Məhkəmə qərarları › İş №e-2(005)-1290/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1290/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1290/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə illik 27% ödəmək şərti ilə 1.400 (bir min dörd yüz) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 3.1ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində bağlanmış xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından ibarətdir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 (üç) gün müddətində icra edilməlidir.Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx xxxxx 2018-ci il tarixə 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində faiz borcu, 258,24 (iki yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu və 0,40 (qırx qəpik) manat komissiya haqqı üzrə borc məbləği olmaqla, cəmi 1.809,12 (bir min səkkiz yüz doqquz manat on iki qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində faiz borcu, 258,24 (iki yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu və 0,40 (qırx qəpik) manat komissiya haqqı üzrə borc məbləği olmaqla, cəmi 1.809,12 (bir min səkkiz yüz doqquz manat on iki qəpik) manat məbləğində borcun, həmçinin ərizəyə görə ödənilmiş 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumunun borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, 287,40 (iki yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində faiz borcu, 258,24 (iki yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə borcu və 0,40 (qırx qəpik) manat komissiya haqqı üzrə borc məbləği olmaqla, cəmi 1.809,12 (bir min səkkiz yüz doqquz manat on iki qəpik) manat məbləğində borcun, həmçinin ərizəyə görə ödənilmiş 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə xx xxxxx 2018-ci il tarixli, 2(005)-2712/2018 nömrəli əmr çıxarılmışdır. Borclu Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)-2712/2018 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-2712/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-2712/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş üzrə iddia icraatına keçmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaitinin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə illik 27% ödəmək şərti ilə 1.400 (bir min dörd yüz) manat məbləğində kredit verilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsinə olan 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh1 götürdüyü kredit məbləğinə dair 24 (iyirmi dörd) ay müddətinə hər ay 76,20 (yetmiş altı manat iyirmi qəpik) manat (sonuncu ay-74,09 (yetmiş dörd manat doqquz qəpik) manat) məbləğində pul vəsaiti ödəməyi öz üzərinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borclu Cavabdeh1 tərəfindən iddiaçı bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək zamin Cavabdeh2 ona zamin durmuşdur; xx xxxx 2017-ci il tarixli məxaric orderinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə 1.330 (bir min üç yüz otuz) manat məbləğində kredit vəsaiti Cavabdeh1 verilmişdir; xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı qismində borcu vardır; ASAN 5 tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 72 ünvanında qeydiyyatdadır; ASAN-Sumqayıt tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1995ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Quluzadə X3 şəhəri, 12-ci mikrorayon, ev 29, mənzil 26 ünvanında qeydiyyatdadır; xx xxxxx 2018-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənlərə əsasən, iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması” ilə bağlı hissəsi təmin edilməli, müvafiq gecikdirilmiş faiz məbləği cavabdeh şəxslərdən iddiaçı bankın xeyrinə müştərək qaydada ödənilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh şəxslər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmələrindən əlavə, təyin edilmiş məhkəmə iclaslarında da iştirak etməmişlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2017-ci il tarixli 526-xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2017-ci il tarixli 526xx.xx.2017-SM26 nömrəli “Korporativ pərakəndə” seqmenti üçün kredit müqaviləsi üzrə ödənilməmiş 1.263,08 (bir min iki yüz altmış üç manat səkkiz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 5,26 (beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu (5%) olmaqla, cəmi 1.268,34 (bir min iki yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar