Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1390/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və "xxxx" MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 1-xxxx-2014-ST MTK nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 40958.53 AZN, faiz borcu üzrə 304.54 AZN, cəmi 41263.07 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 213.79 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “ABB Premyer” müştəri xidməti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx-xx-2014-ST MTK saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksində bina 2, giriş 1, mərtəbə 8, ümumi sahəsi 117.98 kv.m ibarət 3 otaqlı, 40 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə 10 faizlə 116278 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 və "xxxx" MTK arasında xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK saylı zaminlik müqavilələri bağlanmışdır. Yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli 1-xx-xx- 2014-ST MTK saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-ci il tarixinə cavabdehin əsas borc üzrə 40958.53 AZN, faiz borcu üzrə 304.54 AZN, cəmi 41263.07 AZN borcu mövcuddur. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 213.79 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya xx.xx.2022-ci il tarixində 22-10129/2022 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan əsas borc üzrə 22177.25 AZN, faiz borcu üzrə 186.02 AZN və cərimə üzrə 0.03 AZN olmaqla, cəmi 22363.3 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 213.79 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin həcminin azaldılmasına dair ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK nömrəli Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə mənzil alınması üçün 120 ay müddətinə illik 10% ödəmək şərtilə 116278 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Zaminlik müqaviləsinə əsasən, "xxxx" - "xxxx" MTK xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK nömrəli Kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Borclu” - Cavabdeh1 öhdəliklərini yerinə yetirmək üçün “Kreditor” - "xxxx" ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Zaminlik müqaviləsinə əsasən, "xxxx" - Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK nömrəli Kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Borclu” - Cavabdeh1 öhdəliklərini yerinə yetirmək üçün “Kreditor” - "xxxx" ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək aylıq 1536.70 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan borc məbləğinin 5 (beş) gün müddətində Banka ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 32774.34 manat əsas, 95.69 manat faiz, 0.01 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31507.85 manat əsas, 77.64 manat faiz, 0 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22177.25 manat əsas, 186.02 manat faiz, 0.03 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 9/3466 saylı ekspert rəyinə əsasən, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 31507.85 manat, faiz borcu üzrə 172.84 manat; xx.xx.2023-cü il tarixədək (ekspertiza rəyi verilən tarixədək) əsas borc üzrə 31507.85 manat, faiz borcu üzrə 1485.67 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MTK-ya ("xxxx" MTK-ya) münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə ekspertiza rəyini və maliyyə arayışını əsas götürərək hesab edir ki, əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 22177.25 manat, faiz borcu üzrə 186.02 manat və cərimə borcu üzrə 0.03 manat olmaqla, cəmi 22363,3 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 213,79 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə cavabdehlərdən 145 manat mühasibatlıq ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan ("xxxx" MTK-nın hüquqi varisi) müştərək qaydada xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-ST MTK nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 22177.25 manat, faiz borcu üzrə 186.02 manat və cərimə borcu üzrə 0.03 manat olmaqla, cəmi 22363.3 (iyirmi iki min üç yüz altmış üç manat, otuz qəpik) manat borc, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 213.79 (iki yüz on üç manat, yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan ("xxxx" MTK-nın hüquqi varisi) müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1390/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1390/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver