Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1252/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı ASC-nin cavabdeh Soltanov lyas Namizət oğluna qarşı “nağd pul krediti müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Soltanov lyas Namizət oğlu arasında bağlanmış 04 fevral 2021-ci il tarixli 201432-1-37238 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 06.09.2021-ci il tarixə Banka borclu olduğu 1567.98 (min beş yüz altmış yeddi manat doxsan səkkiz) manat məbləğində əsas borc, 133.19 (yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 552(beş yüz əlli iki) manat cərimə, ümumilikdə isə 2253.17(iki min iki yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 42.53 (qırx iki manat, əlli üç qıpik) manat dövlət rüsumunun Soltanov lyas Namizət oğlundan tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Soltanov lyas Namizət oğlu arasında bağlanmış 04 fevral 2021-ci il tarixli 201432-1-37238 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən İ.N.Soltaniva istehlak məqsədilə illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 06 sentyabr 2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1567.98 (min beş yüz altmış yeddi manat doxsan səkkiz) manat məbləğində əsas borc, 133.19 (yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 552(beş yüz əlli iki) manat cərimə, ümumilikdə isə 2253.17(iki min iki yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü Öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "kredit alan”ın vəzifəsidir Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən N.Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Soltanov lyas Namizət oğlu arasında bağlanmış 04 fevral 2021-ci il tarixli 201432-1-37238 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən N.Cavabdeh istehlak məqsədilə illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Bank ilə N.Cavabdeh arasında bağlanmış 04 fevral 2021-cu il tarixli 201432-1-37238 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən N.Cavabdeh illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 3000(üç min) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs N.Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 06 sentyabr2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1567.98 (min beş yüz altmış yeddi manat doxsan səkkiz) manat məbləğində əsas borc, 133.19 (yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 552 (beş yüz əlli iki) manat cərimə, ümumilikdə isə 2253.17(iki min iki yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Soltanov lyas Namizət oğlu həmin kredit sazişi ilə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş, öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş nəticədə banka borcu yaranmışdır. “Bank "xxxx" ASC Soltanov lyas Namizət oğlunun 1567.98 (min beş yüz altmış yeddi manat doxsan səkkiz) manat məbləğində əsas borc, 133.19 (yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 552(beş yüz əlli iki) manat cərimə, ümumilikdə isə 2253.17(iki min iki yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği də tələb edir. İddiaçı ödədiyi 42.53 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 20.10.2021-ci il tarixdə bildiriş (xəbərdarlıq) göndərilərək 04 fevral 2021-ci il tarixli 201432-1-37238 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas borc, hesablanmış faizləri və cərimə məbləğini tam olaraq 3 iş gün müddətində ödəmənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, cavabdeh Soltanov lyas Namizət oğlu 04.02.2021-cu il tarixli kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh Soltanov lyas Namizət oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Soltanov lyas Namizət oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 25.01.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas və faiz borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdeh Soltanov lyas Namizət oğlundan 1567.98 (min beş yüz altmış yeddi manat doxsan səkkiz) manat məbləğində əsas borc, 133.19 (yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 552(beş yüz əlli iki) manat cərimə, ümumilikdə isə 2253.17(iki min iki yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində borc və 42.53 manat məbləğində dövlət rüsumu Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Soltanov lyas Namizət oğlundan 1567.98 (min beş yüz altmış yeddi manat doxsan səkkiz) manat məbləğində əsas borc, 133.19 (yüz otuz üç manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 552(beş yüz əlli iki) manat cərimə, ümumilikdə isə 2253.17(iki min iki yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində borc, 42,53 (qırx iki manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1252/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1252/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver