Məhkəmə qərarları › İş №e-2(005)-1514/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1514/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1514/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 707 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, e-2(005)-4504/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2018-ci il tarixli, e- 2(005)-4504/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli e-2(005)-4504/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018ci il tarixli, e-2(005)-4504/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o həmin şirkətlə hər hansı bir müqavilə bağlamamış və məhkəmə əsassız olaraq sözügedən əmri çıxarmış və onun hüquqlarını pozaraq Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün riayət etməmişdir. İşin faktiki hallarına əsasən hallarla razılaşmadığını, etiraz etdiyini bildirmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, həmin borc başqa müqavilə ilə olan borcu bağlanmaq üçün bağlanmışdır. Faktiki olaraq tələb olunan 600 manat pul məbləğini almamışdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.04.2018-ci il tarixli, N 311/SM-18 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” MMC Cavabdeh 10 ay müddətinə 600 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 10 ay ərzində hər ay 73,06 manat (sonuncu ay 73,32) manat ödəniş etməli idi; “xxxx” MMC tərəfindən təqdim olunmuş 10.08.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 30.04.2018-ci il tarixli Kredit Sazişi üzrə 10.08..2018-ci il tarixə “xxxx” MMC-yə cəmi 803 manat məbləğində borcu yaranmışdır. “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan 11.07.2018-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyinin yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; 16.08.2018-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün “xxxx” MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.04.2018-ci il tarixli, N 311/SM-18 nömrəli Kredit Sazişinə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh 10 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. Cavabdeh saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faizləri, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş, sazişlə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər etməmişdir. Nəticədə banka borcu yaranmışdır. İddiaçı Cavabdeh 30.04.2018-ci il tarixli kredit Sazişi üzrə 803 manat məbləğində borcunun yarandığını bildirməklə bu borcun əmr icraatı qaydasında tutulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq əmri ilə bu məbləğ cavabdehdən tutulmuşdur. Lakin Cavabdeh yazılı etirazı əsasında həmin əmr ləğv edilmiş və iş iddia icraatına keçmişdir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə iddiaçının tələb etdiyi əsas məbləği ilə bağlı qeyd edir ki, müqaviləsi üzrə iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, 600 manat məbləğində əsas borc və 77 manat faiz borcu tələbi əsaslıdır və tam təmin edilməli Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 30.04.2018-ci il tarixli müqavilə üzrə yaranmış 677 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 677 (altı yüz yetmiş yeddi) manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 600 manat məbləğində əsas borc və 77 manat faiz borcu, cəmi 677 (altı yüz yetmiş yeddi) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar