Məhkəmə qərarları › İş №e-2(005)-1444/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1444/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1444/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “X3mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı “X3mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC iləCavabdeh arasında bağlanmış14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 18000 (on səkkiz min manat) manat, faiz borcu isə 4253.98 (dörd min iki yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat olmaqla ümumilikdə 22253.98 (iyirmi iki min iki yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat olmaqla kredit borcu həmçinin, ödənilmiş 157 (bir yüz əlli yeddi manat) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 22410.98 (iyirmi iki min dörd yüz on manat, doxsan səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq “X3mayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə 18000 (on səkkiz min manat) manat məbləğində kredit verilmişdir. Cavabdehkredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 18000 (on səkkiz min manat) manat, faiz borcu isə 4253.98 (dörd min iki yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat olmaqla ümumilikdə 22253.98 (iyirmi iki min iki yüz əlli üç manat, doxsan səkkiz qəpik) manat olmaqla kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM23 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 36 faizlə hesablanır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 18000 (on səkkiz min manat) manat, faiz borcu isə 3053.98 (üç min əlli üç manat, doxsan səkkiz qəpik) manat olmaqla ümumilikdə 21053.98 (iyirmi bir min əlli üç manat, doxsan səkkiz qəpik) manat olmaqla kredit borcu həmçinin, ödənilmiş 157 (biryüz əlli yeddi manat) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 21210.98 (iyirmi bir min iki yüz on manat, doxsan səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq "X3mayan Kredit Təşkilatı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - “X3mayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən, “Borc verən” “Borc alan”a Şəxsi məqsəd ilə 18 ay müddətinə illik 36 % olmaqla 18000 AZN məbləğində kredit verməyi öhdəsinə götürür. - “X3mayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə göndərilmiş bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün "xxxx" BOKT MMC-yə 18755,98 manat məbləğində borcu yarandığı, borcun 10 gün ərzində könüllü olaraq ödənilmədiyi halda qanunvericiliyə uyğun olaraq tutulub "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - “X3mayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh 09 yanvar 2025-ci il tarixdə göndərilmiş bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün "xxxx" BOKT MMC-yə 22553,98 manat məbləğində borcu yarandığı, borcun 10 gün ərzində könüllü olaraq ödənilmədiyi halda qanunvericiliyə uyğun olaraq tutulub "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 nömrəli "Kredit Müqaviləsi" Cavabdeh "xxxx" MMC-nin qarşısında 16 yanvar 2025-ci il tarixinə borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh, "Kredit Müqaviləsi" üzrə 16 yanvar 2025-ci il tarixinə kredit borcunun qalıq hissəsi 18000 manat əsas, 4253,98 manat faiz borcu olmaqla cəmi 22253,98 borcu mövcuddur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə 36 %-lə 18000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min) manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən illik 36 % dərəcəsinə görə hesablanan 3053,98 manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36 % müəyyən olunmuşdur. Həmin müqavilələrin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, aylıq ödənişləri etməmişdir. Belə olan halda Cavabdeh əsas məbləğlər üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə (dəqiqləşmə ərizəsi nəzərə alınmaqla) 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən 3053,98 manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 157 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min manat) manat əsas, 3053,98 (üç min əlli üç manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 21053,98 (iyirmi bir min əlli üç manat, doxsan səkkiz qəpik) manat kredit borcu və 157 (yüz əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X3mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinətutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14 sentyabr 2023-cü il tarixli 710/SM-23 saylı kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min manat) manat əsas, 3053,98 (üç min əlli üç manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 21053,98 (iyirmi bir min əlli üç manat, doxsan səkkiz qəpik) manat kredit borcu və 157 (yüz əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X3mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar