Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1395/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində pul vəsaiti və ödənilən 1490 manat məbləğində dövlət rüsumu alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən xx.xx.2022-ci il tarixində ******* (bir milyon beş yüz iyirmi min) manat məbləğində pul vəsaiti borc kimi Cavabdeh verilmişdir. Cavabdeh onun tərəfindən borcun verilməsi xx.xx.2022-ci tarixli aktla rəsmiləşdirilmiş və həmin akt cavabdeh və iddiaçı tərəfindən imza ilə təsdiq edilərək, video-yazı ilə lentə alınmışdır. Aktdan da aydın olur ki, Cavabdeh 1.520.000 manat ona olan borcunu xx.xx.2023-cü il tarixinədək hissə-hissə on ay müddətində ödəməyi öz öhdəliyinə götürdüyünü bildirmiş və aktı öz imzası ilə təsdiq etmişdir. Ödəniş qrafikindən görünür ki, 2022-ci il mart ayından dekabr ayına qədər müddət ərzində Cavabdeh hər ay 152.000 manat ödəməli olmuşdur. Ödəniş qrafiki iki dəfə pozularsa, bu kobud pozuntu hesab olunur və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlıdır. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən aktda nəzərdə tutulan pul məbləğinin tam şəkildə ona ödənilməsi hələ də həyata keçirilməmişdir. Sözügedən şəxs tərəfindən ona olan borc məbləğindən sadəcə 120.000 manat məbləğində pul vəsaiti qaytarılmışdır. Hal-hazırda cavabdehin ona 1.400.000 manat məbləğində borcu mövcuddur. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair 1(005)-377/2022 saylı cinayət işi Nərimanov rayon Məhkəməsinin hakimi cənab Vüsal Qurbanovun icraatındadır. Həmin şəxs hal hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. İş üzrə bir neçə şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və məhkəmə çıxışı təqdim edərək bildirmişdir ki, Cavabdeh tərəfindən məhkəmə mübahisəsi davam edən zaman məkhəmə iclasında ona borcunun olmasını etiraf etmiş və həmin borcu ödəyəcəyini bildirmişdir. Həmin borcu pul və ya hər hansı mülkiyyət vasitəsilə ödəyəcəyini qeyd etmişdir. Həmçinin sözügedən şəxs keçirilmiş məhkəmə iclasında "xxxx" MTK. üçün tərəfindən həyata keçirilmiş hüquqi xidmətləri qəbul etmiş və öz ifadəsi ilə təsdiq etmişdir. Həmin şəxs tərəfindən öz imzaları ilə rəsmiləşdirilmiş aktın həqiqiliyi məhkəmə iclasında təsdiq edilmiş və həmin akta əsasən verilmiş ******* məbləğində borc vəsaitindən geriyə qalan ******* manat məbləğin geri qaytarılacağını qeyd etmişdir. Həmin şəxs 1 saylı İstintaq Təcridxanasında olduğu üçün hər hansı görüşləri olmamış, lakin bu ifadələrin və etirafların hər birini məhkəmə iclasında öz razılığı ilə bildirmişdir. Bu kimi halların məhkəmə tərəfindən nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında razılaşma olmasını qəbul edir. Bu səbəbdən də danışıqlar yolu ilə məsələnin ya əmlak, ya da pul şəklində həll edilməsini təklif etmişdir. O, "xxxx" MTK-nın rəhbəri deyildir və onun işlərini etibarnamə əsasında öz öhdəsinə götürmüşdür. Hazırki tələb üzrə öhdəlik isə "xxxx" MTKnın öhdəliyidir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh və İddiaçı aşağıdakı məzmunlu borc müqaviləsi üzrə razılaşmışlar: Cavabdeh İddiaçı olan 1.520.000 (bir milyon beş yüz iyirmi min) məbləğində borcu xx.xx.2023-cü il tarixədək hissəhissə 10 ay müddətində ödəməyi öhdəsinə götürür. Borcunu ödəmədiyi təqdirdə qanunvericiliyə uyğun məsuliyyətini bilir. Akt öz sözləri ilə yazılmışdır. İş materiallarında olan akta əlavə ödəniş qrafikinə əsasən Cavabdeh İddiaçı olan 1.520.000 (bir milyon beş yüz iyirmi min) məbləğində borcu xx.xx.2023-cü il tarixədək hissə-hissə 10 ay müddətində hər ay 152.000 (yüz əlli iki min) manat ödəməyi öhdəsinə götürür. Ödəniş qrafiki iki dəfə pozularsa, bu kobud pozuntu hesab olunur və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlıdır. Akt öz sözləri ilə yazılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1120/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 938/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1019/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-212/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1401/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2700/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1332/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1726/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1419/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 1490 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı «Çinar-An” MTK-nın məhkəmə işləri üzrə nümayəndə qismində iştirak etmiş, xx.xx.2022-ci il tarixli akt tərtib olunmaqla Cavabdeh və İddiaçı arasında 1.520.000 (bir milyon beş yüz iyirmi min) məbləğində borcun olması göstərilmişdir. İddiaçı Cavabdeh tapşırığı əsasında məhkəmə işlərində onun vəkili qismində iştirak etməsi, hüquqi yardım göstərilməsi müqabilində 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində pul vəsaitini cavabdehdən tələb edir. Cavabdeh iddianı qəbul etmir, rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstəriən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir; 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır; Tapşırıq müqaviləsinin işlərin konkret nəticə əldə olunmasına təminat vermədən icra edilməli olması ilə bağlı şərtinin tərəflər arasında mövcud olub-olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə razılaşmalarının məhz konkret müsbət nəticə əldə edilməsi şərti ilə bağlandığını qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə aktlarından göründüyü kimi iddiaçı məhkəmə proseslərində Cavabdeh deyil, «Çinar-An” MTK-nın nümayəndəsi qismində iştirak etmişdir. Eyni zamanda, iş materialları ilə iddiaçının Cavabdeh hüquqi yardım göstərməsi və ya onun hər hansı tapşırığını yerinə yetirməsi və tərəflər arasında olan razılaşmanın konkret nəticə əldə olunmasına təminat verərək bağlanması müəyyən edilmir. İddiaçı bu barədə tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halı sübuta yetirmək iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd edlənləri nəzərə alaraq, məhkəmə tərəflər arasında mövcud olan münasibətlərin məhz bağlanmış şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə aid olması qənaətinə gəlir. Məhkəmə, iddiaçının pul məbləğindən məhrum olmasında cavabdehin məsuliyyətinin olubolmaması məsələsinə də məhz tapşırıq müqaviləsi üzrə tərəflərin götürdükləri öhdəliklər baxımından qiymətin verilməli olmasını qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, tapşırıq müqaviləsi üzrə vəkalət verənin məruz qaldığı ziyana görə vəkalət alanın məsuliyyəti yalnız vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsindən ibarət halın müəyyən edilməsi ilə şərtləndirilmişdir. Vəkalət alanın vicdanlılıq dərəcəsinin ölçü meyarı kimi isə peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər və vəkalət verənin, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri ilə bağlı bildiyi və ya bilməli olduğu hallar nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçının məruz qaldığı zərərə görə cavabdehin məsuliyyətini nəzərdə tutan bu şərtlərdən hər hansı birinin olması müəyyən edilmir. Digər tərəfdən cavabdehin tapşırığın lazımi vicdanlılıq nümayiş etdirmədən etməsi də müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd edilməli, ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1395/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1395/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver