Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1445/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 16 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(005)-1911/2018 saylı qətnaməsi ilə Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və 51 manat sabit pul məbləğində tutulan alimentin 2023-cü ilin oktyabr ayında işdən çıxarıldığı tarixdən miqdarının artırılaraq, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və 60 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavbdehlə birgə nikahdan xx.xx.2015ci il tarixdə X4 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2296/2017 saylı, 11 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh Orucova (Abbasova) Aysel Mirsahib qızı arasında olan 4 saylı “ASAN XİDMƏT” mərkəzinin qeydiyyat şöbəsində 15 sentyabr 2014-cü il tarixində nikah bağlanılması haqqında akt qeydləri kitabında 619 saylı qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 cavabdeh Orucova (Abbasova) Aysel Mirsahib qızının yanında saxlanılması, iddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdeh Orucova (Abbasova) Aysel Mirsahib qızına ödənilməsi müəyyən edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1911/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 və Cavabdeh birgə nikahından doğulmuş 16 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(005)-2296/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və 51 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında, XTD-də 3-cü xüsusi həmlə qrup 1-ci yarımqrup atıcı vəzifəsində işləyirdi. Onun aylıq əmək haqqından hər ay aliment tutulub iddiaçıya ödənilirdi. Cavabdeh 2023-cü ilin oktyabr ayında işdən çıxarıldığına görə aliment ödənilmir. İcra məmuru isə bildirir ki, məhkəmə qətnaməsində əmək haqqından tutulma göstərildiyinə görə heç nə edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, əvvəlki iş yerindən çıxaraq daha az maaşlı işə düzəldiyini, habelə ailəli olduğunu və həmin nikahdan da bir azyaşlı övladının olduğunu, həmçinin maddi imkanının yaxşı olmadığını qeyd edərək, alimentin məbləği artırılacağı təqdirdə aliment ödəyə bilməyəcəyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan bir övladı doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 591616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2296/2017 saylı, 11 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh Orucova (Abbasova) Aysel Mirsahib qızı arasında olan 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzinin qeydiyyat şöbəsində 15 sentyabr 2014-cü il tarixində nikah bağlanması haqqında akt qeydləri kitabında 619 saylı qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 cavabdeh Orucova (Abbasova) Aysel Mirsahib qızının yanında saxlanılması, iddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq, cavabdeh Orucova (Abbasova) Aysel Mirsahib qızına ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1911/2018 saylı, 27 mart 2018ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 və Cavabdeh birgə nikahından doğulmuş 16 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(005)-2296/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında və 51 (əlli bir) manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən 20 fevral 2024-cü il tarixli arayışın surətindən məlum olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən "xxxx" ASC-nin Mühafizə Departamentində mühafizəçi vəzifəsində çalışır və aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı bank hesabına 100 manat pul məbləği köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 23 fevral 2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 190 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 61 manat İddiaçı bank hesabına aliment ödənişi edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, valideynin daimi gəliri yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin və tutulma qaydasının dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən ödənilən alimentin məbləği minimum dolanacaq xərclərindən azdır. Göstərilən hallar isə alimentin məbləğinin və tutulma qaydasının dəyişdirilməsi üçün əsas kimi çıxış edir. Həmçinin nəzərə alınmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin pozulması ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülki iş materiallarından da göründüyü kimi, cavabdehin maddi vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1911/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(005)-2296/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında və 51 (əlli bir) manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamə qəbul edilən zaman nisbətən yüksək maaşlı işdə çalışmış, hazırkı fəaliyyət göstərdiyi vəzifəsində isə daha az maaş alır ("xxxx" ASC tərəfindən verilən arayışa əsasən əmək haqqı 345 manatdır). Göründüyü kimi, cavabdehin hazırki maaşının ¼ hissəsi təqribən 86,25 manat, əlavə olaraq tutulan 51 manat, ümumilikdə 137,25 manat təşkil edir. 2024-cü il üçün minimum alimentin məbləği isə 235 manat müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırda alimentin sabit pul məbləğində tutulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində tutulması daha məqsədəmüvafiqdir. Lakin qeyd olunmalıdır ki, cavabdehin maddi vəziyyətinin yaxşı olması və ya başqa gəlirləri barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə, aliment məbləğinin qismən artırılmasını, yəni 200 manat sabit pul məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə iddia tələbinin “alimentin 2023-cü ilin oktyabr ayında işdən çıxarıldığı tarixdən miqdarının artırılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1911/2018 saylı, 27 mart 2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 16 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1445/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1445/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver