Məhkəmə qərarları › İş №e-2(005)-1265/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1265/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1265/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı mülki iş (Açar sözlər: kredit müqaviləsi üzrə borcun gecikdirilməsinə görə əlavə faiz formasında ziyan tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: 19 sentyabr 2013-cü il tarixli, №345G nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 15820 manat məbləğində ssuda hesabı açılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CEAT WALL Haval H5T” minik markalı (buraxılış ili 2011, ban- LGWFF3A52CB630462, rəngi-boz metal) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borc 10493,51 manat, faiz borc 3347,43 manat olmaqla, cəmi 13840,94 (on üç min səkkiz yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması; tutmanın Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CREAT WALL Haval H5T” minik” markalı avtomobilə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi; satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçıQapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, №345G nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əasən,bank Cavabdeh 36 ay müddətinə 15820 (on beş min səkkiz yüz iyirmi) manat məbləğində kredit vermişdir.Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 18% illik faiz borcu hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 345G saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən 21ş10ş2024-cü il tarixədək 4305.57 (dörd min üç yüz büş manat,57 qəpik) manat məbləğində gecikdirilmiş borc hesablanmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 4305.57 (dörd min üç yüz beş manat,57 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın həmçinin ödənilmiş 63.06 (altmış üç manat,06 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, ”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1434 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı QSCyə verilmişdir. Belə ki,”Azərbaycan Beynəlxalq Bankı” ASC “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə,№ 345G nömrəli kredit müqaviləsinə əsasən,bank Cavabdeh 36 ay müddətinə 15820 (on beş min səkkiz yüz iyirmi) manat məbləğində kredit vermişdir.Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 18% illik faiz borcu hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas,kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir.Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.xx.xx.2022-ci il tarixli,2(0051)-1684/2022 saylı Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 10493.51 manat əsas,3347,43 manat faiz borcu olmaqla,cəmi 13840,94 manat (on üç min səkkiz yüz qırx manat,94 qəpik) məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi,cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “X9 H5T” markalı,**-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi,həmin avtomobilin açıq hərracda satılaraq və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi qət edilmişdir.Bildirilir ki,Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 345G saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək 4305.57 (dörd min üç yüz beş manat,57 qəpik) manat məbləğində gecikdirilmiş borc hesablanmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, avtomaşın həyətlərindədir, istifadə edilmir. İddiaçı razılıq verərsə avtomaşını təmir etdirib satmaq istəyirlər. Satdıqdan sonra borcundan ödəniş etmək və geri qalan məbləği isə hissə-hissə ödəniş etmək istəyirlər. Əvvəlki məhkəmə prosesləri haqqında məlumatları olmamış, xx.xx.2022-ci il tarixli qətnamə cavabdehə göndərilməmişdir. İddiaçı ilə razılıq əldə etmək istədiklərini qeyd etdi. Mülki işin materialları - 24 sentyabr 2018-ci il tarixli, №2511 saylı “X7 Edilməsi Agentliyi” MMC-nin Azərbaycan Respublikası Din Baş Dövlət Yol Polisi idarəsinə ərizəsindən görünür ki,”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli,345G nömrəli “İpoteka müqaviləsi” bağlanmış və **-SM-*** dövlət qeydiyyat nişanlı,”CEAT WALL Haval H51” minik markalı "xxxx" ASC-nin “Nizami” filialı qarşısında ipoteka ilə yüklü edilmişdir.Hal-hazırda Cavabdeh Bank qarşısında bağlanmış xx.xx.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır.”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən,xx.xx.2018-ci il tarixdə bildiriş ipotekaqoyana təqdim edilmişdir.Ərizədə xahiş edilir ki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü bəndinə əsasən “Bildirişin qeydiyyata alınmasına dair” ərizəni dövlət qeydiyyatına alıb bir nüsxə təqdim edilsin. - xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh ******************** saylı hesab nömrəsinə "xxxx"ASC tərəfindən 15662,59 manat məbləğində kredit verildiyi göstərilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki,Cavabdeh "xxxx"ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 205-ci il tarixli Fərmanına uyğun olaraq,”Azərbaycan Beynəlxalq Bankı”ASC-nin balansından dövlətə məxsus İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi ilə bağlı S-AVK-1434 №Lİ xx.xx.2017-ci il tarixli təhvil-təslim Aktına əsasən ötürülən kredit borclarının qalıqları:kredit üzrə əsas borc 10494,27 AZN, faiz borcu 3883,54 AZN, cəmi borc 14377,81 AZN məbləğindədir. -"xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1684/2022 saylı qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borc 10493,51 manat, faiz borc 3347,43 manat olmaqla,cəmi 13840,94 (on üç min səkkiz yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulması ,tutmanın Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı,”CREAT WALL Haval H5T” minik markalı avtomobilə yönəldilməsi,həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi və satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılması qət edilmişdir. -“X7 Edilməsi Agentliyi” MMC-nin xx.xx.2024-cü il tarixli, №3880 saylı bildirişinə əsasən, X1 xx.xx.2013-cü il tarixdə, №345 G saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış fayda və dəymiş zərər 4305.57 (dörd min üç yüz beş manat,57 qəpik)manat təşkil edir. Xəbərdar edilir ki, 10(on) gün müddətinə yuxarıda qeyd olunan borcla bağlı ödəniş icra edilsin.Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Ödəniş qəzbinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 63,10 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi lə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. ... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin bu norma, Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsini tələb edir. İddia ərizəsində tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Ona görə də hazırki iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Yəni, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edib. Məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas məhkəmə qətnaməsinin icra edilməməsi deyil, kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icra etməməsi təşkil edir. Hazırki halda isə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməməsi işin mübahisəsiz halıdır. Araşdırılmış iş materiallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair” müqaviləyə əsasən hüquq sahibi ("xxxx" ASC) “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, yeni şəxsə (İddiaçı QSC BOKT-a) güzəşt etmişdir. Cavabdeh (ona aid sənədlərin təhvil verildiyi tarixə) tərəf olduğu müqavilə üzrə kreditin verilmə müddəti bitmiş, əsas borcu və müqavilə müddəti üçün hesablanmış faiz borcu mövcud olmuşdur. Borcalan-cavabdeh kredit müqavilələrində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmənin qənaətinə görə "xxxx" ASC-nin Cavabdeh tərəf olduğu kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC BOKT-a keçdiyindən iddiaçı təhvil-təslim aktı tərtib edildiyi gündən (24 noyabr 2017-ci il tarixdən) yuxarıda qeyd edilən əsaslarla yaranmış borca görə müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Həmçinin qeyd edilməlidir ki, tələb hüququ güzəşt edilən QSC-nin bu hüquqdan istifadə etməsini qadağan edən hər-hansı qeydşərtin və ya bu məsələni fərqli qaydada tənzimlənmək imkanının olması işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış fayda olaraq 4305,57 manat məbləğində pulun tutulmasını xahiş etsə də, iddia ərizəsində həmin məbləğin hansı qaydada hesablanmasını göstərməmişdir. Lakin, iş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli maliyyə arayışdan müəyyən olunur ki, iddiaçı həmin məbləği 10494,27 manat əsas borca münasibətdə 5 faiz dərəcəsi ilə 19 sentyabr 2016-cı il tarixdən hesablanmaqla müəyyən etmişdir. Halbuki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin əsas borcunun 10493,51 manat olması müəyyən olunur. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditor daha böyük məbləğ tələb etmə əsaslarını sübut etməli, belə sübutlar olmadıqda isə illik 5 faiz tələb etmək hüququna malikdir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 6 il, 10 ay 26 gün təşkil edir. 10493,51 manata illik 5 faiz dərəcəsi ilə hesablandıqda həmin məbləğə illik hesablanmalı olan faiz 524,67 (10493,51 x 5% =524,67) manat, aylıq 43,7 (10493,51 x 5% /12 = 43,7 ) manat, günlük 1,45 (10493,51 x 5% /360 = 1,45) manat təşkil edər. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü tarixədək 10493,51 manat əsas borca illik 5 faizlə hesablanmaqla 3622.72 ((6 il x 524,67) + (10 ay x 43,7) + (26 gün x 1,45)) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC BOKT- un xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təxminən 84% təmin edildiyindən, məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 63.06 manat dövlət rüsumunun 52 manat hissəsi Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3622.72 (üç min altı yüz iyirmi iki manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş 63,10 manat dövlət rüsumunun 52 manat hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar