Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1516/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh3 ASC və Qax rayon notariat ofisinin xüsusi notariusu X1 (Cavabdeh1və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh3 ASC və Qax rayon notariat ofisinin xüsusi notariusu X1 (Cavabdeh1və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh3 ASC-nin ondan tələb etdiyi 29830 manat mühasibatlıq ekspertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Qax rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsini tələb edir. Eyni zamanda iddia tələbində Cavabdeh3 ASC-nin ondan tələb etdiyi 29830 manat borcun mühasibatlıq ekspertizası keçirilməklə yenidən müəyyənləşdirilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edirəm ki, iddiaçının tələb kimi göstəridiyi ekspertizanın keçirilməsi iddia tələbi ola bilməz, həmin məsələ tərəflərin birinin yazılı vəsatəti və ya məhkəmənin təşəbbüsü ilə məhkəmə araşdırması zamanı həll edilir. Göründüyü kimi İddiaçı Cavabdeh3 ASC-ni cavabdeh qismində qoysada, ASC-yə hər hansı bir tələb irəli sürməmişdir. Bundan başqa qeyd edilməlidir ki, ekspertiza nəticəsində notariusun icra qeydində qeyd edilən məbləğdən fərqli məbləğ müəyyən edildikdə, bu hal notariusun icra qeydinin ləğvi üçün əsasdır. Belə ki, notariusun icra qeydi ləğv edildikdən sonra kreditorun borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılması hüququ vardır. Bu zaman məhkəmə qətnaməsində yeni məbləği müəyyən edə bilər. Odur ki, hazırda əsas olaraq tələb Qax rayon notariat ofisinə yönəldiyindən iddia ərizəsi Qax Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1 və 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh3 ASC və Qax rayon notariat ofisinin xüsusi notariusu X1 (Cavabdeh1və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi – **********) ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1516/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1516/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver