Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1345/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı, Bakı şəhəri 9 saylı notariat ofisi və X21 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla, “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı, Bakı şəhəri 9 saylı notariat ofisi və X21 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla, “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 21 notariat ofisinin notariusundan müştərək qaydada əsassız varlanma kimi əldə edilmiş, ümumilikdə zərər olaraq İddiaçı vurulmuş 16600 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və qardaşı Aqil Sumqayıt şəhərində avtomobil salonu işlədirlər. İşlətdikləri salon nəqliyyat vasitələrinin alqı- satqısı da daxil olmaqla digər xidmətlər həyata kecirir. xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 16.600 manata “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşını alıb, salonda yerləşdirdi. xx.xx.2019-cu il tarixdə həmin avtomaşının alqı-satqı ilə əlaqədar BDYPİ-in Sumqayıt şəhərində yerləşən regional şöbəsinə getdikdə avtomaşının xx.xx.2019-cu il tarixdə X15 adına rəsmləşdirilməsi məlum olmuşdur. İşin faktiki hallarının araşdırılması Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X3, icraatında olan 399-C-19 №-li materialı üzrə 27.02 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilmasi barədə qərarla aşağıdakıları müəyyən etmişdir. 1.xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş Seymur Muradov özünə məxsus “Kia Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili “Seyid” adı ilə tanınan Ağcabədi rayon sakini Əhməd Əzimovun vasitəsi ilə DİN BDYPİ-də alqı-satqı müqaviləsi əsasında Yasamal RPİ-nin Növbətçi hissəsinin polis nəfəri, sürücüsü Elman Şərifova satmışdır. Həmin vaxt avtomobilə aid AD serialı 429504 nömrəli qeydiyyat şəhadətnaməsi BDYPİ-nin aidiyyəti əməkdaşları tərəfindən təhvil alınmadan vətəndaş Elman Şərifovun adına yeni AD seriali 511226 nömrəli qeydiyyat şəhadətnaməsi verildikdən sonra sonuncu mülkiyyətində olan həmin avtomobilin Əhməd Əzimov tərəfindən satılması barədə razılığa gələrək onu həmin şəxsin işlədiyi, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “057 CARS” avtosalonuna qoymuşdur. 2.Əhməd Əzimov qeyd olunan avtomobili əvvəlki AD serialı 492524 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında sərəncam vermə hüququ da daxil olan etibarnamə ilə Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə sabiq əməliyyat müvəkkili Cavabdeh1 satmış, sonuncu isə onu xx.xx.2019-cu il tarixdə eyni hüquqlu etibarnamə ilə Nizami rayonu, Q.Qarayev prospekti ev 86, mənzil 31-də qeydiyyatda olan Cavabdeh2, o isə öz növbəsində xx.xx.2019-cu il tarixdə sərəncam vermək hüququ daxil olan etibarnamə ilə vətəndaş Aqil Hüseynovun qardaşı İddiaçı satmışdır. Aqil Hüseynov qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar BDYPİ nın Qİİ-də olarkən avtomaşına aid iki qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmiş, bununla əlaqədar Cavabdeh2la əlaqə saxlayarkən sonuncu avtomaşının Cavabdeh1 məxsus olduğunu bildirmişdir. X20 RPİ 18-ci PŞnin CA üzrə sabiq əməliyyat müvəkkili Cavabdeh1la görüşərək həmin avtomobilə aid iki qeydiyyat şəhadətnaməsinin olması və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmasını bildirmişdir. 3. X31 İdarəsindən təqdim edilmiş “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanli avtomaşının xx.xx.2019-cu il tarixdə alqı-satqı əsasında X6 adına rəsmiləşdirilməsi təsdiqini tapmışdır. 4. 9 saylı notariat ifisinə verilmiş sorğu əsasında alınmış cavabdan da göründüyü kimi xx.xx.2019-ci il tarixdə qeyd edilən ofisdə nəqliyyat vasitəsinin mülkiyyətcisi elektron məlumat sistemində yoxlanılmadan Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Cavabdeh1 tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına etibarnamə verimiş, axırınca isə bir gün sonra 21 saylı notariatofisinin xüsusi notariusu X16 tərəfindən xx.xx.2019 tarixdə 16.600 manata “Kia”; markalı **-SR-*** dövlət qeydiyyat nişanli avtomaşını İddiaçı etibarnamə əsasında satmışdır. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi 9 saylı və 21 saylı notariat ofisinin notariusları tərəfindən üzərlərinə düşən vəzifəni yerinə yetirməmiş “Notariat haqqında” Qanunun 40 maddəsinin Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi əsaslarının ( Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda) Tələblərini pozmuş bununla da İddiaçı 16600 manat maddi və mənəvi zərər dəymişdir. “Notariat haqqında qanunun 11-ci maddəsinin tələbi Notariusun maddi məsuliyyətini müəyyən edərək qeyd edir ki, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrıayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Bununla əlaqədar olaraq inzibati orqana Baş Notariat İdarəsinə və Bakı Şəhər 21 notariat ofisinin notariusuna edilmiş müraciətlə xx.xx.2023 tarixli, 05\E-12-13 saylı cavab məktubunda məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia ərizəsini ona aid hissədə əsassız hesab etdiyini qeyd edərək bildirdi ki, X21 və Seyid adlı şəxs nəqliyyat vasitəsinə dair şəhadətnaməni almaq üçün müvafiq dövlət orqanına yaxınlaşdıqda onlarla olan Ruslan adlı şəxs o olmamış, Hüseynov Ruslan olmuşdur, X11 yalnız sonradan avtomobillə bağlı hazırki mübahisələr ortaya çıxdıqdan sonra əlaqə saxlamışdır və ilk dəfə onda tanımışdır. İzahatının sonunda iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 izahatında bildirdi ki, nəqliyyat vasitəsini 2009-cu ilin oktyabr ayında Bakı şəhərinin Bakıxanov qəsəbəsindən almışdır. Bir neçə ay istifadə etdikdən sonra dəyişmək qərarına gəlmiş və Bakı şəhərində olan “057” adlı avtomobil salona getmiş orda “Seyid” kimi tanıdığı şəxs (X25) avtombilə baxış keçirmiş, X2 olan “Hyundai Azera” markalı avtomobili bəyəndikdən sonra barter etmişlər. Lakin sənədləşməni bir müddət sonra etmişlər. Bu müddət ərzində Seyid adlı şəxs öz köməkçisi vasitəsi ilə X7 adına olan avtomobili etibarnamə əsasında başqa şəxsin adına keçirdi. Daha sonra Kia Optima markalı avtomobilin onun adına keçirilməsini tələb etmiş bu məqsədlə müvafiq idarəyə yaxınlaşdıqda salon sahibində olmalı olan qeydiyyat şəhadətnaməsinin itirildiyi məlum olmuş və X21 məcbur qalaraq yenisinin təqdim edilməsi üçün müraciət etmişdir. Bütün bu müddət ərzində onlarla birlikdə olan şəxs Cavabdeh1 deyil, “X1 kimi tanıdığı Hüseynov Ruslan adlı başqa şəxs olmuşdur. Yeni qeydiyyat şəhadətnaməsi Elman Şərifovun adına verildikdən sonra Ə.Əzimovla bir daha münasibətdə olmamış, aldığı Hyundai Azera markalı avtomobili də sonradan satmışdır. Məhkəmə baxış iclasında ifadə vermiş şahid X5 bildirmişdir ki, İddiaçı 10 ildir tanıyır. Onun ailə sürücüsü olmuşdur. Nemətlə avtomobil alqı-satqısı edən zaman yanlarında olub. Avtomobili 17 minə danışıblar. 400 manat rüsuma çıxıldıqdan sonra 600 manatı Elgiz Nemətə verdikdən sonra Cavabdeh2 dedi ki mənim notarius tanışım var bizi tez yola salacaq. Onlar da həmin notariusa getdilər. Çıxdıqdan sonra Elgiz 16 mini yanında sayaraq Nemətə verdi. Məhkəmə baxış iclasında ifadə vermiş X18 bildirmişdir ki, iddiaçının qardaşıdır. 07 may 2019-cu il tarixdə etibarnamə ilə ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili 21 saylı notariat ofisində 16600 manat pulu verdikdən sonra sərəncam vermək hüququ da daxil olan etibarnamə ilə İddiaçı adına almışlar. Qeydiyyat hərəkətlərinin həyta keçirilməsi üçün BDYPİ –nin Qİİ-də olarkən avtomaşına aid 2 qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AD N0 429504 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X33” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X12r. - xx.xx.2019-cu il tarixli ƏN Vİ 744139 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X21 “X33” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnaməni mülkiyyətçi X21 şəxsən özü imzalamışdır. Etibarnamə 1 il müddətinə verilib və xx.xx.2020-ci tarixədək qüvvədədir. - xx.xx.2019-cu il tarixli ƏN Vİ 594018 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X21 “X33” markalı, 99SR886 nömrəli nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnaməni mülkiyyətçi X7 adından onun etibarnamə üzrə verdiyi səlahiyyətlər əsasında hərəkət edən Cavabdeh1 imzalamışdır. Etibarnamə 11 ay 25 gün müddətinə verilib və xx.xx.2020-ci tarixədək qüvvədədir. - xx.xx.2019-cu il tarixli ƏN Vİ 767578 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X21 “X33” markalı, 99SR886 nömrəli nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnaməni mülkiyyətçi X7 adından onun etibarnamə üzrə verdiyi səlahiyyətlər əsasında hərəkət edən Cavabdeh2 imzalamışdır. Etibarnamə 11 ay 24 gün müddətinə verilib və xx.xx.2020-ci tarixədək qüvvədədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi tərəfindən verilmiş “X33” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından və əlavə olunmuş sənədlərdən aydın olur ki, “X33” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gömrük vəsiqəsi əsasında xx.xx.2019-cu il tarixli AD429504 nömrəli şəhadətnamə ilə X7 mülkiyyəti kimi qeydə alınmış, Nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair xx.xx.2019-ci il tarixdən il müddətinə Cavabdeh1 adına etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə X7 adından qeydiyyatdan çıxarılaraq həmin tarixdə alqı-satqı müqaviləsi əsasında X6 adına AD511226 nömrəli şəhadətnamə verilmişdir. Nəqliyyat vasitəsinə sərəncam hüququna dair xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixədək etibarnamə, xx.xx.2019-cu il tarixdə isə İddiaçı adına nəqliyyat vasitəsinə sərəncam hüququna dair xx.xx.2020-ci il tarixədək etibarnamə verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda qeyd olunur ki, X13 məxsus olan “X33” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AD 429504 seriyalı qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır. Arayış göstərilən avtomobil sahibinə yeni dublikat qeydiyyat şəhadətnaməsinin verilməsi məqsədilə AR DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinə təqdim etmək üçün verilib. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilin cavabdeh X14 alınaraq iddiaçı X8 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X14 tutularaq iddiaçı X8 verilməsi qət olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4816/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X7 mülkiyyətində olmuş, sonradan alğı-satqı müqaviləsi əsasında həmin avtomobilə dair X8 xx.xx.2019-cu il tarixli şəhadətnamə verilmişdir. Hazırda avtomobilin mülkiyyətçisi X9r. Həmin avtomobilə görə X17, Cavabdeh2 Cəlil oğlunun, İddiaçı adlarına etibarnamələr verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən X8 xx.xx.2019-cu il tarixli, 113 saylı məktubun görünür ki, **-SR- *** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 4 ünvanında qeydiyyatda olan X23 verdiyi etibarnamə E.Şərifovun xx.xx.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizəsinə əsasən həmin tarixdə ləğv edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir. Qətnaməyə əsasən cavabdeh X18 və iddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsi - iddianın cavabdeh X23 aid qismən təmin edilən və cavabdeh X10 aid rədd edilən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın tələbi həmin hissələrdə qismən təmin edilməsi **-SR- *** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilin cavabdeh X4 alınaraq iddiaçı X8 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X4 tutularaq iddiaçı X8 verilsin. X4 100 manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq X8 verilməsi, iddianın cavabdeh X23 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6794/2021 saylı qərarı ilə iddiaçı X15 və cavabdeh X18 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4816/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, 02 may 2019-cu il tarixdə Muradov Seymur özünə məxsus “Kia Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhməd Əzimovun vasitəsi ilə DİN BDYPİ-də alqı-satqı müqaviləsi əsasında Elman Şərifova satmışdır. Həmin vaxt avtomobilə aid AD seriyalı 429504 nömrəli qeydiyyat şəhadətnaməsi təhvil alınmadan E.Şərifovun adına 511226 nömrəli qeydiyyat şəhadətnaməsi verildikdən sonra sonuncu mülkiyyətində olan həmin avtomobilin Əhməd Əzimov tərəfindən satılması barədə razılığa gələrək həmi şəxsin işlədiyi, Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “057 CARS” avtosalonuna qoymuşdur. Əhməd Əzimov qeyd olunan avtomobili əvvəlki AD seriyalı 492524 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında sərəncam vermək hüququ da daxil olan etibarnamə ilə Cavabdeh1 satmış, sonuncu isə onu Cavabdeh2, o isə öz növbəsində sərəncam vermək hüququnu da ehtiva edən etibarnamə ilə İddiaçı satmışdır. Sonuncu və onun qardaşı Aqil Hüseynov qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar BDYPİ-nin Qİİ-də olarkən avtomaşına aid iki qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmişdir. Daha sonra Elman Şərifov məhkəməyə müraciət edərək, avtomobilin Əhməd Əzimov, Cavabdeh1 və Aqi Hüseynovdan alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə avtomobilin X14 alınaraq iddiaçı X8 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X14 tutularaq iddiaçı X8 verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4816/2021 saylı qətnaməsi ilə 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X4 alınaraq iddiaçı X8 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X4 tutularaq iddiaçı X8 verilməsi, X4 100 manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq X8 verilməsi, iddianın cavabdeh X23 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6794/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16600 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxil edilmişdir. 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.5-ci maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını mülki işin materialları ilə birlikdə tədqiq edərək bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tırkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Məhkəmə qeyd edir ki hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Mülki işin materialları ilə cavadeh Cavabdeh1 və Bakı şəhəri 21 saylı Notariat Ofisinin əməllərində yuxarıda göstərilən, əsassız varlanmaya xas olan əlamətlər müəyyən edilmir. Belə ki, iddiaçının pul vəsaitini Cavabdeh2 təhvil verdiyi, bunun müqabilində avtonəqliyyat vasitəsini sərəncam hüququnu da ehtiva edən etibarnamə verdiyi həm tərəflərin izahatı, həm də müki işin materialları ilə təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi yalnız Cavabdeh2 münasibətdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən 16600 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı məhz həmin məbləğdə pulun ödənilməsi barədə konkret və mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbi Cavabdeh2 mülki işin materiallarında olan, izahatında etiraf edilmiş 16200 manat məbləğ həddində təmin edilməlidir. Məhkəmə baxışı zamanı eyni zamanda cavabdehlərin hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, həhkəmə hesab edir ki, Cavabdeh1 və Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu barədə xüsusi qərar çıxarılması ilə bağlı vəsatət də təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 16200 (on altı min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 140 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1345/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1345/2023
21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver