Məhkəmə qərarları › İş №e-2(005)-1455/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1455/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1455/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 061R********** saylı kredit razılaşması üzrə 6944.47 manat məbləğində kredit borcu, 1755.57 manat məbləğində faiz borcu və 2734.02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11434 (on bir min dörd yüz otuz dörd) manat 06 (altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124.3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 “AccessBank» QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 061L**********31 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 061R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 061R**********S saylı, xx.xx.2020-ci il tarixli 061R**********SA saylı, xx.xx.2020-ci il tarixli 061R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021 -ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 11055.53 manat ödəmiş, onun 6944.47 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 326 gün üçün hesablanmış faiz borcu 1755.57 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 326 gün üçün hesablanmış cərimə 2734.02 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etmiş, borcun ödənilməsi üçün na vaxt lazım olduğunu, faiz və cərimə borcu ilə razı olmadığıını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061**********31 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı QSC Bə Cavabdeh2 120 ay müddətinə 100.000 AZN məbləğində kredit xətti açmağı barədə öhdəlik götürmüşdür. Tərəflər razılaşmışlar ki, kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” ayrıca razılaşmalar əsasında veriləcək; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061**********31 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh2 24 ay müddətinə hər ay 969.00 (sonuncu ay 975.03) manat ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061**********31 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşmasına əsasən Bank Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 061R**********S saylı, xx.xx.2020-ci il tarixli sazişə və sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlinə əsasən tərəf xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay ərzində hər ay ödəniş cədvəlinə uyğun ödəniş etməklə ümumi 8895.5 manat məbləği qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsindən (bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarından) Cavabdeh2 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh2 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsindən (bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarından) Cavabdeh2 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh2 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsindən (bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarından) Cavabdeh2 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh2 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsindən (bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarından) Cavabdeh2 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı QSC qarşısında tam məsuliyyəti və Cavabdeh2 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 061R**********SA saylı, xx.xx.2020-ci il tarixli sazişə və sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlinə əsasən tərəf xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5 ay ərzində hər ay ödəniş cədvəlinə uyğun ödəniş etməklə ümumi 8965.89 manat məbləği qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 061R**********SB saylı, xx.xx.2020-ci il tarixli sazişə və sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlinə əsasən tərəf xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7 ay ərzində hər ay ödəniş cədvəlinə uyğun ödəniş etməklə ümumi 9533.6 manat məbləği qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı QSC-yə 6944.47 manat əsas, 1755.57 manat faiz, 2734.02 manat cərimə, cəmi 11434.06 manat məbləğində borcu var; İş materiallarında olan məxaric qəbzindən görünür ki, 18.000 manat məbləğində pul Cavabdeh2 bank tərəfindən verilmişdir. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərdən ayrı-ayrılıqda borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 124.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 061**********31 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 061R**********S saylı, xx.xx.2020-ci il tarixli 061R**********SA saylı, xx.xx.2020-ci il tarixli 061R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021 -ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 11055.53 manat ödəmiş, onun 6944.47 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 326 gün üçün hesablanmış faiz borcu 1755.57 manat təşkil edir. İddiaçı QSC Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı QSC-yə 6944.47 manat əsas, 1755.57 manat faiz, 2734.02 manat cərimə, cəmi 11434.06 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 124.30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam təmin edilməli, cavabdehlərdən 6944.47 manat məbləğində kredit borcu, 1755.57 manat məbləğində faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən kredit razılaşması üzrə 2734.02 manat məbləğində cərimə borcunun yarandığını iddia edir və bu məbləği tələb edir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə zaminlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borcalanın kredit müqaviləsiüzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zamin kimi borcalan Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 124.30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması üzrə 6944.47 manat məbləğində kredit borcu, 1755.57 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8900.04 manat məbləğində kredit borcu və habelə 124.30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6944.47 (altı min doqquz yüz qırx dörd manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu, 1755.57 (bir min yeddi yüz əlli beş manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8900.04 (səkkiz min doqquz yüz manat dörd qəpik) manat məbləğində kredit borcu, habelə 124.30 (bir yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar