Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1537/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 Notebook üçün 1315 (min üç yüz on beş) manat ödənilməmiş hissə, 131 (yüz otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. 26.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********86261 Samsung Galaxy A12 markalı telefon üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; 17.12.2020-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ Saatüçün 408.4 (dörd yüz səkkiz, qırx qəp) manat ödənilməmiş hissə, 40.6 (qırx,altmış qəp) manat cərimə,ümumilikdə 2335 manat borc, 43.35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsinə xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 26.03.2021-ci il, 26.03.2021-ci il və 17.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 Notebook, İMEİ Kodu **********86261 Samsung Galaxy A12 markalı telefon, HUAWEİ Saat almış və nəticədə 2335 (iki min üç yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1498.8 (min dörd yüz doxsan səkkiz, səksən qəp) manat (12 ay x 118.4 manat + 78 manat ilkin ödəniş) Acer Aspire 3 Notebook üçün ümumilikdə, 1446 (min dörd yüz qırx altı) manat olmaqla ondan, 1315 (min üç yüz on beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 131 (yüz otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. 26.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 426 (dörd yüz iyirmi altı) manat (15 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********86261 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 440 (dörd yüz qırx) manat olmaqla ondan, 400 (dörd yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə; 17.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 518.4 (beş yüz on səkkiz, qırx qəp) manat (18 ay x 28.8 manat + 0 manat ilkin ödəniş) HUAWEİ Saat üçün ümumilikdə, 449 (dörd yüzqırx doqquz) manat olmaqla ondan, 408.4 (dörd yüz səkkiz, qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.6 (qırx,altmış qəp) manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 319.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Oda bildirilir ki, cavabdehlə aralarında bağlanılmış 26.03.2021-ci il, 26.03.2021-ci il və 17.12.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 26.03.2021-ci il, 26.03.2021-ci il və 17.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 Notebook, İMEİ Kodu **********86261 Samsung Galaxy A12 markalı telefon, HUAWEİ Saat almış və nəticədə 2335 (iki min üç yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1498.8 (min dörd yüz doxsan səkkiz, səksən qəp) manat (12 ay x 118.4 manat + 78 manat ilkin ödəniş) Acer Aspire 3 Notebook üçün ümumilikdə, 1446 (min dörd yüz qırx altı) manat olmaqla ondan, 1315 (min üç yüz on beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 131 (yüz otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. 26.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 426 (dörd yüz iyirmi altı) manat (15 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********86261 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 440 (dörd yüz qırx) manat olmaqla ondan, 400 (dörd yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə; 17.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 518.4 (beş yüz on səkkiz, qırx qəp) manat (18 ay x 28.8 manat + 0 manat ilkin ödəniş) HUAWEİ Saat üçün ümumilikdə, 449 (dörd yüz qırx doqquz) manat olmaqla ondan, 408.4 (dörd yüz səkkiz, qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.6 (qırx,altmış qəp) manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 319.8 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 15.02.2022-ci il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43,35 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26.03.2021-ci il tarixli müqavilə üzrə 1315 manat ödənilməmiş hissə, 131 manat cərimə, 26.03.2021-ci il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, 17.12.2020-ci il tarixli müqavilə üzrə 408,4 manat ödənilməmiş hissə, 40,6 manat cərimə borcu, ümumilikdə 2335 manat borc və 43.35 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 26.03.2021-ci il tarixli müqavilə üzrə 1315 manat ödənilməmiş hissə, 131 manat cərimə, 26.03.2021-ci il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, 17.12.2020-ci il tarixli müqavilə üzrə 408,4 manat ödənilməmiş hissə, 40,6 manat cərimə borcu, ümumilikdə 2335 manat borc və 43,35 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1537/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1537/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver