Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1412/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh Cavabdeh oğluna qarşı “borc tələbinə dair” iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh oğluna qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan “X1 Azərbaycan” QSC-nin xeyrinə 13.02.2013-cü il tarixli Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə 184,20 (yüz səksən dörd manat 20 qəpik) manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən 01.04.2022-ci il tarixdə iddianın baxılmamış saxlanılması və ya mülki işə xitam verilməsi barədə ərizəsindən görünür ki, Cavabdeh oğlunun banka olan borcu tam olaraq ödənilmişdir. Belə olan halda iddia ərizəsinin mahiyyəti üzrə baxılmasına ehtiyac qalmamışdır. İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı “ borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11-ci maddəsinə əsasən ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının sadələşdirilmiş icraat qaydasında baxılan ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və bu barədə qanunvericilkə nəzərdə tutulmuş qaydada qanunun analogiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ərizə iddia icraatına götürülmədən baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı “X1 Azərbaycan” QSC ilə cavabdeh Cavabdeh oğlu arasında bağlanmış 13.02.2013-cü il tarixli Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında başlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə uyğun olaraq Cavabdeh 184,20 (yüz səksən dörd manat 20 qəpik) manat məbləğində maddi zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun “X1 Azərbaycan” QSC -nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1412/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1412/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver