Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1326/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işgüzar nüfuzun zədələnməsi səbəbindən şəxsə vurulan maddi və mənəvi zərərə dair 50000 (əlli min) manat həcmində kompensasiya, ödənilmiş vəkil xidmətlərinə görə 330 manat, mediasiya sessiyasinda iştiraka görə 55 manat, dövlət rüsumuna görə 190 manat, ümumilikdə isə 50575 (əlli min beş yüz yetmiş beş) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasına; İddiaçı barəsində yayılmış böhtan xarakterli uydurma məlumatlara görə birbaşa İddiaçı yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına; İddiaçı əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən İddiaçı hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və o mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin müəssisə ilə əmək münasibətlərində olduğu dövr ərzində mühasibatlıq xidmətlərini həyata keçirmişdir. Qeyd edilir ki, İddiaçı öz əmək funksiyalarını lazımi qaydada və peşəkar səviyyədə yerinə yetirmiş, rəhbərlik tərəfindən işində heç bir nöqsan aşkar olunmamışdır. 01 iyun 2022-ci il tarixində İddiaçı Cavabdeh MMC-dən AR Əmək Məcəlləsinin 69.6-cı maddəsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, işçinin əmək kitabçasına müəssisə tərəfindən möhür vurulmamış, hətta istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr iddiaçıya tam ödənilməmişdir. Bu barədə İddiaçı tərəfindən dəfələrlə müəssisəyə müraciət edilmiş və cavabdeh tərəfindən törədilmiş hüquq pozuntularının aradan qaldırılması tələb edilmişdir. Cavabdeh MMC tərəfindən isə bu məsələyə heç bir münasibət bildirilməmişdir. Baş verənlər səbəbilə, pozulmuş hüquqlarının bərpası məqsədilə İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən müraciətə baxılmış və xx.xx.2022-ci il tarixli, **********9 nömrəli cavab məktubu ilə iddiaçının AR Əmək Məcəlləsinin 144.2-ci maddəsinə müvafiq olaraq istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərinə görə pul əvəzinin və həmin Məcəllənin 83.2-ci maddəsinə görə son haqq-hesabının tam ödənilməməsi aşkar olunmuş, sözügedən hüquq pozuntusuna dair cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi aşkar olunmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarla Cavabdeh MMC barəsində inzibati tənbeh tətbiq edilmiş və cavabdehin üzərinə iddiaçıya dair son haqq-hesabın ödənilməsi öhdəliyi qoyulmuşdur. Lakin məsələ Cavabdeh MMC-nin İddiaçı əmək hüquqlarını kobud şəkildə pozması ilə bitməmişdir. Cavabdeh ilk başda iddiaçıya qarşı əsassız iddialar irəli sürməyə başlamış, daha sonra isə iddiaçının yeni iş yerinə iddiaçı barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərmişdir. Belə ki, cavabdehin iddialarına görə iddiaçı sözügedən müəssisənin işçisi olduğu dövrdə mühasibatlıq işlərini apardığı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" MMC, “X6es” MMC, "xxxx" MMC, "xxxx" MMC və “X7” MMC-nin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib etdiyi cədvəlləri, mənfəət bəyannamələri üzrə topladığı balans məlumatlarını, gəlir xərclərinin açıqlanmasını, əsas vəsaitlərin amortizasiya cədvəlləri və ümumi hesabatlar üçün topladığı məlumatları onlara təhvil verməmişdir. Eyni zamanda, Cavabdeh MMC İddiaçı barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məhz buna görə də iddiaçı xidmət haqqı ödəməklə burada da vəkil xidmətindən istifadə etmişdir. Şikayət barədə sözügedən hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılmış, cinayət tərkibinin olmadığı aşkar edilmiş və “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmişdir. Həmçinin Cavabdeh MMC Bakı Şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, “məlumatların təqdim edilməsinə və dəymiş maddi zərərin ödənilməsinə dair” öhdəliyin İddiaçı üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı bildirir ki, cavabdehin qeyd edilən əsaslarla iddiaçını ittiham etməsi çox utancverici bir haldır. Belə ki, İddiaçı sözügedən müəssisədə öz əmək funksiyalarını yerinə yetirdiyi müddət ərzində həyata keçirdiyi bütün əməliyyatları “Asan imza” və s. giriş sistemləri vasitəsi ilə etmişdir. Hər kəsin də bildiyi kimi şirkətlərlə bağlı bütün məlumatlara məhz elektron sistem üzərindən əlçatımlılıq mövcuddur və bu məlumatlar əsasında bütün əməliyyatlar həyata keçirilir. Nəticə etibarilə, sistemə girişi mümkün olan hər bir şəxs şirkətlə bağlı bütün məlumatlarla tanış ola, həyata keçirilmiş əməliyyatları görə bilər. Hazırki vəziyyətdə də Cavabdeh MMC-nin digər mühasibləri və vəzifəli şəxsləri iddiaçının həmin müəssisədə işlədiyi dövrdə olduğu kimi həmin girişə malikdirlər. Bu halda şirkətlərlə bağlı hər hansı bir sənəddən və onun Cavabdeh MMC-yə təqdim edilməməsindən söhbət belə gedə bilməz. Cavabdeh MMC tərəfindən iddiaçının işgüzar nüfuzunun pozulması məqsədilə İddiaçı hazırki iş yerinə də böhtan xarakteri məktublar göndərilmişdir. Təbii ki, bu hal iddiaçının iş yerində onun barəsində mənfi fikirlərin formalaşmasına, iş yoldaşları və yuxarı səlahiyyətli şəxslərin ona olan inam və etimadının zədələnməsinə səbəb olmuşdur. İddiaçı barəsində böhtan xarakterli uydurma fikirlərin uzun müddət yaddaşlarda qalacağını, hətta zədələnmiş etibarın çox çətinliklə bərpa ediləcəyini nəzərə alaraq, iddiaçıdan yazılı qaydada üzr istəməsi, iddiaçının hazırki iş yerinə və eləcə də böhtan xarakterli məlumatlar göndərilmiş digər yerlərə cavabdeh tərəfindən təkzib məktublarının göndərilməsi artıq bir zərurətdir. Əlavə olaraq bildirilir ki, əsassız halda iddiaçı barəsində prokurorluq orqanlarına şikayətlərin edilməsi, böhtan xarakterli məlumatların yayılması, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi İddiaçı və onun yaşlı ailə üzvlərinin davamlı stress və psixoloji gərginlik yaşamasına, mənəvi iztirablara məruz qalmasına səbəb olmuşdur. Böhtan xarakterli məlumatların əks olunduğu məktublar iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvana göndərildiyi ilk vaxtlarda iddiaçı bu cür məlumatların gəldiyindən xəbərsiz olduğu və qarşısını alması mümkün olmadığı üçün həmin məktublar yaşlı valideynlərinin əlinə keçmiş və səhhətlərində müəyyən problemlərə səbəb olmuşdur. Sağlamlıq cəhətdən həssas və yaşlı ata və ananın övladları barəsində bu qədər ağır ittihamlar irəli sürülməsi həmin şəxslərin səhhətinin daha da pisləşməsi ilə nəticələnə biləcəyi üçün iddiaçı bu cür məktublar aldıqda onları valideynlərindən gizlətmək məcburiyyətində qalmış və hal-hazırda da buna davam etməkdədir. Bu müddət ərzində iddiaçı yaşadığı sarsıntılar səbəbilə ödənişli psixoloji və tibbi yardım almış, cavabdehin bu hərəkətlərinin qarşısını alınması üçün isə haqqı ödənilməklə vəkil xidmətinə müraciət etmişdir. Bu barədə xidmət müqavilələri və ödəniş sənədləri iş materiallarına əlavə edilmişdir. Həmçinin sözügedən mülki mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən Bakı Şəhəri 11 X2 müraciət edilmiş, lakin tərəflər arasında uzlaşma əldə edilmədiyi üçün iddiaçıya mediasiya prosesinin davam etdirilməməsi barədə arayış təqdim edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinə dair dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işgüzar nüfuzun zədələnməsi səbəbindən şəxsə vurulan 3000 (üç min) manat maddi (vəkil xərci, mediasiya, dövlət rüsumu və s.) və mənəvi zərərə dair 50000 (əlli min) manat həcmində kompensasiya məbləğinin Cavabdeh MMC-dən tutulmasına; İddiaçı barəsində yayılmış böhtan xarakterli uydurma məlumatlara görə birbaşa İddiaçı yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına; İddiaçı əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən İddiaçı hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə yazılı etiraz edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işgüzar nüfuzun zədələnməsi səbəbindən şəxsə vurulan maddi və mənəvi zərərə dair 50000 (əlli min) manat həcmində kompensasiya, ödənilmiş vəkil xidmətlərinə görə 330 manat, mediasiya sessiyasinda iştiraka görə 55 manat, dövlət rüsumuna görə 190 manat, ümumilikdə isə 50575 (əlli min beş yüz yetmiş beş) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasına, onun barəsində yayılmış böhtan xarakterli uydurma məlumatlara görə birbaşa ondan yazılı şəkildə üzr istənilməsi, onun hazırki iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulmasına, onun əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən İddiaçı hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbinin əsasları kimi aşağıda qeyd edilənləri göstərmişdir. 1. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, işçinin əmək kitabçasına müəssisə tərəfindən möhür vurulmamış; 2. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr iddiaçıya tam ödənilməmiş; 3. Cavabdeh iddiaçıya qarşı əsassız iddialar irəli sürməyə başlamış, daha sonra isə iddiaçının yeni iş yeri də daxil olmaqla, yeni iş yerinə iddiaçı barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərmişdir; 4. Cavabdeh MMC İddiaçı barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş; 5. Cavabdeh MMC Bakı Şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş“, məlumatların təqdim edilməsinə və dəymiş maddi zərərin ödənilməsinə dair” öhdəliyin İddiaçı üzərinə qoyulmasını xahiş etmişdi. Cavabdeh iddiaçının iddia tələbini qəbul etmir və aşağıda qeyd edilənlərə əsasən həmin tələbin əsassız olmasını bildirir. Belə ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdən “Baş mühasib” vəzifəsində işləməyə başlamış, 26 may 2022-ci il tarixdə məzuniyyətə çıxması və əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət edərək, 01 fevral 2021-01 fevral 2022 və 01 fevral 2022-01 fevral 2023-cü illər üçün ona 44 gün müddətinə əmək məzuniyyəti verilməsini və məzuniyyətinin sonunda isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onun ərizəsinə baxılmış və ona 01 iyun 2022-ci il tarixdən onun tələb etdiyi müddətdə əmək məzuniyyəti verilməsi barədə müvafiq əmr qəbul edilmişdir. 1. İddianın birinci əsası ilə əlaqədar bildirilir ki, o, işə qəbul edilən zaman əmək kitabçasında işə qəbul edilməsi barədə qeydi yazdırdıqdan sonra əmək kitabçasını bizə təhvil verməmiş, özündə saxlamış, ona görə də işdən çıxdıqdan sonra onun əmək kitabçasına işdən çıxması barədə qeydləri yazmaq mümkün olmamışdır. Halhazırda da işin hallarından da görünür ki, ona məxsus əmək kitabçası ondadır və həmin əmək kitabçasında onun xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də “Baş mühasib” vəzifəsində işləməsi barədə qeyd vardır. Yəni həmin əmək kitabçası qanunun tələbinə görə işəgötürəndə qalmalı olduğuna görə iddiaçı işə qəbul edilməsi barədə qeydi yazdırdıqdan sonra əmək kitabçasını cavabdehdən alaraq özündə saxlamış, işdən çıxdıqdan sonra da bu barədə qeyd aparılması üçün bizə təhvil verməmişdir. Bu hal isə əmək kitabçasının iddiaçının özündə olması ilə sübuta yetir. İddiaçı istənilən vaxt əmək kitabçasını bizə təqdim etdiyi zaman onun əmək kitabçasında onun işdən çıxması barədə qeyd aparılaraq möhürlə təsdiq ediləcəkdir. Bir sözlə, iddiaçının əmək kitabçasında onun işdən çıxması barədə qeydin aparılmaması cavabdehin təqsiri olmamış, o özü əmək kitabçasını cavabdehə təqdim etməmişdir. Hətta iddiaçının Əmək Müfəttişliyinə bu barədə etdiyi şikayətə də Əmək Müfəttişliyindən ona əmək kitabçasının cavabdehə təhvil veriləcəyi təqdirdə bu barədə qeydlərin aparılacağı ona bildirilmişdir. Lakin Cavabdeh MMC ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra İddiaçı Cavabdeh MMC-dən “intiqam” almaq məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, heç kim məhkəmədən kimdənsə acıq çıxmaq üçün vasitə kimi istifadə edilə bilməz, heç kim hüquqdan sui-istifadə edib məhkəmə yolu ilə kimdənsə intiqam almaq üçün məhkəməyə müraciət edə bilməz. Beləliklə də, cavabdeh belə hesab edir ki, iddiaçının onun əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına dair qətnamə qəbul edilməsi barədə iddia tələbi təmin edilməməlidir. 2. İddiaçının ikinci əsası ilə əlaqədar, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, işçiyə ödənilməli əmək haqqının və digər ödəmələrin iddiaçıya tam ödənilməməsi ilə əlaqədar ilk əvvəl məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı Cəmiyyətdə Baş mühasib vəzifəsində çalışmış, əmək haqlarının, son haqq-hesabın hesablanması onun əmək funksiyasına aid olmuş, işdən çıxan zaman o, özü ərizə verərək ona yalnız 01 fevral 2021 - 01 fevral 2022 və 01 fevral 2022 - 01 fevral 2023-cü illər üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin verilməsini tələb etmiş, ona əsas əmək məzuniyyəti verilmiş və o özü ona verilməli olan son haqq-hesabı özü hesablamışdır. Lakin sonradan isə Əmək Müffəttişliyinə bu barədə şikayət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Cəmiyyətin direktoru Nofəl Məhərrəmov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 28 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən direktor cərimə edilmişdir. İddiaçının son haqq hesabının düzgün verilməməsi sübuta yetərək cavabdeh tərəfindən ona artıq 263,84 manat son haqq-hesab ödənilmişdir. Lakin iddiaçıya son haqq-hesabın düzgün ödənilməməsi birbaşa iddiaçının əmək funksiyasını düzgün yerinə yetirməməsi nəticəsində baş verdiyinə görə, bu hal cavabdehin iddiaçıya qarşı qəsdən törədilən qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”nda Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələri diapazonuna görə “Baş mühasib” vəzifəsi rəhbər vəzifələr kateqoriyasına aid edilmiş və “Baş mühasib” tərəfindən əmək funksiyası kimi digər funksiyalarla yanaşı əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsinin, birdəfəlik haqq-hesabın işlənilməsinin və ödənişlərin aparılmasının həyata keçirilməsi göstərilmişdir. Beləliklə də, cavabdeh belə hesab edir ki, iddiaçının son haqq-hesabın ona ödənilməməsi barədə iddiası da təmin edilməməlidir. 3. İddianın üçüncü əsası ilə, yəni “Cavabdehin iddiaçıya qarşı əsassız iddialar irəli sürməyə başlaması, daha sonra isə iddiaçının yeni iş yeri də daxil olmaqla, yeni iş yerinə iddiaçı barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərməsi” ilə əlaqədar bildirilir ki, cavabdeh tərəfindən iddiaçının yeni iş yerinə onun barəsində böhtan xarakterli məlumatların əks olunduğu heç bir məktub göndərilməmiş, sadəcə olaraq bəzi məlumatların alınması ilə əlaqədar iddaçının işlədiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına vəkil sorğusu göndərilmiş və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məktubuna cavab verilmişdir. Belə ki, İddiaçı Cavabdeh MMCdə “Baş mühasib” vəzifəsində işləməyə başladığı xx.xx.2021-ci il tarixdən cavabdehin 01 fevral 2021-ci il tarixli Əmri ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və digər şirkətlərin mühasibatlıq əməliyyatları ona tapşırılmış, həmin Şirkətin mühasibat uçotunun qurulması, 1C proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi, göndərilməsi cavabdeh tərəfindən həyata keçirilmiş, bütün bu məlumatlar onda toplanmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdən əmək məzuniyyətinə çıxmağı ilə əlaqədar olaraq ona tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlər və digər məlumatların Cavabdeh MMC-yə təhvil verilməsi ondan tələb edilsə də, o, həmin sənədləri Cavabdeh MMC-yə təhvil verməmişdir. Məhz iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid məlumatları vaxtında cavabdehə təqdim etmədiyindən cavabdeh tərəfindən natamam məlumatlarla verilmiş bəyannamələrdə səhvlərə yol verilmişdir. Bu səbəbdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 25 iyul 2022-ci il tarixdə bizə məktub ünvanlayaraq, cavabdeh tərəfindən hesabatların düzgün bəyan edilməməsi səbəbindən, may, iyun və 2-ci rüb 2022-ci il üzrə vergi hesabatlarının (bəyannamələr) onlar tərəfindən təkrar hazırlanıb göndərilməsi və hesabatları səhv bəyan edilməsi nəticəsində yaranan problemləri nəzərə alaraq Filialın təsisçisi Kevin Robert tərəfindən Capital AN Consulting və Hydroserv Caspian LTD arasında bağlanmış müqaviləyə xitam verilməsinin qərara alınması göstərilmişdir. Eyni zamanda həmin məktubla əlavə olaraq qeyd edilmişdir ki, 2022-ci ilin iyun ayının ƏDV bəyannaməsi və 2-ci rüb üzrə ÖMV hesabatı səhv tərtib olunmuş və 2022-ci ilin 2-ci rübü üzrə Vahid bəyannamə hesabatı ümumiyyətlə təqdim olunmamışdır. Cavabdeh həmin məktuba cavab olaraq, Şirkətin daxili əmri ilə xx.xx.2021-ci il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və digər Şirkətlərin mühasibatlıq əməliyyatlarının aparılması Cavabdeh MMC-nin işçisi İddiaçı tapşırılmasını, həmin tarixdən İddiaçı "xxxx" Şirkətinin mühasibat uçotunun qurulması, 1C 8.3 proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi və göndərilməsini həyata keçirilməsini, bütün bu məlumatların onda toplanmasını, lakin 2022-ci ilin may ayından İddiaçı öz əmək funksiyasını həyata keçirməkdən imtina etməsini, həmin tarixdən əmək məzuniyyətinə çıxması ilə əlaqədar olaraq ona tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlər və digər məlumatların Cavabdeh MMCyə təhvil verilməsi ondan tələb edilsə də, o, həmin sənədləri Cavabdeh MMC-yə təhvil verməməsini, müxtəlif bəhanələrlə sənədləri bizə təhvil verməkdən yayınmasını, hətta bu barədə onan verilmiş rəsmi bildirişə də əhəmiyyət verməməsini, məhz İddiaçı olan sənədlər və digər elektron məlumatlar olmadan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mühasibatlıq işlərinin görülməsində çətinliklərin yaranmasını, bunun nəticəsində də, 2022-ci ilin may-iyun ayı üzrə cavabdeh tərəfindən ƏDV bəyannaməsinin verilməsində (hesablamalarda) nöqsanlara yol verilməsini, bunun səbəbi isə may-iyun ayından əvvəl olan məlumatları cavabdehin əldə edə bilməməyi olmasını göstərmiş, 2022-ci ilin may, iyun ayları üçün görülmüş mühasibatlıq işlərində yol verilmiş nöqsanların səbəblərini üzürlü hesab etmələrini xahiş edərək, cavabdehlə müqaviləni pozmayacaqları təqdirdə gələcəkdə belə hallara yol verilməməsi üçün bütün qabaqlayıcı tədbirlərin görüləcəyini nəzərlərinə çatdırmışlar. Yəni İddiaçı barəsində cavabdeh tərəfindən yeganə bildirilən məlumat onun xidmət göstərdiyi zaman əldə etdiyi məlumatları Cəmiyyətimə təhvil verməməsi olmuşdur ki, bu hal barədə hal-hazırda Nizami rayon məhkəməsində iddiaya baxılır. Bundan əlavə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məktubunu cavablandıran zaman İddiaçı orada işləməsi barədə cavabdehin məlumatı olmamış, bu barədə sonradan məlumat almışlar. Yəni bu məktub onun işgüzar nüfuzuna toxunan hal kimi qiymətləndirilə bilməz və bu məktubda Cavabdeh MMC tərəfindən təkzib ediləcək hər hansı bir məlumat verilməmişdir. 4. İddiaçının Cavabdeh MMC İddiaçı barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi və Bakı Şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir” əsası ilə əlaqədar bildirilir ki, İddiaçı tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlərin və digər məlumatların Cavabdeh MMC-yə təhvil verilməsindən imtina etdiyinə görə cavabdeh onun hansısa marağına görə cavabdehin şirkətində işləyərək onların və digər şirkətlərin kommersiya məlumatlarını toplamasından, sonradan isə həmin məlumatları üçüncü tərəflərə ötürməklə, şirkətlərə məxsus kommersiya sirlərini qanunsuz yolla istifadə etmək və yaymasından şübhələnmiş, bununla əlaqədar araşdırma aparılması üçün Binəqədi rayon prokurorluğuna müraciət etmiş, lakin Binəqədi rayon prokurorluğu mübahisənin mülki xarakterli olması əsası ilə araşdırma aparmaqdan imtina etmiş, bundan sonra isə Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddia ərizəsi məhkəmənin icraatındadır və həmin iş üzrə ekspertiza təyin edilmişdir. Beləliklə də, cavabdeh belə hesab edir ki, İddiaçı qarşı məhkəmədə iddia irəli sürülməsi onun tərəfindən edilən hərəkətlərin sübuta yetirilibyerilməməsindən asılı olmayaraq, iddiaçının üzərinə iddia ərizəsində göstərilən halların təkzib edilməsi vəzifəsinin qoyulması üçün əsas hesab edilə bilməz. Belə ki, Cavabdeh MMC tərəfindən İddiaçı qarşı məhkəmədə qaldırılan iddia qapalı məhkəmə iclasında baxılır və bu iddia və ya iddia ilə əlaqədar əsaslandırılmış hallar barədə kiminsə məlumat alması məhkəmə sirrinin yayılmasıdır. Yəni məhkəmədə iddia qaldırılması cavabdehlə əlaqədar hər hansı bir məlumatın kütləvi surətdə yayılması demək deyil və məhkəməyə verilmiş iddianın sübuta yetməməsi iddiaçı üçün həmin iddiada göstərilən məlumatların təkzib edilməsi vəzifəsi yaratmır. Hətta cavabdeh Nizami rayon məhkəməsində onlar tərəfindən qaldırılan iddiaya qapalı məhkəmə iclasında baxılmasını tələb etdikdə, İddiaçı buna etiraz etmiş, bununla da o, həmin iddiada olan məlumatların onun nüfuzuna xələl gətiriləcəyindən ehtiyyat etməməsini təsdiq etmişdir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı barəsində hər hansı bir məlumat kütləvi surətdə yayılmamış, onun iş yerinə onun barəsində onun işgüzar nüfuzuna xələl gətirəcək hər hansı bir məlumat verilməmiş, qapalı məhkəmədə ona qarşı aparılan məhkəmə araşdırması hələ sona yetməmiş, onun işdən çıxması ilə əlaqədar son haqq-hesabının çatışmayan hissəsi ona ödənilmiş və onun əmək kitabçasında onun işdən çıxması ilə əlaqədar qeydin aparılmaması onun əmək kitabçasını cavabdehə təhvil verməməsi səbəbindən olmuşdur. Belə olduqda isə İddiaçı Cavabdeh MMC-yə qarşı işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, iddia tələbinin əmək kitabçasına imza və möhürün vurulması cavabdeh tərəfindən təmin edilmişdir. Qətnamə qəbul edilərkən, məhkəmədən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsassız olduğunu bildirərək, yazılı etirazın dəlilləri ilə eyniməzmunlu izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə ünvanlanan 27 iyul 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, vergi uçotunun aparılması və mühasibat uçotu əməliyyatlarının proqram təminatında işlənilib yoxlanılması İddiaçı tapşırılmışdır, şirkətlərə aid sənədlər İddiaçı tərəfindən geri qaytarılmamış, müxtəlif bəhanələr irəli sürülərək təhvil verilməkdən yayınmışdır. Bu səbəbdən şirkətə külli miqdarda zərər dəymiş, bu səbəbdən də İddiaçı barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də 2500 AZN əmək haqqı almaqla, baş mühasib vəzifəsində işə götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 263,84 manat son haqq-hesab ödənilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-399/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddia tələbinin “öhdəliyin qoyulması” tələbindən imtinası qəbul edilərək, mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-399/2023 saylı qətnaməsi ilə İddiaçı toplanmış məlumatların iddiaçıya təqdim etməməsi səbəbindən iddiaçıya dəymiş 24.000 manat məbləğində zərərin cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsi qət edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və o mühasib vəzifəsinə təyin edilmişdir. 01 iyun 2022-ci il tarixində İddiaçı Cavabdeh MMC-dən AR Əmək Məcəlləsinin 69.6-cı maddəsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Daha sonra "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının maliyyə və vergi hesabatlarının məcburi auditinin təşkili və uçotunun aparılması İddiaçı tapşırılmışdır. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh iddiaçının yeni iş yerinə iddiaçı barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərmiş, cavabdehin iddialarına görə müvafiq məlumatları əks etdirən sənədləri onlara təhvil verməmiş, cavabdeh iddiaçı barəsində prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdir. Bu müddət ərzində iddiaçı yaşadığı sarsıntılar səbəbilə ödənişli psixoloji və tibbi yardım almış, cavabdehin bu hərəkətlərinin qarşısını alınması üçün isə haqqı ödənilməklə vəkil xidmətinə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirir ki, Cavabdeh MMC iddiaçıya qarşı məhkəmədə iddia qaldırdıqdan sonra “intiqam” almaq məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, habelə cavabdeh tərəfindən iddiaçıya artıq 263,84 manat son haqq-hesab ödənilmiş, cavabdeh tərəfindən iddiaçının yeni iş yerinə onun barəsində böhtan xarakterli məlumatların əks olunduğu heç bir məktub göndərilməmiş, sadəcə olaraq bəzi əhəmiyyətli məlumatların əldə edilməsi məqsədilə vəkil sorğusu göndərilmiş, eyni zamanda Şirkətin məktubuna tərəflərindən cavab verilmişdir. Bundan başqa cavabdehin kommersiya məlumatlarını toplamasından, sonradan isə həmin məlumatları üçüncü tərəflərə ötürməklə, şirkətlərə məxsus kommersiya sirlərini qanunsuz yolla istifadə etmək və yaymasından şübhələndikləri üçün araşdırma aparılması məqsədilə Binəqədi rayon prokurorluğuna müraciət etmişlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən aydın olur ki, iddiaçını tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) İddiaçı əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulması; 2) hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsi. 3) Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi səbəbindən maddi və mənəvi zərərin ödənilməsi, yayılmış böhtan xarakterli uydurma məlumatlara görə yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin həvalə edilməsi; Məhkəmə ilk növbədə “əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsi və möhür vurulması” tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) bu hissədə hər hansı mübahisələrinin olmadığını və tərəflər arasında bu məsələnin məhkəmədənkənar həll edildiyini bildirərək, həmin hissədə iddia tələbini müdafiə etməmişdir. Belə olanda məhkəmə “əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsi və möhür vurulması” tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir, özünün bu mövqeyini mülki qanunvericiliyin “prosessual qənaət” prinsipi baxımından əsaslı hesab edir. Məhkəmə həmçinin də iddia tələbinin “hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə mülki işin faktiki hallarını nəzərə alıb bildirir ki, mülki iş materiallarında olan qəbzdən müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən İddiaçı qalıq olan son haqqhesab qismində 263,84 manat ödənilmişdir. Belə olanda məhkəmə hesab edir ki, iddiaçının bu hissədə də tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə eyni zamanda “cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi səbəbindən maddi və mənəvi zərərin ödənilməsi, yayılmış böhtan xarakterli uydurma məlumatlara görə yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə münasibətdə isə aşağıdakıları qeyd etməklə hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 və 23.2-ci maddələrinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarının 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs (iddiaçı) barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, iddiaçının maddi və mənəvi zərərin ödənilməsi tələbinə hüquqi qiymət verilməsi üçün ilk növbədə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi faktı öz təsdiqini tapmalıdır. Bundan sonra həmin tələbdən törəmə olan tələblərə münasibət bildirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddəsinin tələblərinə uyğun olaraq ilk növbədə iddiaçı onun işgüzar nüfuzunun zədələnməsini göstərən konkret halları sübut etməlidir. Belə ki, iddiaçı cavabdehin onun yeni iş yerinə barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərdiyini, bunun nəticəsində də iddiaçının iş yerində onun barəsində mənfi fikirlərin formalaşmasına, iş yoldaşları və yuxarı səlahiyyətli şəxslərin ona olan inam və etimadının zədələnməsinə səbəb olmuşdur. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdeh tərəfindən onun işgüzar nüfuzunun zədələnməsini göstərən konkret halları sübut etməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə yeni iş yerinə böhtan xarakterli məlumatların göndərilməsi və iş kollektivində nüfuzdan düşməsi bildirilməklə formal mülahizələr irəli sürülmüşdür. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması, belə məlumatların yayılma hallarının mövcudluğu habelə işgüzar nüfuzunun zədələnməsinin konkret nəticələri, həmin nəticələrin nədən ibarət olması kimi hallara dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı bu hissədə tələbini cavabdehin ünvanlandığı sorğuların, habelə prokurorluğa müraciətinin mövcudluğu ilə işgüzar nüfuzunun zədələnməsini sübut etməyə çalışmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin prokurorluq orqanına müraciət etməsi özü-özlüyündə iddiaçının işgüzar nüfuzunun zədələnməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda Konstitusiya ilə hər kəsin qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları tanınmışdır. Bəzən şəxslər dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq – mühafizə orqanlarına müraciət edir), amma həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özü-özlüyündə həmin şəxsin Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz, mülki-hüquq delikti sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarının 4-cü bəndində də qeyd olunmuşdur ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Beləliklə, bir şəxsin digər şəxs barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli olsa belə məlumatlarla daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan hüquq – mühafizə orqanlarına müraciət etməsi mülki-hüquq delikti sayılmır, mülki-hüquq deliktinin törədilməsi nəticəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb olmur. Eyni zamanda, bu müraciətlərdə digər şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar öz əksini tapmış ola bilər və vətəndaş öz şərəf və ləyaqətinin müdafiəsi tələbilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, belə tələblər yalnız o halda təmin oluna bilər ki, məhkəmə işə baxarkən, həmin orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən edilmiş olsun, çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malik olsalar da bu hüquqdan istifadə edərkən sui-istifadə hallarına yol verərək şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrə yol vermələri yolverilməzdir və bu halda mənəvi məsuliyyətə cəlb olunması istisna deyil. Yuxarıda qeyd olunanların kontekstində qeyd olunmalıdır ki, hazırda cavabdehin müxtəlif şirkətlərə və orqanlara müraciət etməsinin heç bir əsasının olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız iddiaçıya ziyan vurmaq məqsədilə müraciət olunduğu, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən olunmur, belə ki, iddiaçı və cavabdeh arasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının, "xxxx" MMC-nin, “X6" MMC-nin, “X7” MMC-nin və "xxxx" MMC-nin vergi hesabatları, mühasibatlıq əməliyyatlarına dair məlumatların, vergi xidməti və statistika idarəsinə verilən hesabatlara dair toplanmış sənədlərin təhvil-təslimi ilə əlaqədar mübahisə olmuş, həmin mübahisənin həlli üçün cavabdehin nümayəndəsi tərəfindən müxtəlif sorğular, o cümlədən hüquq mühafizə orqanına müraciətlər edilmiş, sonda isə məhkəməyə iddia tələbi ilə müraciət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-399/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddia tələbinin “öhdəliyin qoyulması” tələbindən imtinası qəbul edilərək, mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan və cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunmuşdur ki, iddianın məhkəmədə baxılmasının uzun müddət çəkəcəyi səbəbindən qeyd edilən məlumatların yenidən toplanması üçün əlavə işçilər cəlb edilmiş və bütün məlumatlar yenidən toplandığından, həmin məlumatların Cavabdeh MMC-yə təhvil verilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulmasına zərurət qalmamışdır. Bu səbəbdən də iddiaçı Cavabdeh MMC həmin hissədə iddiasından imtina etmişdir. Məhkəmə həmçinin bildirir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 3-cü bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması, o cümlədən nüfuzdan salınması və bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi faktı öz təsdiqini tapmadığından, “maddi və mənəvi zərərin ödənilməsi, iddiaçıdan yazılı şəkildə üzr istənilməsi, təkzib məktublarının göndərilməsi” hissəsində tələblər isə həmin faktiki haldan irəli gəldiyindən, həmin hissələrdə iddia tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin “prosessual qənaət” prinsipi baxımından əsaslı hesab edir, o cümlədən iddianın həmin hissələrdə də təmin edilməməsi qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi” tələbinə dair iddia tələbi məhkəmədə sübuta yetmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1326/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1326/2023
01.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver