Məhkəmə qərarları › İş №e-2(005)-1467/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1467/2023

30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1467/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş 5933 manat məbləğində maddi ziyandan ödənilməmiş 2672,29 manat məbəğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Müəssisəsinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, Cavabdeh2 tərəfindən idarə edilən **-OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil ilə Cavabdeh1 tərəfindən idarə edilən **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kia Pride” markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2022-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 və Cavabdeh2 tanınmışlar. 1 ədəd “Polermo” tipli işıq dirəyinin sıradan çıxması nəticəsində müəssisəyə dəymiş maddi zərər 5933 manat məbləğində hesablanmışdır. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən **-OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də, Cavabdeh1 idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kia Pride” markalı avtomobilin mülki məsuliyyətinin icbari sığortası isə “Dövlət Sığorta Kommersiya” şirkətində sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən 1742 manat, “Dövlət Sığorta Kommersiya” şirkəti tərəfindən 1518,71 manat məbləğində sığorta ödənişi mütənasib qaydada "xxxx" X3 bank hesabına ödənilmişdir. Müəssisəyə vurulmuş 5933 manat məbləğində maddi ziyandan ödənilməmiş 2672,29 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar ödənişdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X3 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil X5 mülkiyyətindədir; ƏN-V seriyalı 976822 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8 **- OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini Cavabdeh2 etibar etmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kia Pride” markalı avtomobil X2 mülkiyyətindədir; ƏN-V seriyalı 973852 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 **- BM-*** dövlət qeydiyyat nişanlı, “Kia Pride” markalı nəqliyyat vasitəsini Cavabdeh1 etibar etmişdir; xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində İXM-nin 237.2-ci maddəsi əsasında və Cavabdeh1 barəsində İXMnin 237.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır; "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin xx.xx.2022-ci il tarixli, 48 saylı aktının surətindən görünür ki, 1 ədəd “Polermo” tipli işıq dirəyinin dəyəri 6695 manat, köhnəlmə dərəcəsi tətbiq edilməklə 5933 manat təşkil edir; "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin xx.xx.2022-ci il tarixdə "xxxx" şirkətinə ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində **-OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil ilə işıq dirəyi vurulmuş və müəssisəyə 5933 manat maddi ziyan dəymişdir. Zərər vuran şəxsin avtomobili həmin sığorta şirkətində icbari sığorta olunduğu üçün dəymiş maddi ziyanın ödənilməsi xahiş edilmişdir; "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin təqdim etdiyi smetanın surətindən görünür ki, **-OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil ilə vurulmuş zərərin bərpasına sərf olunan xərclərin ümumi məbləği 5933 manat təşkil edir; "xxxx" ASC-nin hesabın dövriyyəsindən çıxarışdan görünür ki, "xxxx" şirkəti "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin hesabına 1742 manat məbləğində pul köçürmüşdür; "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin xx.xx.2022-ci il tarixdə “Dövlət Sığorta Kommersiya” şirkətinə ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kia Pride” markalı avtomobil ilə işıq dirəyi vurulmuş və müəssisəyə 5933 manat maddi ziyan dəymişdir. Zərər vuran şəxsin avtomobili həmin sığorta şirkətində icbari sığorta olunduğu üçün dəymiş maddi ziyanın ödənilməsi xahiş edilmişdir; "xxxx" ASC-nin hesabın dövriyyəsindən çıxarışdan görünür ki, “Dövlət Sığorta Kommersiya” şirkəti "xxxx" Elektrik Şəbəkəsi müəssisəsinin hesabına 1518,71 manat məbləğində pul köçürmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3443 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Akta əsasən 1 ədəd 2014-cü il istehsallı “Palermo” tipli 2 çıraqlı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (12%) qalıq qiyməti 5933 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 tərəfindən idarə edilən **-OU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobil ilə Cavabdeh1 tərəfindən idarə edilən **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kia Pride” markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" X4 məxsus 1 ədəd 2014-cü il istehsallı “Palermo” tipli 2 çıraqlı işıq dirəyi sıradan çıxmışdır. İddiaçı tərəfindən vurulmuş zərərin məbləği 5933 manat müəyyən edilmişdir. Qeyd edilən nəqliyyat vasitələri icbari sığorta növü üzrə "xxxx" şirkəti və “Dövlət Sığorta Kommersiya” şirkətində sığortalandığından zərərin bir hissəsi, müvafiq olaraq 1742 manat və 1518,71 manat məbləğində pul sığorta şirkətləri tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan əmlaka dəymiş maddi zərərin sığorta ilə ödənilməmiş hissəsinin cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Belə ki, “Chevrolet Cruze” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin X8 olması, həmin nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən Cavabdeh2 və “Kia Pride” markalı, **-BM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin X6 olması, həmin nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən Cavabdeh1 yol hərəkəti qaydalarını pozmaları nəticəsində "xxxx" X4 ziyan dəyməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və "xxxx" X7 tərəfindən hazırlanmış sənədlərdə dəymiş ziyanın ümumi məbləği 5933 manat olaraq göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3443 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ziyanın məbləği 5933 manat olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus işıq dirəyinin sıradan çıxmasına görə ona dəymiş zərər ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalıdır. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, dəymiş ziyanın ümumi məbləğindən 3260,71 manat məbləğində pulun nəqliyyat vasitəsinin sığortaçıları tərəfindən ödənildiyini və iddiaçının qalıq məbləğinin cavabdehlərdən tutulması tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2672,29 (5933-3260,71=2672,29) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 2672,29 (iki min altı yüz yetmiş iki manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar