ki, müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə əsas borc 6275,55 ABŞ dolları, faiz borcu 31,38 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixə olan əsas borc məbləği 1624,11 ABŞ dolları, faiz borc məbləği isə 219,93 ABŞ dollarıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 30 (otuz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində kreditin verilməsinə dair 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh4 kredit məbləği ilə təmin edilmişdir. Habelə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən, müqavilə üzrə kreditin faizi 6%-dək aşağı salınmışdır. Kredit müqaviləsinin müddəti 09 aprel 2018-ci il tarixdə bitmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair verilmiş rəylərdə hazırda iddia tələbi üzrə cavabdehin 09 oktyabr 2015ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1624,11 ABŞ dolları, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə faiz borcu 31,38 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcu 219,93 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə müvafiq rəyi nəzərə alaraq cavabdehlərin kredit borcu üzrə əsas və faiz borcu üzrə miqdarını rəyə uyğun nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Məhkəmə iddia tələbinin 887,46 (səkkiz yüz səksən yeddi dollar 46 sent) ABŞ dolları cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 887,46 ABŞ dolları məbləğində cərimənin 88 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər Bank qarşısında borcalanın 09 oktyabr 2015-ci il tarixli 29-MK/4259 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdürlər. Belə olan halda qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilələrə əsasən, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada yönəlməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136,15 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 29,53 manat hissəsi dövlət rüsumu ödəməkdən azad olunmamış Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, digər cavabdehlər Cavabdeh4 Füzuli şəhərindən, Cavabdeh2 Füzuli rayonundan və Cavabdeh1 Ağdam rayonundan məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad olunduqlarından onlardan dövlət rüsumu alınmamalıdır. Eyni zamanda cavabdehlərdən müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1624.11 (min altı yüz iyirmi dörd ABŞ Dolları on bir sent) ABŞ Dolları əsas borc, müqavilə müddəti üzrə hesablanmış 31,38 (otuz bir ABŞ dolları 38 sent) ABŞ Dolları faiz borcu, 88 (səksən səkkiz) ABŞ Dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,93 (iki yüz on doqquz ABŞ Dolları 93 sent) ABŞ Dolları olmaqla cəmi 1963,42 (min doqquz yüz altmış üç ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçıya ödənilməli, həmçinin Cavabdeh3 29,54 (iyirmi doqquz manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, eyni zamanda cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada cəmi 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1624,11 (min altı yüz iyirmi dörd ABŞ Dolları on bir sent) ABŞ Dolları əsas borc, müqavilə müddəti üzrə hesablanmış 31,38 (otuz bir ABŞ dolları 38 sent) ABŞ Dolları faiz borcu, 88 (səksən səkkiz) ABŞ Dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,93 (iki yüz on doqquz ABŞ Dolları doxsan üç sent) ABŞ Dolları olmaqla cəmi 1963,42 (min doqquz yüz altmış üç ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilsin. Cavabdeh3 29,54 (iyirmi doqquz manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-125/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-125/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver