Məhkəmə qərarları › İş №e-2(005)-1479/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1479/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1479/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı LPO “DəmirBank" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO “DəmirBank" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1.952,88 (bir min doqquz yüz əlli iki Manat 88 qəpik) Manat - bundan 1.902,14 (bir min doqquz yüz iki Manat 14 qəpik) Manat əsas, 41,48 (qırx bir Manat 48 qəpik) Manat faiz, 9,26 (doqquz Manat 26 qəpik) Manat cərimə borcu və iş üzrə ödənilmiş 39,53 (otuz doqquz Manat 53 qəpik) Manat dövlət rüsumunun cavabdehlərƏskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı arasında bağlanmış 6697 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 4.750 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı arasında LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6697 nömrəli Kredit Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.946,16 Manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh1ilə Bank arasında LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış, “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızının kredit üzrə cəmi borcu 1.952,88 (bir min doqquz yüz əlli iki Manat 88 qəpik) Manat təşkil edir. Bundan 1.902,14 (bir min doqquz yüz iki Manat 14 qəpik) Manat əsas, 41,48 (qırx bir Manat 48 qəpik) Manat faiz, 9,26 (doqquz Manat 26 qəpik) Manat cərimə borcu təşkil edir. Cavabdehlər Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş qeyd olunan ünvanda xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. Həmçinin Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı xx.xx.2021-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. O, hazırki iş üzrə “cavabdeh” qismində elektron sistemə əlavə edilmiş, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, ona qarşı etiraz və s. münasibət bildirmək imkanına malik olmuşdur. Bununla belə, iddiaçının tələbinə dair əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:  284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.  284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.  284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdimolunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavabdehlərin rəsmi qeydiyyat ünvanına göndərilmiş, cavabdehlər bildirişi alsa da, iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı arasında bağlanmış 6697 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 4750 ABŞ dolları məbləğində kredit verilmişdir. - LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı arasında bağlanmış LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6697 nömrəli Kredit Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1946,16 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi illik 1 % olmaqla, 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. -LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, müqavilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı ilə bank arasında bağlanmış LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi bağlanmışdır. -Bank tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********416 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli LM072100400 nömrəli müqaviləyə əsasən Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızının 01 may 2024-cü il tarixinə 1902,14 (min doqquz yüz iki manat 14 qəpik) manat əsas borc, 41,48 (qırx bir manat 48 qəpik) manat faiz borcu, 9,26 (doqquz manat 26 qəpik) manat cərimə borcu olmaqla cəmi 1952,88 (min doqquz yüz əlli iki manat 88 qəpik) manat borcu var. Müqavilə müddəti 30 iyul 2026-cı il tarixinədəkdir. -Bank tərəfindən xx.xx.2024-cü il tarixdə Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızına və Cavabdeh1 göndərilmiş bildirişdən görünür ki, o, LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün banka yaranmış borcu 5 iş günü müddətində ödəmələri tələb olunur. -AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı ünvan 1 ünvanında qeydiyyatdadır. -AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. -xx.xx.2024-cü il tarixli, **********91 №-li mədaxil qəbzinin surətindən görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39,53 (otuz doqquz manat 53 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6697 nömrəli Kredit Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1946,16 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə illik 1 % olmaqla bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən ödəniş cədvəlinə uyğun ödənişlər edilməməklə kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 1902,14 (min doqquz yüz iki manat 14 qəpik) manat əsas borcunu iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1% olmaqla hesablanır. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, müqavilə müddəti ərzində ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə müqavilə müddətinə hesablanmış 41,48 (qırx bir manat 48 qəpik) manat faiz borcu hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayrıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçı həmçinin cavabdehdən kredit müqaviləsi üzrə hesablanmış 9,26 (doqquz manat 26 qəpik) manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə (5.3-cü bənd) əsasən, borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0.02 faiz olmaqla, restrukturizasiya müddətinə 0.1 faizdən çox olmamalıdır. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, əsas borcun məbləğini nəzərə alaraq, müqavilə üzrə tələb olunan 9,26 (doqquz manat iyirmi altı qəpik) manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı arasında LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 ilə Bank arasında LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Belə olan halda hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlərə müştərək qaydada yönəlməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124.1-ci maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 39,53 (otuz doqquz manat 53 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı və Cavabdeh1 müştərək qaydada LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1902,14 (min doqquz yüz iki manat 14 qəpik) manat əsas borc, 41,48 (qırx bir manat 48 qəpik) manat faiz borcu, 9,26 (doqquz manat 26 qəpik) manat cərimə borcu olmaqla cəmi 1952,88 (min doqquz yüz əlli iki manat 88 qəpik) manat borc və iş üzrə ödənilmiş 39,53 (otuz doqquz manat 53 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO “DəmirBank" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6-cı, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Əskərli (Qurbanova) Natəvan Fəxrəddin qızı və Cavabdeh1 müştərək qaydada LM072100400 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1902,14 (min doqquz yüz iki manat 14 qəpik) manat əsas borc, 41,48 (qırx bir manat 48 qəpik) manat faiz borcu, 9,26 (doqquz manat 26 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1952,88 (min doqquz yüz əlli iki manat 88 qəpik) manat borc və iş üzrə ödənilmiş 39,53 (otuz doqquz manat 53 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO “DəmirBank" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar