Məhkəmə qərarları › İş №e-2(005)-1271/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1271/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1271/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 22.01.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 11466.31 (on bir min dörd yüz altmış altı manat otuz bir qəpik) manat əsas, 1073.46 ( bir min yetmiş üç manat qırx altı qəpik) manat faiz, cəmi 12539.77 (on iki min beş yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat borcun, həmçinin ödənilmiş 128.30 (yüz iyirmi səkkiz manat otuz qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ( otuz altı) ay müddətinə illik 21 ( iyirmi bir) faiz dərəcəsi ilə 15000 ( on beş min ) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 22 yanvar 2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 1.1-ci bəndinə görə Bank Müştəriyə kredit verməyi, Müştəri isə krediti qəbul edib ondan Müqavilənin 1.1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.1-ci bəndində göstərilir ki, Müştəri kreditdən istifadəyə görə Banka illik 21 (iyirmi bir) faiz ödəyir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh3 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 19 yanvar 2022-ci il tarixli, 07105-176 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bununla da, cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasiba uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 12539.77 ( on iki min beş yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat təşkil edir ki, iddiaçı bu borcun cavabdehlər tərəfindən ödənilməsinin təmin edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflər iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 yanvar 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 22 yanvar 2020-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh3 verilmiş kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında “Zaminlik” müqavilələrinin 5.1.-ci maddəsinə görə, “borcalan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “zamin” bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və İddiaçı ASCdə və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2022-ci il tarixli, 07105-176 saylı pretenziya (xəbərdarlıq) məktublarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən əsasən İddiaçı ASC tərəfindən cavabdehlərə 6426.84 (altı min dörd yüz iyirmi altı manat səksən dörd) qəpik manat məbləğində gecikdirilmiş borcun 5 iş günü müddətində ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 26.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 22 yanvar 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 olu 26.01.2022-ci il tarixinə yaranmış ümumi borcu 12539.77 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən tərtib edilmiş 01.06.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3 12539,77 manat borcu etiraf edarək qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair 21 yanvar 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Habelə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 22 yanvar 2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyini təsdiq etmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunan hallara əsasən iddia tələbi üzrə 11466.31 (on bir min dörd yüz altmış altı manat otuz bir qəpik ) manat və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1073.46 (bir min yetmiş üç manat qırx altı qəpik) manat faiz borcları hissəsi cavabdehlərdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128.30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 11466.31 (on bir min dörd yüz altmış altı manat otuz bir qəpik) manat əsas, 1073.46 ( bir min yetmiş üç manat qırx altı qəpik) manat faiz, cəmi 12539.77 (on iki min beş yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat borcun, həmçinin ödənilmiş 128.30 (yüz iyirmi səkkiz manat otuz qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli və iddia tam hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 11466.31 (on bir min dörd yüz altmış altı manat otuz bir qəpik) manat əsas, 1073.46 ( bir min yetmiş üç manat qırx altı qəpik) manat faiz, cəmi 12539.77 (on iki min beş yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat borcun, həmçinin ödənilmiş 128.30 (yüz iyirmi səkkiz manat otuz qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar