Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1398/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən avtomobilə vurulmuş 7020 manat məbləğində zərər pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 90,2 manat məbləğində olan dövlət rüsumu, ümumilikdə cəmi 7110,2 manat pulun tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mülki iddia tələbi üzrə İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PR-*** olan, sedan tipli, buraxılış ili 2017, BAN 047886, rəngi ağ olan “RAVON NEXİA R3” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 22 aprel 2019-cu il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, ünvan 1 ünvanında qeydiyyatda olan hazırki mülki iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PR-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2017 olan, Ban 047886 olan, ağ rəngli, “RAVON NEXİA R3 Minik” marka modelli xidməti avtomaşının 10 sentyabr 2021-ci il tarixindən verildiyi vaxtdan 35 (otuz beş) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PR-*** qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına 7020 manat məbləğində ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraciət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Qeyd olunan səbəbdən Cavabdeh qarşı hazırki iddia tələbində məhkəməyə müraciət edir ki, cavabdehdən avtomobilə dəymiş 7020 (yeddi min iyirmi) manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 90,2 (doxsan manat iyirmi qəpik)məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 317/İ saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsinə əsasən, İcarəyəverən qanuni əsaslarla ona məxsus olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı, avtomobili icarəyə verir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 317/İR saylı Razılaşma İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 317/İ saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsinə əlavədən görünür ki, qaynar xətt üzrə müəyyən edilmiş vaxtlar səhər saat 08:00-dan 10:00-adək , axşam saatları 16:00-dan 19:00-adək müəyyən olunur. “İcarəçi” qeyd olunan pik saatlarda mütləq xətdə olmalıdır. İş materiallarında olan İddiaçı “Texniki-Təmir” Servis Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7020 manat məbləğində ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3353 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.20202-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6323 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PR-*** olan, sedan tipli, buraxılış ili 2017, BAN 047886, rəngi ağ olan “RAVON NEXİA R3” markalı avtonəqliyyat vasitəsi Cavabdeh xx.xx.2019-cu il tarixli 317/İ saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsi ilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PR-*** qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı “Texniki-Təmir” Servis Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7020 manat məbləğində ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3353 saylı rəyi ilə 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6323 manat müəyyən edilmişdir. İddiaçı hazırda ona dəymiş ziyana görə ödənilməmiş hissəni tələb edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə mübahisələndirilən hissə dəymiş maddi ziyanın məbləğidir. Belə ki, iddiaçı təqdim etdiyi qüsur aktına əsasən 7020 manat olduğunu əsas gətirərək, həmin vəsaitin ona ödənilməsini tələb edir. Ancaq keçirilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər 6323 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının avtomibilinə dəyən zərər ümumilikdə 6323 manat müəyyən edilməklə, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 6323 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 90,20 manat dövlət rüsumu cavabdedən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə onu qeyd edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası xərci Cavabdeh 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 6323 manat pul və 90,2 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 100 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1398/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1398/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver