Məhkəmə qərarları › İş №e-2(005)-144/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-144/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-144/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "FORTUNE RENT A CAR” MMC (VÖEN:**********), Cavabdeh3 və Cavabdeh2 maddi zərərə görə 3131 (üç min bir yüz otuz bir) manat məbləğinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 620 (altı yüz iyirmi) manat xidmət haqqı, etibarnamənin təsdiqi üçün 17,25 (on yeddi manat 25 qəpik) manat rüsum və 58 (əlli səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixində “MERCEDES BENZ S400L” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı mülkiyyətində olan “NİSSAN KİCKS” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “MERCEDES BENZ S400L” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən "FORTUNE RENT A CAR” MMC-nin yol vərəqəsinə əsasən idarə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023cü il tarixli məktubunda göstərilmişdir ki, “MERCEDES BENZ S400L” minik markalı **-NN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh2 adında qeydiyyatdadır (iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 sonuncu dəfə ünvan 1 prospekti, 2 nömrəli bina ünvanına qeydiyyata alınmışdır (iş materiallarına əlavə edilmişdir). xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “NİSSAN KİCKS” minik markalı (buraxılış ili-2021-ci il), **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9631 (doqquz min altı yüz otuz bir) manat məbləğində maddi zərər dəymişdir (iş materiallarına əlavə edilmişdir). Qeyd etmək istəyirik ki, sığorta şirkəti tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh3 tərəfindən İddiaçı dəymiş maddi zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixində 3131 (üç min bir yüz otuz bir) manat dəymiş zərərin (nəqliyyat vasitəsinin təmir xərcləri və ehtiyyat hissələrinin dəyəri) ödənilməsi ilə əlaqədar cavabdehlərə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir (Bakı 6 saylı Mediasiya təşkilatının məktubu iş materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. Belə ki, Cavabdeh2 hazırda Azərbaycan yaşamır, bu səbəbdən o, etibarnamə əsasında avtomobili aralarındakı dostluq münasibətlərindən dolayı, İsa Heybətli adlı şəxsə, o da öz növbəsində avtomobili icarə məqsədilə Cavabdeh1 MMC-yə etibarnamə əsasında vermişdir. Həmçinin, Cavabdeh1 MMC ilə İsa Heybətli arasında bağlanmış müqavilə də mövcuddur. Hazırki mübahisə üzrə Cavabdeh2 hər hansı cavabdehlik və məsuliyyət daşımır. İddianın Cavabdeh2 münasibətdə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP nömrəli ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 22:33-radələrində “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 tərəfindən idarə edərkən İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında TP nömrəli ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Nurgün Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ** BE *** dövlət qeydiyyat nişanlı, NİSSAN KİCKS markalı minik avtomaşına dəymiş maddi ziyan 9631 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 sonuncu dəfə ünvan 1 prospekti, 2 nömrəli bina ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin “yol vərəqəsinin” surətindən görünür ki, “MERCEDES BENZ S400L” minik markalı , **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən- xx.xx.2023-cü il tarixədək Cavabdeh3 idarə etməyə verilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydiyyatdadır. İş materiallarında olan, 7E-13096 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyətini X2 vermişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. İş materiallarında olan, 13096 nömrəli, xx.xx.2023-cü il tarixli etibar edilmişi etibar etmə barədə etibarnamənin surətindən görünür ki, X3 “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh1 MMC-yə vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3814 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Nurgün” motors tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı, ** BE *** dövlət qeydiyyat nişanlı, “NİSSAN KİCKS” minik markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9259,00 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə saat 22:33 radələrində ayıq sürücü qismində Cavabdeh2 məxsus “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İddiaçı məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı, “NİSSAN KİCKS” minik markalı avtomobillə toqquşmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP nömrəli ******* saylı qərarla İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3814 saylı rəyinə əsasən, 2021-ci il buraxılışlı “NİSSAN KİCKS” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9259 manat müəyyən edilir. Cavabdeh2 mülkiyyətində olan “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyətini X2 vermişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. X3 “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh1 MMC-yə vermişdir. Cavabdeh1 MMC-isə yol vərəqəsi əsasında “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək Cavabdeh3 idarə etməyə vermişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə bildirir ki, mülki işdən göründüyü kimi, inzibati xətanı Cavabdeh3 törətməsi, iddiaçıya məxsus avtomobilə ziyanın məhz onun tərəfindən vurulması mübahisəsizdir. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı **-BE- *** dövlət qeydiyyat nişanlı, “NİSSAN KİCKS” minik markalı avtomobilə ziyanın vurulması ilə əlaqədar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olduğu müəyyən edilməmişdir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə “MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdən - xx.xx.2026-cı il tarixədək X2 etibarnaməli idarəçiliyə verildiyi, sonuncu da öz növbəsində etibar edilmişi etibaretmə qaydasında qeyd olunan nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək Cavabdeh1 MMC-yə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti əsasında vermiş və nəhayət sözügedən nəqliyyat vasitəsi Cavabdeh1 MMC-nin yol vərəqəsinə və avtomobilin icarə müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək Cavabdeh3 icarəyə verilmişdir. İş materiallarından olan inzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd olunan hadisə xx.xx.2023-cü il tarixdə saat 22:33 radələrində yəni Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsi icarəyə götürülən gün gecə vaxtı törədilmişdir. Göründüyü kimi, MERCEDES BENZ S400L” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (yol nəqliyyat hadisəsi zamanı ziyan vuran yüksək təhlükə mənbəyi) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin hüquqa zidd hərəkətləri nəticəsində onların sahibliyindən çıxması, beləliklə də törədilmiş deliktdə və ziyanın vurulmasında hər hansı səbəbli əlaqənin olması yaxud həmin cavabdehlərin təqsirliliyi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməli, Cavabdeh3 münasibətdə isə qismən təmin edilərək qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3814 saylı rəyi ilə müəyyən edilən 9259 manat məbləğində pulun Cavabdeh3 tərəfindən ödənilməmiş 2759 manat məbləği iddiaçının xeyrinə ödənilməlidir. (9259-5000-1500 = 2759 manat) Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 620 manat məbləğində vəkil xərcinin və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 620 manat hüquqi yardım görə ağlabatan məbləğdə, yəni 620 manat pul vəsaiti, habelə etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, Cavabdeh3 iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58 manat dövlət rüsumu iddiaçının xeyrinə, 100 manat ekspertiza xərci Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 maddi zərər üçün 2759 manat, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 620 manat və etibarnamənin təsdiqi üçün ödənilən 17,25 manat xərc, cəmi 3396,25 manat və 58 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh3 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar